Məhkəmə qərarları › İş №e-2(007)-966/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-966/2023

03.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-966/2023 03.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzidən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzidən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 40,2 kv.m olan mənzilində Cavabdeh istifadə hüquqlarına xitam verilməsi, cavabdehin həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq mənə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin iddia ərizəsi icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 vəsatətlə məhkəməyə müraciət edərək, göstərmişdir ki, iddiaçı Cavabdeh tərəfindən cavabdehlər X2 və X4 qarşı “alğı-satqı müqaviləsinin, daşınar və daşınmaz əmlakların dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edilmiş və hal-hazırda qeyd edilən tələb üzrə məhkəmə işi Cəbrayıl Rayon Məhkəməsində davam etdirilir. Göründüyü kimi, hər iki iş üzrə məhkəmə iştirakçıları eyni şəxslər olmaqla, mübahisə predmeti də eynidir, buna görə də işin tam, hərtərəfli araşdırılması və obyektiv həqiqətin müəyyən edilməsi üçün qeyd edilən məhkəmə işləri bir icraatda birləşdirilməlidir. İş materillarından görünür ki, iddiaçı Cavabdeh tərəfindən daha əvvəl məhkəməyə müraciət edilmiş və həmin tələb üzrə məhkəmə icraatı daha əvvəl başlamışdır. Buna görə də, hazırkı iş materialları iddia ərizəsini ilkin olaraq icraata qəbul etmiş Cəbrayıl Rayon Məhkəməsinə göndərilməli və iddia tələbləri üzrə mülki işə həmin məhkəmədə baxılmalıdır. Bunu da qeyd edir ki, tərəfindən eyni məzmunlu vəsatətlə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmənin qərardadı ilə vəsatətim iddia tələbinin həmin məhkəmənin icraatına daha tez qəbul edilməsi əsası ilə təmin edilməmişdir. Qeyd edilənlərə əsasən Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması, mənzili boşaldaraq təhvil verilməsi tələbinə” dair e-2(007)-966/2023 saylı iş üzrə mülki iş materillarını Cəbrayıl Rayon Məhkəməsinin icraatında olan Cavabdeh tərəfindən cavabdehlər X2 və X4 qarşı “alğı-satqı müqaviləsinin, daşınar və daşınmaz əmlakların dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Cəbrayıl Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, vəsatəti müzakirə edib, mülki işin sənədlərini tədqiq edib hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 43.1.-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2.-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. İş materiallarına əlavə edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-211/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından müəyyən olunur ki, iddiaçı Cavabdehdər X2 və X3 qarşı “alqı-satqı müqaviləsinin, daşınar və daşınmaz əmlakların dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icaatı mümkün hesab edilərək, mülki iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədi ilə Cəbrayıl Rayon Məhkəməsinin icraatında olan mülki mübahisə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan mülki mübahisəyə bir icraatda baxılması məqsədəmüvafiq olduğundan vəsatət təmin edilərək mübahisəyə mülki işi ilkin olaraq icraatına qəbul etmiş Cəbrayıl Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 43, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzidən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair e-2(007)-966/2023 nömrəli mülki iş Cəbrayıl Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehdər X2 və X3 qarşı “alqı-satqı müqaviləsinin, daşınar və daşınmaz əmlakların dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair 2(072)-211/2023 saylı mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Cəbrayıl Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar