Məhkəmə qərarları › İş №e-2(007)-985/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-985/2024

17.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-985/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reyestrdə aparılmış qeydiyyatın və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “reyestrdə aparılmış qeydiyyatın və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 0,13 ha torpaq sahəsində yerləşdiyi qeyd olunan 160 saylı bağ evinə dair Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın və xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın (qeydiyyat nömrəsi **********) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı, vətəndaş X1 34 sot torpaq sahəsində yerləşən ünvan 1 ünvanında olan bağ evini almışdır. Bu barədə ona xx.xx.2012-ci il tarixdə daşıınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Onun alqı-satqı yolu ilə aldığı bağ torpaq sahəsinin 0,13 hektarı və orada yerləşən ev Cavabdeh Bahadur oğlu tərəfindən zəbt edilmişdir. Müraciətlərinə baxmayaraq zəbt etdiyi sahədən və evdən çıxmaq istəmir. Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 0,13 ha torpaq sahəsində yerləşdiyi qeyd olunan 160 ünvanda bağ evinə Daşınmaz Əmlakın Dövlət Reyestrində Çıxarış (qeydiyyat nömrəsi ********** ) almışdır. Bildirir ki, həmin bağ evi onun aldığı torpaq sahəsinə daxildir. Hesab edir ki, həmin bağ evi onun aldığı torpaq sahəsinin hüdudları daxilində yerləşə bilməz. Belə ki, onda cavabdeh niyə həmin bağ sahəsinə dair sənədləşdirməni onun bağ sahəsini aldığı vaxtdan 10 il sonra sənədləşdirib. Hesab edir ki, cavabdehin adına sənədləşmə düzgün aparılmayıb və 160 saylı bağ sahəsinə dair aparılmış qeydiyyat və verilmiş çıxarış etibarsızdır. Cavabdehin hərəkətləri bir mülkiyyətçi kimi onun torpaq sahəsi və ev üzərində mülkiyyət hüququnu pozur. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək etirazında göstərmişdir ki, iddiaçının verdiyi iddia ərizəsini aşağıda göstərilən əsaslara görə əsassız və qanunsuz həsab edir. Belə ki; 1) Mübahisənin predməti olan bağ sahəsi Bakı şəhəri, X2 İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.1988-ci il tarixli arayışa əsasən Bahadur İsmayıl oğlunun adına Türkan kəndində 3811 müqaviləyə əsasən 160 nömrəli bağ sahəsi ayrılmışdır. Həmin təşkilat tərəfindən Türkan kəndində yerləşən 160 nömrəli bağ sahəsinin hasara xx.xx.1988-ci il tarixdə icazə verilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 160 saylı bağ sahəsi mərhum Bahadur İsmayıl oğlunun adına xx.xx.2021-ci il tarixdə qeydiyatdan keçmişdir. xx.xx.2021-ci il tarixdə Bahadur İsmayıl oğlunun adına Dövlət Reyestri Xidməti tərəfindən Çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixdə miras əmlakı bacılarının və qardaşının razılığı ilə tək başına qəbul etdiyindən onun adına çıxarış verilmişdir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixdə ekspertiza təyin olunmuş ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Cavabdeh Bahadur oğlunun **********79 reyestr nömrəli çıxarışla mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ev 160 ünvanda olan 0.12 ha torpaq sahəsi ilə **********264-11301 reyestr nömrəli çıxarışa İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən olundu. İddiaçı Cavabdeh Bahadur oğluna qarşı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 160 a ünvanında yerləşən cavabdehin zəbt etdiyi torpaq sahəsindən və evdən çıxarılmasına dair iddia tələbi təmin edilməmişdir. İş üzrə keçirildiyi ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (vöen **********1 hesab AZ34CTRE********************) qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti versə də, iddiaçi İddiaçı apellyasiya şikayəti Bakı Apelliyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1300/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 172/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti versə də Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3238/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2023-cü il tarixli 2(103)-1300/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, Azərbaycan Respublikasi Mülki Prosesual Məcələsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və va faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikasi Mülki Prossesual Məcələsinə 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi İddiaçı tərəfindən Nizami rayon Məhkəməsinə verdiyi idda tələbi, Xəzər rayon Məhkəməsində baxılan mülki işlə eyni iddia tələbindən başqa bir şey deyil. Ona görədə hesab edir ki, ona qarşı Nizami Rayon Məhkəməsinə verilmiş iddia tələbi ilə, Xəzər rayon Məhkəməsinə verilmiş iddia tələbi ilə analoji xarakter daşıyır və həmin işə mahiyyəti üzrə baxmadan, işə xitam verilməsi barədə qərar qəbul edilməlidir. İddia tələbinə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 0,13 ha torpaq sahəsində yerləşdiyi qeyd olunan 160 saylı bağ evinə dair Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın və xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın (qeydiyyat nömrəsi **********) ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib əlavə olaraq göstərmişdir, İddiaçı 2013-cü ildə 34 sot torpaq sahəsində yerləşən Bakı şəhəri, Türkan qəsəbəsi, ev 160A olan bağ evi almışdır. Bu barədə ona xx.xx.2012-ci ildə daşınmaz əmlakın dövlət reyestri tərəfindən çıxarış verilmişdir. Cavabdeh 2021-ci ildə Bakı şəhəri, ünvan 5 ünvanda bağ evinə çıxarış almışdır. Onlar hesab edirlər ki, həmin bağ evi iddiaçının aldığı torpaq sahəsinin hüdudları daxilində yerləşə bilməz. Bununla bağlı Lənkəran Rayon Məhkəməsinə həmin torpaq sahəsindən çıxarılma ilə bağlı iddia qaldırmışlar, lakin iddiaları rədd olunmuşdur. Onlar da məcbur qalıb çıxarışın ləğvi ilə bağlı yenidən iddia ilə məhkəməyə müraciət etmişlər. O evi cavabdeh tikməmişdir. Ora böyük yer olduğundan satıcı oranı istirahət yeri kimi açıb. Sadəcə baxımsızlıqdan rəngi solmuşdur. Elman hazırda orada yaşayır. Qarşı tərəfin etirazı ilə də tanış olmuşdur. Etirazda göstərilənlər əvvəlki işlə bağlı bağlıdır, həmin iş yaşayış sahəsindən çıxarılma ilə bağlı olmuşdur, hazırkı işlə bağlılığı yoxdur. Qeyd olunan ünvanda hələ də təmir gedir, quyunun suyunu kəsib qarşı tərəf deyir ki, işi udmuşuq ona görə də belə edirik. Maneələr yaradırlar. O ev bir mərtəbəli olub, sonra iki mərtəbəli ediblər. Ekspertizada deyilib ki, bağ evlərinin koordinatları üst-üstə düşmür, lakin bununla razı deyillər. İddianın təmin edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, etirazında göstərdiklərini müdafiə edib əlavə olaraq izahatında göstərmişdir ki, həmin 160 nömrəli bağ evi onun atasına məxsus olmuşdur. Qanuni şəkildə alınmışdır. Sonradan 2.000 manata xalasına 1988-ci ildə verilmişdir. 2012-ci ildə xalası onu Elmana satmışdır. 13 sot torpaq sahəsi onundur. Etirazında bütün nüansları göstərmişdir. Eyni əsaslar və eyni predmetlə bağlı Xəzər Rayon Məhkəməsinin qətnaməsi vardır. Müvafiq qərarları məhkəməyə təqdim etmişdir. İcraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 160 ünvanında 0,13 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 129,20 kv.m olan bağ evi tam payda Cavabdeh xüsusi mülkiyyəti kimi reyestrdə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci ildə qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi (A və B literlər ümumilikdə nəzərə alınmaqla) 830,5 kv.m olan bağ evi və 54.2 kv.m tikintialtı sahə tam payda İddiaçı xüsusi mülkiyyəti kimi reyestrdə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci ildə qeydə alınmışdır. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-172/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 160a ünvanında yerləşən cavabdehin zəbt etdiyi torpaq sahəsindən və evdən çıxarılmasına dair iddia tələbi təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 1300/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-172/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3238/2023 saylı qərarının surətindən görünür ki, kassasiya şikayətinin geri qaytarılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-1300/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə səbəb olan, onun iddia tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, o, ona məxsus torpaq sahəsində yerləşən daşınmaz əmlaka dair cavabdehə çıxarış verildiyini, daşınmaz əmlakın dövlət reyestrində buna dair qeydiyyat aparıldığını bildirməklə bunun əsassız olduğunu bildirir və həmin qeydiyyatın və çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edir. İşdə olan sübutlarla isə təsdiq olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 160 ünvanında 0,13 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 129,20 kv.m olan bağ evi tam payda Cavabdeh xüsusi mülkiyyəti kimi reyestrdə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci ildə qeydə alınmışdır. Bundan başqa, ünvan 1 ünvanında 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi (A və B literlər ümumilikdə nəzərə alınmaqla) 830,5 kv.m olan bağ evi və 54.2 kv.m tikintialtı sahə tam payda İddiaçı xüsusi mülkiyyəti kimi reyestrdə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci ildə qeydə alınmışdır. Hazırda iddiaçı, Cavabdeh məxsus qeyd olunan bağ evinin onun torpaq sahəsi hüdudlarında yerləşdiyini əsas gətirərək, buna görə də daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsini xahiş edir. Məhkəmə məhz iddiaçının yuxarıda qeyd olunan torpaq sahələrinin üst-üstə düşməsi, cavabdehin əmlakının ona məxsus daşınmaz əmlakın hüdudları daxilində yerləşməsi ilə bağlı göstərdiklərinə münasibətdə qeyd etməyi zəruri bilir ki, iddiaçının həmin hissədə göstərdikləri əsassızdır və nəzərə alınarsa ki, iddiaçının hazırkı tələbinin əsasını da təşkil edən hal yalnız bundan ibarətdir, belə olan halda, iddia tələbi rədd edilməlidir. Çünki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-172/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti ilə bağlı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-1300/2023 saylı qətnaməsinin təsviri-əsaslandırıcı hissəsindən də göründüyü kimi, kollegiyanın hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “...Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz halıdır ki, ünvan 8 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və bağ evi İddiaçı, ünvan 9 ünvanda yerləşən 0.13 ha torpaq sahəsi və bağ evi isə Cavabdeh adına qeydiyyata alınmışdır. İddiaçının apellyasiya şikayətinin dəlili odur ki, o, 0.34 ha torpaq sahəsini almışdır. Cavabdeh isə 9 ildən sonra 0.13 ha torpaq sahəsinə çıxarış əldə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 0.34 ha torpaq sahəsinin ona məxsus olmasını qeyd etsə də Çıxarışla onun adına 0.12 ha torpaq sahəsi və bağ evi qeydiyyata alındığı işdən müəyyən olunur. Hazırda cavabdehin də Xəzər rayonu Türkan qəsəbəsi 160 saylı ünvanda yerləşən 0,13 ha torpaq sahəsi və bağ evinə dair Çıxarışı vardır. Sözügedən çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin iddiaçı tərəfindən mübahisələndirildiyi iş materialları ilə müəyyən olunmur. İddiaçının tələbi cavabdehin torpaq sahəsi və evdən çıxarılmasıdır. Mütəxəssis rəyi əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/4275 nömrəli ekspert rəyindən isə Cavabdeh Bahadur oğlunun **********79 reyestr nömrəli çıxarışla mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi ev 160 ünvanında olan 0.12 ha torpaq sahəsi ilə **********64-11301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən olunur...”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində qeyd etdiklərinin hər hansı bir qanuni əsası yoxdur, iddiaçı iddia tələbini əsaslı edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir, buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Bu baxımdan, məhkəmə cavabdehin etirazında və məhkəmə iclasında iş üzrə icraata xitam verilməsi ilə bağlı xahişinə münasibətdə isə qeyd edir ki, MPM-in 261.0.2-ci maddəsinin tələbi baxımından hazırkı iddianın predmeti də nəzərə alınmaqla, iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi 18 mart 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “reyestrdə aparılmış qeydiyyatın və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməli, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “reyestrdə aparılmış qeydiyyatın və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar