Məhkəmə qərarları › İş №e-2(007)-989/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-989/2021

18.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-989/2021 18.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya tələbinin ödənilnməsi” barədə kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya tələbinin ödənilnməsi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş 210 (iki yüz on) manat sığorta ödənişi məbləğinin və 20.40 (iyirmi manat qırx qəpik manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinin məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-ti ilə “Fərid Müstəqil Şirkəti” arasında 17 iyul 2017-ci il tarixdə PPA ********** nömrəli sığorta müqaviləsi bağlanmış və ona məxsus olan “İsuzi NPR” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh etibarnamə əsasında “Fərid Müstəqil Şirkəti”nə məxsus olan həmin “İsuzi NPR” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobili 26 fevral 2018-cı il tarixdə idarə edərkən, Bakı şəhəri, Nizami rayonu rayonu, Babək prospektində “Yol Hərəkləri haqqında” Azərbaycan Respublikası qanunun 42-ci maddəsinin v-ci bəndinin tələblərini pozub yol-nəqliyyat hadisəsi törətmiş, X1 məxsus olan “Hyundai Accept” markalı 90 NU-289 dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, ona zərər vurmuş və hadisə yerindən qaçmışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti 210 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin "xxxx" ASC-nə təqdim etdiyi 26.02.2018-ci il tarixli, İXP ******* nömrəli protokoluna əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə zərərin aradan qaldırılmasına dair cavabdehin mülki məsuliyyəti yaranmışdır. Yol-nəqliyyat hadisəsi ilə bağlı Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 26.02.2018-cı il tarixli, TP400240 nömrəli İnzibati xəta haqqında Qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 210 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən cavabdehin ünvanına 09 mart 2018-ci il tarixli, 0639/1 saylı və 11 dekabr 2018-ci il tarix, 4367/1 saylı geriyə tələb (subroqasiya) məktublar göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək cəmiyyətin xeyrinə ödənilməmişdir. Ona görə də, həmin vəsaitin və 20 manat dövlət rüsumunun Cavabdeh Cəmiyyətin xeyrinə tutulmasını iddiaçı məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, İş materiallarında olan, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin məzmunundan görünür ki, “İsuzi NPR” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil “Fərid Müstəqil Şirkətinə” məxsusdur. İş materialında olan 17 iyul 2017-ci il tarixli, PPA ********** nömrəli sığorta müqaviləsindən görünür ki, "xxxx" ASC-ti ilə “Fərid Müstəqil Şirkəti” arasında “ İsuzi NPR” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır İş materialında olan, “X5” tərəfindən Cavabdeh 01.02.2018-ci il tarixdə verilmiş etibarnamədən görünür ki, “İsuzi NPR” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə idarə edilməsindən ötrü verilmişdir.Həmin etibarnamə Azərbaycan Respublikası ərazisində 01.02.2019-ci il tarixədək etibarlıdır. İş materiallarında olan, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin məzmunundan görünür ki, “Hyundai Accept” markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 26.02.2018-cı il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında Protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6 -ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. İş materiallarında olan "xxxx"Açıq Səhmdar Cəmiyyətinin 07 mart 2018-ci il tarixli, 58764 nömrəli hesab-fakturadan və 12 mart 2018-cı il tarixli, QSF452, Rev.4.06.0717 saylı sığorta aktından görünür ki, “Hyundai Accept” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 210 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan 12 mart 2018-cı il tarixli **********89/330 saylı plastik katından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 210 manat məbləğində sığorta ödənişi “Hyundai Accept” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 ödənilmişdir. İş materiallarında olan "xxxx"Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ünvanladığı 09 mart 2018-ci il tarixli, 0639/1 saylı və 11 dekabr 2018-ci il tarix, 4367/1 saylı geriyə tələb (subroqasiya) məktublarının sürətlərindən görünür ki, müvafiq zərərin aradan qaldırılması üçün Cəmiyyət tərəfindən ödənilmiş 210 manat sığorta ödənişinin 10 gün müddətində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 04 dekabr 2020-ci il tarixli, ********* saylı ödəniş tapşırığından görünür ki, "xxxx"Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan-fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 63.1-ci maddsəsinə əsasən Avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.8-ci maddəsinə əsasən icbari sığortabu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş haldayaranır. Məhkəmə tərəfindən işdə olan sübutlarla müəyyən edilmişdir ki,Cavabdeh etibarnamə əsasında “İsuzi NPR” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobili 26 fevral 2018-cı il tarixdə idarə edərkən Bakı şəhəri, Nizami rayonu, Babək prospektində “Yol hərəkətləri haqqında” Azərbaycan Respublikası qanunun 42-ci maddəsinin V-ci bəndinin tələblərini pozub yol-nəqliyyat hadisəsi törətmiş və X2 məxsus olan “Hyundai Accept” markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Ona 210 manat məbləğində zərər vurmuş və hadisə yerindən qacmışdır. Həmin məbləğ iddiaçı tərəfindən sığorta ödənişi olaraq zədələnmiş avtomobilin mülkiyyətçisinə ödənilmişdir. Göründüyü kimi, avtonəqliyyat vasitəsinin sahibi mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı təqsirli bilinən sürücü Cavabdeh inzibati xəta törətdiyinə və hadisə yerindən qaçdığına görə, sığorta ödənişi vermiş sığortaçı "xxxx"Açıq Səhmdar Cəmiyyətinin sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmış "İsuzi NPR" markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilə, təqqsirli bilinən şəxs X3 tərəfindən inzibatə xəta törətdiyi və hadisə yerindən qaçdığı, vətəndaş X1 məxsus olan “Hyudai Accent” markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə, "xxxx"Açıq Səhmdar Cəmiyyətitərəfindən ödənilmiş 210 manat məbləğində sığorta ödənişi Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 210 (iki yüz on) manat sığorta ödənişi məbləğinin və 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun iddiaçı “Paşa Sığorta” ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar