Məhkəmə qərarları › İş №e-2(007)-990/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-990/2021

22.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-990/2021 22.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 150,00 (bir yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzi, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsümunun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12.06.2017-ci il tarixində ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 07.10.2017-ci il tarixində X4 idarə etdiyi ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtomobil ilə Cavabdeh məxsus ** XV *** dövlət qeydiyyat nişanlı X10 markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə bağlı “xxxx” ASC tərəfindən 11.10.2017-ci il tarixində Bakı şəhəri BPİ X12 İdarəsinə S/H-2873 saylı sorğu ünvanlanmış və Bakı şəhəri BPİ X12 İdarəsinin 05.04.2016-cı il tarixli 046- 46192-1217 saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış” əsasən təqsirli şəxs kimi X7 qeyd olunduğundan, həmçinin Bakı şəhəri BPİ X12 İdarəsinin yol-nəqliyyat hadisəsi üzrə baş inspektoru O.Əkbərovun, X7 adına tərtib etdiyi TYP 132915 saylı inzibati protokola əsasən, Cavabdeh “xxxx” ASC tərəfindən 150,00 (bir yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Lakin, inzibati qərarla bağlı X7 Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinə müraciət etmiş və Azərbaycan Respublikası DİN BDYPİ-nin qərarı ilə X7 barəsində qəbul edilmiş qərar əsassız sayılaraq TYP 132915 saylı protokol ləğv edilmişdir. İş üzrə yenidən icraat başlanmış və Bakı şəhəri BPİ X12 İdarəsinin inspektoru A.Şükürov tərəfindən, X1 TYP 136946 saylı inzibati protokol tərtib edilmiş və 07.10.2017-ci il tarixli yol-nəqliyyat hadisəsi ilə bağlı 27.04.2018-ci il tarixli 046-16932-1218 saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış” əsasən təqsirli şəxs kimi X3 qeyd olunmuşdur. Beləliklə, hüquq-mühafizə orqanlarının təqdim ediyi müvafiq sənədlərə əsasən X4 mülki məsuliyyəti yaranmamışdır. Qeyd olunanları nəzərə alaraq, “xxxx” ASC tərəfindən ödənilmiş 150,00 (bir yüz əlli) manat məbləğində vəsaiti 15 (on beş) təqvim günü ərzində “xxxx” ASC-nin bank hesabına geri ödəməni cavabdehdən xahiş etmişlər. Lakin cavabdeh ödənişi etməkdən yayınmışdır. Beləliklə, “xxxx” ASC tərəfindən ödənilmiş 150,00 (bir yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzi subroqasiya qaydasında Cavabdeh tutulmalıdır. İddiaçı “xxxx” ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, iddia ərizəsinin xahiş etdim hissəsində texniki səhv olaraq dövlət rüsumu 30,00 (otuz) manat qeyd olunmuşdur. Bu səbəbdən məhkəmədən iddia ərizəsinin xahiş etdim hissəsindəki ki, dövlət rüsumunun 30,00 (otuz) manat hissəsini 20,00 (iyirmi) manat kimi qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 11.12.2020-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 06.11.2017-ci il tarixli sığorta aktının “xxxx” ASC tərəfindən təsdiqlənmiş surətindən görünür ki, zərər dəymiş əmlaka (Taksi 4 London (99XV891)) görə sığorta ödənişi avtomobilin təmiri üçün 1100 0000 0091 5659 saylı kart hesabına 150,00 manat pul köçürülmüşdür. - Bakı şəhəri BPİ X12 İdarəsinin 27.04.2018-ci il tarixli 046-11142 nömrəli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, 07.10.2017-ci il tarixdə saat 10:40-da Moskva prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. X8 oğlunun mülkiyyətində olan **-XV-*** dövlət qeydiyyat nişanlı, "Taksi 4 London Taxis" minik markalı avtomobilin hadisə baş verən anda sürücüsü olan X3 yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin X5 ünvanlanmış 12.11.2017-ci il tarixli məktubundan görünür ki, 7 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri, Şamaxinka adlanan ərazidə idarə etdiyi "İVECO Urbanway” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusla baş vermiş yol-nəqliyyat hadisəsində təqsirkar olmadığını sübut edəcək avtobusda quraşdırılmış kameranın video görüntülərindən istifadə olunaraq hadisənin yenidən sənədləşdirilməsini və barəsində tərtib edilmiş inzibatı xəta haqqında protokolun ləğv olunmasını xahiş etməyi barədə Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş X11 İdarəsinə ünvanladığı müraciətə iştirakları ilə baxılmışdır. Araşdırma zamanı video görüntüdən müəyyən olunmuşdur ki, 7 oktyabr 2017-ci il tarixdə X3 Bakı şəhəri, Moskva prospekti Şamaxinka adlanan ərazidə idarə etdiyi “Taksi 4 London Taxıs” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İ hissəsinin tələbini pozaraq, dayanacağa girmək uçun dayanmış “İVECO Urbanway” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusun arxasından hərəkətə başlayan zaman təhlükəsizlik qaydalarına riayət etməmiş, nəticədə oxundan sol tərəfdə eyni istiqamətdə düzünə hərəkət edən avtomobillə toqquşmamaq uçun sağa manevr edərkən sağdakı avtobusla toqquşmuşdur. X4 hərəkətlərində inzibatı xəta tərkibi olmadığına gorə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cu maddəsinə əsasən barənizdə İXM-in 327.1-ci maddəsi üzrə tərtib edilmiş TYP 132915 nömrəli inzibatı xəta haqqında protokol ləğv ediləcəkdir. - TYP 136946 saylı, 09.12.2017-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, 07.10.2017-ci il tarixində saat 10:40-da məxsus ** XV *** dövlət qeydiyyat nişanlı X10 markalı nəqliyyat vasitəsini idarə edən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - TYP 136946 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, 07.10.2017-ci il tarixində məxsus ** XV *** dövlət qeydiyyat nişanlı X10 markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində cərimə tənbeh növü tətbiq edilmişdir. - “xxxx” ASC tərəfindən tərtib edilmiş 19.10.2017-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “99XV891” dövlət qeydiyyat nişanlı, "LONDON TAXİ TX4" minik markalı avtomobilin təmiri üçün 150 manat ödəniş müəyyən edilmişdir. - “xxxx” ASC tərəfindən Cavabdeh ünvanlanmış 02.05.2018-ci il tarixli, 1118/1 saylı xəbərdarlıqdan görünür ki, cavabdeh borcunu 15 (on beş) təqvim günü ödəmədiyi təqdirdə 150 manat məbləğində sığorta ödənişin və məhkəməyə müraciət üçün ödəniləcək məhkəmə xərclərinin subroqasiya hüququ əsasında ondan tutulması üçün aidiyyəti məhkəmə orqanına müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” ASC tərəfindən 04.12.2020-ci il tarixdə 20,00 manat dövlət rüsumu və 0,40 manat xiddmət haqqı ödənilmişdir. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanunun: 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında müəyyən olundu ki, 12.06.2017-ci il tarixində ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 07.10.2017-ci il tarixində X4 idarə etdiyi ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtomobil ilə Cavabdeh məxsus ** XV *** dövlət qeydiyyat nişanlı X10 markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə bağlı “xxxx” ASC tərəfindən 11.10.2017-ci il tarixində Bakı şəhəri BPİ X12 İdarəsinə S/H-2873 saylı sorğu ünvanlanmış və Bakı şəhəri BPİ X12 İdarəsinin 05.04.2016-cı il tarixli 046- 46192-1217 saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış” əsasən təqsirli şəxs kimi X7 qeyd olunduğundan, həmçinin Bakı şəhəri BPİ X12 İdarəsinin yol-nəqliyyat hadisəsi üzrə baş inspektoru O.Əkbərovun, X7 adına tərtib etdiyi TYP 132915 saylı inzibati protokola əsasən, Cavabdeh “xxxx” ASC tərəfindən 150,00 (bir yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Lakin, inzibati qərarla bağlı X7 Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinə müraciət etmiş və Azərbaycan Respublikası DİN BDYPİ-nin qərarı ilə X7 barəsində qəbul edilmiş qərar əsassız sayılaraq TYP 132915 saylı protokol ləğv edilmişdir. İş üzrə yenidən icraat başlanmış və Bakı şəhəri BPİ X12 İdarəsinin inspektoru A.Şükürov tərəfindən, X1 TYP 136946 saylı inzibati protokol tərtib edilmiş və 07.10.2017-ci il tarixli yol-nəqliyyat hadisəsi ilə bağlı 27.04.2018-ci il tarixli 046-16932-1218 saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış” əsasən təqsirli şəxs kimi X3 qeyd olunmuşdur. Beləliklə, hüquq-mühafizə orqanlarının təqdim ediyi müvafiq sənədlərə əsasən X4 mülki məsuliyyəti yaranmamışdır. Qeyd olunanları nəzərə alaraq, “xxxx” ASC tərəfindən ödənilmiş 150,00 (bir yüz əlli) manat məbləğində vəsaiti 15 (on beş) təqvim günü ərzində “xxxx” ASC-nin bank hesabına geri ödəməni cavabdehdən xahiş etmişlər. Lakin cavabdeh ödənişi etməkdən yayınmışdır. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 150,00 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün “xxxx” ASC tərəfindən 20 (iyirmi) manat dövlət rüsumu və 0,40 manat xiddmət haqqı ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 0,40 manat xiddmət haqqı cavabdehə aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 150 (bir yüz əlli) manat sığorta ödənişi və 20,40 (iyirmi manat qırx qəpik) dövlət rüsumu iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 150 (bir yüz əlli) manat sığorta ödənişi və 20,40 (iyirmi manat qırx qəpik) dövlət rüsumu iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar