Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1015/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Əlı̇ yeva Nuranə Samı̇ r qızına, Cavabdeh2 qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əlı̇ yeva Nuranə Samı̇ r qızına, Cavabdeh2 qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6, Cavabdeh1 və X5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 14 B mənzildən çıxarılması və maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 14 B mənzil iddiaçıya məxsusdur. İddiaçı və onun ailə üzvləri qeyd edilən mənzildə qeydiyyatdadır. Mənzilə dair bütün kommunallar iddiaçının adınadır. Cavabdeh iddiaçının dayısının keçmiş ailəsi olmuşdur. Faktiki nikahları yoxdur. Cavabdehlər iddiaçıya məxsus olan mənzili zəbt etmişlər və mənzildən çıxmaq fikirləri yoxdur. Belə ki, 2000-ci ildə iddiaçının atası Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində təxminən 0,04 ha sahəsində torpaq sahəsini alaraq həmin torpaq sahəsində tikintini aparmışdır. 2000-ci ildə tikinti aparıla- aparıla iddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşamağa davam etmişdir. Sonra isə 2001-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılmış, 2003-cü ilin aprel ayından isə həmin evə geri qayıtmışdır. Bununla belə iddiaçı rayonda bazardan mal alıb gətirib Bakıda satdığı üçün müəyyən müddətlərdə həmin evdə qala bilmirdi (rayona mal gətirmək üçün getdiyinə görə). Buna görə də müəyyəm müddətlərdə evdə qalan, nəzarət edən olsun deyə yaxın qohumlarına yaşamaq üçün icazə vermişdir. Belə ki, cavabdeh olan dayısı 2005-ci ildə ailə qurmuş olsa da, həmin evdə yaşamamış, Cavabdeh2 babasının evinə gəlin gəlmiş, sonra Şəmkirə yaşamaq üçün getmişlər. Dayısının hər iki övladı da elə Şəmkir rayonunda anadan olmuş, uşaqlardan biri 2005-ci ildə, digəri isə 2009-cu ildə anadan olmuş, onların doğum haqqında şəhadətnaməsi isə 2009-cu ildə alınmışdır. X2 2005-ci ildə Cavabdeh2 ailə ailə qurmuş, elə həmin ildə ilk övladı, 2009-cu ildə ikinci övladı anadan olmuşdur. Belə ki, 2012-ci ildə böyük övladı məktəbə getməli olduğu üçün, kənddə isə məktəb uzaqda olduğu üçün iddiaçıdan ona məxsus olan həmin özbaşına tikilidə yaşamaq üçün icazə istəmişdir. İddiaçı da rayona tez-tez gedib gəldiyi üçün, ev boş qalmasın deyə ən azından tədris ili müddətində dayısının ailəsinin həmin evdə olacağını güman etdiyi üçün onlara yaşamağa icazə vermişdir. Hətta sonradan öyrənmişdir ki, iddiaçıya məxsus olan torpaq sahəsində yerləşən digər tikilini də kirayə verib iddiaçının üzərindən hətta pul da qazanmışlar. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsiində təxminən 0,04 ha sahəsində yerləşən 14 B nömrəli evdə qeydiyyata alınmışdır. Cavabdehin müvvəqqəti yaşadığı üçün nə özünün, nə yoldaşının, nə də uşaqlarının həmin ünvana qeydiyyatı olmamışdır. Evə aid olan bütün kommunallar iddiaçının adınadır. 2020-ci ilin əvvəllərində isə evinə ümumiyyətlə girə bilməmişdir. Həmin evin reyestrdə qeydiyyata alınmaması, çıxarışının olmaması hələ onların iddiaçının evinə yiyələnərək onu ora buraxmamaqlarına əsas vermir. Pandemiya başlayan zaman artıq dayısı ilə cavabdeh ayrılmışdır, bundan sonra hər dəfəsində evə daxil olmağa çalışarkən ya özünə, ya uşaqlarına, ya da idiaçının uşaqlarına xəsarət yetirəcəyi ilə onu hədələyərək evə girişinə maneəçilik yaradır. Bu səbəbdən də cavabdehlər X6, Cavabdeh1 və X7 qarşı yaşayış sahəsindən çıxarılması və maneənin aradan qaldırılması tələbinə dair məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ünvanlayaraq, İddiaçı cavabdeh Əlı̇ yeva Nuranə Samı̇ r qızına, Cavabdeh2 qarşı ünvan 1 ünvanındakı mənzildən çıxarılma və maneənin aradan qaldırılması tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli evi cavabdeh keçmiş həyat yoldaşı X15 ilə 2005-ci ildə ailə qurduqdan sonra torpaq alaraq tikmişlər. Belə ki, X15 ilə qeyri rəsmi olaraq 2005-ci ildə el adəti ilə toy edərək ailə qurmuş, birgə nikah dövründə 2 uşaqları doğulmuşdur: xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2009-cu il təvəllüdlü X13. Bir müddət sonra sözügedən ünvanda torpaq alaraq ev tikib həmin evdə ailəvi yaşamağa başladılar. Həyat yoldaşı yaşca cavabdehdən böyük olduğu üçün və təcrübəsi olduğu üçün onunla nikahını rəsmiləşdirməmiş, aldıqları torpaq sahəsi üzərində birgə ailəlik dövründə tikdirdikləri ünvan 2 ünvanındakı evin komunallarını öz bacısı oğlunun adına rəsmiləşdirmişdir. Keçmiş həyat yoldaşı X15 cavabdehi və uşaqlarını ataraq evdən çıxıb getmişdir. Həmin vaxtdan uşaqlara cavabdeh baxır. Bu səbəbdən də keçmiş həyat yoldaşı X11 qarşı “aliment tələbinə dair” iddia tələbi ilə Sabunçu Rayon məhkəməsinə müraciət etmişdir və Sabunçu Rayon Məhkəməsinin qətnaməsi əsasında iddia tələbi təmin olunmuşdur. Hal-hazırda keçmiş həyat yoldaşı X15 cavabdehdən qisas almaq üçün İddiaçı ilə plan quraraq, guya ki, həmin yaşadıqları evin iddiaçıya məxsus olduğunu iddia edərək cavabdehin və uşaqlarının həmin evdən çıxarılmasını istəyirlər. Halbuki, bütün qonşular öz şahidlikləri ilə təsdiq edə bilərlər ki, həmin ünvandakı ev keçmiş həyat yoldaşı X15 ilə cavabdehin birgə ailəlik vaxtında onların ümumi gəlirləri hesabına tikilmişdir. Hal-hazırda uşaqlar və cavabdeh həmin ünvanda yaşayırlar, uşaqlar həmin ünvandan məktəbə gedirlər. İddiaçı öz ərizəsində uşaqların Şəmkirdə doğulmasını əsas gətirərək guya ki, həmin vaxtı mübahisəli mənzildə yaşamadığını bildirmişdir. Lakin qeyd etmək istəyir ki, hamiləliyinin sonlarında doğuş ərəfəsində öz valideyinlərinin yanında qalmış və doğuş bitdikdən sonra Bakı şəhərinə sözügüdən mənzilə qayıtmışdır və uşaqlarını həmin mənzildə böyütmüşdür. İddiaçı ərizəsini absurd hekayələrlə tərtib etmişdir. Guya ki, kənddə məktəb uzaq olduğuna görə mənzili o verib. Bunlar hamısı tamamilə yalandır. Kim öz evini məktəb uzaq olduğuna görə başqa adama verir ?! İddiaçının mübahisəli ünvanındakı mənzilə dair heç bir hüquqi sənədi yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 2001-ci il tarixdə torpağı Azərin atasına satmışdır. 2006-cı ildə qətnamə ilə Azəri qeydiyyata saldılar. Torpağı 4500 dollara satdı, pulu öz evində, həyətində verdi. Evin sənədi yoxdur, öz evinin də sənədi yoxdur. Evi Bayram və Azər tikib. Cavabdeh2 tanıyır, ev tikiləndən sonra Lalə yaşayıb, evlənəndən sonra yaşayıblar. Gələn zaman uşaq yox idi. Bayramı tanıyır, Samir adlı şəxsi tanımır. İki ildir ki, orada yaşamır, Ramana qəsəbəsinə köçmüşdür. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş şahid X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Lalənin qonşusudur. Torpağı Sahib alıb, Lalə ilə ailə qurublar. Sahib arada gəlib, uşaqlarına baxırdı. Sahib dedikdə Lalənin ərini nəzərdə tutur, hamı ona sahib deyir, sənəddə adı Samirdir. Azər adlı şəxs tanımır. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş şahid X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Lalənin qonşusudur. Lalə 2005-ci ildən orada yaşayır, Sahib Rusiyadadır. Azəri və atasını da tanımır. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin olunmuş, videokonfransla ifadəsi alınmış şahid X15 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Lalə ilə ailə həyatı qurduqdan sonra Lalə ilk əvvəl Gədəbəydə Samirin ailəsinin yanında yaşayıb. Daha sonra bir müddət Şəmkirdə atası evində qalıb. 2012 -ci ildən mübahisəli evə köçüblər. Torpağı bacısınının yoldaşı alıb. Evin Laləyə və Samirə heç bir aidiyyatı yoxdur. Sadəcə uşaqların təhsil alması məqsədilə Samir bacısından xahiş edib ki, həmin evdə yaşasınlar. 2022-ci ildən isə Lalə ilə münasibətləri pozulmuşdur. Mülki işin materiallarında olan AR Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, X1, X3 və İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadırlar; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı ünvan 1 saylı evə pasport qeydiyyatına alınmışdır. Abonent saldosunun surətindən görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 14B ünvana verilən qaz xətti üzrə **********20000 abonent kodu İddiaçı adına qeydiyyata alınmışdır və ailə tərkibi 4 nəfərdən ibarətdir. Azərişıq” ASC tərəfindən verilmiş bildirişdən görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 14B ünvan üzrə abunə kodu (**********Q0002) İddiaçı adına qeydiyyatdadır. Məhkəmə araşdırılması ilə müəyyən olunan mübahisəsiz hallar ondan ibarətdir ki, iddiaçı Cavabdeh2 keçmiş ərinin bacısı oğludur. Yəni, Lalənin keçmiş əri Samir adlı şəxs iddiaçının dayısıdır. Cavabdeh Lalə və ərinin nikahları pozulub, hazırda Lalə uşaqları Nuranə və Nicatla ünvan 1 saylı evdə yaşayır. Həmin evin statusu “özbaşına tikilidir”. Mübahisəli olan hal adı çəkilən ünvanda yerləşən evin kimə məxsus olmasıdır. İddiaçı həmin evin ona məxsus olduğunu bildirir, cavabeh Lalə isə gəlin köçdüyü vaxtdan həmin ünvanda yaşadığını və evin keçmiş əri Samirə məxsus olduğunu bildirir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə müəyyən edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və iş materiallarında olan kommunal ödənişlər, həmçinin Sabunçu Rayon Məhkəməsinin qətnaməsi evin İddiaçı məxsus olduğunu göstərir. Azərin həmin evdə uzun illər yaşadığı qanuni qüvvəsini almış qətnamə ilə təsdiqlənir. Cavabdeh2 tərəfindən məhkəməyə dəvət olunan şahidlər onun ailə qurduqdan sonra daim həmin evdə yaşadığını təsdiq etsələr də, idiaçı tərəfindən dəvət olunan şahidlər də həmin faktın əksini məhkəmənin nəzərinə çatdırdılar. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli ev İddiaçı mülkiyyətində olmasa da, onun həmin özbaşına tikilidən öz mülahizəsi ilə istənilən hərəkətləri etmək imkanı hazərda məhdudlaşır. İş materialları və sübutlarla Cavabdeh2 həmin tikilinin alınmasında iştirakının olması təsdiqini tapmır. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün “mülkiyyət” hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi?. Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz...Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdırBundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər X6, Cavabdeh1 və X5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 14 B mənzildən çıxarılmalıdır. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X6, Cavabdeh1 və X5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 14 B mənzildən çıxarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-1015/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1015/2025
02.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver