Məhkəmə qərarları › İş №e-2(008)-1034/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1034/2023

04.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1034/2023 04.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi Məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 Tofı̇ q qızı və Əlı̇ zadə Məlahət Tofı̇ q qızının Cavabdeh Tofı̇ q oğluna qarşı paylı mülkiyyətdə olan evin naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Tofı̇ q qızı və Əlı̇ zadə Məlahət Tofı̇ q qızının Cavabdeh Tofı̇ q oğluna qarşı paylı mülkiyyətdə olan evin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə iddia ərizəsi icraata götürülmüş müvafiq prosessual hərəkətlər edilməklə məhkəmə iclası 04 sentyabr 2023-cü il tarixə saat 11:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Həmçinin, eyni tərəflər bundan əvvəlki hazırlıq iclasında da iştirak etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə müvafiq olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda tərəflərə izah olunur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edə və ərizəyə mahiyyəti üzrə yenidən baxa bilər. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin 25 manatı iddiaçılardan, 25 manatı isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 268, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 Tofı̇ q qızı və Əlı̇ zadə Məlahət Tofı̇ q qızının Cavabdeh Tofı̇ q oğluna qarşı paylı mülkiyyətdə olan evin naturada bölünməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlansın. Ekspertiza tədqiqatının dəyəri olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 25 (iyirmi beş) mnat məbləğində pul vəsaiti müştərək qaydada İddiaçı1 Tofı̇ q qızı və Əlı̇ zadə Məlahət Tofı̇ q qızından alınaraq dövlət büdcəsinə ödənilsin Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sabunçu Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar