Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1037/2024 01.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yeləşən fərdi yaşayış evində qalan, qonaq dəsti, yataq dəsti, mətbəx dəsti və künc divanından ibarət mebellərdən, paltaryuyan, soyuducu və sobadan ibarət elektrik avadanlığından, dörd gözlü stolüstu qaz sobasından, stol və 2 ədəd stuldan, 1 ədəd qonaq otağı çilçırağından (lüstr), 1 ədəd yataq otağı çilçırağından, 2 ədəd hər biri bir lampalı mətbəx çilçırağından, 2 ədəd hər biri bir lampalı dəhliz çilçırağından və əlavə olaraq mətbəx otağı üçün çilçıraqdan ibarət cehiz əşyalarının cavabdehin öz hesabına məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlu X2 ilə xx.xx.2022-ci ildə nikaha daxil olaraq evlənmişlər. Oğlu onunla yaşayır və bu üzdən cavabdeh toy ərəfəsində cehiz əşyalarını ona məxsus olan evə yığmışdır. Lakin onların evliliyi qısa sürmüş və ayrılmışlardır. Artıq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4124/2023 saylı qətnaməsi ilə onların nikahı pozulmuşdur. Hazırda həmin qətnamədən apellyasiya şikayəti müddəti gözlənilir. Bu ilin 20 iyul tarixində cavabdehin anası onun cehiz əşyalarının bir hissəsini təhvil alaraq aparmışdır. Lakin qalan, qonaq dəsti,yataq dəsti, mətbəx dəsti və künc divanından ibarət mebelləri, paltaryuyan, soyuducu və sobadan ibarət elektrik avadanlığını, dörd gözlü stolüstu qaz sobasını, stol və 2 ədəd stulu,1 ədəd qonaq otağı çilçırağını (lüstr),1 ədəd yataq otağı çilçırağını, 2 ədəd hər biri bir lampalı mətbəx çilçırağını, 2 ədəd hər biri bir lampalı dəhliz çilçırağını və əlavə olaraq mətbəx otağı üçün çilçırağını helə ki, aparmamışdır. Keçən dövr ərzində cavabdehə dəfələrlə qalan əşyaları da gəlib aparması təklif olunsa da, hər dəfəsində müxtəlif arqumentlərlə bundan yayınmışlar. Cavabdehlə oğlu arasında nikah faktiki olaraq pozulduğu üçün və yuxarıda adlarını qeyd etdiyi əmlaklar bağda şəxsin olması onun həmin əmlakların qorunub saxlamağında çətinliklər yaradır. O, bunun məsuliyyətini başa düşür. Artıq neçə aydır ki, evdən çölə çıxmağına ehtiyat edir ki, əmanət əmlaklara nəsə olar. Cavabdehin bu hərəkəti ilə həm də yaşayış evinin bir neçə otağından istifadəsi də mümkünsüz olmuşdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərəkiddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək səhhətindəki problemlərlə əlaqədar olaraq, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, məhkəmə iclası onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı, iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin müracət edərək, ona məxsus olan əşyaların öz hesabına məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmin iddianı etirazla qarşılayır. Hesab edir ki, həmin iddia tamamı ilə əsassız və qanunsuzdur. Biri ildən artıq müddətdir ki, ona məxsus olan cehiz əşyaları cavabdehin evindədir və onların istifadəsindədir. Həmin cehiz əşyalarının satın alma qəbzlərinin surətlərini də ərizəsinə əlavə edir. Cavabdehin oğlu X5 ilə ilə faktiki ayrıldığının ilk günlərində o özünə aid olan cehiz əşyalarını aparmaq istəsə də, qarşı tərəf və valideynləri əşyalarını aparmağa ona mane oldular. Yalnız müvafiq orqanlara müraciət etdikdən sonra, onlar əşyalarını aparmağa razılıq verdilər, o əşyalarını aparmaq üçün cavabdehin evinə gedəndə, əşyalarının onların istifadəsində olduğunu görmüşdür. Belə bir hal onu sarsıtdı və ona psixoloji travma vurdu. Əşyaları artıq xeyli müddətdir ki, cavabdeh tərəfin istifadəsində olduğundan, cavabdeh tərəf ona məxsus olan cehiz əşyalarının dəyərini nağd pul şəklində ona ödəməlidir. Səhhətindəki problemlərlə əlaqədar olaraq, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, məhkəmə iclası onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4124/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, iddiaçı X3 ilə cavabdeh X4 arasında xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” X6 5180 nömrəli akt qeydilə bağlanmış nikahın pozulması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Binəqədi qəsəbə Bələdiyyəsinin 742 nömrəli, xx.xx.2007ci il tarixli Sərəncamından görünür ki, Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudlarında Bakı şəhər sakinləri X1 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 150 kvadratmetr torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakin İddiaçı adına keçirilmişdir. xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, evdə qalanlar: mebeller, qonaq dəsti, yataq dəsti, mətbəx dəsti, künc divanı, elektrik avadanlıqlarından, paltar yuyan və soyuducu, soba, 4 gözlü qaz, stol, 2 stul və qonaq otağı lüstru, yataq lüstru, mətbəx 2 dənə 1 gözlü lüstr, dəhlizdə 2 dənə 1 gözlü 1 lüstr, mətbəxdə lüstr otaqda qalmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasından keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödənmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-ci maddəsinə əsasən Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, işin mübahisə edilməyən halı ondan ibarətdir ki, iddiaçı cavabdehden cehiz əmlaklarının çıxarılmasını tələb etdiyi ev özbaşına tikilidir. Bakı şəhəri Binəqədi Rayon Binəqədi qəsəbə Bələdiyyəsinin 742 nömrəli, xx.xx.2007-ci il tarixli Sərəncamından görünür ki, Bakı şəhər, Binəqədi rayon ərazisində 150 kv.m torpaq sahəsi İddiaçı ev tikintisi üçün verilmişdir. Cavabdeh İddiaçı oğlu X2 ilə xx.xx.2022-ci ildə nikaha daxil olmuşlar. Oğlu onunla yaşayır və bu səbəbdən cavabdeh toy ərəfəsində cehiz əşyalarını iddiaçının istifadəsində olan evə yığmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4124/2023 saylı qətnaməsi ilə onların nikahı pozulmuşdur. Cavabdehə məxsus cehiş əşyalarının İddiaçı istifadəsində olan evdə qalması onun istifadəsində olan evdən sərbəst istifadə etmək hüququna maneə yaradır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli və iddiaçının istofadəsində olan evdən cabadehə məxsus cehiz əşyalar çıxarılaraq cahabdehə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh məxsus ünvan 1 ünvanında yeləşən fərdi yaşayış evində qalan 1 ədəd qonaq dəsti, 1 ədəd yataq dəsti, 1 ədəd mətbəx dəsti və 1 ədəd künc divanından ibarət mebellər, 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu və 1 ədəd sobadan ibarət elektrik avadanlı, 1 ədəd dörd gözlü stolüstu qaz sobası, 1 ədəd stol və 2 ədəd stuldan, 1 ədəd qonaq otağı çilçırağından,1 ədəd yataq otağı çilçırağından, 2 ədəd hər biri bir lampalı mətbəx çilçırağından, 2 ədəd hər biri bir lampalı dəhliz çilçırağından və əlavə olaraq mətbəx otağı üçün çilçıraqdan ibarət cehiz əşyaları ünvan 1 ünvanında yeləşən fərdi yaşayış evindən cavabdehin hesabına məcburi qaydada çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-1037/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1037/2024
01.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver