Məhkəmə qərarları › İş №e-2(008)-1048/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1048/2023

27.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1048/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə İddiaçı Abıgül oğluna məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, 5748 nömrəli bağ (torpaq) sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş (tikilmiş) yaşayış evinin və torpaq sahəsinin əvvəlki hasarının sökülərək yerində yeni tikilmiş hasarın cavabdehin öz hesabna sökülməsi, mülkiyyət hüququ ilə İddiaçı Abıgül oğluna məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, 5748 nömrəli bağ (torpaq) sahəsində Cavabdeh tərəfindən torpaq sahəsinin əvvəlki hasarının cavabdehin öz hesabına yenidən bərpa olunması (tikilməsi), mülkiyyət hüququ ilə İddiaçı Abıgül oğluna məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, 5748 nömrəli bağ (torpaq) sahəsinə münasibətdə pozulmuş bütün hüquqlarının (mülkiyyət, sahiblik və istifadə hüquqlarının) bərpa olunması, mülkiyyət hüququ ilə İddiaçı Abıgül oğluna məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, 5748 nömrəli bağ (torpaq) sahəsinə münasibtdə iddiaçının mülkiyyət hüquqlarının, eləcə də sahiblik və istifadə hüquqlarının maneəsiz və heç bir müdaxilə olmadan həyata keçirilməsi üçün Cavabdeh tərəfindən hər hansı bir müdaxilələrə və maneəçilik yaratmamasına görə onun üzərinə öhdəlik qoyulması, iddia ərizəsinin verilməsi üçün köçürülmüş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən (Cavabdeh) alınaraq iddiaçıya (İddiaçı Abıgül oğluna) verilməsi (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamenti ilə iş üzrə iddiaçı arasında 14 noyabr 2005-ci il tarixdə 36617 saylı müqavilə imzalanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əsasən, Bakı şəhər X4 və X6 ərazisindəki 5848 nömrəli bağ (0,12 hektar ərazi) İddiaçı Abügül oğluna sahiblik və istifadəyə verilmişdir. Bağlanmış müqavilənin 2-ci bəndinin tələbinə əsasən, müqavilə 10 (on) il müddətinə imzalanmışdır və müqavilənin 1-ci bəndinə əsasən isə, bağ istifadəçiyə verilərkən orada yerləşən binalar, tikililər, ağaclar və s. ilə birlikdə icarəyə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlərdir (Qanunun 8.0.5-ci maddəsi). Bununla bağlı ilk dəfə xx.xx.2011-ci il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edilmiş və ərizəyə sonuncu İdarənin xx.xx.2011-ci il tarixli, **********68 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, texniki baxış zamanı bağ sahəsinin nömrəsində uyğunsuzluq aşkar edilmişdir. Belə ki, sözügedən bağ sahəsinin faktiki vəziyyəti 5748 nömrəsinə uyğundur. Bunun üçün də ərizənin icrası mümkün olmamış və İdarə tərəfindən imtina verilmişdir. Belə olan halda, iddiaçı iddia ərizəsi ilə əvvəlki 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (indiki Bakı İnzibati Məhkəməsinə) müraciət edilərək sözügedən bağ sahəsinə mülkiyyət hüquqlarının tanınması və bununla bağlı müvafiq dövlət reyestrindən çıxarışın verilməsi xahiş olunmuşdur (xx.xx.2012-ci il tarixdə). İddia ərizəsinin verilməsindən qabaq yenidən, yəni xx.xx.2012-ci il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. Bu dəfə də, ərizəyə xx.xx.2012ci il tarixli, **********38 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, texniki baxış zamanı bağ sahəsinin nömrəsində uyğunsuzluq aşkar edilmişdir. Belə ki, sözügedən bağ sahəsinin faktiki vəziyyəti 5748 nömrəsinə uyğun gəlir. Bunun üçün də ərizənin icrası mümkün olmamış və İdarə tərəfindən imtina olunmuşdur. Məhz bu cavab məktubunun əldə edilməsindən sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi verilmişdir. İddia ərizəsi verildikdən sonra, iddia tələbinin dəyişdirilməsi ilə bağlı yeni ərizə verilmiş və torpaq (bağ) sahəsinə plan və cizginin verilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Verilmiş iddia tələbi (plan və cizginin verilməsi ilə bağlı olan) üzrə işə baxan 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən baxılmış və iddianın təmin olunması barədə xx.xx.2012-ci il tarixli, 2inz(82)-2332/2012 nömrəli Qərar çıxarılmışdır. Həmin Qərarla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən sahəsi 0,12 hektar olan 5848 nömrəli bağ sahəsinə plan və cizginin verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə olunmuşdur. Qeyd olunan qərardan cavabdeh tərəf apellyasiya şikayəti versə də, işə baxan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1inz(103)- 538/2013 nömrəli Qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni Qərar qəbul olunmuşdur. Cavabdeh tərəf bu Qərardan da narazı qalmış və müvafiq qaydada kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin qismən təmin olunması və iddia tələbinin mümkünsüz sayılması barədə AR-nın Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-2(102)-945/13 nömrəli Qərarı çıxarılmışdır. İddianın mümkünsüz sayılmasının əsaslandırılması aşağıdakı kimi qeyd edilmişdir. İlk olaraq, “Torpaq islahatı haqqında” AR-nın Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Yəni, Ali Məhkəmənin Qərarında torpaq sahsəniə aid olan mülkiyyət hüququnun iddiaçıya məxsusluğu göstərilmişdir. Eyni zamanda, Məhkəmənin Qərarında AR-nın Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnaməsinə istinad edilməklə, torpağın müvafiq olaraq onların istifadə və ya icrayə götürdükləri ölçüdə verilməsini qeyd etmişdir. Bunun üçün ilk növbədə vətəndaşlar Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ərizə ilə müraciət etməli (torpağın icarə müqaviləsinin surəti əlavə edilməklə) və Torpaq və Xəritəçəkmə Komitəsi də öz növbəsində 30 gün müddətində vətəndaşa torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Bundan sonra, torpaq sahəsinə müəyyən edilmiş qaydada dövlət reyestrindən çıxarış verilir. İşə baxan Məhkəmə öz qərarında “Torpaq sahəsinin plan və ölçüsünün Təsviri”nin təsdiq edilməsi barədə AR-nın Prezidentinin 08 fevral 2007-ci il tarixli 536 nömrəli Fərmanına belə istinad etmişdir. Həmin Fərmana əsasən, Torpaq sahəsinin plan və ölçüsünün təsviri haqqında qeyd edilərkən həmin plan və ölçünü bir daha Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verildiyi qeyd edilmişdir. Bundan başqa, torpaq sahəsinə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün ilk növbədə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 10.1-ci maddəsinə əsasən bu barədə müraciət edildikdə, müraciəti özündə təsbit edən ərizəyə həmçinin torpaq sahəsinin plan və cizgisinin də əlavə olunması əsas hallardan biri kimi müəyyən olunması ("Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 10.2.3-cü maddəsi) barədə Qərarda birmənalı şəkildə qeyd etmişdir (Qərarın 7-ci səhifəsinin 1-ci abzası). Həmin Qanunun 10.2-ci maddəsinə istinad etməklə qeydiyyat orqanına (DƏDRX-na) qeydiyyat üçün verilən ərizəyə qoşma sənədlər kimi torpaq sahəsinin plan və ölçüsünün olmasının birbaşa imperativliyi də qeyd edilmişdir Beləliklə, işə baxan Ali Məhkəmə yuxarıda qeyd olunan normativ aktlara istinad etməklə, iddia tələbinin mümkün sayılmaması qərarına gəlmişdir. Belə ki, iddiaçı olaraq tərəfindən mülkiyyət hüquqlarının tanınması və bununla bağlı müvafiq çıxarışın verilməsi üçün ilk növbədə DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə deyil, Azərbaycan Respublikasının Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət olunmalı və bununla bağlı da torpaq sahəsinin plan və cizgisini DTXK-dən tələb olunmalı idi. Çünki Ali Məhkəmənin Qərarında da deyildiyi kimi, DƏDRX torpaq sahəsi üzrə mülkiyyətin rəsmiləşməsi mərhələsində plan və ölçü tərtib etmək səlahiyyətində olan orqan deyildir. Plan və ölçü hazır şəkildə DƏRDX-nin özünə təqdim edilməlidir. Onun hazırlanması isə DTXK-nin səlahiyyət və ölçüsündədir. Özü də bu səlahiyyətdən istifadə etməklə imtinanın verilməsi iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması kimi qəbul edilə bilməz. Belə olan halda, iddiaçı xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə ərizə ilə müraciət etmişdir. Ancaq verilmiş ərizəyə qanunla nəzərdə tutulmuş müddət ərzində cavab verilmədiyi halda, 12 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və bir surəti isə həmin idarənin Bakı şəhər Şöbəsinə ünvanlanmaqla, şikayət ərizəsi ilə müraciət olunmuşdur. Cavabdeh təşkilatın ona müraciət edilməsinə və öz üzərinə düşən öhdəliyi yerinə yetirməli olmasına baxmayaraq, heç bir hərəkət etməməsi səbəbindən iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuşdur. Verilmiş iddia tələbi heç bir əsas və tutarlı hüquqi dəlillər gətirilmədən, o cümlədən tam şəkildə araşdırılmadan rədd edildiyindən çıxarılmış qərardan apellyasiya şikayəti verilmişdir. İşə baxan Bakı Apellasya Məhkəməsi torpaq sahəsinin yerləşməsi yerini və onun həqiqi vəziyyətinin dəqiqləşdirilməsi barədə xeyli işlər görmüşdür. Belə ki, məhkəmə prosesi zamanı müəyyən olunmuşdur ki, iddiaçının sahiblik və istifadəsində olan torpaq sahəsi 5848 deyil, 5748 nömrəli bağ sahəsi olmuşdur. Bu barədə hətta, cavabdeh təşkilat olan DTXK-nin Bakı şəhər Şöbəsinin nümayəndəsi rəsmi qaydada bildirmişdir (bu barədə məhkəmə prosesləri zamanı DTXK-nin nümayəndəsinin yazılı izahatı belə məhkəməyə təqdim edilmişdir). Digər tərəfdən, məhkəmə prosesi zamanı o da müəyyən olunmuşdur ki, 5848 nömrəli bağ sahəsi başqa bir torpaq sahəsinin nömrəsidir və mübahisə predmeti üzrə faktiki torpaq sahəsi (hazırki iddia ərizəsi üzrə iddiaçıya aid olan torpaq sahəsi) ilə üst-üstə düşmür. Həmçinin, 5848 nömrəli bağ sahəsinin (bu bağ sahəsi başqa bir ərazidə yerləşir) başqa şəxslərin adlarına rəsmiləşdirilmiş və hal-hazırda həmin bağ sahəsinə (5848 nömrəli bağa) digər şəxslərin hüquqlarının müəyyən edilməsini özündə əks etdirən müvafiq çıxarışlarla rəsmiləşdirilmişdir. Beləliklə, iddiaçının istifadə və sahibliyində olan bağ sahəsi naturada 5848 nömrəli deyil, 5748 nömrəli bağ sahəsi ilə uyğun gəldiyindən həm məhkəməyə qədər olan hüquqi vasitələr, həm də inzibati-iqtisadi məhkəmələr tərəfindən bu bir daha öz təsdiqini tapmışdır. Ancaq bildiyi kimi, icarə müqaviləsinin bir tərəfi Bakı şəhər X4 və İstismarı Birliyi olduğundan və həmin idarənin də Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanı ilə ləğv edildiyindən bağlanmış müqavilədə hər hansı bir dəyişikliyin, səhvin, əlavənin və sairə, düzəliş edilməsi mümkün deyildir. Çünki həmin idarənin ləğv edilməsi nəticəsində idarənin hüquqi varisliyi müəyyən olunmadan heç bir idarə və ya təşkilata həvalə edilməmişdir. Odur ki, qüvvədə olan müqavilədə nəzərdə tutulan hər hansı bir səhv və ya yanlışlığın düzəldilməsi məhkəmə vasitəsi ilə həyata keçirilməli idi. İddiaçı xx.xx.2015-ci il tarixdə ərizə ilə Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Həmin ərizəyə əsasən, İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamentinin Bakı şəhər X4 və istismarı Birliyi arasında xx.xx.2005-ci il tarixdə bağlanmış 36617 nömrəli müqaviləsi üzrə müqavilənin 1-ci bəndində qeyd edilən "5848 N-li bağ"n "5748N-li bağ" kimi müəyyən edilməsi (oxunması) barədə Qətnamə qəbul edilməsi xahiş olunmuşdur. xx.xx.2016-cı İş üzrə təyin edilmiş ekspertizanın aparılması zamanı hazırki iş üzrə iddiaçının həmin ekspertizada (yerdə baxışın keçirilməsi zamanı) iştirakı təmin edilməmiş və ümumiyyətlə müvafiq ekspert rəyi ilə nəticələnən deyil, sadə bir məktubla məhkəməyə cavab olaraq qaytarılmışdır. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin cı il tarixli, **********33 nömrəli məktubu ilə torpaq sahəsi (bağ sahəsi) barədə elektron bazada hər hansı bir məlumatın olmaması səbəbindən, torpağın harada yerləşməsini və koordinatlarının müəyyən edilməsinin mümkün olmadığını qeyd etmişdir. Həmin məktubla Xidmət özünün hərəkətlərinə don geyindirmək məqsədi ilə bağ təsərrüfatı idarəsinin ləğv edildiyini və arxiv sənədlərinin də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilməsi barədə də qeyd etmişdir. Məhz bu səbəb və əsasları qeyd etməklə verilmiş ərizə Yasamal rayon Məhkəməsində təmin edilməmişdir. Yasamal rayon Məhkəməsinin qeyd edilən qətnaməsindən rəsmi qaydada alındıqdan sonra apellyasiya şikayəti verilmişdir. İşə baxan Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin təmin olunması barədə xx.xx.2017-ci il tarixli, 2(103)-208/2017 nömrəli qətnamə qəbul etmişdir. Qətnaməyə əsasən, Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı ilə xx.xx.2005-ci il tarixdə bağlanmış 36617 nömrəli icarə müqaviləsində qeyd edilmiş 5848 nömrəli bağın nömrəsi 5748 kimi müəyyən edilmişdir. Qətnamədən kassasiya şikayəti verilməmiş və qanuni qüvvəyə minmişdir. Qətnamənin icrası məqsədi ilə müvafiq icra vərəqəsi verilmiş və cavabdeh orqan məhkəmə qətnaməsinin icrasını qəsdən süründürməçilik etməklə uzatmağa çalışmışdır. Nərimanov rayon İŞ-nin təsiri və müvafiq tədbirləri nəticəsində, müqavilədəki 5848 nömrəli bağın 5748 kimi müəyyən olunması barədə cavabdeh təşkilat Nərimanov rayon İcra və Probasiya Şöbəsinə müvafiq rəsmi müraciət etmişdir. Daha sonra, iddiaçı ərizə (********** nömrəli) ilə yenidən cavabdeh İdarəyə xx.xx.2017-ci il tarixdə müraciət etmişdir. Həmin ərizəyə də bu dəfə də xx.xx.2017-ci ci il tarixli, **********54 nömrəli imtina məktubu verilərək hüquqların qeydiyyatından imtina edilmişdir. Bütün bu qeyd olunanlara baxmayaraq, işə baxan birinci instansiya Məhkəməsi haqlı olaraq iddia tələbinin təmin olunması barədə xx.xx.2020-ci il tarixli, 2-1(112)-1151/2020 nömrəli qərar qəbul etmişdir. Qərara əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və 0,12 hektar sahəsi olan 5748 saylı bağ sahəsinə dair plan və ölçünün iddiaçının adına hazırlanaraq verilməsi və həmin bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh təşkilat Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. İşə baxmış apellyasiya instansiyası özünün xx.xx.2021-ci il tarixli, 2-1(103)-133/2021 nömrəli Qərarı ilə şikayətin təmin olunmaması və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə növbəti qərar qəbul etmişdir. Apellyasiya Məhkəməsinin bu sonuncu qərarından sonra cavabdeh yenidən AR-nın Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. İşə baxan Ali Məhkəmə kassasiya şikayətinin təmin olunmaması və Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarının qüvvədə saxlanılması barədə xx.xx.2022-ci il tarixli, 2-1(102)-688/2022 nömrəli yekun Qərar qəbul etmişdir. Bununa da, haqqında danışılan torpaq sahəsi barədə məhkəmə mübahisələrinə tam yekun vurulmuş və mübahisə bitmişdir. Ali Məhkəmənin yekun qərarından sonra, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1151/2020 nömrəli qərarının icra olunması üçün ƏMDX DƏDKR publik hüquqi şəxsinə göndərilmiş və sonda da, haqqında danışılan torpaq sahəsi barədə iddiaçıya mülkiyyət hüquqlarını təsdiq edən, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2022-ci il tarixli Çıxarış verilmişdir. Çıxarışın verilməsi ilə yanaşı, xx.xx.2022-ci il tarixli, A 837154 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" də hazırlanaraq iddiaçıya təqdim olunmuşdur. Qeyd olunan sənədlərin verilməsindən sonra, torpaq sahəsinə baş çəkən zaman müəyyən olunmuşdur ki, torpaq sahəsinin əvvəlki hasarı sökülmüş, yerində yeni hündür hasar tikilməklə, torpaq sahəsinin bir hissəsində isə hündür mərtəbəli yaşayış evi inşa edilmişdir. Ancaq qeyd olunan evin tikilməsindən iddiaçının nə xəbəri olmuş, nə də ki, bu tikilinin tikilməsinə heç bir razılıq verməmişdir. İllərdir məhkəmə prosesləri getdiyi vaxtlarda burada ilk əvvəllər tikili olmamış və yalnız sonuncu məhkəmələrin gedişatında belə bir tikilinin ərsəyə gəlməsi cavabdeh tərəfindən gizlədilmişdir. Qeyd olunan tikilnin mülkiyyətdə olmadığı iddiaçıya verilmiş çıxarışdan birbaşa müəyyən olunur. Yəni çıxarışla mülkiyyət hüquqları kimi, ancaq torpaq sahəsi qeydə alınmışdır, onun üzərində olan hər hansı bir tikiliyə dair mülkiyyət hüquqları qeydə alınmamışdır. Bu qanunsuz tikiləri kimin və ya kimlərin tərəfindən ərsəyə gəlməsini müəyyən etmək mümkün olmamış və bunun üçün torpaq sahəsi üşün yeni çəkilmiş hasara quraşdırılmış elektrik sayğacının üzərində elektrik borcu barədə bildirişə əsasən müəyyən olunmuşdur ki, elektrik üzrə abonent hazırki iş üzrə Cavabdehdur. İddiaçı onun mülkiyyətində olan torpaq sahəsinə buraxılmamış və nəticədə də mülkiyət hüquqları iki formada pozulmuşdur. Bunlardan birincisi, iddiaçının xəbəri və razılığı olmadan torpaq sahəsinin üzərində cavabdeh hündür mərtəbəli tikili və torpaq sahsinin əvvəlki hasarı sökülərək yerində hündür hasar tikilmişdir. İkinci tərəfdən, torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da, ancaq bu imkandan məhrum olmuşdur, torpaq sahəsinə buraxılmamışdır. Bu isə onun qanunverciliklə müəyyənləşdirilmiş mülkiyyət hüquqlarının pozulması və mülkiyyətinin əlindən qanunsuz olaraq alınmasını özündə ehtiva edir. Belə olan halda, ilk əvvəl torpaq sahəsində hər hansı bir tikilinin olub-olmaması barədə müvafiq vəkil sorğuları verilmişdir. Bu sorğulardan biri ƏMDK DƏDKR publik hüquqi şəxsinə olmuşdur. Sorğuya əsasən, xahiş olunmuşdur ki, iddiaçının mülkiyətində olan torpaq sahəsində hər hansı bir tikilinin olub-olmaması və əgər olarsa bunula bağlı hər hansı bir tikiliyə dair mülkiyyət hüqularının qeydə alınıb - alınmaması barədə rəsmi məlumat istənilmişdir. Sorğuya sonuncu İdarənin xx.xx.2022-ci ci il tarixli, **********84 nömrəli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, iddiaçının mülkiyyətində olan bağ sahəsi onun adına qeydiyyata alınsa da, digər fiziki şəxslər tərəfindən istifadə edilməklə yanaşı, bağ sahəsində 2 mərtəbəli bağ evi və həyət tikilisi inşa olunmuşdur. Bu tikililərin qeydiyyatı barədə isə məlumat aşkar edilməmişdir. Həmçinin, tərəfindən "xxxx" MMC-yə də eyni məzmunlu müraciət olunaraq müvafiq suallar verilmişdir. Müraciətə MMCnin xx.xx.2022-ci il tarixli, 01-144/22 nömrəli mütəxəssis rəyi ilə bildirilmişdir ki, 5748 nömrəli bağ sahəsinin üzərində 236 kv.m fərdi yaşayış evi var və ərazi ümumilikdə daş hasara alınmaqla bərabər, qeyd olunan fərdi yaşayış evi torpaq sahəsinin cənub hissəsində yerləşir. Nəticədə, hər iki sorğunun cavabı olaraq müəyyən olunur ki, cavabdeh özbaşına olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsində heç bir əsası və hüququ olmadan tikinti aparmışdır. Beləliklə, mülkiyyət hüququ ilə İddiaçı Abıgül oğluna məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5748 nömrəli bağ (torpaq) sahəsində Cavabdeh tərəfindən özbaşına tikilmiş hündür mərtəbəli yaşayış evi, eləcə də torpaq sahəsinin əvvəlki hasarının sökülərək yerində inşa edilmiş hündür hasar onun öz hesabına sökülməli, torpaq sahəsinin əvvəlki hasarı cavabdeh tərəfindən bərpa edilərək əvvəlki vəziyyətə qaytarılmalıdır. Həmçinin, torpaq sahəsindən istifadə, sahiblik və mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar, iddiaçıya qarşı hər hansı bir maneənin, müdaxilələrin qarşısı alınmaqla, pozulmuş hüquqlarının bərpa olunması barədə məhkəmə tərəfindən müvafiq qərar qəbul olunmalıdır. Bununla bağlı, iddia tələbinin əsaslı olması hansı hüquq normaları əsasında müəyyənləşdirilməsi qanunvericiliklə bağlı hissədə öz əksini tapacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X8 Musa oğlu iddia tələbini qəbul edərək, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********84 nömrəli vəkil sorğusuna cavab məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində aparılmış texniki baxış zamanı müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsi **********03 reyestr nömrəsi ilə Ləhiş bağ sahəsi, 5748 saylı bağ sahəsi kimi İddiaçı adına qeydiyyata alınmasına baxmayaraq digər fiziki şəxslər tərəfindən istifadə edilmiş, ərazidə 2 mərtəbəli bağ evi və həyət tikilisi inşa edilmişdir. Həmin tikililərin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr xidmətinin xx.xx.2022-ci il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Məhkəmə Ekspertizası Xidmətləri” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlarında yerləşən 5748 nömrəli bağ (torpaq) sahəsinin üzərində 236 kv.m metrlik fərdi yaşayış evi var və bu ərazi ümumilikdə daş hasara alınmışdır. Daş hasar torpaq sahəsini ümumilikdə kənarlardan əhatə edir və 236 kv.m meetrlik fərdi yaşayış evi torpaq sahəsinin cənub hissəində yerləşir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2- 2(102)-945/13 nömrəli qərarının surətindən görünür ki, cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləir Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 02 may 2013-cü il tarixli, 2-1 inz (103)-538/2013 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. 2-1(102)-688/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Ali X2 Qərarının surətindən görünür ki, birinci instansiya məhkəməsinin 2-1(112)-1151/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və 0.12 ha sahəsi olan 5748 saylı bağ sahəsinə dair plan və ölçünün iddiaçının adına hazırlanaraq verilməsi və həmin bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. 2-1(102)-688/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Ali X2 Qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021ci il tarixli, 2-1(103)-133/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alılnmışdır. 2-1(102)-688/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Ali X2 Qərarının surətindən görünür ki, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-133/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə mülki işin matriallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, 5748 nömrəli bağ (torpaq) sahəsi iddiaçının mülkiyyətində olsada həmin bağ sahəsinin yerləşdiyi torpaq sahəsində cavabdeh tərəfindən 2 mərtəbəli bağ evi və həyət tikilisi inşa edilmiş, iddiaçı tərəfidən hörülmüş hasar cavabdeh tərəfindən sökülərək yenisi ilə əvəz edilmişdir. Məhkəmə araşdırılması zamanı habelə cavabdeh tərəfin vermiş olduğu izhatadan həmçinin oda məlum olur ki, cavabdeh tərəfindən iddiaçıya məxsusu torpaq sahəsində tikilmiş bağ evi və tikililər özbaşına tikilidir yəni hər hansı bir hüququ müəyyən educi sənədlər mövcud deyillirdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabehin hərəkətləri nəticəsində iddiaçının konistitusyon hüququ olan mülkiyyət hüququ pozulduğundan iddia tələbi ilkin və ikinci hissədə təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, 5748 nömrəli bağ (torpaq) sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş yaşayış evi və yeni tikilmiş hasarın cavabdehin hesabına sökülməli və sözügedən bağ sahəsində Cavabdeh tərəfindən sökülmüş hasarın cavabdehin öz hesabına yenidən bərpa edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin digər hissələrinə-mülkiyyət hüququ ilə İddiaçı Abıgül oğluna məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, 5748 nömrəli bağ (torpaq) sahəsinə münasibətdə pozulmuş bütün hüquqlarının (mülkiyyət, sahiblik və istifadə hüquqlarının) bərpa olunmasıBakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, 5748 nömrəli bağ (torpaq) sahəsinə münasibtdə iddiaçının mülkiyyət hüquqlarının, eləcə də sahiblik və istifadə hüquqlarının maneəsiz və heç bir müdaxilə olmadan həyata keçirilməsi üçün Cavabdeh tərəfindən hər hansı bir müdaxilələrə və maneəçilik yaratmamasına görə onun üzərinə öhdəlik qoyulması-hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə konkret olmadığında yəni mücərrət xarakter daşıdığından təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin 100 manat dövlət rüsumunun cavavdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, 5748 nömrəli bağ (torpaq) sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş yaşayış evi və yeni tikilmiş hasar cavabdehin hesabına sökülsün. İddiaçı Abıgül oğluna məxsus olan Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, 5748 nömrəli bağ (torpaq) sahəsində Cavabdeh tərəfindən sökülmüş hasarın cavabdehin öz hesabına yenidən bərpa edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Abıgül oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar