Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-107/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətinin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia (dəqiqləşdirilmiş) ərizəsi ilə müraciət edərək, ünvan 3a yerləşən 147 saylı və ünvan 1nda yerləşən 76 saylı mənzillərin açıq hərracda satılması və satışdan əldə ediləcək pul vəsaitinin İddiaçı, X10 və X7 arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında ünvan 2 ünvanında yerləşən 10 saylı, ünvan 3a yerləşən 147 saylı və ünvan 1nda yerləşən 76 saylı mənzillər üzərində İddiaçı 1/3 hissədə mülkiyyət hüququ tanınmışdır. Bununla bağlı olaraq mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən daşınmaz əmlakların real bazar qiymətinin 1/3 hisəsinin iddiaçıya ödənilməsi və bununla da əmlakarın cavabdehin mülkiyyətinə keçməsi təklif edilmişdir. Lakin bu təklifə cavabdeh hər hansı münasibət bildirməmişdir. Həmin əmlakın naturada bölünməsi mümkün olmadığına görə hesab edirik ki, daşınmaz əmlakların açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri (tərəflər) arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi zəruridir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildiriş göndərilməklə məlumat verilsə də o, məhkəməyə gəlməmiş, iddia ərizəsinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyərək, iş materiallarını araşdıraraq, tərəflərin barışığa gələ bilmədiklərini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ilə cavabdeh qohumluq münasibətindədirlər, belə ki, cavabdeh iddiaçının qardaşının arvadı olmuşdur. ünvan 1nda yerləşən 76 saylı mənzil, ünvan 3a yerləşən mənzil (sonradan – mübahisəli əmlaklar) 1/3 hissədə iddiaçının, 1/3 hissədə X1, 1/3 hissədə X6 mülkiyyətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş tərəfindən verilmiş çıxarışlar, yuxarıda qeyd edilmiş mənzillərə uyğun olaraq daşınmaz əmlakın reyestr nömrəsi **********15-05101-093036 və **********41-05101- 093123, iddiaçının qeydiyyat nömrəsi ********** və **********, qeydiyyat tarixi xx.xx.2022 və xx.xx.2022, X7 və X6 qeydiyyat nömrəsi ********** və **********, qeydiyyat tarixi xx.xx.2023 və xx.xx.2023). Mülkiyyətçilər- xx.xx.2010-cu il tarixdə doğulmuş X7 və xx.xx.2008-ci il tarixdə doğulmuş X9, Cavabdeh uşaqlarıdır. Uşaqlar yetkinlik yaşına çatmadıqlarından qanuni nümayəndə qismində anaları cavabdeh qismində çıxış etmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədilə Bakı șəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi,ev 20 ünvanında yerləşən 10 saylı, ünvan 3a yerləşən 147 saylı va ünvan 5nda yerləşən 76 saylı mənzillərin real bazar qiymətinin - müvafiq olaraq 177000 manatn 1/3 hissəsi 59000 manatın,186000 manatın 1/3 hissəsi 62000 manatın va 117000 manatın 1/3 hissəsi 39000 manatın, cəmi 160000 manatı ona ödənilməsini va bununla da mənzillərin digər mülkiyyətçilərin mülkiyyətinə keçməsi barədə təklif göndərmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5106 №-li ekspert rəyinə əsasən mübahisəli əmlakların üç hissədə paylara uyğun naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Hazırda iddiaçı mübahisəli əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilərin paylarına əsasən aralarında bərabər bölünməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İşin hallarından da göründüyü kimi, iddaçı qanunvericiliyə uyğun olaraq payına müvafiq pul məbləğinin ona ödənilməsi üçün cavabdehə təklif göndərmiş, lakin cavabdeh tərəfindən təklifə heç bir münasibət bildirilməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Daha sonra ekspertiza rəyinə əsasən mübahisəli mənzillərin naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmiş və nəticədə, qanunvericiliyin sonrakı mərhələsi olaraq əmlakların açıq hərracdan satılaraq, satış pulu mülkiyyətçilər arasında paylara mütənasib bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ekspertizanın keçirilməsi məhkəmənin təşəbbüsü ilə aparıldığından ekspertiza tədqiqatının dəyəri 100 manatın 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi Cavabdeh tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizaları məhkəmə iddiaçı tərəfin vəsatəti əsasında təyin etmişdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1nda yerləşən 76 saylı mənzil və ünvan 3a yerləşən mənzil açıq hərracdan satılsın, satışdan əldə edilən vəsaitin 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi X4, 1/3 hissəsi X8 verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi Cavabdeh tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-107/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-107/2025
05.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver