Məhkəmə qərarları › İş №e-2(008)-1136/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1136/2025

14.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1136/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil İba oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “payların naturada bölünməsi, birgə mülkiyyətdə olan əmlakın hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “payların naturada bölünməsi, birgə mülkiyyətdə olan əmlakın hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 190 nömrəli bağ sahəsinin bir hissəsi - 0.02 ha ölçüdə torpaq sahəsinin naturada bölünməsi, mümkün olmadıqda isə torpaq sahəsinin açıq hərraca çıxarılaraq satılması, torpağın satışından əldə olunacaq pul vəsaitinin paylı mülkiyyətçilər olan İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 arasında paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, həyat yoldaşı X4 xx.xx.2023-cü il tarixə vəfat etdikdən sonra, notariat ofisinə müraciət etmiş, müraciəti əsasında vərəsəlik işi açılaraq birgə nikah müddətində əldə etdikləri ƏMDK yanında DƏDRX-in Bakı şəhəri ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə əri Bəxtiyar Həsənova verilmiş **********92 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 190 nömrəli bağ sahəsinin bir hissəsi - 0.02 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə əsasında bağ sahəsinin bir hissəsi - 0.02 ha ölçüdə torpaq sahəsinə 5/8 hissədə onun mülkiyyət hüququ haqqında ƏMDK yanında DƏDK və RPHŞ tərəfindən xx.xx.2023-cü il tarixli **********92 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Daşınmaz əmlakın digər 3/8 hissəsi açıq saxlanılmışdır. Cavabdehlər paylarının qəbul edilməsi üçün təşəbbüs göstərməmişlər. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, ona aid olan daşınmaz əmlakın ayrılmasını istəyir. İİ. Tərəflərin mövqeləri: İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 24 dekabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia tələbini qəbul etmədiklərini, hazırda torpaq sahəsi ilə bağlı mirası qəbul etmədiklrəni, vərəsə kimi qeydə alınmadıqlarını, İddiaçı onlara yaxın zamanlarda evi satmaq istədiyini və onların da buna razı olmadıqlarını bildirmişdir. 21 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı və məhkəməyə təqdim edilmiş vəsatəti müdafiə edərək, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 190 nömrəli bağ sahəsinin 5/8 hissəsi İddiaçı məxsus olduğunu, həmin əmlakın 3/8 hissəsi açıq saxlandığını, cavabdehlər miras əmlakını qəbul etmədiyini, hüquqlarının qeydiyyata alınmadığını, bu da iddiaçının hüquqularını məhdudlaşdırdığını bildirmiş və torpaq sahəsinin naturada bölnməsi ilə bağlı rəy verməsi üçün məhkəmə tikinti-texniki ekspertiza təyin edilməsini xahiş etmişdir. 09 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, ekspert rəyi ilə razı olduqlarını bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 941692 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmış və nikah 96 nömrə akt qeydi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Nəbiyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İİ seriyalı 341253 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 02 ayının 21 günündə 207 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrtindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 190 nömrəli bağ sahəsinin bir hissəsi 0.02 ha ölçüdə olan torpaq sahəsinə X1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********92 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AA 068515 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 190 nömrəli bağ sahəsinin bir hissəsinə dair X1 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X3 verilmiş **********92 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 190 nömrəli bağ sahəsinin bir hissəsi - 0.02 ha ölçüdə olan torpaq sahəsi ilə bağlı İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrtindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 190 nömrəli bağ sahəsinin bir hissəsi 0.02 ha ölçüdə olan torpaq sahəsinə İddiaçı 5/8 hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi, **********92 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın digər 3/8 hissəsi açıq saxlanılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tədqiq olunan torpaq sahəsinin tərəflərin paylarına uyğun Bölgü Sxemi tərtib edilmişdir. Həmin bölgü sxemində tədqiq olunan torpaq sahəsinin 0.0125 ha hissəsinin tərəflərdən birinin, 0.0075 ha hissəsinin isə tərəflərdən digərinin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhəkəmə Ekspertiza Mərkəzinin 10/1569 nömrəli 10 iyun 2025-ci il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 190 nömrəli bağ sahəsinin faktiki vəziyyətini, yəni iki tərəfdən küçə ilə həmsərhəd olduğu, eləcə də ayrı-ayrı giriş-çıxış qapılarının açılmasının mümkün olduğunu nəzərə alaraq, tədqiq olunan torpaq sahəsinin tərəflərin 3/8 və 5/8 paylarına uyğun olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş bölgü sxeminə uyğun təcrid formada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Tədqiq olunan torpaq sahəsinin bölünməsinə dair təklif olunan Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən tərtib edilmiş bölgü sxemi rəyə əlavə olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 190 nömrəli bağ sahəsinin faktiki vəziyyətini, yəni iki tərəfdən sərhəd olduğunu nəzərə alaraq, ayrı-ayrı giriş-çıxış yolunun qoyulmasının mümkün olduğu müəyyən edilmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən- mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə qeyd edir ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. İddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, paylı mülkiyyətçi öz payının ayrılmasını tələb edə bilər, paylı mülkiyyətçilər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. İşdən göründüyü kimi mübahisəli torpaq sahəsi ümumi paylı mülkiyyətdədir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışda sözügedən torpaq sahəsinin ümumi sahəsinin 0.02 ha təşkil etdiyi, bunun 3/8 hissəsinin X3, 5/8 hissəsinin İddiaçı məxsus olduğu gösterilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tədqiq olunan torpaq sahəsinin tərəflərin paylarına uyğun Bölgü Sxemi tərtib edilmişdir. Həmin bölgü sxemində tədqiq olunan torpaq sahəsinin 0.0125 ha hissəsinin tərəflərdən birinin, 0.0075 ha hissəsinin isə tərəflərdən digərinin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Belə olan halda iddiaçı mülkiyyətində olan payına müstəqil surətdə sərəncam verə bilməməsi və mülkiyyət hüququnu istəyinə uyğun olaraq gerçəkləşdirə bilməməsi ilə qarşılaşması mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olan şəxs kimi tələbinin təmin olunmasını iddia etməkdə haqlıdır. Belə ki, iddiaçı digər mülkiyyətçilərlə bərabər hüquqlu olmaqla öz əmlakı üzərində qanunvericiliklə müəyyən olunmuş hüquqlara, o cümlədən, sərbəst qaydada istifadə etmək üçün subyektiv hüquqa malik olan şəxsdir. İş üzrə keçirilmiş ekspertiza rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 190 nömrəli bağ sahəsinin faktiki vəziyyətini, yəni iki tərəfdən küçə ilə həmsərhəd olduğu, eləcə də, ayrı-ayrı giriş-çıxış qapılarının açılmasının mümkün olduğunu nəzərə alaraq, tədqiq olunan torpaq sahəsinin tərəflərin 3/8 və 5/8 paylarına uyğun olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş bölgü sxeminə uyğun təcrid formada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Tədqiq olunan torpaq sahəsinin bölünməsinə dair təklif olunan Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən tərtib edilmiş bölgü sxemi rəyə əlavə olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 190 nömrəli bağ sahəsinin faktiki vəziyyətini, yəni iki tərəfdən sərhəd olduğunu nəzərə alaraq, ayrı-ayrı giriş-çıxış yolunun qoyulmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə məhz bu rəyi əsas götürərək, mübahisəli torpaq sahəsinin tərəflərin mülkiyyətində olan paylara mütənasib şəkildə iş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş bölgü sxeminə uyğun naturada bölünməsini əsaslı hesab edir. Beləlilkə, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 190 nömrəli bağ sahəsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aid 3/8 hissədə və İddiaçı aid 5/8 paylarına əsasən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş bölgü sxeminə uyğun olaraq naturada bölünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödədiyindən, iddia təmin edildiyi üçün 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, iddiaçıya ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Adı: X2, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülməlidir. V. Nəticə: Şərh edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 190 nömrəli bağ sahəsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aid 3/8 hissədə və İddiaçı aid 5/8 paylarına əsasən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş bölgü sxeminə uyğun olaraq naturada bölünsün. 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Adı: X2, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar