Məhkəmə qərarları › İş №e-2(008)-1175/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1175/2023

31.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1175/2023 31.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 28695 (iyirmi səkkiz min altı yüz doxsan beş) manat maddi zərərin əvəzi və 178 manat dövlət rüsumunun əvəzi olaraq, ümumilikdə 29075 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Toyota Prius” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında ona məxsusdur. Ona məxsus avtomobili X2 etibarnamə əsasında xx.xx.2022-ci il tarixdə saat 23:50 radələrində idarə edərkən “Kia Carens” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh tərəfindən İXM-nin 327.1 -ci maddəsində nəzərdə tutulmuş təqsirli əməli nəticəsində avtomobilinə zərər vurulmuşdur. Cavabdeh - Cavabdeh təqsirli hərəkəti araşdırılaraq sübut edilmiş və yol nəqliyyat hadisəsində təqsiri nəzərə alınaraq barəsində xx.xx.2022-ci il tarixdə TP ******* nömrəli protokol tərtib olunaraq 40 manat cərimə edilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru X3 tərəfindən araşdırılaraq xx.xx.2022-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda araşdırmanın nəticəsi olaraq birbaşa qeyd edilmişdir ki, “Kia Carens” markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın surəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınıb. Toyota Bakı Mərkəzi MMC tərəfindən avtomobilə baxış keçirilmiş və sıradan çıxmış və zədələnmiş avtomobilin detallarının qiyməti xidmətlərlə birlikdə ümumilikdə - 28695 manat hesablanmışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh - Cavabdeh təqsirli hərəkətləri nəticəsində ona - 28695 manat maddi zərər dəyib. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən X1 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alınması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Kia Carens maraklı 90OL718 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXN-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın sürəti Sabunçu RPİ-nin DYPŞ-ya göndərilmişdir. - Cinayət işinin başlanmasının rədd matriallarında Cavabdeh izahat verərək bildirmişdir ki, “Kia Carens” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında BCDE dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 23:50 radələrində qeyd olunan avomobil ilə Kürdəxanı qəsəbəsində saatda təqribən 30-40 km sürətlə hərəkət etmiş, bu zaman yolun kəsişməsinə daxil olduqda hərəkət sürətini azaltmış və yaxın işıqlarını yandırıbsöndürdükdən sonra yol ayırıcına daxil olduqda hərəkət istiqamətinin sağ tərəfindən Mirzə İbrahimov küçəsindən hərəkətdə olan “Toyota Prius” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin sağ yan hissəsinə çırpılmışdır. Zərbənin təsirindən idarəetməni itirmiş və avtomobilinin sol yan hissəsi daş hasara dəyərək dayanmışdır. Hadisə nəticəsində avtomoiblinin sağ qabaq oturacağına əyləşmiş həyat yoldaşı X4 xəsarət almışdır. - X5 haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli Qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. - "xxxx" MMC-nin qiymətləndirmə aktının surətindən görünür ki, , “Toyota Prius (Hibrid)” minik markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 28695 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-4500/2023 nömrəli məktubla verilmiş məlumatdan görünür ki, “Toyota Prius (Hibrid)” minik markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi xx.xx.2022-ci il tarixdən İddiaçıdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksperizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1485 nömrəli rəyindən görünür ki, tədqiq edilən 2008-ci il buraxılışlı “Toyota Prius” markalı, ** FB *** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmamış və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 8400 (14000, 0 m – 40 %) manat müəyyən edilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 178 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus avtomobilə Cavabdeh istifadəsində olan avtomobil vasitəsi ilə Cavabdeh təqsirli hərəkətləri səbəbində maddi ziyan dəymiş, Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyan Cavabdeh tutularaq iddiaçıya ödənməlidir. Məhkəmə iddiaçıya dəymiş ziyanın məbləğinə münasibət bildirərək qeyd edir ki, iddiaçı ona 28965 manat (iyirmi səkkiz min doqquz yüz altmış beş manat) məbləğində ziyan dəymiş olduğunu qeyd etsə də, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyindən görünür ki, avtomobilin sahibinə dəymiş ziyanın məbləği 8400 manat hesablandığından iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 178 (yüz yetmiş səkkiz) manat məbləğində dövlət rüsumunun 104 (yüz dörd) manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 8400 (səkkiz min dört yüz) manat pul və 104 (bir yüz dörd) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində olan ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar