Məhkəmə qərarları › İş №e-2(008)-119/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-119/2024

09.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-119/2024 09.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “payların natura bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “payların natura bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin natura ilə bölünməsi və İddiaçı 1/2 hissədə payının naturada təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 16 dekabr 2014-cü il tarixli AN-İ №0026980 saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Şəhər yolu ev 19, mənzil 15-də yerləşən mənzili satın almışdır. Sonradan ünvan 1 ünvanında yerləşən mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində **********72-05101- 093003 reyestr nömrəsi ilə qeydiyyata alınmış və İddiaçı 1 otaqdan (21.1 m2)) ibarət pay və Cavabdeh 1 otaqdan (21.1 m2)) ibarət pay müəyyən olunmuşdur. Hal-hazırda İddiaçı öz payına düşən əmlaka dair istifadə və sərəncam hüquqlarını maneəsiz bir şəkildə həyata keçirməsi üçün ünvan 1 ünvanında yerləşən mənzilə dair payların naturada bölünməsi zərurəti yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini müdafiə etdiyini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, cavabdeh isə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək cavabdehin iddia tələbini qəbul etdiyini, ekspertin əvvəlki vermiş olduğu rəylər ilə razı olduğunu məhkəmənin diqqətinə çatdırmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək ünvan 2 ünvanında yerləşən mənzilin İddiaçı ilə aralarında naturada bölünməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, ev 19 ünvanında yerləşən ümumi sahəsi 65 kv.m olan 15 nömrəli mənzilin 1 otaqdan ibarət olan hissəsinin mülkiyyətçisi İddiaçı, 1 olaqdan ibarət olan hissəsinin mülkiyyətçisini isə Cavabdehdır. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-4506/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı Yuriv oğlunun Cavabdeh qarşı “əmlakın naturada bölgüsü” tələbinə dair mülki iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və ekspert qarşısına “Bakı şəhəri, Sabunçu rayonu, Sabunu qəsəbəsi, Şəhər Şossesi küçəsi, ev 19, 15 saylı mənzilin İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə paylarının naturada bölgüsü real olaraq mümkündürmü” sualı qoyulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8692 nömrəli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan obyektin planlı yerləşməsini, o cümlədən yan tərəflərdən qonşu sahələrlə, qarşı və arxa tərəflərdən isə küçə ilə əhatə olunduğunu, hər iki küçə tərəfdən obyektə giriş-çıxış qapıları mövcud olduğunu, faktiki vəziyyətdə təcrid sahələr kimi 2 hissədən ibarət olduğunu nəzərə alaraq, ünvan 3 ünvanda yerləşən faktiki qeyri-yaşayış sahəsi kimi istifadə olunan 15 saylı obyektin tərəflər arasında ½ hissəyə bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olunan tikililər faktiki vəziyyətdə saxlanmaqla, 1-ci hissə tərəflərdən birinə, 2-ci hissə isə tərəflərdən digərinə verilə bilər. Aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8692 nömrəli ekspertiza rəyinə əlavə edilmiş bölgü sxemindən görünür ki, tədqiq olunan obyektin ümumi sahəsi 290 kv.metr olmuşdur. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-434/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Yuriv oğlunun Cavabdeh qarşı “əmlakın naturada bölgüsü” tələbinə dair mülki iş üzrə təkrar məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və ekspert qarşısına “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 65 kv.m olan mənzil üzrə İddiaçı 21.1 m2 hissədə və Cavabdeh 21.1 m2 hissədə paylarının naturada bölgüsü real olaraq mümkündürmü?” sualı qoyulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazrliyini Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4361 nömrəli ekpert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan obyektin planlı yerləşməsini, o cümlədən yan tərəflərdən qonşu sahələrlə, qarşı və arxa tərəflərdən isə küçə ilə əhatə olunduğunu, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışa əsasən tədqiq olunan ünvanda olan 65 kv.m olan mənzil iki hissəyə bölündüyünü, hər iki tikiliyə küçə tərəfdən giriş-çıxış qapıları mövcud olduğunu, faktiki vəziyyətdə təcrid sahələr kimi 2 hissədən ibarət olduğunu nəzərə alaraq, ünvan 3 ünvanda yerləşən faktiki qeyriyaşayış sahəsi kimi istifadə olunan 15 saylı obyektin tərəflər arasında ½ hissəyə bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olunan tikililər faktiki vəziyyətdə saxlanmaqla, 1-ci hissə tərəflərdən birinə, 2-ci hissə isə tərəflərdən digərinə verilə bilər. Aparılmış tədqiqatın dəyəri 100 manat hesablanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4361 nömrəli ekspertiza rəyinə əlavə edilmiş bölgü sxemindən görünür ki, tədqiq olunan obyektin ümumi sahəsi 290 kv.metr olmuşdur. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-119/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölgüsü” tələbinə dair mülki iş üzrə komission məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və ekspert qarşısına “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, ev 19, ünvanında yerləşən ümumi sahəsi 65 kv.m olan mənzil hazırda paylı mülkiyyətçilərin istifadəsində olan ümumi sahəsi 290 kv.m olan qeyri-yaşayış obyektinin hansı hissəsində yerləşməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, ev 19 ünvanında yerləşən ümumi sahəsi 65 kv.m olan 15 saylı mənzil üzrə İddiaçı və Cavabdeh paylarının naturada bölgüsü real olaraq mümkün olması, əgər mümkündürsə, bölgü hansı qaydada həyata keçirilməlidir?” sualları qoyulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazrliyini Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-101765 nömrəli ekpert məlumatından görünür ki, ekspertlər tətqiqat obyektinə baxış keçirə bilmədiyindən ekspertizanın keçirilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə ilk öncə onu qeyd edir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflərin paylı mülkiyyətində olan mənzilin ümumi sahəsi 65 kv.m-dir. Lakin hazırda sözügedən mənzilin faktiki sahəsi tərəflərin vəsaiti hesabına artırılaraq 290 kv.metrə çatdırılmışdır. Belə olan halda məhkəmənin qərardadları əsasında mülki iş üzrə tikintitexniki ekzpertizaları keçirilsədə, ekspertlər məhkəmənin vermiş olduğu sullara aydın cavab verməmiş, tərəflərin mülkiyyətində olan 65 kv.metr sahəsi olan mənzilin naturada bölgüsü yoxlamamış, əksinə tətqiqatı ümumi sahəsi 290 kv.metr olan obyektə münasibətdə aparmışdır. Bundan sonra məhkəmə tərəfindən komissyon ekspertiza təyin edilərək tərəflərin paylı mülkiyyətində olan ümumi sahəsi 65 kv.metr olan mənzilin hazırda mövcud olan ümumi sahəsi 290 kv.metr olan qeyri-yaşayış obyektinin hansı hissəsində yerləşməsinin müəyyən edilməsini və həmin hissənin naturada bölgüsünün yoxlanması vəzifəsi qoyulsada, tətqiqat obyektinə tərəflər tərəfindən baxış keçirilməsinə şərait yaradılmadığından ekspert rəy verməkdən imtina etmişdir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı paylı mülkiyyətində olan mənzilin naturada bölgüsünü məhkəmədən xahiş etsədə, əmlakın naturada bölgüsünün mümkün olacağını təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində olan ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar