Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1289/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı Adı̇ l qızının və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən verdiyi mallarının pulu olan 33470 manatın, ödədiyi 192 manat dövlət rüsumunun və mənəvi ziyana görə 338 manat, ümumilikdə isə (33470 + 192 + 338) 34000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu qəsəbəsində yaşayan Cavabdeh 2021-ci ilin payızından tanıyır. O, müxtəlif malların və məişət avadanlıqlarının alveri ilə məşğul olur. 2022-ci ilin fevral ayında Cavabdeh ilə söhbət əsnasında onun nə işlə məşğul olduğunu öyrəndikdən sonra xahiş etmişdir ki, onun da dolanışığına kömək etmək və qazanc əldə etməsindən ötrü həmin mallardan verə, o da ailə-uşağını saxlaya bilsin. Beləliklə, Cavabdeh ilə şifahi olaraq öz aralarında razılaşmışlar ki, hər ay ona qeyd etdiyi malları müvafiq qiymətə verir, o da hər ayın sonunadək satdığı həmin malların pulunu ona qaytarır. O, 2022-ci ilin fevral ayından başlayaraq həmin ilin avqust ayının ortasınadək Cavabdeh 50000 manata qədər həmin mallardan nisyə vermişdir. Lakin o isə həmin malların 38000 manata qədərinin pulunu vermədi və malları qaytarmaqdan da imtina etmişdir. Odur ki, onun belə hərəkətlər etdiyinə görə Bakı şəhərinin Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə ilə müraciət etmişdir və PB-də araşdırma aparılarkən Cavabdeh qeyd etdiyi həmin 38000 manatdan 4530 manatını ona qaytarmışdır. Qalan 33470 manat pulu isə mənimsədiyini və qaytarmayacağını bildirməklə ödəməyəcəyini demiş və bununla bağlı izahat da yazıb PBdə tədqiqatçıya təqdim etmişdir. Odur ki, cavabdehdən həmin pulun və əlavə olaraq çəkdiyi xərc və mənəvi ziyanla əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh verdiyi, lakin pulunu tam olaraq ödəmədiyi malların siyahısı aşağıdakı kimidir: Məhsulun adı Qiyməti Ödənilib Qalan borc Satış tarixi Samsung A52 (128 Gb) 1000 900 100 xx.xx.2022 Samsung A32 (64 Gb) 700 300 400 xx.xx.2022 Samsung A32 (64 Gb) 700 300 400 xx.xx.2022 Samsung A32 (64 Gb) 700 300 400 xx.xx.2022 Samsung Tab 4 700 450 250 xx.xx.2022 Samsung A52 (128 Gb) 950 380 570 xx.xx.2022 Samsung A52 (128 Gb) 950 380 570 xx.xx.2022 Samsung A52 (128 Gb) 950 360 590 xx.xx.2022 Samsung A52 (128 Gb) 1000 360 640 xx.xx.2022 Samsung Tv 110 ekran 1600 500 1100 xx.xx.2022 Samsung A12 (64 Gb) 500 300 200 xx.xx.2022 Samsung Tv 110 ekran 1600 500 1100 xx.xx.2022 Samsung A32 (64 Gb) 700 250 450 xx.xx.2022 Samsung A32 (64 Gb) 700 200 500 xx.xx.2022 Samsung Tv 110 ekran 1600 500 1100 xx.xx.2022 Samsung A32 (64 Gb) 700 250 450 xx.xx.2022 Samsung Tv 110 ekran 1600 500 1100 xx.xx.2021 Samsung A52 (128 Gb) 950 310 640 xx.xx.2022 Paltaryuyan 6,5 kq 1150 380 770 xx.xx.2022 Samsung A33 (128 Gb) 1200 800 400 xx.xx.2022 Samsung Tv 110 ekran 1600 400 1200 xx.xx.2022 Samsung A33 (128 Gb) 1200 400 800 xx.xx.2022 Samsung A33 (128 Gb) 1200 400 800 xx.xx.2022 Samsung Tv 110 ekran 1600 300 1300 xx.xx.2022 Samsung A33 (128 Gb) 1200 300 900 xx.xx.2022 Kondisioner Shivaki 60 m2 1300 440 860 xx.xx.2022 Apple saat 7/45 1450 300 1150 xx.xx.2022 Apple saat 7/45 1450 400 1050 xx.xx.2022 Apple saat 7/45 1450 300 1150 xx.xx.2022 Samsung A13 (64 Gb) 630 100 530 xx.xx.2022 Samsung Tv 110 ekran 1600 200 1300 xx.xx.2022 Redmi Not 11S (128 Gb) 900 200 700 xx.xx.2022 Apple saat 7/45 1450 200 1250 xx.xx.2022 Samsung A33 (128 Gb) 1200 100 1100 xx.xx.2022 Samsung A33 (128 Gb) 1200 150 1050 xx.xx.2022 Samsung A33 (128 Gb) 1200 200 1000 xx.xx.2022 Samsung A33 (128 Gb) 630 50 580 xx.xx.2022 Samsung A33 (128 Gb) 1200 200 1000 xx.xx.2022 Samsung A33 (128 Gb) 1200 180 1020 xx.xx.2022 Samsung A33 (128 Gb) 1200 180 1020 xx.xx.2022 Apple saat 7/45 1450 200 1250 xx.xx.2022 Redmi Not 11 (128 Gb) 780 50 730 xx.xx.2022 Ümumi qalıq borc: 33470 Bu məsələ ilə əlaqədar həmin pulun əlində olmaması səbəbindən əldə edə biləcəyi xeyli məbləğdə gəlirindən və faydasından məhrum olmuş və buna görə də əsəb gərginliyi, stress keçirərək səhhəti korlanmışdır. Nəticə etibarı ilə maddi zərərə və mənəvi ziyana məruz qalmışdır. Belə ki, həmin 33470 manat pula bu müddət ərzində istənilən mal alqısatqısı ilə məşğul olsaydı, minimum 4-5 min manat gəlir əldə edərdi. Mənəvi ziyanı isə 338 manat hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə araşdırılması zamanı şahid qismində dindirilmiş X1 bildirmişdir ki, iddiaçının anasıdır, cavabdehin pulu verməyinə görə evlərinə getmişdir. Əvvəl Cavabdeh borcu 50000 manat idi, sonradan 40000 manatdan çox qaldı. Evinə gedən zaman cavabdeh onlara bildirmişdir ki, pulu almış, lakin qaytarmayacaqdır, bir daha evinə gəlsələr polisə şikayət edəcəkdir. İş materiallarında olan cavabdehin Sabunçu RPİ-nin 15-ci PB-nə ünvanladığı izahatdan görünür ki, "otuz dörd min manat borcu olduğunu açıq etiraf" edir. - Sabunçu RPİ-nin 15-ci PB-nə xx.xx.2023-cü il tarixli 49-4/2-H-1502 nömrəli məktubundan görünür ki, İddiaçı ərizəsində göstərilən xüsusatlar məhkəmə səlahiyyətlərinə aid olduğu üçün məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə oıunmuşdur. Müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh müəyyən mallar verir, sonuncu isə həmin malların satışından əldə etdiyi pulları iddiaçıya qaytarmağa öz öhdəsinə götürür. Cavabdeh 38000 manatdan 4530 manatını ona qaytarmışdır. Qalan 33470 manat pul qaytarılmamışdır. İddiaçı həmçinin 338 manat mənəvi ziyan tələb etmişdir. İşin mübahisəli halı tələb olunan məbləğlərin cavabdehdən tutulmasının əsaslarının olub-olmamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 406.1-ci maddəsinə görə, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; - 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; - 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; - 1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir; - 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Hazırki işdən görünür ki, iddiaçı müəyyən malları cavabdehə verməyi, cavabdeh isə həmin malların dəyərini onların satışından əldə olunan pul vəsaiti ilə ödəyəcəyini öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər arasında olan münasibətlər faktiki olaraq əşyaların hissəhissə ödənilməsi ilə nisyə alqı-satqısıdır. Mülki Məcəlləyə görə bu kimi müqavilələrdə digər mühüm şərtlərlə ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmalı olsa da, bu şərtləri nəzərdə tutan müqavilə tərəflər arasında bağlanmamışdır. Bu səbəbdən cavabdehin əldə etdikləri məhkəmə tərəfindən əsassız varlanma kimi qiymətləndirilir və iddiaçıya qaytarılmalıdır. Çünki, iş materiallarına əlavə edilmiş cavabdehin Sabunçu RPİ-nin 15-ci PB-nə ünvanladığı izahatından görünür ki, o, iddiaçıya 34000 manat borcu olduğunu açıq etiraf etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb olunan pul iddiaçıya qaytarılmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, Cavabdeh 34000 manat borcu olduğunu izahatında bildirsə də, işin hallarından görünür ki, iddiaçının ümumilikdə tələb etdiyi 34000 manat pulun 33470 manat hissəsi malların dəyərini, 192 manat ödənilmiş dövlət rüsumunu, 338 manat isə mənəvi ziyan təşkil edir. Yəni cavabdehin etiraf etdiyi 34000 manatdan məhkəmə iddia tələbinin həddindən çıxmayaraq yalnız 33470 manat hissəsinin cavabdehdən tutulmasını təmin edir. İddia ərizəsində tələb olunan 338 manat mənəvi ziyanla balı isə məhkəmə aşağıdakıları qeyd edir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə əsasən, "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan normaların birgə təhlilindən görünür ki, iddiaçı cavabdehdən 338 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə tələbini əsaslandırmaq üçün fıziki və mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliyi ilə vurulmuş mənəvi zərər arasında səbəbli əlaqənin olmasını sübut etməlidir. Lakin o, məhkəməyə belə bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, mənəvi ziyanın ödənilməsi hissəsində iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü ildə ********** nömrəli qəbzlə 192 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cəmi 33808 (33470+338=33808) manat məbləğində iddianın 33470 manat hissəsi (99 faizi) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 99 faizi, yəni 190,08 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 1,92 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 218.3-cü maddəsində deyilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 33470 manat məbləğində pul tutularaq İddiaçı Adi qızına ödənilsin. 190,08 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın, qalan 1,92 manat hissəsi isə iddiaçıya aid hiss edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-1289/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1289/2025
12.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver