Məhkəmə qərarları › İş №e-2(008)-134/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-134/2025

15.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-134/2025 15.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X16 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “zəbt olunmuş əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “zəbt olunmuş əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev 56 ünvanda yerləşən fərdi yaşayış sahəsinin ona məxsus olan əmlakının müəyyən edilərək, cavabdehlərdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1961-ci ildə atası Kəblə X5 qardaşı Kəblə X10 arasında notariusun iştirakı ilə ata-baba yurdlarını bölmüş, faktiki olaraq iki qardaşın arasında bölgü olsa da, hasar çəkilməmişdir.1972-ci ildə atası, əmisi isə daha əvvəl ölmüşdür. Əmkalın əmisinə məxsus hissəsində onun oğlu Cavabdeh3 yaşamışdır. 1961-ci ildə Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli Bakı şəhəri üzrə tikililərin reyestri çıxarışına əsasən Bakı şəhəri, Maştağa rayonu, Maştağa küçəsi, 1209-da yerləşən fərdi yaşayış evi Babayev X7 və X9 (X6 yoldaşı) aid olmuşdur. Həmçinin fərdi yaşayış evinin sahəsi 450 kv.m göstərilmişdir. Cavabdeh3 ölümündən sonra həmin ünvanda oğlu və nəvələri Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 yaşayırlar. DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş xx.xx.2014-cü il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsinin ona məxsus olması, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olduğu və istifadədə olduğu qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsinin məktubuna əsasən, ünvan 9 4 otaqlı fərdi yaşayış evinin (köhnə ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ev 1209) 2 otağı xx.xx.1957-ci il tarixdə Məlikov Məmməd oğlunun adına, 2 otağı xx.xx.1958-ci il tarixində Babayev X6 adına ilkin qeydiyyatdan keçmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev 56 ünvanda yerləşən fərdi yaşayış sahəsinin ona məxsus olan əmlakının müəyyən edilərək, cavabdehlərdən alınması, Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev 56 ünvanda yerləşən iddiaçıya və cavabdehlərə məxsus olan fərdi yaşayış sahələri, onların yerləşdikləri torpaq sahələrinin texniki pasportdakı koordinatlarına uyğun olaraq ayrılmaqla naturada bölünməsi, ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybətov küçəsi 56 ünvanında yerləşən həyətin darvazasından daxil olduqda sağ tərəfdə cavabdehlər tərəfindən açılmış qapının sökülərək, həmin hissənin kərpiclə tikilib bağlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, elektron məhkəmə informasiya sisteminin məlumatlarına əsasən, Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi H.Heybətov küçəsi, ev 56 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçilərin dəqiqləşdirilməsi, “zəbt olunmuş əmlakın geri qeytarılması tələbi”nə dair mülki işə Cavabdeh6 əlavə cavabdeh qismində cəlb edilməsi, ünvan 3 ünvanda yerləşən istifadələrində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş hissəsinin alınaraq ona verilməsi, ünvan 4 ünvanda yerləşən iddiaçı və cavabdehlərə məxsus olan fərdi yaşayış sahələri, onların yerləşdikləri torpaq sahələri texniki pasportdaki koordinatlarına uyğun olaraq ayrılmaqla naturada bölünməsi, iddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən həyətin darvazasından daxil olduqda sağ tərəfdə cavabdehlər tərəfindən açılmış qapının sökülərək, həmin hissənin kərpiclə tikilərək bağlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarından göründüyü kimi 18 mart 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh6 vəkili Vəkil2 izahatında iddia tələbini qəbul etmədiklərini, Cavabdeh6 adına Çıxarış olduğunu, texniki pasortda göstərilən göstəricilərin kifayət qədər sübut qismində çıxış etdiyini, iddiaçının xahişi ilə qapının açıldığını, qapının bağlanması ilə bağlı mübahisə olmadığını, bölgünün hansı formada olması bəlli olmadığını, torpaq sahəsinin və evlərin tərəflər 70 ildir bu cür istifadə edildiyini bildirərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə istinad edərək, şəxsin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə biləcəyini və cavabdehlər tərəfindən torpaq sahəsinin artıq fasiləsiz və etirazsız 70 ildir istifadə edildiyini bildirmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatını, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutlara məcmu halında qiymət verərək nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 758 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 21 iyun 1959-cu ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı 119917 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 Kəbləbaba oğlu 28 oktaybr 2004-cü ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Qanun üzrə X12 Şəhadətnamədən görünür ki, 29 iyun 1972-ci ildə vəfat etmiş X3 vərəsəsi ünvan 6 ünvanında yaşayan oğlu İddiaçı miras əmlakdan irs almışdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Sovet Sosialist Respubliaksı Bakı Şəhər X4 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1957-ci il tarixli, 229 h/e nömrəli reyestr kitabının 14686 nömrəli vərəqində qeydiyyatda alınmış “Qeydiyyat Vəsiqəsi”nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli, 05A4/114 nömrəli arayışa əsasən Bakı şehəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1209 ünvanında yerləşən, iki otaqlı, yaşayış sahəsi 27 kv.m. olan fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heydərov küçəsi, ev 56, 2 otağı İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 12 iyul 2014-cü il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heydərov küçəsi, ev 56, 2 otağı X1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 02 sentyabr 2020-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heydərov küçəsi, ev 56, 2 otağı Cavabdeh6 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 30 iyul 2024-cü il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-21521/2024- **********21 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 9 ünvanda iddiaçının iştirakı ilə əraziyə vizual baxış keçirilərək müəyyən edilmişdir ki, paylı mülkiyyət üzrə olan fərdi yaşayış evinin torpaq sahəsi payçılar arasında daş hasarla bölünmüşdür. İddia olunan torpaq sahəsi fərdi yaşayış evinin ön hissəsində yerləşməklə 39.0 kv.m təşkil edir. Sözügedən torpaq sahəsi mübahisəlidir və digər payçılar tərəfindən istifadə edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2024-cü il tarixli 10/7886 nömrəli ekspert rəyinə əsasən mütəxəssis rəyində qeyd edilir ki, paylı mülkiyyət üzrə olan fərdi yaşayış evinin torpaq sahəsi fərdi yaşayış evinin ön hissəsində yerləşməklə 39.0 kv.m təşkil edir. Sözügedən torpaq sahəsi mübahisəlidir və digər payçılar tərəfindən istifadə edilir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-9093/2025 nömrəli 05 mart 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən, ünvan 6 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evində payçılar öz aralarında bölgü işi aparmışdır. Belə ki, yaşayış evinin 100.5 kv.m hissəsi İddiaçı istifadəsindədir. Fərdi yaşayış evinin bölünməsi nəzərdə tutulan hissələri ortaq yükdaşıyıcı divara sahibdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırkı iddia tələbinin hüquqi əsasını mülkiyyətin müdafiəsi ilə bağlı olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında: "... Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev 56 ünvanda yerləşən fərdi yaşayış sahəsinin ona məxsus olan əmlakının müəyyən edilərək, cavabdehlərdən alınmasını xahiş etmişdir. Həmin tələb üzrə məhkəmə aşağıdakiları bildirir: Bu barədə iddia tələbini təmin etməyən məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından göründüyü kimi iddiaçı ilə cavabdehlərin mülkiyyətində olan 2 otaqdan ibarət sahələrin dəqiq ölçüləri göstərilməklə, rəsmi reyestrdə qeydə alınmasa da, bölünmüşdür. Torpaq sahəsi ilə bağlı iş materiallarında olan mütəxəssis rəyinə əsasən ümimi olaraq 39 kv.m torpaq sahəsi ilə bağlı tərəflər arasında mübahsə var və həmin torpaq sahəsi dövlət mülkiyyəti olmaqla, tərəflərin istifadəsinə verilmişdir. Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, ev 56 ünvanda yerləşən iddiaçıya və cavabdehlərə məxsus olan fərdi yaşayış sahələri, onların yerləşdikləri torpaq sahələrinin texniki pasportdakı koordinatlarına uyğun olaraq ayrılmaqla naturada bölünməsi tələbi üzrə: İddia tələbini bu hissədə təmin etməyən məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı DƏDR Xidmətinin 1 saylı Ərazi İdarəsinin 3-21-3-30/2-9093/2025 nömrəli 05 mart 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin bölünməsini nəzərdə tutulan hissələri ortaq yükdaşıyıcı divara sahib olduğundan, konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən, həmin evin naturada ayrılmasının mümkün olmaması müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan əmlak reyestrdəki qeydiyyata və ona verilmiş çıxarışa əsasən müəyyən edildiyindən onun mülkiyyətində olan əmlakın yenidən müəyyən edilməsinə zərurət yoxdur. Eləcə də iddiaçı mülkiyyətində olan hansı sahənin başqa şəxslər, cavabdehlər tərəfindən tutulmasını, cavabdehlərdən hansı əmlakın alınıb ona qaytarılmalı olmasını sübut edə bilmədiyindən həmin tələbdə təmin oluna bilməz. İddiaçı və cavabdehlərə məxsus, onların mülkiyyətində olan yaşayış sahəsinin naturada bölmək mümkün olmadığından onların ümumi istifadəsinə verilmiş, evin yerləşdiyi torpaq sahəsinində naturada bölünməsi mümkünsüzdür və bu barədə tələbdə rədd edilməlidir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybətov küçəsi 56 ünvanında yerləşən həyətin darvazasından daxil olduqda sağ tərəfdə cavabdehlər tərəfindən açılmış qapının sökülərək, həmin hissənin kərpiclə tikilib bağlanılması ilə bağlı məhkəmə araşdırması zamanı cavabdehlərin nümayəndəsi və vəkili izahatında həmin qapının bağlanmasına etiraz etmədini bildirdiyindən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması ilə də müəyyən olunur ki, tərəflər mübahisəli aralarında uzun müddət məhkəmə çəkişmələri olduğu nəzərə alınaraq, həmin qapının hazırda mövcud olması gələcəkdə yeni bir mübahisənin yaranmasına zəmin yaradacağını nəzərə alarq bu hissədə iddia təmin edilməli və cavabdehlərin hesabına kəpiclə hörülərək bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, 56 ünvanında yerləşən həyətin darvazasından daxil olduqda sağ tərəfdə cavabdehlər tərəfindən açılmış qapının sökülərək, cavabdehlərin hesabına tikilərək bağlanmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, 56 ünvanında yerləşən həyətin darvazasından daxil olduqda sağ tərəfdə açılmış qapı sökülsün və həmin hissə cavabdehlərin hesabına tikilərək bağlansın. 50 (əlli) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq, İddiaçı ödənilsin. Ekspertiza xərci olaraq 100 (bir yüz) manat 50 manat iddiaçıdan və 50 manat cavabdehlərdən müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinə (Hesab: AZ34CTRE********************) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar