Məhkəmə qərarları › İş №e-2(008)-1376/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1376/2023

28.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1376/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 475 manatı alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı su fıltirlərinin satışı ilə məşquldur. Cavabdeh özünü İbrahim adlı şəxs kimi təqdim edən, Azəryolun İşçisi olduğunu, Gəncə şəhərində işlədiyini bildirən xx.xx.2021-ci ildə iddiaçıya zəng edərək su filtiri, birini evinə, birini iş yerinə istədiyini bildirdi. Biraz satışla bağlı söhbətdən sonra ona sürücü lazım olduğunu bildirdi və 720 manat aylıq əmək haqqı verdiyini bildirdi. İddiaçı İbrahim adlı şəxsin fikrinin ciddi olduğunu düşünmüş və onunla işləyə biləcəyini, hal hazırki əmək haqqının az olduğunu və 720 manat əmək haqqının iddiaçını qane edəcəyini düşünüb onunla işləməyə razılıq vermişdir. İbrahim kimi özünü təqdim edən şəxs iddiaçının inamından süni istifadə edərək onu işə götürməsi ücün sığorta və sağlamlıq haqqında sənədləri düzəltmək üçün 475 manat pulun lazım olduğunu və tez zamanda ona Milliön vasitəsi ilə göndərməyini bildirmişdir. Həmin məbləğ onun üzərində olduğundan həmin şəxslə telefonla danışa-danışa Gəncə şəhər Cavadxan qəsəbəsi Ərzaq Mağazasında (AL MARKET) de yadında qalmayan Azərbaycan Beynəlxaq Bankına məxsus olan kartına 475 man göndərmişdir. Bir neçə saat sonra bir neçə sual vermək üçün həmin şəxsə dəfələrlə zəng etmiş, amma telefona zəng çatmamışdır. Həmin an aldandığını düşünərək DİN nin 102 qaynar xəttinə müraciət etmişdir. Həmin gün Gəncə Şəhər Kəpəz ray Polis idarəsinə dəvət olunaraq İzahat vermişdir. Gəncə şəhər Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı polis kapitanı X2 icratında olan HK-1/616 nömrəli materialı nəzərdən keçirib xx.xx.2021-ci ildə müəyyən edib, özünü İbrahim adlı şəxs kimi təqdim edən və AZƏRYOL MMC-nin işçisi olan şəxsə cinayət işi açılmayacağı və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada görülməsi üçün qərarın sürətini Kəpəz RPİ-nin PB-nə göndərmişdir. Dəfələrlə polis orqanlarına və prokurorluğa müraciət etsə də 475 manat halal pulunu hələ də ala bilməmişdir. İddiaçı məhkəməyə elektron ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, iddiaçı hazırki mübahisə ilə polisə müraciət etmiş, lakin dələduzluq etmiş naməlum şəxsi müəyyən etmək mümkün olmamışdır. Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Bölməsinin rəisi Emin Qurbanov tərəfindən iddaiçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən həmin şəxsin Bakı şəhəri, Sabunçu rayon Maştağa qəsəbəsi, S.Əliyev küçəsi, ev 5-də qeydiyyatda olan Cavabdeh olduğu müəyyən olunmuşdur. İddiaçı tərəfindən eManat vasitəsilə 475 manatın müəyyən hesaba köçürüldüyü görünür. Hazırda iddiaçı 475 manatın cavabdehdən alınıb ona verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənatinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəfindən iddia tələbini sübut edən sənədlər məhkəməyə təqdim edilməmiş, iddiasının hüquqi əsasının nədən ibarət olması, iddiaçı ilə cavabdehin hansı hüquq münasibətlərində olmaları, hansı hüquq münasibətlərinə söykənərək tanımadığı, adını belə tam bilmədiyi şəxsə pulu göndərməyi barədə məlumat verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar