Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-139/2022 22.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə Cavabdehin nümayəndəsi (əməkdaşı) X25, nümayəndəsi (vəkili) X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin boşaldılması, qeyri-yaşayış sahələrinin, hasarın sökülməsi, torpaq sahəsinin yenidən hasarlanması və torpaq sahəsinin qanuni mülkiyyətçilərə qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçılar İddiaçı2 və İddiaçı1 **********72-06301 Daşınmaz əmlakın reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi Şössesi 80 ünvanında yerləşən 3.0 ha torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunmuş 4299 kv.m hissəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış sahələrinin, eləcə də hasarın sonuncunun hesabına sökülməsi və torpaq sahəsinin koordinatlarına uyğun yenidən Cavabdeh hesabına hasarlanması və 4299 kv.m torpaq sahəsinin qanuni mülkiyyətçilərə qaytarılması və vurulmuş 100000 manat məbləğində ziyanın, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş ümumilikdə hər bir iddiaçı ilə əlaqədar 500 manat olmaqla 1000 manat məbləğində xidmət haqqının tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, **********72-06301 Daşınmaz əmlakın reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı- Binəqədi Şössesi 80 ünvanında yerləşən 3.0 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş 1263.16 m2 qeyri-yaşayş sahəsi xüsusi mülkiyyət hüququ ilə müəyyən paylara bölünməklə İddiaçı2 və İddiaçı1, X7 və X14 məxsus olmuşdur. Tərəflərindən adıçəkilən torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə edilmiş müraciətə xx.xx.2019-cu il tarixli cavabda bildirmişdir ki, topraq sahəsinin koordinatı müəyyənləşdirilmiş, lakin 3 ha torpaq sahəsinin 0.4131 ha qonşunun qərb tərəfdən hasarı daxilində yerləşməkdədir. Mülkiyyətçilərə məxsus torpaq sahəsinin qərb tərəfdən qonşusu Cavabdeh MMC-dir. Mülkiyyətçilərə məxsus olan torpaq sahəsinin 0.4131 ha hissəsinin sonuncular tərəfindən istifadə olunması, mülkiyyətçilər tərəfindən göndərilmiş Pretenziyanən müzakirəsi (görüş zamanı) zamanı da təsdiq olunmuşdur. Daha sonra X12 və X24 qeyd olunan əmlakda olan paylarını İddiaçı2 alqı-satqı yolu ilə satmışlar. xx.xx.2020-ci il tarixli **********72-06301 Dammaz əmlakın reyestr nömrəli və ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki. İddiaçı1 qeyd olunan əmlakda payı 0.9 ha torpaq sahəsi və 378.95 kv.m binadan, eləcə də İddiaçı2 Nəzəf oğlunun qeyd olunan əmlakda payı 2.1 ha torpaq sahəsi və 884.21 kv.m binadan ibarətdir. Göründüyü kimi, xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 və İddiaçı1 məxsus olan torpaq sahəsinin 0.4131 ha hissəsi Cavabdeh MMC-nin istifadəsində olan torpaq sahəsinə birləşdirilərək hasara alınmışdır. Bunun nəticəsi olaraq, İddiaçı2 və İddiaçı1 öz mülkiyyətlərinin bir hissəsindən qanunsuz olaraq məhrum edilmiş və öz mülkiyyət hüquqlarını onlara məxsus olan torpaq sahəsi üzərində tam həyata keçirə bilmirlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin və tələbini dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X25 izahat verərək qeyd etdi ki, cavabdehin mülkiyyətində 1.2 hektar torpaq sahəsini xx.xx.2008 ci ildə "xxxx"-un təmsilçiləri X15 və X8 Cavabdeh MMC-nin təsisçisi X10 notariat kontorunda alqı satqı müqaviləsi bağlamaqla satılmışdır. Tərəflərin arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda "xxxx"-a məxsus 4.2 ha torpaq sahəsinin 1.2 ha hazırlanmış cizgi-planını təsdiq etmişdilər. 1.2 ha torpaq sahəsini satıcılar özləri ölçüb vermiş və mərclənmə nişanları qoymuşdular. Hesab edir ki, onların torpaqlarının bütövlüyü təmin edilmədən bu işə baxıla bilməz. Bakı İnzibati Məhkəməsinin 17.03.22-ci il tarixli qərarı ilə Cavabdeh MMC-nin mülkiyyətində olan 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçünün tərtib edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəsini almışdır. Hesab edir ki, həmin qərar icra edilənədək hazırki işin icraatı dayandırılmalıdır. Hər iki tərəfə torpağı satan "xxxx" şirkəti işə cəlb edilməlidir. Belə ki, həmin şirkət tərəfindən tərəflərdən biri aldadılıb. Odur ki, iddianının rədd olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) X3 Adil Alxas oğlunun izahatına uyğun izahat verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Cavabdeh MMC xx.xx.2007-ci il tarixdə 0107-P321-48439 dövlət qeydiyyat nömrəsi ilə (hazırki nömrəsi **********) dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi Şössesi, 80 ünvanında yerləşən 4.2 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət reyestrində 17 №-li reyestr kitabının 1573 №-li vərəqində qeydiyyata alınmış reyestr nömrəsi **********93-06301, qeydiyyat nömrəsi **********, xx.xx.2008-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən "xxxx" şirkətinə məxsus olmuşdur (MH seriyalı ******* №-li Çıxarış). "xxxx" şirkəti (şirkətin adından X15 və X9) həmin torpaıq sahəsinin 1,2 ha hissəsini xx.xx.2008-ci il tarixli, AN-İ ******* №-li alqı-satqı müqaviləsi əsasında X1. Satıcı "xxxx" şirkətini təmsil edən X15 və X9 ilə alıcı X18 arasında bölgü sxemi tərtib edilmiş və xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiq edilmişdir. Adıçəkilən bölgü sxeminə əsasən 1,2 ha və qalan 3,0 ha torpaq sahələrinin koordinatları göstərilməklə, aralarındakı hasarın da uzunluğu və istiqaməti göstərilmişdir. Sonradan həmin 1,2 ha torpaq sahəsinin 1,1902 ha hissəsi xx.xx.2015-ci il tarixdə **********93 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrində Çıxarışa əsasən X11 mülkiyyətinə keçmişdir. X20 xx.xx.2017-ci il tarixdə AN-İ ******* № alqı-satqı müqaviləsi əsasında həmin 1,1906 ha torpaq sahəsini Cavabdeh MMC-yə satmışdır. 1,1906 ha torpaq sahəsinə dair X11 adına DƏDRX tərəfindən A 019820 №-li Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində 1,1906 ha torpaq sahəsi Cavabdeh MMC-nin mülkiyyətindədir (reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan ******* №-li Çıxarış). Eyni zamanda, Cavabdeh MMC mülkiyyətində olan 1,1906 ha torpaq sahəsinə bitişik 2,7508 ha torpaq sahəsinə dair daimi istifadə hüququ ilə xx.xx.2017-ci il tarixdə ******* №-li Çıxarış almışdır. Həmin torpaq sahəsi də X20 tərəfindən daimi istifadə hüququnun cavabdehə satılması nəticəsində əldə edilmişdir. 2,7508 ha torpaq sahəsinə dair X11 adına DƏDRX tərəfindən A 019819 №-li Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Beləliklə, Cavabdeh MMC-nin mülkiyyətində və istifadəsində 3,9414 ha (1,1906 ha + 2,7508 ha) torpaq sahəsi var. "xxxx" MMC xx.xx.2019-cu il tarixdə 4,2 ha torpaq sahəsindən mülkiyyətində qalan 3 ha torpaq sahəsinin və ümumi sahəsi 1263,16 kv metr olan qeyri-yaşayış binasının: 0,6 ha torpaq sahəsini və 252,63 metr qeyri-yaşayış binasını AN-İ ******* №-li alqı-satqı müqaviləsi əsasında X7; 0,6 ha torpaq sahəsini və 252,63 metr qeyri-yaşayış binasını AN-İ ******* №-li alqı-satqı müqaviləsi əsasında X14; 0,9 ha torpaq sahəsini və 378,95 metr qeyri-yaşayış binasını AN-İ ******* №-li alqı-satqı müqaviləsi əsasında İddiaçı1; 0,9 ha torpaq sahəsini və 378,95 kv metr qeyri-yaşayış binasını AN-İ ******* №-li alqı-satqı müqaviləsi əsasında İddiaçı2 satmışdır. X12, X24, iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində rəsmiləşdirərək **********72-06301 olan reyeətr nömrəsi ilə Çıxarış almışdılar (qeydiyyat tarixləri müvafiq olaraq xx.xx.2019-cu il, xx.xx.2019-cu il , xx.xx.2019cu il və xx.xx.2019-cu il). X2 və X24 öz paylarını xx.xx.2020-ci il tarixdə müvafiq olaraq AN-İ ******* və AN-İ ******* №-li alqı-satqı müqavilələr əsasında İddiaçı2 satmışdılar. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi Şössesi 80 ünvanında yerləşən 3.0 ha torpaq sahəsi və 1263,16 kv metr qeyri-yaşayış binası İddiaçı1 (0,9 ha topaq sahəsi və binadan ümumi sahə 378,95 kv metr) və İddiaçı2 (2,1 ha torpaq sahəsi və binadan ümumi sahə 884,21 kv metr) xüsusi mülkiyyətindədir (reyestr nömrəsi **********72-06301, müvafiq olaraq qeydiyyat nömrəsi ********** və **********, qeydiyyat tarixi xx.xx.2019 və xx.xx.2020 olan Daşınmaz əmlakın reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış). İddiaçılar tərəfindən adıçəkilən torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, topraq sahəsinin koordinatı müəyyənləşdirilmiş, lakin 3 ha torpaq sahəsinin 0.4131 ha hissəsinin qərb tərəfdəki qonşunun hasarı daxilində yerləşdiyi və sərhədlərin tərəflər arasında düzgün bölünmədiyi müəyyən edilmişdir. Sonradan iddiaçılara Reyestr Xidməti tərəfindən bölgü sxemi təqdim edilmişdir. Məhkəmə iclasında həmin bölgü sxemi ilə razılaşmayan cavabdehin nümayəndəsi X25 ekspertizanın keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıların və cavabdehin nümayəndələrinin xahişi əsasında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə «mübahisəli torpaq sahəsinin (3,0 ha) koordinatları hüquqmüəyyənedici sənədlərdə göstərilmiş koordinatlar üzrə yerləşirmi» sualı ilə sorğu göndərilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli rəyə əsasən 3,0 ha torpaq sahəsinin (yəni, iddiaçıların mülkiyyətində olan) plan-ölçü sənədi (çıxarışın əlavəsi-koordinatlar qeyd olunan) təqdim edilmədiyindən həmin sahənin koordinatlarını müəyyən etmək mmümkün olmamışdır, lakin elektron kadastr bazasında reyestr nömrəsi **********72 olan çıxarışın yerləşmə mövqeyinə görə sözügedən 3,0 ha torpaq sahəsinin 4299 kv metr hissəsi cavabdehin faktiki istifadəsində olan (tikililər yerləşən) ərazi ilə üst-üstə düşür. Bu rəylə razılaşmayan cavabdehin nümayəndəsi yenidən ekspertizanın keçirilməsini tələb etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mütəxəssis rəyinin alınması və məhkəmə tikinti-texniki ekspertizanın təyin olunması qərar alınmışdır. Mütəxəssis və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 4299 kv metr torpaq sahəsi baza məlumatlarına əsasən Cavabdeh MMC-nin ******* №-li Çıxarış əsasında mülkiyyətində olan 1,1906 ha torpaq sahəsinə dair verilmiş plan və ölçünün daxilindədirmi? Daxilində deyilsə, həmin 1,1906 ha torpaq sahəsinin iddiaçılarla olan ümumi sərhədinin harasından başlayır? Daxilindədirsə, Cavabdeh MMC-nin mülkiyyətində və daimi istifadəsində olan (1,1906 + 2,7508) ha torpaq sahəsinin bötövlüyünün bərpa edilməsi mümkündürmü? 4299 kv metr torpaq sahəsi baza məlumatlarına əsasən Cavabdeh MMC-nin ******* №-li Çıxarış əsasında mülkiyyətində olan 1,1906 ha torpaq sahəsinə dair verilmiş plan və ölçünün daxilindədirsə, iddiaçıya məxsus həmin sahəni tapmaq mükündürmü? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixlə mütəxəssis rəyinə əsasən İddiaçı2 mülkiyyətində olan sahə Cavabdeh MMC-nin istifadəsində olan torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşməkdədir, sözügedən torpaq sahəsi üzərində qeyri-yaşayış tikililəri mövcuddur. Həmin rəyə əsasən cavabdehin faktiki istifadəsində 39654 kv metr, iddiaçının faktiki istifadəsində 25701 kv metr torpaq sahəsi var. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 10/4359 №-li ekspert rəyinə əsasən mübahisəli 4299 kv metr torpaq sahəsi Cavabdeh MMC-nin ******* N-li Çıxarış əsasında mülkiyyətində olan 1.906 ha torpaq sahəsinə dair verilmiş plan və ölçünün daxilində deyil, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2019 və xx.xx.2020-ci il qeydiyyat tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmiş 3 ha torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunmuş, Cavabdeh MMCnin ******* Ns-li Çıxarış əsasında mülkiyyətində olan 1.906 ha torpaq sahəsinin iddiaçılarla olan ümumi sərhəddin (hasarın) sol tərəfindən (mübahisəli 4299 m2 torpaq sahəsindən sonra) başladığı müəyyən olunmuşdur. Cavabdeh MMC-nin mülkiyyətində və daimi istifadəsində olan (1.1906 + 2.7508) ha torpaq sahəsinin bütövlüyünün bərpa edilibedilməməsinin müəyyən olunması tikinti-texniki ekspertinin həll etdiyi məsələlərə aid olmadığından cavabsız qalmışdır. Sonradan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə əlavə olaraq aşağıdakı məlumatlar daxil olmuşdur: Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 0,4299 ha torpaq sahəsi cavabdehin mülkiyyətində olan 1,1906 ha sahənin plan-ölçüsü daxilində yerləşmir və həmin mübahisəli torpaq sahəsi 1,1906 ha sahənin şərq tərəfindən yerləşir. Cavabdeh MMC-nin mülkiyyətində və daimi istifadəsində olan (1,1906 + 2,7508) ha torpaq sahəsinin bötövlüyünün bərpa edilməsinin mümkünlüyünə dair qeyd edilmişdir ki, cavabdehin mülkiyyətində və daimi istifadəsində olan sahələr həmsərhəd olsalar da, birləşməsi mümkün deyil. Belə ki, torpaq sahələrindən biri bələdiyyə mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin 17.03.22-ci il tarixli qərarı ilə Cavabdeh MMC-nin mülkiyyətində olan 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçünün tərtib edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Hazırda iddiaçı 3.0 ha torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunmuş 4299 kv.m hissəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış sahələrinin, eləcə də hasarın sonuncunun hesabına sökülməsi və torpaq sahəsinin koordinatlarına uyğun yenidən Cavabdeh hesabına hasarlanması və 4299 kv.m torpaq sahəsinin qanuni mülkiyyətçilərə qaytarılması və vurulmuş 100000 manat məbləğində ziyanın, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş ümumilikdə (hər bir iddiaçı ilə əlaqədar 500 manat olmaqla 1000 manat məbləğində xidmət haqqının tutularaq ödənilməsini istəyirlər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, iddiaçılar qanuni mülkiyyətlərində olan torpaq sahələrinə dair plan və ölçüsünü ala bilmirlər, çünki həmin torpaq sahəsini 4299 kv metr hissəsi cavabdeh tərəfindən hasara alınmış ərazidə yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli 4299 kv metr torpaq sahəsi cavabdeh tərəfindən hasara alınmış ərazidə yerləşdiyindən həmin torpaq sahəsi boşaldılmalı, üzərindəki tikililər və hasar sökülməli (tikililərə dair cavabdehdə Çıxarış mövcud deyil) və torpaq sahəsi iddiaçılara geri qaytarılmalıdır. Cavabdehin mülkiyyətində və istifadəsində olan ümumi sahəsi 3,9414 ha torpaq sahəsinin bütövlüyünün bərpa edilməsinə dair məhkəmə aşağıdakıları qeyd etməyi zərüri hesab edir. Əvvəla, bu hal hazırki işin predmetinə aid deyil. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, satıcı "xxxx" şirkətini təmsil edən X15 və X9 ilə alıcı X18 arasında bölgü sxemi tərtib edilmiş və təsdiq edilmişdir. Adıçəkilən bölgü sxeminə əsasən 1,2 ha və qalan 3,0 ha torpaq sahələrinin koordinatları göstərilməklə, aralarındakı hasarın da uzunluğu və istiqaməti göstərilmişdir. Göründüyü kimi, həmin bölgü sxemində 3,0 ha torpaq sahəsinin koordinatları göstərilmiş, həmin torpaq sahəsi bütövlükdə mövcud olmuşdur, lakin hazırda həmin 3,0 ha torpaq sahəsinin 4299 kv metr hissəsi əksikdi. İki torpaq sahəsi (1,2 ha və 3,0 ha) arasında hasarın məhz bölgü sxemində göstərilən koordinatlara riayət edilməklə çəkilməsinə dair cavabdeh tərəfindən sübut təqdim edilməmiş, həmin hasarın buna səlahiyyəti olan Əmlak Komitəsinin mütəxəssislərinin iştirakı ilə çəkilməsinə dair akt mövcud olmamışdır. Hazırda cavabdehin 3,9414 ha torpaq sahəsinin bütövlüyünün pozulmasının səbəbi ondan ibarət ola bilər ki, mərzçəkmə səhv həyata keçirilmiş, bunun nəticəsində də sonradan bələdiyyə torpağına daimi istifadə hüququ rəsmiləşdirilərkən olmalı olduğundan daha çox əraziyə sənəd alınmışdır. Məhkəmə qeyd etməyi istəyir ki, hər bir halda cavabdehin faktiki istifadəsində 3,9414 ha torpaq sahəsindən artıq torpaq sahəsi var (mütəxəssi rəyinə əsasən 3,9654 ha). Bu hal bir daha iddiaçının çatışmayan torpaq sahəsinin cavabdehin hasarı daxilində olduğuna dəlalət edir. Bakı İnzibati Məhkəməsinin 17.03.22-ci il tarixli qərarı ilə əlaqədar məhkəmə qeyd etməyi istəyir ki, həmin qərar qanuni qüvvəsini almış olsa da, bu günədək icra edilməmiş, yeni plan-ölçü tərtib edilməmişdir. Məhkəmə mövcud və elektrona baza sistemində olan plan-ölçünü nəzərə alaraq işə baxmışdır. Lakin, məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinin nəticə hissəsindən «qanunsuz olaraq zəbt olunmuş» ifadəsi çıxmalıdır. Belə ki, məhkəmə hesab edir ki, cavabdehin qanunsuz zəbtə dair niyyəti olmamışdır. Bundan başqa, məhkəmə hesab edir ki, cavabdehin üzərinə torpaq sahəsinin yenidən hasarlanması vəzifəsi qoyula bilməz, belə ki, onun belə bir öhdəliyi nə qanunvericilikdə, nə də tərəflər arasında olan münasibətlərdə nəzərdə tutulmamışdır. Bundan başqa, məhkəmə hesab edir ki, iddia vurulmuş 100000 manat məbləğində ziyanın tutulması hissəsində də rədd edilməlidir. Belə ki, iddiaçılar tərəfindən buna dair hər-hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçılar eyni zamanda 30 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş ümumilikdə hər bir iddiaçı ilə əlaqədar 500 manat olmaqla 1000 manat məbləğində xidmət haqqının (qəbzlər iş materiaallarına əlavə edilmişdir) tutulmasını da istəyir. Məhkəmə hesab edir ki, həmin məbləğlər cavabdehdən iddiaçıalırın xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ekspertiza cavabdehin vəsatəti əsasında təyin edildiyindən məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdeh tərəfindən həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanı məhkəmə cavabdeh tərəfin vəsatəti əsasında təyin etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh MMC-dən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı2 və İddiaçı1 **********72-06301 Daşınmaz əmlakın reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi Şössesi 80 ünvanında yerləşən 3.0 ha torpaq sahəsinin Cavabdeh tərəfindən 4299 kv.m hissəsinin boşaldılsın, həmin torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış sahələri, eləcə də hasar Cavabdeh MMC-nin hesabına sökülsün, 4299 kv.m torpaq sahəsi İddiaçı2 və İddiaçı1 qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş ümumilikdə (hər bir iddiaçı ilə əlaqədar 500 manat olmaqla) 1000 manat məbləğində xidmət haqqı Cavabdeh MMC-dən iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatı dəyəri 50 manat Cavabdeh MMC-dən tutulub X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE**********0002088501 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-139/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-139/2022
22.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver