Məhkəmə qərarları › İş №e-2(008)-139/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-139/2025

01.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-139/2025 01.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, alqı-satqı müqaviləsi əsasında ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Firudin bəy Köçərli küçəsi, ev 41a (yeni qaydalarla AZ1034, ünvan 1 ünvanında yerləşən 0.037 ha torpaq sahəsinin, Cavabdeh məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Firudin bəy Köçərli küçəsi, ev 41a (yeni qaydalarla AZ1034, ünvan 1 ünvanında yerləşən 0.0285 torpaq sahəsindən sərhəd hasarı çəkilməklə, iddiaya əlavə edilmiş bölgü sxeminə uyğun olaraq naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2022-ci il tarixdə bağlanmış AN-l № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Firudin bəy Köçərli küçəsi, ev 41a (yeni qaydalarla AZ1034, ünvan 1 ünvanında yerləşən 0.06551 ha torpaq sahəsinin 370 kv.m. (0.037 ha) hissəsi onun tərəfindən alınmışdır. Bu barədə ona Bakı şəhəri, Sabunçu rayonu, Firudin bəy Köçərli küçəsi, ev 41a (yeni qaydalarla AZ1034, ünvan 1 ünvanında yerləşən 0.037 ha torpaq sahəsinə paylı mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə qeydə alınaraq, Çıxarış verilmişdir. İddiaçı torpaq sahəsinin bölgüsü ilə bağlı Cavabdeh ilə dəfələrlə danışıqlar aparmış, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən torpaq sahəsinin bölgü sxemi tərtib olunsa da, cavabdeh tərəfindən buna razılıq verilməmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan 370 kv.m torpaq sahəsinin, 320 kv.m hissəsinin naturada ayrılmasını və qalan ona məxsus 50 kv.m torpaq sahəsindən cavabdehin istifadə etməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə, İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Firudin bəy Köçərli küçəsi, ev 41a (yeni qaydalarla AZ1034, ünvan 1 ünvanında yerləşən 0.037 ha torpaq sahəsi sonuncuya 80.000 manata satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Firudin bəy Köçərli küçəsi, ev 41a (yeni qaydalarla AZ1034, ünvan 1 ünvanında yerləşən 0.037 ha torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixli, **********60-10301 reyestr nömrəli Texniki Pasport verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən fərdi evinin Bölgü sxeminə əsasən İddiaçı məxsus olan 370 kv.m torpaq sahəsinin 320 kv.m sahəsi naturada ayrıldıqdan sonra qalan 50 kv.m torpaq sahəsinindən cavabdehlə birgə istifadə etmələri şərti ilə torpaq sahəsinin naturada bölünməsi mümkün hesab edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-10622/2025 mütəxəsis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0.0655 ha təşkil edir. Torpaq sahəsi üzərində ümumi sahəsi 174.3 kv.m olan fərdi yaşayış evi mövcuddur. Qeyd olunan 0.0655 ha torpaq sahəsi və üzərində mövcud olan ümumi sahəsi 174.3 kv.m fərdi yaşayış evi **********60-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçmiş daşınmaz əmlak paylı olaraq Cavabdeh (fərdi yaşayış evi və 0.0285 ha sahə olmaqla) və İddiaçı (0.037 ha sahə olmaqla) xüsusi mülkiyyətindədir. Qeyd olunan sahə ilə bağlı bölgü sxeminə müraciət olmuş və bölgü sxemi tərtib edilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsi 0.037 ha olsa da, sahənin 0.032 ha hissəsini ayırmaq və digər hissəni paylı saxlamaqla bölünməsi mümkündür. Lakin sözügedən 0.037 ha torpaq sahəsi tam bölündükdə digər tərəfin fərdi yaşayış evinə giriş-çıxış bağlanır. Əlavə olaraq bildirilmişdir ki, yerli baxışda tərəflər əvvəl təqdim edilmiş bölgü sxemi ilə razılaşdılar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, paylı mülkiyyətçi öz payının ayrılmasını tələb edə bilər, paylı mülkiyyətçilər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. İşdən göründüyü kimi mübahisəli torpaq sahəsi ümumi paylı mülkiyyətdədir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 13 mart 2025-ci il tarixli, 3-21-3-30/2- 10622/2025 nömrəli mütəxəsis rəyinə əsasən, göstərilən torpaq sahəsinin faktiki olaraq 0,0655 ha təşkil etdiyini, torpaq sahəsi üzərində ümumi sahəsi 174,3 kv.m olan fərdi yaşayış evi olduğunu, fərdi yaşayış evi və 0,0285 ha sahənin Cavabdeh və 0,037 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olduğunu, İddiaçı mülkiyyətində olan 0,037 ha sahənin 0,032 ha hissəsini ayırmaq və digər hissəni yəni (50 kv.m) paylı saxlamaqla bölünməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə məhz bu rəyi əsas götürərək, mübahisəli torpaq sahəsinin tərəflərin mülkiyyətində olan paylara mütənasib şəkildə iş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş bölgü sxeminə uyğun naturada bölünməsini əsaslı hesab edir. Həmçinin qeyd olunmalıdır ki, torpaq mübahisələri ilə bağlı DƏDRX-nin mütəxəsis rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, mütəxəsis rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən mütəxəsis rəyində qeyd edilənləri təkzib edə biləcək hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, işə əlavə edilmiş sübutlarla, habelə mütəxəsis rəyi ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının 0,037 ha və cavabdehin 0,0285 ha paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reystrində qeydə alınmışdır. Həmçinin işdən görünür ki, tərəflərin məhz torpaq sahəsi üzərində mülkiyyət hüquqları əmələ gəlmiş və məhz həmin torpaq sahəsi üzərində tərəflərin mütəxəsis rəyinə uyğun olaraq, yəni iddiaçıya məxsus 370 kv.m sahənin 320 kv.m hissəsi naturada ayrılmaqla, iddiaçıya məxsus qalan 50 kv.m sahədən birgə istifadə etmələri mümkündür və bu qaydada bölgü aparılmasına iddiaçı etiraz etməmişdir. Eyni zamanda mütəxəsis rəyində qeyd olunmuşdur ki, torpağa baxış keçirilən zaman tərəflər iş materiallarında olan xx.xx.2023-cü il tarixli bögü sxeminə uyğun torpaq sahəsinin bölünməsinə razı olduqlarını bildirmişlər. İddiaçı xx.xx.2025-ci il tarixdə iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, ona məxsus torpaq sahəsinin 320 kv.metrinin ayrılaraq ona verilməsini, qalan 50 kv.metrinin ona məxsus torpaq sahəsinin ümumi istifadədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçının 320 kv.m torpaq sahəsinin ayrılıb ona verilməsi hissəsində təmin edilməli 50 kv.m olan torpaq sahəsi tərəflərin ümumi istifadəsində saxlanılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Firudin bəy Köçərli küçəsi, ev 41a (yeni qaydalarla AZ1034, ünvan 1 ünvanında yerləşən 0.037 ha torpaq sahəsinin 0,0320 ha hissəsi (bölgü sxeminə uyğun olaraq) naturada ayrılaraq sərhəd hasarı çəkilməli, İddiaçı məxsus olan 50,0 m2 torpaq sahəsindən tərəflərin istifadə etmə qaydası müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Firudin bəy Köçərli küçəsi, ev 41a (yeni qaydalarla AZ1034, ünvan 1 ünvanında yerləşən 0.037 ha torpaq sahəsinin 0,0320 ha hissəsi (bölgü sxeminə uyğun olaraq) naturada ayrılaraq sərhəd hasarı çəkilsin, İddiaçı məxsus olan 50,0 m2 torpaq sahəsindən tərəflərin birgə istifadə etmə qaydası müəyyən edilsin. Cavabdeh 100 (yüz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya ödənilsin. 95 manat mütəxəssis rəyinin alınması üçün rüsum cavabdehdən tutularaq, iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar