Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-141/2025 13.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Qasımov Rövşən Əliqasım oğlunun, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 Nüsrət oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən və Cavabdeh2 39.000 (otuz doqquz min) manat pul və 237 (iki yüz otuz yeddi) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC-nin rəhbəri, Cavabdeh2 ilə aralarında xx.xx.2021-ci il tarixdə 2 nömrəli podrat müqaviləsi bağlanmışdır. Podrat müqaviləsinə əsasən Cavabdeh2 onun adına olan ünvan 1 ünvanında yerləşən 81,3 kv.metr sahədə təmir işləri aparmalı idi, lakn müqaviə öhdəliklərinə əsasən təmir işlərini keyfiyyətsiz, tam olaraq aparmamışdır. Tərəfindən 24.000 manat məbləğində pul müxtəlif vaxtlarda Cavabdeh2 ödənilərək qəbzləri alınmışdır. Sonuncu ödənilən 5.000 manat pulun isə qəbzini Cavabdeh2 təqdim etməmişdir. Cavabdeh tərəfindən aparılan təmir işləri ümumiyyətlə tam yarasız halda olmuş, təmirdən sonra mənzili daha da yarasız hala düşmüş, əlavə problemlər yaranmış, kanalznsiya sistemi və mənzil tamamilə bərbad hala düşmüşdür. Təmir-tikinti işləri xx.xx.2021-ci il tarixdə bitməli və mənzil ona təqdim edilməli idi. Yarımçıq, tamamlayan təmir tikili işlərinin nəticəsində mənzilə əlavə olaraq zərər dəymişdir. Dəfələrlə evdə yarıtmaz aparılan və təmirin nəticəsində dəymiş zərərin aradan qaldıracağını dəfələrlə söz versə də heç bir hərəkət etməmişdir. Cavabdeh2 ilə dəfələrlə əlaqə saxlansa da, mənzilin təmiri üçün ona ödənilmiş pulu geri qaytramaqdan imtina etmişdir. Buna dair səs yazıları və yazışmalar əlavə edilmiş disk məhkəmədə təqdim ediləcəkdir. Evdən gələn üfunət iyi, təmirdən sonra təmir edilmiş evin bərbad halda olması fəsadlara məruz qalmasına səbəb olmuuşur. Evin divarı, qapıları, digər kommunal xəttləri, divar kağızları, elektrik naqilləri bərbad hala düşmüşdür. Həmin fəsadların aradan qaldırlması üçün ən azı 15000 manat əlavə xərclər lazım olacaqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi, eyni zamanda vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin əsassız olduğunu və rədd edilməsini xahiş etdi. 26 sentyabr 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında, iddiaçı tərəfindən onlara mənzilin təmiri ilə bağlı 20.900 manat pul verildiyini, kassa mədaxil orderlərində də iddiaçının imzası mövcud olduğunu, iddiaçı tərəfindən mənzildə başqa təmir işləri görülmədiyini, mənzilin yeni mülkiyyətçi tərəfindən təmir edildiyini ona görə də iddiaçının belə bir iddia qaldırmağa hüququnun olmadığını və iddiaçı üçün yüksək keyfiyyətli təmir işləri görüldüyünü, iddiaçı pulu, yəni 32.000 manatı tam verməkdən yayınaraq 20.900 manat pul verdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunan İddiaçı ilə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2 nömrəli podrat müqaviləsinə əsasən podratçı tərəfindən görülməli olan 280 manat dəyərində Premium təmir paketinə daxil olan təmir işinin icrasını və görüləcək işlərə təminat verməsini öz üzərinə götürmüşdür. İş materiallarında olan 579001 nömrəli, xx.xx.2021-ci il tarixli kassa mədaxil orderinə əsasən, İddiaçı 280 manat dəyərində təmin paketi üzrə, ümumilikdə 7000 (yeddi min) manat məbləğində pul ödəmişdir. İş materiallarında olan 579015 nömrəli, xx.xx.2021-ci il tarixli kassa mədaxil orderinə əsasən, İddiaçı 280 manat dəyərində təmin paketi üzrə, 001 nömrəli müqavilə üçün avans olaraq 7000 (yeddi min) manat məbləğində pul ödəmişdir. İş materiallarında olan 579027 nömrəli, xx.xx.2021-ci il tarixli kassa mədaxil orderinə əsasən, İddiaçı 280 manat dəyərində təmin paketi üzrə, 001 nömrəli müqavilə üçün avans olaraq 3000 (üç min) manat məbləğində pul ödəmişdir. İş materiallarında olan 579031 nömrəli, xx.xx.2021-ci il tarixli kassa mədaxil orderinə əsasən, İddiaçı 280 manat dəyərində təmin paketi üzrə, 001 nömrəli müqavilə üçün avans olaraq 2000 (iki min) manat məbləğində pul ödəmişdir. İş materiallarında olan 579039 nömrəli, xx.xx.2021-ci il tarixli kassa mədaxil orderinə əsasən, İddiaçı 280 manat dəyərində təmin paketi üzrə, 001 nömrəli müqavilə üçün avans olaraq 1900 (min doqquz yüz) manat məbləğində pul ödəmişdir. İş materiallarında olan 6 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, 4Ə-2446 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Gəncə Prospekti 310, M20, 8 ünvanında yerləşən, ümumi sahəsi 75,9 kv.metr olan məzili X1 bağışlamışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3152/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə müəyyən olunur ki, iş üzrə icraat dayandırılmaqla məhkəmə-əmtəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının "xxxx" MMC-nə həvalə edilməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(008)-3152/2024 nömrəli qərardadı üzrə, İddiaçı məxsus ünvan 1-də 81.3 kv.m ümumi sahədən ibarət mənzilin təmirinin dəyəri nə qədərdir və hal-hazırdakı təmirdən sonra yaranmış nasazlıqları aradan qaldırmaq üçün nə qədər pul məbləği tələb olunduğunu öyrənmək məqsədi ilə qiymətləndirmə işi həyata keçirilmişdir. Nəticədə, ünvan 1-də 81.3 kv.m ümumi sahəsən ibarət mənzilin təmirinin dəyəri nə qədərdir və hal-hazırdakı təmirdən sonra yaranmış nasazlıqları aradan qaldırmaq üçün nə qədər pul məbləği tələb olunduğu hesabatının xx.xx.2024-cü il vəziyyətinə uyğun olaraq həmin mənzilin təmir dəyəri təqribən 22.156 (iyirmi iki min yüz əlli altı) manat məbləğində müəyyən olunmuşdur. Təmirin ümumi dəyəri 22.156 (iyirmi iki min yüz əlli altı) manat, yaranmış nasazlıqların aradan qaldırılması üçün nəzərdə tutulan vəsait 5.536 (beş min beş yüz otuz altı) manat təşkil edir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3152/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə müəyyən olunur ki, iddiaçı və nümayəndəsi mütəxəssis rəyinin natamam olması, bu səbəbdən də təkrar ekspertizanın təyin olunması barədə şifahi vəsatət vermiş və vəsatət təmin edilməklə, iş üzrə icraat dayandırılmış, əlavə məhkəmə-əmtəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılmasının "xxxx" MMC-nə həvalə edilməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)- 3152/2024 nömrəli qərardadı üzrə, İddiaçı məxsus Bakı şəhəri, Gəncə prospekti, 310 mənzil 18/8 blok G-də yerləşən mənzilin təmirinin dəyəri nə qədərdir və hal-hazırdakı təmirdən sonra yaranmış nasazlıqları aradan qaldırmaq üçün nə qədər pul vəsaiti tələb oluna bilər məqsədi ilə qiymətləndirilmə işi aparılmış, ünvan 1-də 81.3 kv.m ümumi sahədən ibarət mənzilin təmirinin dəyəri nə qədərdir və hal-hazırdakı təmirdən sonra yaranmış nasazlıqları aradan qaldırmaq üçün nə qədər pul məbləği tələb olunduğu hesabatının xx.xx.2024-cü il vəziyyətinə uyğun olaraq həmin mənzilin təmir dəyəri təqribən 22.156.0 (iyirmi iki min yüz əlli altı) manat məbləğində müəyyən olunmuşdur. Yaranmış nasazlıqların aradan qaldırılması üçün isə hal hazırdakı bazar dəyərinə uyğun olaraq hesablanılma aparılmış və belə nəticəyə gəlinmişdir ki, şpaklovka (üzlük) 4 ədəd*7 AZN=32 AZN, şpavlovka (astar) 8ədəd*6 AZN=48 AZN, Aftafa seti 1 ədəd *20 AZN=20 AZN, Krant (əl yuyulan yer üçün) 1 ədəd* 65AZN=65AZN, Duş kabin 1 ədəd*250=250 AZN, Krant (duş kabin üçün) 1 ədəd*50 AZN=50 AZN, hamam aksessuarı (duş seti) 1 ədəd*50 AZN=50 AZN, metlax (hamam otağı üçün) -150AZN, metlax ustası -120 AZN, kanalizasiya qapağı-20 AZN, otaq qapıları 4 ədəd*200 AZN=800 AZN, qapı dəstəyi 5 ədəd*30 AZN =80 AZN, qapı petləsi 10 ədəd*7 AZN=70 AZN, hamam qapısı 1 ədəd *200 AZN=200 AZN, qapıların quraşdırılması (ümumi) 5 ədəd*50 AZN=250 AZN, divar kağızı (ümumi)19 ədəd *30 AZN=570 AZN, oboy kleyi 6 ədəd* 10 AZN=60 AZN, oboy vurulması üçün usta pulu-400 AZN, kombi radiator krantı 4 ədəd*30 AZN=120 AZN, laminat 40 kv.m* 16 AZN= 640 AZN, plintus-60 AZN, laminat birləşdirən kant 2ədəd* 8AZN=16 AZN, laminat ustası-400 AZN, Plintus aksesuarı 10 ədəd*0.7 AZN= 7 AZN, havalandırma sistemi 1 ədəd*28 AZN=28 AZN, Aspirator 1 ədəd 150 AZN*=150 AZN, hamam dəsmal quruducu kranı 1 ədəd *15 AZN=15 AZN, izolasiya+əlavə xərclər-500 AZN Əlavə xərclər (şrup, əlcək, vedrə və s) -535 AZN, təmirin ümumi dəyəri -22.156.0 AZN, Şpavlovka (üzlük) 4 ədəd*8=3 2 AZN, şpavlovka (astar) 8 ədəd*6=48 AZN, aftafa seti 1 ədəd*20 = 20 AZN, krant (əl yuyulan yer üçün) 1 ədəd*65 AZN=65 AZN, duş kabin 1 ədəd*250 AZN=250 AZN, krant (duş kabin üçün) 1 ədəd*50 AZN=50 AZN, hamam aksesuarı duş seti 1 ədəd*50 AZN=50 AZN, metlax hamam otağı üçün-150 AZN, metlax ustası 120 AZN, kanalizasiya qapağı 1 ədəd*20 AZN=20 AZN, otaq qapıları 4 ədəd*200 AZN=800 AZN, qapı dəstəyi 5 ədəd *30 AZN=80 AZN, qapı petləsi 10 ədəd*7 AZN=70 AZN, hamam qapısı 1 ədəd*200 AZN=200 AZN, qapıların quraşdırılması 5ədəd*50 AZN=250 AZN, divar kağızı (ümumi) 19 rulon*22 AZN=400 AZN, oboy kleyi 6 ədəd*10 AZN=60 AZN, oboy vurulması usta pulu- 400 AZN, kombi radiator krantı 4 ədəd*30AZN=120 AZN, laminat 40 kv.m*16 AZN=640 AZN, plintus 60 AZN, laminat birləşdirən kant 2 ədəd*8 AZN=16 AZN, laminat ustası 400 AZN, plintus aksesuarı 0.7 AZN*10 AZN=7 AZN, havlandırma sistemi 1 ədəd*28 AZN=28 AZN, aspirator 1 ədəd*150AZN=150 AZN, hamam dəsmalı quruducu krantı 1 ədəd *15 AZN=15 AZN, izolasiya + əlavə xərclər 500 AZN, əlavə xərclər (şrup, əlcək, vedrə və s.) 535 AZN=535 AZN yaranmış nasazlıqların aradan qaldırılması üçün nəzərdə tutulan vəsait 5536 manat təşkil edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ekspert tərəfindən rəy verilən zaman evə baxış keçirilmədiyindən iş üzrə təkrar eskpertizanın keçirilməsini, ekspertizanın Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3152/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinə həvalə olunması qərara alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzindən daxil olmuş məlumata əsasən müəyyən edilmişdir ki, iddiaçı baxışın keçirilməsində iştirak etmədiyindən və məhkəmə binasına gəlmədiyindən qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamış və bu səbəbdəb də məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iş üzrə qiymətləndirilmə ekspertizası təyin edilməsini və rəy verilməsi üçün müstəqil qiymətləndiriciyə göndərilməsinə dair vəsatət vermiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-141/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı iş üzrə məhkəmə-əmtəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılmasının "X4" MMC-nə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan 6 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, 4Ə-1662 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, X2 Bakı şəhəri, Gəncə Prospekti 310, M20, 8 ünvanında yerləşən, ümumi sahəsi 75,9 kv.metr okan məzili G.Abdullayevaya 180.000 manata satmışdır. xx.xx.2025-ci il tarixdə “X4 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş məktubla müəyyən olunmuşdur ki, məhkəmənin e-2(008)- 141/2025 nömrəli, xx.xx.2025-ci il tarixli tarixli qərardadında qoyulmuş sualların cavablandırılması üçün mütəxəssislər ünvanda olmuş, iddiaçı həmin mənzilin satıldığını, yeni mülkiyyətçisi isə mənzili əsaslı təmir etdiyini bildirərək baxışın keçirilməsinə şərait yaratmamışdır. Bu səbəbdən də məhkəmənin e-2(008)-141/2025 nömrəli xx.xx.2025-ci il tarixli tarixli qərardadında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. İş materiallarına əlavə olunan CD-diskdən və fotoşəkillərdən də görünür ki, cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1-də 81.3 kv.m ümumi sahədən ibarət mənzildə təmir işləri aparılmış və təmirdən sonra mənzildə təmir işlərində nasazlıqlar yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Beləliklə, məhkəmə qeyd edir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada podrat müqaviləsi bağlanaraq, cavabdeh aldığı vəsaitin müqabilində iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 81,3 kv.metr sahədə olan mənzilinin təmir işlərinin görülməsi üçün öhdəlik götürsə də, müqavilə üzrə öhdəliyini icra etmiş, lakin mənzilin təmirində nasazlıq yaranmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiçı mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 81,3 kv.metr sahədə olan mənzilinin təmir işlərinin görülməsi üçün ümumilikdə cavabdehə 20.900 manat məbləğində pulu müxtəlif vaxtlarda qəbzlər əsasında ödəməsini, iş materiallarında olan 579001, 579015, 579027 və 579031 57039 nömrəli kassa mədaxil orderləri ilə müəyyən olunur ki, iddiaçı tərəfindən ödənilən məbləğ 20.900 manat təşkil etmiş, cavabdehin nümayəndəsi isə iddia tələbində qeyd olunan mənzilin təmiri üçün iddiaçı tərəfindən ümumilikdə 20.900 manat ödənilməsini etiraf etmişdir. Məhkəmə podrat müqaviləsi üzrə ödənilmiş pulun təmirə xərclənməsi və təmirdən sonra yaranmış nasazlıqların aradan qaldırılması üçün nəzərdə tutulan, çəkilməli olan xərcin miqdarına hüquqi qiymət verərək hesab edir ki, hazırki iş üzrə mütəxəssis rəyi əsas götürülməli, belə ki, qeyd edilən rəydən məlum olur ki, iddiaçının mülkiyyətində olmuş mənzilin təmiri üçün çəkilmiş ümumi xərcin məbləği 22.156 manatdır. Həmin məbləğdən cavabdehin etiraf etdiyi 20.900 pul məbləği çıxılmaqla (22156-20.900=1256), mənzildə yaranmış nasazlıqların aradan qaldırılması üçün ekspert rəyində müəyyən olunmuş 5536 manatdan mənzilin ümumi təmiri üçün çəkilmiş xərcin qalıq məbləği çıxılmaqla (5536- 1256=4280) 4280 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 62,80 manat dövlət rüsumu cavabdehdən tutularaq, idiaçıya geri qaytarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 4280 (dörd min iki yüz səksən) manat pul tutularaq, İddiaçı ödənilsin. Ödənilmiş 62,80 (altımış iki manat, səksən qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-141/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-141/2025
13.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver