Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1503/2025 19.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X3 cavabdeh Bakı şəhəri 4 saylı Notariat Kontoruna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla) “8İ-5887 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh Bakı şəhəri 4 saylı Notariat Kontoruna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla) “8İ-5887 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 4 saylı Notariat Kontoru tərəfindən verilmiş 3-cü şəxs olan "xxxx" ASC-nin xeyrinə ondan 124235.71 manat tutulması və tələbin X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsinə dair 8İ-5887 nömrəli, xx.xx.2024-cü il tarixli İcra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X3 nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək, Nəsimi Rayon Məhkəməsində qaldırılan iddia ərizəsinin aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərildiyini və icraata qəbul edildiyini, iki mülki işin birləşdirilməsi mükündürsə etiraz etmədiklərini bildirmişdir. Eləcə də, “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ərizə Kommersiya mübahisəsi kimi icraata qəbl edildiyindən, ipoteka müqaviləsi etibarsız hesab edildiyi halda, həmin müqavilə əsaısında verilmiş icra qeydinin heç bir əhəmiyyətinin qalmayacağı qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən X6 vəsatətə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında mülki işlərin bir icraatda birləşdirilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, hazırkı mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan X3 cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müsəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işlərə bir icraatda birləşdirilərək baxılması, işlərin tez və obyektiv araşdırılması həlli məqsədi ilə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Həmçinin Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı Kuliyev Vəlinin cavabdeh 4 saylı Notariat Kontoruna qarşı icra qeydinin ləğvinə dair, 2(008)- 1503/2025 nömrəli mülki iş üzrə icraatın dayandırılması ilə bağlı qərardada münasibət bildirən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3798/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, kollegiya işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə əlaqədar hesab edir ki, hazırkı halda rayon məhkəməsi mülki iş üzrə icraatı dayandırmaq əvəzinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə uyğun olaraq tərəflərlə birlikdə əlaqəli işlərin birləşdirilməsi məsələsini müzakirə etməklə daha səmərəli vasitədən istifadə edə bilərdi və bu, daha məqsədəmüvafiq olar. Məhkəmə, mülki-prosessual hüquq institutu olaraq “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Beləliklə, məhkəmə hesab edir ki, icraatda olan mülki işlə Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı X3 cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müsəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işlərə bir icraatda baxılması işlərin tez və obyektiv araşdırılması məqsədilə bir icraatda birləşdirilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 169.4-cü və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X3 cavabdeh Bakı şəhəri 4 saylı Notariat Kontoruna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla) “8İ-5887 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı X3 cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müsəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işlər bir icraatda birləşdirilsin. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-1503/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1503/2025
19.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver