Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1560/2023 07.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı Gunaı Mamedovanın, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndələri X2 və Vəkil (vəkili) iştirakları ilə, İddiaçı Gunaı Mamedovanın Cavabdeh qarşı “əmlak” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Gunaı Mamedova Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X17 115CDİ” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair cavabdehlə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilə dair onun payının 2/3 hissə və cavabdehin payının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə ailə qurmuşdur. Nikahları xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə X10 və xx.xx.2012-ci il tarixdə X7 doğulmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan aralarındakı münasibətlər cavabdehin təqsiri ucbatından pozulmuş, cavabdehlə bir yerdə yaşamaları baş tutmamışdır. Belə ki, cavabdeh birgə yaşadıqları evdən getmiş, aralarındakı nikah əlaqələri faktiki olaraq kəsilmiş, birgə təsərrüfat idarə etmirlər və o, uşaqları ilə birlikdə cavabdehdən ayrı yaşayır. Cavabdehlə birgə yaşadıqları dövrdə “X17 115CDİ” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alınaraq cavabdehin adına rəsmiləşdirilmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin maşın xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və **-DJ-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X8 adına rəsmiləşdirilmişdir. Lakin həmin alqı-satqı onun məlumatı və razılığı olmadan həyata keçirilmişdir. Ona görə də hesab edir ki, həmin alqı-satqı müqaviləsi məhkəmə qaydasında etibarsız hesab olunmalı və sözügedən avtomobilə dair payları ½ hissə müəyyən edilməlidir. Hal-hazırda azyaşlı uşaqları ilə tək yaşayır. Uşaqlarının təlimtərbiyəsi və təhsili ilə təkbaşına məşğul olur. Bu səbəbdən də işləyə bilmir. Ona görə də hesab edir ki, birgə mülkiyyətin bölünməsi zamanı uşaqlarının da mənafeyi nəzərə alınaraq onun payı 2/3, cavabdehin payı isə 1/3 hissədə müəyyən edilməlidir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, “X18 115CDİ” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair cavabdehlər Cavabdeh ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilə dair onun payının 2/3 hissə və cavabdehin payının 1/3 hissədə müəyyən edilməsi, avtomobilin dəyəri kimi onun payına düşən 20.000 manat pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, cavabdeh həmin vəsaiti ödəmədiyi təqdirdə “X18 115CDİ” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərracda satılaraq əldə olunan pul vəsaitindən 20.000 manat pulun, 50 manat mediasiya xərcinin, 85 manat dövlət rüsumunun, 210 manat hüquqi xidmət haqqının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Gunaı Mamedova iddia tələbini qismən müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın qismən təmin edilərək, avtomobilin dəyərinin onun payına düşən hissəsinin və məhkəmə xərclərinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə İddiaçı izahatındakı xüsusatları təsdiq edərək, iddianın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilə dair iddiaçının payının 2/3 hissə və cavabdehin payının 1/3 hissədə müəyyən edilməsi, cavabdeh 20.000 manatı ödəmədiyi təqdirdə “X18 115CDİ” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərracda satılaraq əldə olunan pul vəsaitindən 20.000 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində təmin edilməməsini, iddianın qismən təmin edilərək yalnız avtomobilin dəyərinin iddiaçının payına düşən hissəsinin və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikah dövründə işsiz olduğu üçün atasından xahiş etmişdir ki, onun üçün X17 markalı avtomobil alsın və o, həmin avtomobil ilə sürücülük edərək ailəsini dolandırsın. Atası öz şəxsi vəsaiti hesabına X17 115CDİ markalı ** VA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini almış və BDYPİ-də adına rəsmiləşdirmişdir. Həmin avtomobil ilə bir müddət sürücü işləmişdir. Bir müddətdən sonra iddiaçı ilə ailə münasibətləri pozulduğundan iddiaçı uşaqları da götürüb evdən çıxıb getmişdir. Daha sonra iddiaçı və valideynləri gəlib iddiaçıya hədiyyə aldıqları qızılları aparacaqlarını və avtomobilin yarı pulunu istədiklərini bildirmişlər. Onlara avtomobili atasının aldığını bildirsə də, onlar bigə nikah dövründə alındığı üçün avtomobilin bölünməli olduğunu ona bildirmişlər. Həm qohum olduqları üçün, həm də uşaqlarının həmin mənfəətdən faydalanmaları üçün atasının ona aldığı X17 115CDİ markalı ** VA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 13.200 dollara, yəni 22440 manata sataraq, 6600 dollarını iddiaçının qohumu Bənövşə adlı xanımın vasitəçiliyi ilə iddiaçıya vermişlər. Bundan əlavə iddiaçıya hədiyyə aldıqları bütün qızılları da iddiaçının qohumu Bənövşə adlı şəxsin vasitəçiliyi ilə iddiaçıya vermişlər. İddiaçı ilə münasibətləri pis olduğu üçün avtomobilin satışından əldə olunan məbləğin yarı hissəsini, yəni həmin 6600 dolları və qızıl-zinət əşyalarının iddiaçının öz istəyi ilə onun qohumu olan Bənövşə adlı xanımın vasitəçiliyi ilə iddiaçıya vermişlər. 1 ildən çoxdur ki, ayrılsalar da, avtomobilin satışından 1 ildən çox keçməsinə baxmayaraq, iddiaçı bugünə kimi ona qarşı avtomobildən pay tələb etməyib. Çünki özü də bilir ki, həmin avtomobilin satışından əldə olunan vəsaitin yarısını ondan alıb. Avtomobili alan şəxs X12 vicdanlı alıcıdır. O, həmin şəxsə avtomobili iddiaçının təkidi ilə satmışdır. Avtomobilin satışından əldə olunan vəsaitin yarı hissəsini, yəni 6600 dollarını iddiaçıya vermişdir. Hazırda həmin alqı-satqının etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Əgər həmin alqı-satqı etibarsız hesab edilərsə alıcının hüquqları pozular. O, avtomobilin satışından əldə olunan vəsaitin yarısını iddiaçının qohumu Bənövşə adlı şəxsin vasitəçiliyi ilə verdiyi üçün pulu ödəməsi barədə sübutu yoxdur. Lakin iddiaçının qohumu öz ərizəsi ilə pulu İddiaçıyə verdiyini təsdiqləyir. O, artıq evləndiyi üçün iddiaçı ondan qisas almaq istəyir və bu səbəbdən də aldığı pulu təkrar tələb edir. Avtomobilin satışından əldə olunan vəsaitin yarısını, yəni 6600 dollar pulu ondan alaraq iddiaçıya verilməsinə vasitəçilik edən Şahid məhkəmədə də bunu şahid kimi təsdiqləyə bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi, etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 digər nümayəndə Vəkil izahatındakı xüsusatları təsdiq edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid ifadəsində bildirmişdir ki, hər iki tərəflə qohumdur. Günai onların evinə gələrək ona 6600 dollar pul verərək demişdir ki, maşın satılıb, həmin pul atasının borc verdiyi puldur. Günainin atası maşın alınanda Temuriyə 6600 dollar borc pul vermişdi. Günai dedi o evdə olmayanda pulu götürərlər deyə bu pulu saxlasın, atasına göndərəcəkdir. Tarixini dəqiq xatırlamır. Həmin gün Svetlananı görməmişdir. Günai onun evinə tək gəlmişdir. Sonra da Günai həmin pulu gəlib ondan götürmüşdür. Onun yanında hər hansı pul məbləğinin Günaiyə verilməsinin şahidi olmamışdır. Ona pulu yalnız Günai gətirmişdir. Svetlana ilə yalnız telefonla danışmış, həmin pulun maşının satışından əldə olunan və maşın alınanda Temuriyə Günainin atası tərəfindən borc verilmiş 6600 dollar pul olduğunu bilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 715317 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Məmmədova Günay xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1814 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan ərə Norzalov, arvada Məmmədova soyadı verilmişdir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/5-03321 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Gunaı Mamedova ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərci ödəmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2775/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Məmmədova Günay arasında xx.xx.2011ci il tarixdə bağlanmış, Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 1814 saylı nikahın pozulması, xx.xx.2011-ci il tarixdə doğulmuş X4 və xx.xx.2012ci il tarixdə doğulmuş X3 anaları Məmmədova Günayın yanında qalmaları, xx.xx.2011-ci il tarixdə doğulmuş X4 və xx.xx.2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh Məmmədova Günaya ödənilməsi qət edilmişdir. - AZ-İ seriyalı 442587 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Məmmədova Günay arasında olan nikaha xx.xx.2022ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 145 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, “X17 115CDİ” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə 659612 nömrəli gömrük vərəqəsi (ABGİ) əsasında ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh adına qeydiyyata alınmışdır. Qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə ilə hər hansı şəxsin istifadəsinə verilməsi barədə DİN Baş X19 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “X17 115CDİ” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2021ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və **-DJ- *** dövlət qeydiyyat nişanı təhkim olunaraq X8 adına rəsmiləşdirilmişdir. Göstərilən nəqliyyat vasitəsinin etibarnamə ilə hər hansı şəxsin istifadəsinə verilməsi barədə DİN Baş X19 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 4 saylı Vəkil Bürosunun hesabına hüquqi yardım üçün 210 manat məbləğində pul ödənilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2911 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, “X17 115CDİ” markalı, 2009-cu il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin hazırkı orta bazar dəyəri təxminən 27000,0 manat, likvid qiyməti 26000,0 manat müəyyən olunur. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Gunaı Mamedova ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından iki uşaqları var: xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2775/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə Məmmədova Günay arasında xx.xx.2011-ci il tarixdə bağlanmış, Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 1814 saylı nikahın pozulması, xx.xx.2011-ci il tarixdə doğulmuş X4 və xx.xx.2012-ci il tarixdə doğulmuş X3 anaları Məmmədova Günayın yanında qalmaları, xx.xx.2011-ci il tarixdə doğulmuş X4 və xx.xx.2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh Məmmədova Günaya ödənilməsi qət edilmişdir. Birgə nikah dövründə yəni, xx.xx.2019-cu il tarixdə “X17 115CDİ” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əldə edilmişdir. Cavabdeh qeyd olunan nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X1. Hazırda iddiaçı bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilə 2/3 hissədə payının müəyyən edilməsi, avtomobilin dəyəri kimi onun payına düşən 20.000 manat pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, cavabdeh həmin vəsaiti ödəmədiyi təqdirdə “X18 115CDİ” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərracda satılaraq əldə olunan pul vəsaitindən 20.000 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli qərarına əsasən əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli qərarına əsasən mülki qanunvericiliyə əsasən əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi tərəflər birgə nikahda olan və birgə təsərrüfat idarə edən müddətdə özgəninkiləşdirilmişdir. Bu səbəbdən məhkəmə, nəqliyyat vasitəsinin onun məlumatı olmadan satılması barədə iddiaçının dəlillərini əsassız hesab edir. Bundan başqa, iddiaçı nəqliyyat vasitəsinin onun məlumatı olmadan satıldığını iddia etsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, “X18 115CDİ” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əldə edərkən X9 əqdin legitimsizliyi barədə şübhə yaranmamış, bundan başqa, alqı-satqı müqaviləsi bağlanan zaman həmin əmlaka dair iddiaçının və üçüncü şəxslərin hər hansı iddiası olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, X12 vicdanlı alıcı qismində qəbul olunduğundan, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddia rədd edilməlidir. Məhkəmə hesab edir ki, “X18 115CDİ” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddia rədd edildiyindən, həmin əmlak üzərində payların müəyyən edilməsi hissəsində də iddia rədd edilməlidir. Məhkəmə, nəqliyyat vasitəsinin dəyəri kimi onun payına düşən 20.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, iddiaçı nəqliyyat vasitəsinin dəyəri kimi ona düşən payı 20.000 manat məbləğində dəyərləndirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, “X18 115CDİ” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hazırkı bazar dəyəri ekspert rəyinə uyğun olaraq 27.000 manat məbləğində müəyyən edilməli və həmin məbləğin 1/2 hissəsini təşkil edən 13.500 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Gunaı Mamedovaya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “X18 115CDİ” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyərini təşkil edən 27.000 manat məbləğində pul vəsaitinin 1/2 hissəsini təşkil edən 13.500 manat məbləğində pul Cavabdeh tutularaq Gunaı Mamedovaya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 80.50 manatı, həmçinin, 50 manat mediasiya xərci və 210 manat hüquqi xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 manatı iddiaçıdan, 25 manatı isə cavabdehdən tutulmalı və X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. “X18 115CDİ” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyərini təşkil edən 27.000 manat məbləğində pul vəsaitinin 1/2 hissəsini təşkil edən 13.500 manat məbləğində pul Cavabdeh tutularaq Gunaı Mamedovaya ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 80.50 manat pul, 50 manat mediasiya xərci və 210 manat hüquqi xidmət haqqı Cavabdeh tutularaq Gunaı Mamedovaya ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 manatı Gunaı Mamedovadan, 25 manatı isə Cavabdeh tutulsun və X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-1560/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1560/2023
07.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver