Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-16/2025 14.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X71 qızının katibliyi, Cavabdehin nümayəndəsi X38, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs X30 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxslər Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, X8, X18, X39, X31, X70, X56, X40, X78, X41, X57, X42, X49, X19, X43, X66, X58, X13, X14, X24, X59, X15, X50, X51 olmaqla) “tikintinin qanunsuz hesab edilərək sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Cavabdeh qarşı “tikintinin qanunsuz hesab edilərək sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində Cavabdeh adından inşa edilmiş tikintinin qanunsuz hesab edilərək cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən özünə məxsus 0,055 ha torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi ilə bağlı dövlət orqanlarına müracit edərək tikintiyə başlamış, lakin daha sonra fərdi yaşayış evi əvəzinə çox mərtəbəli yaşayış binası tikərək qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh iddiaçılara məxsus evlərə bitişik yüksək mərtəbəli bina inşa etmiş, həmin yüksək mərtəbəli bina tikintisi zamanı onların evlərinə daş və dəmir parçaları düşərək ciddi ziyan vurmuşdur. Tikinti 9 mərtəbəli tikilmiş, cavabdeh tikinti norma və qaydalarına da qətiyyən əməl etməmişdir. Bu da nəticədə hüdürmərtəbəli tikintidən həyətlərinə daş, sərt metal və taxta materialları düşür ki, bu da insan həyatı üçün təhlükəlidir. İddiaçılar İddiaçı7, İddiaçı4, İddiaçı2, İddiaçı10 Hüdayət qızı və İddiaçı6 nümayəndəsi vəkil Nümayəndəlı oğlu xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasına iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X67 iddia tələbini qəbul etməyərək, rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs X59 izahatında cəmi bir yaşayış sahəsində ara məsafənin az olması probleminin olduğunu, iddiaçı tərəf tikilinin qanunsuz olduğunu sübut etməli olduğunu, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında əldə edilmiş çıxarış olduğunu, həmin çıxarışların hal-hazırda qüvvədə olduğunu, cavabdehdən mənzili satın almış dördüncü şəxs olduğunu, tikilinin qanunsuz olduğunu yalnız Fövqəladə Hallar Nazirliyinin rəyi ilə müəyyən etmək düzgün olmadığını, sakinlərin bildirdiyinə görə, tikinti 2012-13-cü ildən başladığını, iddiaçılar tikintiyə başlandıqdan 10 il sonra iddia qaldırıldıqlarını, məhkəmə prosesinin gedişində binaya qaz xətti çəkildiyini, hal-hazırda bütün sakinlər həmin binada yaşadıqlarını, binanın söküntüsü 80 ailənin evsiz qalması ilə nəticələnəcəyini bildirdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları nəzərdən keçirdərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 52 İddiaçı4 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 25 avqust 2014-cü il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 41 İddiaçı2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 08 oktyabr 2014-cü il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 41 X52 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 02 iyun 2020-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 45 X38 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 11 fevral 2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 47 X60 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 18 dekabr 2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 23 X20 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 11 fevral 2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 37 X9 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 22 oktyabr 2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 43 X1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 21 may 2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 46 X2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 03 may 2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 28 X16 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 17 oktyabr 2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 27 X3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 25 mart 2021-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 34 X21 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 28 iyul 2020-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 21 X22 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 21 may 2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 4 X4 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 18 may 2021-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 13 X32 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 11 fevral 2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 24 X25 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 21 oktyabr 2021-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 25 X10 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 12 sentyabr 2020-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 42 X26 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 12 iyun 2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 29 X44 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 22 may 2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 31 X30 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 22 noyabr 2021-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 32 X27 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 28 aprel 2021-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 33 X5 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 14 noyabr 2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 36 X23 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 16 iyul 2020-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 39 X11 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 16 oktyabr 2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 40 X33 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 11 dekabr 2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 45 X6 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 13 may 2020-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 46 X2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 03 may 2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 42 X12 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 50 X34 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 03 mart 2021-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil X34 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 17 iyul 2021-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 13 X35 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 2 Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 11 fevral 2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 6 Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 11 fevral 2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 54, mənzil 11 Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 11 fevral 2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* və ******* nömrəli Çıxarışlara əsasən ünvan 1 ünvanda yerləşən 0,035 ha və 0.055 ha torpaq sahələri Cavabdeh məxsusdur. İş materiallarından görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayon icra Hakimiyyətinə ərizə ilə müraciət edərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli və RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışlara əsasən mülkiyyətində olan 0,09 ha torpaq sahəsində inşa ediləcək çoxmənzilli yaşayış evinin şəhərsalma əsaslandırılmasının təsdiqi və tikintiyə razılıq verilməsini xahiş etmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının “Bakıxanov qəsəbəsində yerləşən Cavabdeh məxsus torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisinin şəhərsalma Əsaslandırılmasının təsdiq edilməsi barədə” 05 may 2017-ci il tarixli 161 nömrəli Sərəncamı ilə Sabunçu rayon, Bakıxanov qəsəbəsində yerləşən Cavabdeh məxsus torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisinin Şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi və tikinti ilə bağlı icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının İ müavinin xx.xx.2018-ci il tarixli 044-7234K-3218 nömrəli cavab məktubunda X28 bildirilmişdir ki, tərəflərindən aparılan araşdırma zamanı yaşadıqları ünvanın yaxınlığında Cavid Hüseynov adlı şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparılması ilə bağlı iddiaları öz təsdiqini tapmamışdır. Belə ki, hazırda inşası dayandırılmış yaşayış binasının həmin ünvanda inşası üçün Sabunçu RİH-nin başçısı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 161 nömrəli sərəncamının və digər müvafq icazə sənədlərinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının İ müavinin xx.xx.2020-ci il tarixli 1-266-151 nömrəli cavab məktubunda X7 bildirilmişdir ki, Bakıxanov qəsəbəsində yerləşən torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Reyestrindən verilmiş çıxarışlara əsasən vətəndaş Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X17 Agentliyi “Azərdövlətlayihə”Dövlət Baş Layihə İnstitutu tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Cavabdeh məxsus torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisinin Şəhərsalma əsaslandırılması hazırlanaraq təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-225/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçılar X36, İddiaçı7, İddiaçı4, İddiaçı2, İddiaçı6, İddiaçı10, İddiaçı1, İddiaçı5 Yasin qızı, İddiaçı8, İddiaçı3, İddiaçı9, X29 cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon icra Hakimiyyəti başçısının 05 may 2017-ci il tarixli 161 nömrəli Sərəncamının ləğv olunmasını xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13037/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4434/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-602/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı inzibati Məhkəməsinin 2-1(112)-4434/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır. İddiaçı10 kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. İddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-602/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Torpaq Məcəlləsi: 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 93-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşdən göründüyü kimi iddiaçılar Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində Cavabdeh adından inşa edilmiş tikintinin qanunsuz hesab edilərək cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində Cavabdeh adından inşa edilmiş çoxmənzilli yaşayış binasının tikintisinin Şəhərsalma əsaslandırılmasıdır. Həmin Sərəncam qəbul edildiyi xx.xx.2017-ci il tarixdə qüvvədə olan qanunvericilikdə yerli icra hakimiyyəti orqanlarının çoxmənzilli yaşayış binasının tikintisinin Şəhərsalma əsaslandırılmasının təsdiq etməsi səlahiyyəti mövcud olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması öz təsdiqini tapmamışdır. Bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri də mövcuddur. Bundan əlavə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Cavabdeh məxsus torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisi artıq başa çatmış, mənzillər satılmış və bununla bağlı alıcılara, yəni binanın sakinlərinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Binanın tikintisi başa çatdığı halda həmin yaşayış binasının sökülməsi mübahisələndirilməsi əhəmiyyətsiz olur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxslər Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, X8, X18, X39, X31, X70, X56, X40, X78, X41, X57, X42, X49, X19, X43, X66, X58, X13, X14, X24, X59, X15, X50, X51 olmaqla) “tikintinin qanunsuz hesab edilərək sökülməsi” tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şərh olunanlari və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxslər Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, X8, X18, X39, X31, X70, X56, X40, X78, X41, X57, X42, X49, X19, X43, X66, X58, X13, X14, X24, X59, X15, X50, X51 olmaqla) “tikintinin qanunsuz hesab edilərək sökülməsi” tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-16/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-16/2025
14.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver