Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1618/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızınınsədrliyi, Məhkəmə iclas katibi X1katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 26000 ABŞ dolları manat ekvivalenti ilə 44200 ( qırx dörd min iki yüz ) manat pulun, ödənilmiş 223 ( iki yüz iyirmi üç ) manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 ( üç yüz iyirmi ) manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o 2021-ci il avqust ayının axırlarında Cavabdeh iki ay sonra qaytarnaq şərti ilə 30000 ABŞ dolları, ondan bir həftə sonra isə 20000 ABŞ dolları,cəmi 50000 ABŞ dolları borc pul vermişdir. Həmin məbləğdə pul borc verməyinin səbəb o olmuşdur ki, o, Cavabdeh 2015-ci ildən tanıyır. 2015-ci ildən sonra onunla münasibətləri normal olub. O, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib. 2021-ci ilin avqust ayının sonlarında Cavabdeh onun evinə gələrək ondan 50000 ABŞ dolları borc pul istəmişdir. O, yuxarıda göstərdiyi kimi Cavabdeh 2 dəfəyə 50000 ABŞ dolları borc pul vermişdir. Pulu alandan sonra Cavabdeh onunlə əlaqə saxlamamışdır. 2 ay keçdikdən sonra o, narahat olmağa başlamış və Cavabdeh zəng etmiş və pulu niyə qaytarmadının səbəbini soruşmuş, Anar müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmağa başlamışdır. Dəfələrlə tələb etdikdən sonra Cavabdeh 2022-ci ildən 2023-cü ilin iyun ayına kimi hissə-hissə olmaqla ona milli valyuta ilə 40800 manat ekvivalentində, ümumilikdə 24000 ABŞ dolları qaytarmışdır. Sonuncu dəfə 2023-cü ilin iyun ayında pul vermişdir. Həmin vaxtdan dəfələrlə tələb etməyinə baxmayaraq, Cavabdeh ona hər hansı məbləğdə pul qaytarmamışdır. Cavabdeh onun etibarımdan sui-istifadə edərək məni aldatmış və yerdə qalan borcunu 26000 ABŞ dollarını manat ekvivalentində 44200 manatı ödəyəcəyinə söz versə də ödəməmişdir. Məsələ ilə bağlı o, İddiaçı, 12 iyun 2024-cü il tarixdə Cavabdeh borc aldığı puldan ödəmədiyi hissənin ödənilməsində mənə kömək edilməsi barədə Bakışəhəri Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X2, icraatında olan HK-1/692 nömrəli materiala baxaraq, iş mülki xarakter daşıdığından və mülki qanunvericiliyə əsasən bu qəbildən olan mübahisələrin məhkəımə qaydasında həll edilməsi nəzərdə tutulduğundan, 12 iyun 2024-cü il il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında ” qərar qəbuletmişdir. Cavabdeh dəfələrlə tələb etməyimə baxmayaraq ona olan borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır. Bu səbəbdən də mən, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsini haqqında qərarın surətindən görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4738 A saylı bağ evində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Çörəkpulu qazanmaq 2014-cü ildən 2021-ci ilə kimi Bakı şəhərində minik avtomobillərinin alqı-satqısı ilə məşğul olmuşdur. Bununla əlaqədar 2014-cü ildən 2019-cu ilə kimi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospketində icarəyə götürdüyü avtomobil salonunda fəaliyyət göstərmişdir. Bakı şəhər sakini İddiaçı təxminən 10 (on) il olar ki, tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. İddiaçı ilə 2015-ci ildə Bakı şəhərində təsadüfən tanış olmuşlar və həmin vaxtdan aralarında əlaqə və münasibət yaranmışdır. Avtomobil alveri ilə əlaqədar bəzi hallarda pula ehtiyacı olduğundan əvvəllər bir neçə dəfə İddiaçı müxtəlif məbləğlərdə borc pul almış və vəd etdiyi müddət ərzində ona olan borcunu geri qaytarmışdır. Bunun müqabilində İddiaçı qazanc da təşkil etmişdir. 2020-ci ilin fevral ayında avtomobil alıb satmaq üçün pula ehtiyacı olduğundan Faislə görüşüb danışaraq bir il sonra qaytarmaq şərti ilə ona 35000 (otuz beş min) ABŞ dolları məbləğində borc pul verməsini xahiş etmişdir. Fais etiraz etməyib razılaşaraq elə həmin ərəfələrdə yaşadığı mənzildə ona bir il sonra qaytarmaq şərti ilə 35000 (otuz beş min) ABŞ dolları məbləğində borc pul vermişdir. Təxminən altı ay müddətində Faisə olan borcundan hissə-hissə olmaqla 19000 (on doqquz min) ABŞ dolları qaytarmışdır. Avtomobil alveri ilə əlaqədar işləri yaxşı getmədiyindən imkan tapıb Faisə olan borcunu tam həcmdə qaytara bilməmişdir. Hazırda Faisə cəmi 16000 (on altı min) ABŞ dolları məbləğində borcu vardır. İmkan tapan kimi ona olan borcunu tam həcmdə geri qaytaracaqdır. İş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 223 manat dövlət rüsumu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehin ondan 50.000 ABŞ dolları məbləğində pul aldığını, bunun 24.000 ABŞ dolları məbləği hissəsini ödədiyini, bildirsədə, iddiaçı cavabdehin borc aldığı məbləğin 50.000 ABŞ dolları olduğunu sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi yalnız cavabdehin etiraf etdiyi hissədə yəni hazırda iddiaçıya 16.000 ABŞ dolları məbləğində borcunun qalması hissəsində təmin edilə bilər. Məhkəmə bundan sonra iddia tələbinin “məhkəməyə müraciət etmək üçün ödənilmiş 223 (iki yüz iyirmi üç) manat dövlət rüsumunun ödənilmsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin dövlət rüsumuna aid olan hissəsidə qismən 171.60 manat hissədə təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin 320 (üç yüz iyirmi) manat hüquqi yardıma görə vəkil xərcinin ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən hüquqpozması cavabdeh tərəfindən törədildiyində iddiaçının məhkəməyə müraciət etməsi üçün zəruri olan çəkilmiş xərcdə cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16000 (on altı min) ABŞ dolları məbləğində (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) pul, 171.60 (bir yüz yetmiş bir manat altmış qəpik) dövlət rüsumu və 320 (üç yüz iyirmi) manat vəkil xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-1618/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1618/2025
12.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver