Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1625/2022 31.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat vurulmuş zərər və 70 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “HYUNDAİ HD65” markalı, **-KL-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il martın 13-də Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “HYUNDAİ HD65” markalı, 99- KL-262 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat yolunda “MERCEDES BENZ C200“ markalı, **-LT-*** dövlət nömrə nişanlı, "xxxx" markalı, **-JR-*** dövlət nömrə nişanlı və “MİTSUBİSHİ GALANT” markalı, **-UG-*** avtomobillərl toqquşmuşdur. Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X2 tərəfindən 11 aprel 2020-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Sabunçu DYPŞ-inAP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Sabunçu Rayon Məhkəməsinin (hakim Süleyman Ağayev) xx.xx.2020-ci il tarixli, 3(008)-1023/2020 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərərək 400 manat məbləğində cərimə edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “MERCEDES BENZ C200“ markalı, **-LT-*** dövlət nömrə nişanlı avtomobilə 6120 manat məbləğində zərər dəymişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “MİTSUBİSHİ GALANT” markalı, **-UG- *** dövlət nömrə nişanlı avtomobilə 1000 manat məbləğində zərər dəymişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində "xxxx" markalı, **-JR-*** dövlət nömrə nişanlı avtomobilə 1650 manat məbləğində zərər dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat sığorta məbləği müəyyən edilmişdir. Belə olan halda, sığorta məbləği hesablanmış ümumi zərər məbləğinə bölünür və alınan rəqəm hər bir nəqliyyat vasitəsi üzrə hesablanmış zərər məbləğinə vurulur. Yəni, 5000 manat sığorta məbləği : 8770 manat (dəymiş zərərin ümumi məbləği 6120+1620+1000=8770) =0,57012543, 0, 57012543 x 6120 = 3489,16 manat sığorta ödənişi, 0,57012543 x 1650 = 940,71 manat sığorta ödənişi, 0,57012543 x 1000 = 570,13 manat sığorta ödənişi İddiaçı xx.xx.2020-ci il tarixində 3489,16 manat məbləği zərərçəkmiş şəxs Ağayev Vahid İsmayıl oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 940,71 manat məbləği zərərçəkmiş şəxs Netfqazmaş İdarəsinə ödəniş tapşırığı ilə ödəmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 570,13 manat məbləği zərərçəkmiş şəxs Əsədov Mehman Məmməd oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətindən görünür ki, xx.xx.2019 – xx.xx.2020-ci il tarixədək dövlət qeydiyyat nişanı ** KL ***, markası "xxxx", istehsal ili 2005 avto nəqliyyat vaistəsi XalqSiğorta ASC-də icbari siğorta ilə siğortalanmışdır. Siğorta məbləği avtonəqliyyat vaistəsinə dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. - 11 aprel 2020-ci il tarixli cinayət işinin başlanamasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinyət tərkibi olmadığından cinayət işinin başlanması rəddd edilməlidir. AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inizabit xəta törətməsinə dair barəsində protokol trtib edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-1023/2020 nömrəli, 18 may 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmiş və 400 (dörd yüz) manat cərimə edilmişdir. - Xalq Sığorta” ASC tərəfindən xx.xx.2020-cı il tarixli, PXA62637, PXA64379, PXA64378 nömrəli sığorta aktlarnın surətindən görünür ki, PXA ********** saylı siğorta müqaviləsinə əsasən siğortalı X1 məxsus «Hyundai HD65” markalı, ** KL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək il tarixədək 55000 manat məbləğində Xalq Sığorta” ASC-də icbari siğorta ilə siğortalanmışıdır.xx.xx.2020-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Mercedes Benz C 200” markalı 9** LT ***, , "xxxx" ** JR ***, Mitsubishi Galant”markalı, ** UG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərə müvafiq olaraq 6120 manat, 1650 manat və 1000 manat məbləğində zərər dəymişdir. İddiaçı tərəfindən ödənilməli olan məbəğ Mercedes Benz C 200” markalı 9** LT *** dövlət qeydiyyat nömrəli avtomobilin mülkiyyətçisi Ağayev vahid İsmayıl oğluna 3489.16 manat, "xxxx" ** JR *** dövlət qeydiyyat nömrəli avtomobilin mülkiyyətçisi Neftqazmaş ASC-yə 940.71 manat, Mitsubishi Galant”markalı, ** UG *** dövlət qeydiyyat nömrəli avtomobilin mülkiyyətçisi Əsədov mehman Məmməd oğluna 570.13 manat məbləğində müəyyən edilmişdir. - Cavabdeh Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi izahatın surətindən görünür ki, Cavabdeh sürücülük vəsiqəsinin olmadığını qeyd etmişdir. - Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 09:00 radələrində Şəhər Yol Şossesində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşma kimi qeydə alınmışdır. Avtonəqliyyat vəsatəsinin idarə edən Cavabdeh olmuşdur. Cavabdeh sürücülük vəsiqəsinin olmadan avtonəqliyyat vaistəsini idarə etmişdir. - xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 940.71 manat sığorta aktına əsasən sığorta ödənişi kimi büdcədən Neftqazmaş ASC-yə ödənilmişdir. - xx.xx.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, 3489.16 manat və 570.10 manat büdcədən ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari Sığorta Haqqında Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC-də icbari siğorta ilə siğorta olunan «Hyundai HD65” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edən Cavabdeh xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək, Mitsubishi Galant”markalı ** UG *** avtomobilə 1000 manat, "xxxx" ** JR *** avtomobilə 1650 manat, “Mercedes Benz C 200” markalı, 9** LT *** dövlət qeydiyyat nişanlı avtomobillə isə 6120 manat məbləğində zərər vurulmuşdur. "xxxx" ASC tərəfindən zərər dəyən avtomobillərin mülkiyyətçisinə siğorta məbləğinə münasibətdə dəymiş zərərin bir qismi ümumilikdə 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. "xxxx" ASC zərərçəkmiş şəxslərə ödənilmiş 5000 manat məbləğində pul vəsaitini Cavabdeh tələb edir. Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" ASC-də sığortalanmış «Hyundai HD65” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər Xalq Sığorta” ASC tərəfindən ümumi siğorta məbləği hissəsində zərrəçəkmiş şəxlərə ödənildiyindən, Xalq Sığorta” ASC həmin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli hesab edilən Cavabdeh sığorta ödənişinin geri tələb etməkdə haqlıdır, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul və 70 (yetmiş) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-1625/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1625/2022
31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver