Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1644/2025 04.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində borcun, 3000 (üç min) manat məbləğində maddi ziyanın, 124 (bir yüz iyirmi dörd) manat ödənilmiş dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul olmaqla, cəmi 11444 (on bir min dörd yüz qırx dörd) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdeh ondan 2022-ci ilin avqust ayında 8000 (səkkiz min) manat məbləğində borc almışdır. Almış olduğu borca dair yazılı qəbz vermişdir. Cavabdeh almış olduğu borcu bir ay müddətində qaytarmağı öhdəsinə götürsə də, bu günə kimi borcunu qaytarmamışdır. Cavabdehə vermiş olduğu borc məbləğini bankdan kredit götürərək verdiyi üçün hazırkı vaxtadək o, kreditin faizinə görə banka əlavə 3000 (üç min) manat məbləğində faiz ödəməli olmuşdur. Bununla da ona əlavə maddi ziyan dəymişdir. Dəfələrlə cavabdehdən borcunu ödəməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, tələbi əsaslıdır və cavabdehdən 11000 (on bir min) manat pul alınıb ona verilməlidir. Hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən cavabdeh ona maddi ziyan vurmuşdur ki, həmin ziyanın ödənilməsi üçün birbaşa məsuliyyət daşıyır. Bundan başqa, o, hüquqi məsələlərin həlli üçün vəkilə müraciət etməli olmuş və vəkillə hüquqi yardıma görə bağlamış olduğu müqaviləyə əsasən 320 (üç yüz iyirmi) manat məbləğində pul ödəmişdir. Hesab edir ki, həmin vəsait də cavabdehdən tutularaq ona ödənilməlidir. Həmçinin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 124 (bir yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu ödəməli olmuşdur. Həmin məbləğin də cavabdehdən tutulması zəruridir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 124 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2023-cü il tarixli əlyazmadan görünür ki, «Mən Cavabdeh 2022-ci ilin avqust ayında İddiaçı 8000 (səkkiz) manat pul almışam. Ona olan 8000 (səkkiz min) manat pul borcunun bir ay müddətində qaytarmağıma söz verirəm. Əks halda, istənilən hüquq mühafizə orqanlarına müraciət etməsinə etirazım yoxdur». - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən “Xəzər Konsaltinq” vəkil bürosunun hesabına 320 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə 2022ci ilin avqust ayında 8000 manat məbləğində borc pul verilmiş, cavabdeh həmin pulu bir ay ərzində qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini icra etməmiş, iddiaçıya olan borcunu qaytarmamışdır. Qeyd olunanlar cavabdeh tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli əlyazma ilə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə hesab edir ki, iddia 8000 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır və Cavabdeh 8000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Bununla yanaşı, məhkəmə 3000 manat məbləğində maddi ziyanın tutulması hissəsində iddianı əsassız hesab edir. Belə ki, iddiaçı cavabdehə 8000 manat borc pulu bankdan kredit götürərək verdiyini, aldığı kreditə görə banka 3000 manat faiz ödədiyini iddia edərək, cavabdehdən 3000 manat maddi ziyan tələb etsə də, həmin hissədə tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, iddiaçının cavabdehdən 3000 manat maddi ziyan tələb etməsi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 124 manat məbləğində dövlət rüsumunun 100 (bir yüz) manatı, hüquqi yardıma görə ödənilmiş 320 manat pulun 160 (bir yüz altmış) manatı Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti, 100 (bir yüz) manat dövlət rüsumu və 160 (bir yüz altmış) manat hüquqi yardım xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-1644/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1644/2025
04.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver