Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1660/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi ilə, İddiaçı Ümumtəhsil Məktəbi MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ümumtəhsil Məktəbi MMC-nin Cavabdeh qarşı “pul məbləğinin tutulması” tələbinə dair mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ümumtəhsil Məktəbi MMC Cavabdeh qarşı “pul məbləğinin tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları X5 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də 2-ci sinifdə təhsil aldığı 2022-2023-ci tədris ili üçün ödənilməyən 4000 manat məbləğində pulun, X10 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də 2-ci sinifdə təhsil aldığı 2022-2023-cü tədris ili üçün ödənilməyən 4120 manat məbləğində pulun, X2 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də 6-cı sinifdə təhsil aldığı 2022-2023-cü tədris ili üçün ödənilməyən 2880 manat məbləğində pulun, X3 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də 6-cı sinifdə təhsil aldığı 2022-2023-cü tədris ili üçün ödənilməyən 2340 manat məbləğində pulun, X1 Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC-də 7-cı sinifdə təhsil aldığı 2022-2023cü tədris ili üçün ödənilməyən 2340 manat cəmi 15680 manat məbləğində borcun, məhkəmə xərcləri üçün ödənilmiş 137.04 manat məbləğində dövlət rüsumunun cavabdeh tələb edilib İddiaçı Ümumtəhsil Məktəbi MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, İddiaçı Ümumtəhsil Məktəbi MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə “Təhsil xidmətinin göstərilməsi haqqında” 1027-22 nömrəli, 121028-22 nömrəli, 117457-22 nömrəli, 1178458-22 nömrəli və 117459-22 nömrəli “Təhsil xidməti göstərilməsi” haqqında müqavilələr bağlanılmışdr. İddiaçı Ümumtəhsil Məktəbi MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, “Təhsil xidmətinin göstərilməsi haqqında” 5 ədəd müqavilə ilə cavabdehin övladları X11, X12, X8, X9 və X1 təhsil almalarına dair müqavilənin predmeti, tərəflərin hüquq və vəzifələri, təhsil haqqı onun ödənilməsi qaydaları, müqavilənin müddəti və ləğvi, tətbiq edilən qanunvericilik və mübahisələrin həlli və sair hallara dair razılığa gəlinmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilələrlə aşağıda qeyd olunan övladlarının təhsil almaları razılaşdırılmışdır: xx.xx.2022-ci il tarixli, 121027-22 nömrəli müqavilə ilə X5, ünvan 1 ünvanda yerləşən təhsil müəssisəsinin 2-ci sinif, Azərbaycan bölməsində; xx.xx.2022-ci il tarixli, 121028-22 nömrəli müqavilə ilə X6 ünvan 1 ünvanda yerləşən təhsil müəssisəsinin 2-ci sinif, Azərbaycan bölməsində; xx.xx.2022-ci il tarixli, 117457-22 nömrəli müqavilə ilə X2 ünvan 1 ünvanda yerləşən təhsil müəssisəsinin 6-cı sinif, Azərbaycan bölməsində; 28. 06. 2022-ci il tarixli, 117458-22 nömrəli müqavilə ilə X3 ünvan 1 ünvanda yerləşən təhsil müəssisəsinin 6-cı sinif, Azərbaycan bölməsində; 28. 06. 2022-ci il tarixli, 117459-22 nömrəli müqavilə ilə X1 ünvan 1 ünvanda yerləşən təhsil müəssisəsinin 7-ci sinif Azərbaycan bölməsində. Cavabdeh hər bir övladının təhsil alması üçün ayrı-ayrılıqda müqavilə bağlamışdır. Tərəflər arasında bağlanmış müqavilələr bir ili müqaviləyə aid olan müqavilədir. Tərəflər arasında bağlanmış hər bir müqavilənin 1-ci bəndi ilə müqavilənin predmeti razılaşdırılmışdır. Müqavilənin predmeti müqavilədə nəzərdə tutulan qaydada və şərtlər daxilində şagirdin məktəb təhsilinin təşkil edilməsi ilə əlaqədar bu müqavilə üzrə öhdəliklərin yerinə yetirməsindən irəli gələn Tərəflərin qarşılıqlı münasibətləridir. Müqavilənin 3-cü bəndi ilə təhsil haqqı və onun ödənilməsi qaydaları tərəflər arasında razılaşdırılmışdır. Müqavilənin 3.1-ci bəndi ilə razılığa gəlinmişdir ki, təhsil haqqının məbləği bu müqaviləyə əlavə ilə müəyyən edilir. Növbəti tədris ili üçün təhsil haqqının məbləği hər ilin aprel ayında Təhsil Şurası tərəfindən müəyyən edilir, Tədris ili dedikdə 1 sentyabrdan 30 iyun tarixinədək olan müddət başa düşülür. Təhsil haqqı Məktəbin bu müqavilədə qeyd olunan bank hesabına ödənilir. Müqavilənin 3.2-ci bəndi ilə razılığa gəlinmişdir ki, “Məktəb” növbəti tədris ili üçün təhsil haqqının məbləği və ödəniş qaydası barədə “Valideyni” hər il aprelin 30-dək məlumatlandırır. Tədris ili üzrə təhsil haqqının məbləği və ödəniş qaydası bu müqaviləyə dair 1 nömrəli Əlavədə əks olunur. İddiaçı Ümumtəhsil Məktəbi MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 121027-22 nömrəli, 121028-22 nömrəli, 7457-22 nömrəli, 1178458-22 nömrəli və 117459-22 nömrəli “Təhsil xidmətinin göstərilməsi haqqında” müqaviləlrin 3.1-ci bəndləri ilə tərəflər razılığa gəlmişlər ki, təhsil haqqının məbləği müqaviləyə əlavə ilə müəyyən edilir. Cavabdeh - xx.xx.2022-ci il tarixli 121027-22 nömrəli müqaviləyə əlavə 1 ilə X5 İddiaçı ümumtəhsil Məktəbi MMC-nin ünvan 1 ünvanda yerləşən təhsil müəssisəsinin 2-ci sinif, Azərbaycan bölməsində illik təhsil alması üçün 6060 manat pulun ödənilməsinə; xx.xx.2022-ci il tarixli, 121028-22 nömrəli müqaviləyə əlavə 1 ilə X6 ünvan 1 ünvanda yerləşən təhsil müəssisəsinin 2-ci sinif, Azərbaycan bölməsində illik təhsil alması üçün 6100 manat pulun ödənilməsinə; xx.xx.2022-ci il tarixli, 117457-22 nömrəli müqaviləyə əlavə 1 ilə X2 ünvan 1 ünvanda yerləşən təhsil müəssisəsinin 6-cı sinif, Azərbaycan bölməsində illik təhsil alması üçün 4920 manat pulun ödənilməsinə; xx.xx.2022-ci il tarixli, 117458-22 nömrəli müqaviləyə əlavə 1 ilə X3 ünvan 1 ünvanda yerləşən təhsil müəssisəsinin 7-ci sinif, Azərbaycan bölməsində illik təhsil alması üçün 4260 manat pulun ödənilməsinə; xx.xx.2022-ci il tarixli, 117459-22 nömrəli müqaviləyə əlavə 1 ilə X1 ünvan 1 ünvanda yerləşən təhsil müəssisəsinin 2-ci sinif Azərbaycan bölməsində illik təhsil alması üçün 4260 manat pulun ödənilməsinə öhdəlik götürmüşdür. Cavabdeh övladları X5 X6, X2, X3 və X1 İddiaçı Ümumtəhsil Məktəbi MMCnin İİ, Vİ və Vİİ sinflərində 2022-2023-cü tədris ili üçün müqavilə ilə müəyyən olunmuş öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh tərəfindən övladları X5, X6, X2, Əliyeva ıdicə Eldar qızının və X1 2022-2023-cü illərdə təhsil almaları üçün aşağıdakı ödənişləri etmişdir. xx.xx.2022-ci il tarixli, 121027-22 nömrəli müqavilə ilə X5 təhsili üçün: xx.xx.2022-ci il tarixdə 360 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 700 manat. Cavabdeh tərəfindən X5 təhsili üçün cəmi 2060 manat ödəniş edilmiş, 4000 manat ödənilməyən borcu qalır. xx.xx.2022-ci il tarixli, 121028-22 nömrəli müqavilə ilə X6 təhsili üçün: 31. 08. 2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 280 manat, xx.xx.2023-cü il tarixdə 700 manat cəmi 1980 manat ödəniş edilmiş, hazırda 4120 manat ödənilməyən borcu qalır. xx.xx.2022-ci il tarixli, 117457-22 nömrəli müqavilə ilə X2 təhsili üçün: xx.xx.2022-ci il tarixdə 320 manat, xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 270 manat, xx.xx.2023-cü il tarixdə 800 manat cəmi 2040 manat ödəniş edilmiş, hazırda 2880 manat ödənilməyən borcu qalır. xx.xx.2022-ci il tarixli, 117458-22 nömrəli müqavilə ilə X3 təhsili üçün: xx.xx.2022-ci il tarixdə 360 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, 21. 02. 2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 260 manat, xx.xx.2023-cü il tarixdə 700 manat cəmi 1920 manat ödəniş edilmiş, hazırda 2340 manat ödənilməyən borcu qalır. xx.xx.2022-ci il tarixli, 117459-22 nömrəli müqavilə ilə X1 təhsili üçün: xx.xx.2022-ci il tarixdə 360 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 260 manat, xx.xx.2023-cü il tarixdə 700 manat cəmi 1920 manat ödəniş edilmiş, hazırda 2340 manat ödənilməyən borcu qalır. Məhkəmə iclasında iştirak edən İddiaçı Ümumtəhsil Məktəbi MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Təhsil haqqı ödənişləri barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı Ümumtəhsil Məktəbi MMC ilə Cavabdeh arasında bağlanılan xx.xx.2022-ci il tarixli 117458-22 nömrəli müqaviləyə əsasən X4 2022-2023-cü tədris ilində İddiaçı Ümumtəhsil Məktəbi MMC “Bakıxanov” filialında təhsil alması üçün nəzərdə tutulan 4260 manat təhsil haqqı məbləğinin ödənişləri xx.xx.2022-ci il tarixdə 360 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 260 manat, xx.xx.2023-cü il tarixdə 700 manat olmaqla cəmi 1920 manat ödəniş edilmiş, hazırda 2340 manat ödənilməyən borcu qalır. İş materiallarına əlavə olunmuş Təhsil haqqı ödənişləri barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı Ümumtəhsil Məktəbi MMC ilə Cavabdeh arasında bağlanılan xx.xx.2022-ci il tarixli 117459-22 nömrəli müqaviləyə əsasən X1 2022-2023-cü tədris ilində İddiaçı Ümumtəhsil Məktəbi MMC “Bakıxanov” filialında təhsil alması üçün nəzərdə tutulan 4260 manat təhsil haqqı məbləğinin ödənişləri xx.xx.2022-ci il tarixdə 360 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 260 manat, xx.xx.2023-cü il tarixdə 700 manat olamqla cəmi 1920 manat ödəniş edilmiş, hazırda 2340 manat ödənilməyən borcu qalır. İş materiallarına əlavə olunmuş Təhsil haqqı ödənişləri barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı Ümumtəhsil Məktəbi MMC ilə Cavabdeh arasında bağlanılan xx.xx.2022-ci il tarixli 117457-22 nömrəli müqaviləyə əsasən X2 2022-2023-cü tədris ilində İddiaçı Ümumtəhsil Məktəbi MMC “Bakıxanov” filialında təhsil alması üçün nəzərdə tutulan 4920 manat təhsil haqqı məbləğinin ödənişləri 31. 08. 2022-ci il tarixdə 320 manat, 20.10. 2022-ci il tarixdə 350 manat, 21. 02. 2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 270 manat, xx.xx.2023-cü il tarixdə 800 manat olamqla cəmi 2040 manat ödəniş edilmiş, hazırda 2880 manat ödənilməyən borcu qalır. İş materiallarına əlavə olunmuş Təhsil haqqı ödənişləri barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı Ümumtəhsil Məktəbi MMC ilə Cavabdeh arasında bağlanılan xx.xx.2022-ci il tarixli 121027-22 nömrəli müqaviləyə əsasən X5 2022-2023-cü tədris ilində İddiaçı Ümumtəhsil Məktəbi MMC “Bakıxanov” filialında təhsil alması üçün nəzərdə tutulan 6060 manat təhsil haqqı məbləğinin ödənişləri 31. 08. 2022-ci il tarixdə 360 manat, 20. 10. 2022-ci il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, 29.07. 2023-cü il tarixdə 300 manat, 13. 09. 2023-cü il tarixdə 700 manat olmaqla cəmi 2060 manat ödəniş edilmiş, hazırda 4000 manat ödənilməyən borcu qalır. İş materiallarına əlavə olunmuş Təhsil haqqı ödənişləri barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı Ümumtəhsil Məktəbi MMC ilə Cavabdeh arasında bağlanılan xx.xx.2022-ci il tarixli 121028-22 nömrəli müqaviləyə əsasən X6 2022-2023-cü tədris ilində İddiaçı Ümumtəhsil Məktəbi MMC “Bakıxanov” filialında təhsil alması üçün nəzərdə tutulan 6100 manat təhsil haqqı məbləğinin ödənişləri xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 280 manat, xx.xx.2023-cü il tarixdə 700 manat olmaqla cəmi 1980 manat ödəniş edilmiş, hazırda 4120 manat ödənilməyən borcu qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmət göstərməli, iş görməli və sair və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh özü sərbəst olaraq övladlarının İddiaçı Ümumtəhsil Məktəbi MMC-də təhsil almalarını müəyyən etmiş, bunun üçün İddiaçı Ümumtəhsil Məktəbi MMC-yə müraciət etmiş, təhsil müəsisəsi ilə müqavilə bağlamış və müqavilə şərtləri və təhsil haqqının məbləği və ödənilməsi şərtləri ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən müvafiq olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1.-ci maddəsinə uyğun olaraq, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, sadalanan qanunvericilik normalarına əsasən, cavabdeh müqavilə əsasında iddiaçıdan müqavilə əsasında yaranan borcu iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıya, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsi tələb etməkdə haqlıdır. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh övladı ilə X5 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də 2-ci sinfdə təhsil aldığı 2022-2023-ci tədris ili üçün ödənilməyən 4000 manat məbləğində pulun, X10 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də 2-ci sinifdə təhsil aldığı 2022-2023-ci tədris ili üçün ödənilməyən 4120 manat məbləğində pulun, X2 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də 6-cı sinfdə təhsil aldığı 2022-2023-ci tədris ili üçün ödənilməyən 2880 manat məbləğində pulun, X3 İddiaçı Ümumtəhsil məktəbi MMC-də 6-cı sinfdə təhsil aldığı 2022-2023-ci tədris ili üçün ödənilməyən 2340 manat məbləğində pulun, X1 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də 7-cı sinfdə təhsil aldığı 2022-2023-ci tədris ili üçün ödənilməyən 2340 manat, cəmi 15680 manat məbləğində borcun, məhkəmə xərcləri üçün ödənilmiş 137.04 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Ümumtəhsil Məktəbi MMC-ye ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 137,04 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia tələbi təmin edilsin. Cavabdeh övladı X5 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də 2-ci sinfdə təhsil aldığı 2022-2023-cü tədris ili üçün ödənilməyən 4000 manat məbləğində pulun, X10 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də 2-ci sinifdə təhsil aldığı 2022-2023-ci tədris ili üçün ödənilməyən 4120 manat məbləğində pulun, X2 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də 6-cı sinfdə təhsil aldığı 2022-2023-ci tədris ili üçün ödənilməyən 2880 manat məbləğində pulun, X3 İddiaçı Ümumtəhsil məktəbi MMC-də 6-cı sinfdə təhsil aldığı 2022-2023-ci tədris ili üçün ödənilməyən 2340 manat məbləğində pulun, X1 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də 7-cı sinfdə təhsil aldığı 2022-2023-ci tədris ili üçün ödənilməyən 2340 manat, cəmi 15680 manat məbləğində borcun, məhkəmə xərcləri üçün ödənilmiş 137.04 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Ümumtəhsil Məktəbi MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-1660/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1660/2024
17.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver