Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1662/2024 27.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızınınsədrliyi, Məhkəmə iclas katibi X2katibliyi, İddiaçı "xxxx" MMC-nin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladı X3 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də İV sinfdə təhsil aldığı 2021-2022-ci tədris ili üçün ödənilməyən 3030 manat məbləğində pulun, V sinfdə təhsil alması üçün 2022-2023-cü tədris ili üçün ödənilməyən 6700 manat, cəmi 9703 manat məbləğində borc pul vəsaitinin, məhkəmə xərcləri üçün 117,30 manat məbləğində dövlət rüsumunun tələb edilib İddiaçı Ümumtəhsil Məktəbi MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh övladı X3 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də 2021-2022-ci tədris ili üçün İV sinfdə təhsil alması üçün 09 sentaybar 2021-ci il tarixdə İddiaçı Ümumtəhsil Məktəbi MMC ilə müqavilə bağlamışdır. Tərəflər arasında bağlanmış müqavilə ilə razılaşdırılmış təhsil haqqının 3030 manat məbləğində hissəsi ödənilmədiyindən tərəflər arasında 14 sentyabr 2022-ci il tarixdə öhdəliyin icrasına dair razılaşma olmuşdur. Cavabdeh tərəfindən müqavilə ilə razılaşdığımız öhdəliklərini yerinə yetirmədiyindən müqavilə öhdəliyini yerinə yetirməsi üçün 14 sentyabr 2022-ci il tarixdə öhdəliyin icrasına dair razılaşma ilə müəyyən edilmiş ödəniş qaydasına və ödəmə şərtlərinə əməl etməmişdir. Tərəflər arasında razılığa gəlinmişdir ki, X5 2021-2022-ci tədris ili üçün razılaşdırılmış 5900 manat məbləğində təsil haqqının ödənilməyən 3030 manat məbləğində hissəsini 2022-ci ilin oktyabr ayından başlayaraq hər ay üçün 1010 manat məbləğində ödəyəcəkdir. X1 Yusifin 2021-2022-ci tədris ili üçün borclu qaldığı 3030 manat məbləği razılaşdırma ilə müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdeh ilə İddiaçı Ümumtəhsil Məktəbi MMC arasında xx.xx.2022-ci il tarixdə “Təhsil xidməti göstərilməsi haqqında” 118193-22 №-li müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1-ci bəndi ilə müqavilənin predmeti razılşdırılmışdır. Müqavilənin predmeti müqavilədə nəzərdə tutulan qaydada şərtlər daxilində şagirdin məktəb təhsilinin təşkil edilməsi ilə əlaqədar bu müqavilə üzrə öhdəliklərin yerinə yetrilməsindən irəli gələn Tərəflərin qarşılıqlı münasibətləridir. Müqavilənin 3-cü bəndi ilə təhsil haqqı və onun ödənilməsi qaydaları tərəflər arasında razılaşdırılmışdır. Müqavilənin 3.1-ci bəndi ilə razılığa gəlinmişdir ki, təhsil haqının məbləği bu müqaviləyə əlavə ilə müəyyən edilir. Növbəti tədris ili üçün təhsil haqqının məbləği hər ilin aprel ayında Təhsil Şurası tərəfindən üəyyən edilir, Tədris ili dedikdə 1 sentyabrdan 30 iyun tarixinədək olan müddət başa düşülür. Təhsil haqqı Məktəbin bu müqavilədə qeyd olunan bank hesabına ödənilir. Müqavilənin 3.2-ci bəndi ilə razılığa gəlinmişdir ki, “Məktəb” növbəti tədris ili üçün təhsil haqqının məbləği və ödəniş qaydası barədə “Valideyini” hər il aprelin 30-a dək məlumatlandırır. Tədris ili üzrə təhsil haqqının məbləği və ödəniş qaydası bu müqaviləyə dair 1 nömrəli Əlavədə əks olunur. Cavabdeh ilə İddiaçı Ümumtəhsil Məktəbi MMC arasında Təhsil xidməti göstərilməsi haqqında” 118193-22 №-li müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavə 1 ilə tərəflər razılığa gəlmişlər ki, məktəb şagirdi ünvan 1 ünvanda yerləşən təhsil müəssisəsində 5-ci sinifinə, Azərbaycan bölməsinə qəbul edir. “Valideyin isə müqavilədə müəyyən edilmiş qaydada və müddətdə illki təhsil haqqının məbləğini “Məktəbə” ödəməyi öz öhdəsinə götürür. Müqaviləyə Əlavə 1-in 1.2-ci bəndi ilə illik təhsil haqqının məbləği 6700 manat müəyyən edilmişdir. Cavabdeh övladı X3 İddiaçı Ümumtəhsil Məktəbi MMC-nin İV sinfində 2021- 2022-ci dərs ili üçün müqavilə ilə müəyyən olunmuş öhdəliyinin 3030 manat məbləğində hissəsini, V sinfdə təhsil alması üçün 2022-2023-cü tədris ili üçün 6700 manat əbləğində ödəməmişdir. İddiaçı tərəfindən cavabdehin övladı X3 təhsil alması, təsilini davam etdirməsi üçün tam şərait yaradılmışdır. Müqavilə ilə razılaşdırılmış təhsil haqqının ödənilməsi məqsədi ilə cavabdehlə müzakirələr aparmış və İV sinfdə təhsil almasından ötəri 2021- 2022-ci tədris ilinin təhsil haqqını ödəməsi üçün cavabdehin təklif etdiyi şərtlər əsasında razılaşma müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən X3 V sinifdə təhsil alması üçün 2022-2023-cü ilin tədris ilinə dair ödənişləri ödəməyi öhdəsinə götürsədə təhsil haqqını ödəmədiyindən 2023-cü ilin yanvar ayından Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC-də təhsil haqqını dayandırmışdır. "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron ərizə verərək bildirmişdir ki, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehin övladı X3 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də İV sinfdə təhsil aldığı 2021-2022-ci tədris ili üçün ödənilməyən 3030 manat məbləğində pulun, V sinfdə təhsil alması üçün 2022-2023-cü tədris ili üçün ödənilməyən 6700 manat, cəmi 9703 manat məbləğində borc pul vəsaitinin, məhkəmə xərcləri üçün 117,30 manat məbləğində dövlət rüsumunun tələb edilib İddiaçı Ümumtəhsil Məktəbi MMC-yə ödənilməsi barədə qətnamə qəbul ediulməsini xahiş etmişdir. İddia ərizəsində yanlışlığa yol verilməklə iddia məbləği düzgün göstərilmədiyindən MPM-nin 53cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh övladı X3 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də İV sinfdə təhsil aldığı 2021-2022ci tədris ili üçün ödənilməyən 3030 manat məbləğində pulun, V sinfdə təhsil alması üçün 2022-2023-cü tədris ili üçün ödənilməyən 6700 manat, cəmi 9730 manat məbləğində borclu olduğu pul vəsaitinin, məhkəmə xərcləri üçün 117,30 manat məbləğində dövlət rüsumunun tələb edilib İddiaçı Ümumtəhsil Məktəbi MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin məbləğinin dəqiqləçdirilməsinə dair ərizənin rəyazi hesablamalar ilə bağlı olmasını nəzərə alaraq mümükün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Ümumtəhsil Məktəbi MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul müdafiə edərək, qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli Təhsil Xidməti Göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh övladı X3 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də 2021-2022-ci tədris ili üçün İV sinfdə təhsil alması üçün təhsil haqqını "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. -İddiaçı Ümumtəhsil Məktəbi MMC-nin Təhsil Xidməti Göstərilməsi Haqqında 118193-21 nömrəli müqaviləyə 1 nömrəli əlavəsindən görünür ki, Cavabdeh övladı X3 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də 2021-2022-ci tədris ili üçün İV sinfdə təhsil alması üçün 5900 manat təhsil haqqını MMC-ə ödəməyi öhdəsinə götürmüşdür. -14 sentyabr 2022-ci il tarixli razılaşmadan görünür ki, X5 2021-2022-ci tədris ili üçün razılaşdırılmış 5900 manat məbləğində təsil haqqının ödənilməyən 3030 manat məbləğində hissəsini 2022-ci ilin oktyabr ayından başlayaraq dekabr ayınadək hər ay üçün 1010 manat məbləğində ödəməyi öhdəsinə götürmüşdür. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli Təhsil Xidməti Göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh övladı X3 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də 2022-2023-cü tədris ili üçün V sinfdə təhsil alması üçün 09 sentaybar 2022-ci il tarixdə İddiaçı Ümumtəhsil Məktəbi MMC ilə müqavilə bağlamışdır. -İddiaçı Ümumtəhsil Məktəbi MMC-nin Təhsil Xidməti Göstərilməsi Haqqında 118193-22 nömrəli müqaviləynin 1 nömrəli əlavəsindən görünür ki, Cavabdeh övladı X3 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də 2022-2023-cü tədris ili üçün V sinfdə təhsil alması üçün 6700 manat təhsil haqqını MMC-ə ödəməyi öhdəsinə götürmüşdür. --İddiaçı Ümumtəhsil Məktəbi MMC tərəfindən Cavabdeh ünvanlanmış 19 aprel 2023cü il tarixli bildirişin surətindın görünür ki, MMC cavabdehdən təhsil haqqı üzrə yaranmış 3030 və 6700 manat borcun ödənilməsi tələb edilmişdir.. - Dövlət rüsumunun ödənilməsi haqqında qəbzin surətindən görünür ki, 117,30 manat dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə pulludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə mülki işin materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış xidmət müqavilədən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli Təhsil Xidməti Göstərilməsi haqqında müqavilələr bağlanılmış və Cavabdeh övladı X3 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də 2021-2022-ci tədris ili üçün İV sinifdə və 2022-2023-cü tədris ilə üçün V sinfdə təhsil alması üçün təhsil haqqını ödəməyi öhdəsinə götüürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirməyərək onun 2021-2022-citədris ilə üçün 3030 manat və 2022-2023-cü tədris il üçün isə 6700 manat təhsil ödənişini iddiaçıya ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh övladı X3 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də İV sinfdə təhsil aldığı 2021-2022-ci tədris ili üçün ödənilməyən 3030 manat məbləğində pul və V sinfdə təhsil alması üçün 2022-2023-cü tədris ili üçün ödənilməyən 6700 manat məbləğində pul, cəmi 9730 (doqquz min otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh övladı X3 İddiaçı Ümumtəhsil Məktəbi MMC-də İV sinifdə təhsil aldığı 2021-2022-ci tədris ili üçün ödənilməyən 3030 (üç min otuz) manat məbləğində pul, V sinifdə təhsil alması üçün 2022-2023-cü tədris ili üçün ödənilməyən 6700 (altı min yeddi yüz) manat, cəmi 9730 (doqquz min yeddi yüz otuz) manat məbləğində pul və 117,30 (bir yüz on yeddi manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Cavabdehqiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-1662/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(008)-1662/2024
27.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver