Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1669/2024 22.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı Cavabdeh qarşı "evin naturada bölünməsi və avtonəqliyyat vasitəsinin hərracda satılması" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "evin naturada bölünməsi və avtonəqliyyat vasitəsinin hərracda satılması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına rəsmiləşdirilmiş **-FZ-*** dövlət qeydiyyat nişanlı "Ford Tranzit" markalı avtomobilin açıq hərracda satılması, satışdan əldə edilən pulun mülkiyyətçilər arasında bərabər bölünməsi və ½ hissədə Əsgərova (Kərimova) Mərdanə Oruc qızının, ½ hissədə Cavabdeh payı müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ona görə ki, ərizədən aşkar surətdə göründüyü kimi, ərizəçi həm avtomobil nəqliyyatın açıq hərracda satılması, satışdan əldə edilən pulun mülkiyyətçilər arasında bölünməsi, həm də fərdi yaşayış evin tərəflər arasında naturada bölünməsi kimi bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Ona görə də, qeyd edilən cavabdehə qarşı iddia tələbləri birlikdə baxılıb həll edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktının normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbləri bir-biri ilə əlaqədar olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı "evin naturada bölünməsi və avtonəqliyyat vasitəsinin hərracda satılması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-1669/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1669/2024
22.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver