Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1709/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 425,50 manat, məbləğində köçürülmüş artıq pul vəsaitinin və 30,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə öz xahişilə Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" MMC-yə müraciət etmişdir. xx.xx.2022ci ildə iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin "a" bəndi rəhbər tutularaq əmək müqaviləsinə xitam verildikdən sonra, baş vermiş texniki səhvlik nəticəsində Cavabdeh hesabına 425,50 manat pul vəsaiti artıq köçürülmüşdür. Artıq köçürülmüş pul vəsaitinin tələbi ilə əlaqədar xx.xx.2023-cü ildə Cavabdeh ünvanına pretenziya məktubu göndərilmiş, lakin müraciət nəticəsiz qalmışdır. Məlumat üçün bildirir ki, Cavabdeh ilə xx.xx.2023-cü ildə əmək müqaviləsinə xitam verilmiş və həmin tarixdə yekun haqq hesab edilmişdir. Texniki səhvlik nəticəsində köçürülmüş 425,50 manat pul vəsaiti isə xx.xx.2023-cü ildə növbəti ay Cavabdeh bank hesabına yüklənmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, əmək müqaviləsinə xitam verildikdən sonra mühasibatlığın səhvi nəticəsində cavabdehin hesabına pul köçürüldüyünü bildirmişdir. Hesab edir ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə iddiaçının hesabından 425,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli Ə-442/22 nömrəli "Əmək müqaviləsinə xitam verilməsi haqqında" əmrdən görünür ki, iddiaçının cavabdehlə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2 "a" (işçinin təşəbbüsü ilə) maddəsinə əsasən xitam verilməsi, işiçinin son haqhesabının aparılması əmr edilmişdir. - "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli "Pretenziya məktubu"ndan görünür ki, cavabdehə borcunu tam ödəməyi barədə təklif olunmuş, əks təqdirdə barəsində məhkəmə iddiası qaldırılacağı barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh "xxxx" MMC-də əmək müqaviləsi əsasında işləmiş, daha sonra isə öz təşəbbüsü ilə xx.xx.2022-ci iləd əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci ildə iddiaçının hesabından cavabdehin hesabına 425,50 manat pul vəsaiti köçürülmüşdür. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə 1091-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (mərhum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, cavabdehə müqavilə və ya qanuni əsas olmadan iddiaçı tərəfindən səhvən pul vəsaiti köçürülməlidir. Ona görə də, iddia təmin edilməli, Cavabdeh köçürülmüş 425,50 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 425 (dörd yüz iyirmi beş) manat 50 (əlli) qəpik pul, 30 (otuz) manat 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-1709/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1709/2024
13.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver