Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1858/2023 19.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, ilk iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, ilk iddia üzrə Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə görə ödədiyi 49.000 (qırx doqquz min) manat, vəkilə ödənilmiş 1.010 (bir min on) manat və 240 (iki yüz qırx) manat dövlət rüsumu, cəmi - 50.250 (əlli min iki yüz əlli) manat olmaqla sonuncudan tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 avqust 2022-ci il tarixdə Cavabdeh ilə sonuncuya məxsus və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi bağlamışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmədiyindən alqı-satqı müqaviləsini üç şahidin iştirakı ilə maklerin ofisində bağlamışlar. Müqavilədə həmin evin dəyəri 50.000 (əlli min) manat qiymətləndirilmişdir. Müqavilənin şərtlərinə görə cavabdeh özünə məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 08 sentyabr 2022-ci il tarixdə boşaltmalı və iddiaçının sərancamına verməli idi. Aralarında olan razılaşmaya əsasən 18 avqust 2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçı cavabdehə 49.000 manat ödəmiş, qalan 1.000 manatı isə cavabdeh həmin evin qeydiyyatından çıxdıqdan sonra ödəməli idi. Lakin 28 avqust 2022-ci il tarixdə həmin fərdi yaşayış evində yanğın baş vermiş və ev tamamilə yanmışdır. Yanğın Cavabdeh həmin evdə yaşadığı zaman baş vermişdir. Əvvəl cavabdeh evi təmir etdirəcəyini, daha sonra isə təmirin iddiaçın tərəfindən ediləcəyi təqdirdə iddiaçıya evin dəyərinin yarısını, yəni 25.000 (iyirmi beş min) manat qaytaracağını söz vermiş, lakin sonra bunu nəinki etməmiş, hətta kobud şəkildə “sənə verəcəyim pulum yoxdur, “get hara şikayət edirsən et” deyə bildirmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, vəkillə 1.010 manata müqavilə bağlamışdır. xx.xx.2023-cü il tarixdə ilk iddia üzrə İddiaçı ilk iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evə dair aralarında bağlanmış müqavilənin öhdəliyinin tam icra edilməsi, evin ona təhvil verilərək, yanğın nəticəsində evdə yaranmış qüsurların aradan qaldırılması üçün təmir-bərpa işlərinin dəyəri – 28,886 manat məbləğin, həmçinin vəkilin xidmətinə görə ödədiyi 1010 manat və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçının iddianın dəyişdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. xx.xx.2023-cü il tarixdə ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh sahibliyində olan və oğlu ilə birlikdə yaşadığı, yaxşı təmirli, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısı haqqında öz aralarında vasitəçinin iştirakı ilə müqavilə imzalayaraq həmin evin 50000 manata alqı-satqısı haqqında razılığa gəlmiş, həmin 50000 manat məbləğinin 1000 manatını evdən qeydiyyatdan çıxana qədər iddiaçı özündə saxlamış, 1000 manatı isə alqı-satqı zamanı vasitəçilik edən şəxsə verilmişdir. Faktiki olaraq Cavabdeh cəmi 48000 manat pul verilmişdir. Bunun müqabilində onlar bir yerdə ASAN kommunal Mərkəzinə gedib, işığı, qazı və suyu iddiaçının adına keçirilməsinə razılıq ərizəsi vermiş, habelə telefonu iddiaçının adına keçiriməsi haqqında qardaşının razılıq ərizəsi verdi, çünki telefon qardaşınının adına idi. Cavabdeh xx.xx.2022-ci ildə evi boşaldaraq iddiaçıya təhvil verməli idi, lakin xx.xx.2022-ci ildə evdə yanğın baş verdi, yanğın baş verən zaman Cavabdeh və övladı da evdə yatmış vəziyyətdə idilər, qəfil oyanaraq yanğın bütün evi bürüdüyü üçün heç nəyi götürmədən evdən çıxmağa məcbur olublar, çünki evi yanğın bürümüşdü. Ev paltarında və ayağında rezin başmaq evdən çıxmış, ancaq şəxsiyyət vəsiqəsinin bir hissəsi yanmış vəziyyətdə (pəncərədə olduğu üçün tam yanmamışdı) yanğınsöndürənlər tərəfindən yanğın söndürüldükdən sonra ona verilmişdi. Cavabdeh verilən 48000 manat pul və evin bütün əşyaları evin içində yanaraq külə döndü. Hal-hazırda acınacaqlı vəziyyətdə qohumlarının evində qalır. Sonradan Cavabdeh Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən cəmi 4000 manat yardım verildi. İddiaçı onun pulunu qaytara bilmədiyi üçün evin onun istəyinə uyğun təmir-tikinti-bərpasını tələb etdi. O, tələb etdi ki, Cavabdeh divarları daha hündür qaldırsın, köhnə arakəsmə divarları sökdürüb yenilərini inşa etdirsin, yanmış hissələri təmizləsin, taxta çərçivə, karkas yığdırsın, beton monolit tökdürsün, sonra qalan işi özü görəcəkdir və evi təhvil götürəcəkdir, Cavabdeh onun tələbini yerinə yetirdi, qeyd edilən işləri gördü və onun tələbini icra etmək üçün Cavabdeh maddi yardım üçün ayrılmış pulu və qohumlarından aldığı məbləğləri, cəmi 15000 manat (12973 manat usta və materiala, 2027 manat isə daşınma haqqı, fəhlələrin gündəlik zəhmət haqqı və s.) iddiaçının tələb etdiyi işlərin görülməsinə sərf etdi, iddiaçı isə vədinə əməl etmədi, onun tələblərini Cavabdeh icra etdikdən sonra evin bərpasını- təmirini davam etdirmədi və evi təhvil almadı. İddiaçı həmin işlərin görülməsini istəməsəydi, Cavabdeh sərf etdiyi həmin məbləğə evin heç olmasa 1 otağını qaydaya salıb içində övladı ilə birlikdə yaşayardı, indi isə nə yaşamağa evi var, nə də hər hansı bir vəsaiti vardır. Hazırda isə iddiaçının tələbi ilə Cavabdeh tikinti işlərini daha böyük kv. metrdə və daha hündür icra etdiyi üçün Kənd qəsəbə nümayəndəliyi ondan aparılmış tikintinin sökülməsini tələb edir. Belə ki, evin həcmi 165 kv metr olduğu halda iddiaçının tələbi ilə tikinti işlərini 220 kv metr aparmış və divarları da daha hündürə qaldırmışdır. İndi isə həmin işi də sökməlidir. Yəni iddiaçının təqsirindən 15000 manat ziyana düşmüşdür. Məhz iddiaçının təqsirindən Cavabdeh 15000 manat ziyana düşdüyü üçün iddiaçı ondan əgər Cavabdeh müqavilə öhdəliklərini qəsdən icra etməsəydi 33000 manat məbləğini tələb edə bilərdi. Bundan əlavə hal-hazırda iddiaçı evə görə ödədiyi məbləği tələb edir, belə çıxır ki, həmin müqavilə də qüvvədə qalacaqdır, həmin müqavilə üzrə Cavabdeh ona evi vermək öhdəliyi qüvvədə qalacaqdır, qaz, işıq və su kimi kommunal xidmətlər onun adında olacaqdır, eyni zamanda Cavabdeh pulu da tələb edir. İddiaçı Cavabdeh evə görə məbləği o vaxt tələb edə bilərdi ki, müqavilə ləğv edilmiş olardı, işığı, qazı, suyu və telefonu yenidən Cavabdeh adına keçirərdi.Yəni əvvəlki vəziyyət bərpa olardı. Lakin hal-hazırda iddiaçı evə görə ödədiyi məbləği tələb edir, alqısatqı müqaviləsi ləğv edilmədiyi, ilkin vəziyyət bərpa olunmadığı halda onun tələbi təmin edilməməlidir. Çünki alqı-satqı müqaviləsi qüvvədə qalacağı halda müqavilə üzrə Cavabdeh ona evi vermək öhdəliyi qüvvədə qalacaqdır, eyni zamanda Cavabdeh həmin evə görə ödənilmiş pulu da qatarmalıdır. Çünki belə çıxır ki, iddiaçı həm pulunu özünə qaytaracaq, həm də pulunu ödəmədiyi evin sahibi olacaqdır. İddiaçı Cavabdeh pulu ancaq müqavilənin ləğv edildiyi halda tələb edə bilərdi ki, iddia tələbində bu yoxdur. Müqavilədə göstərilən ev Cavabdeh asılı olmayan səbəblərdən yanmışdır. Yəni şərtləşdirilən vaxt Cavabdeh əvvəlcədən görə bilmədiyi, baş verəcəyini ehtimal etmədiyi, qarşısını ala bilmədiyi-fors major hadisəsi baş vermişdir. xx.xx.2023-cü il tarixdə ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil etiraza əlavə olaraq 14353,43 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı ilə aralarında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısı haqqında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və evin kommunal xidmətlərinə görə (qaz, işıq, su) müqavilələri öz adına keçirmiş İddiaçı üzərinə ilkin vəziyyəti bərpa etmək, yəni qaz, su, işığın, telefonun yenidən Cavabdeh adına keçirilməsinə razılıq verilməsi öhdəliyinin qoyulması, İddiaçı istəyinə uyğun olaraq və tələbi ilə evin tikinti-bərpasına sərf edilmiş məbləğ ekspertiza aparılmaqla müəyyən edilərək ondan tutulması, habelə hazırki işlə bağlı hüquqi yardımın göstərilməsi üçün (konsultasiyaların verilməsi, etirazın və qarşılıqlı iddianın hazırlanması və məhkəmədə hüquqlarımın müdafiəsi üçün ödənilmiş 600 manat məbləğinin və ödədiyi 100 manat dövlət rüsumunun tutulması haqında qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbinin həcmininin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin alqı-satqısı haqqında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə etibarsız hesab edilməsi, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə kommunal xidmətlərə görə (qaz, işıq, su) müqavilələri, habelə Sabunçu bələdiyyəsində evi öz adına keçirmiş İddiaçı üzərinə ilkin vəziyyəti bərpa etmək, yəni qaz, su, elektrik enerjisi ilə təchizat müqavilələrinin,abonent kodlarının, telefonun, habelə evin Sabunçu bələdiyyəsindəki qeydiyyatının yenidən Cavabdeh adına keçirilməsinə razılıq verilməsi və bu keçirilmələrin təmin edilməsi öhdəliyinin qoyulması və İddiaçı istəyinə uyğun olaraq və tələbi ilə evin tikinti-bərpasına sərf edilmiş məbləğ ekspertiza aparılmaqla müəyyən edilərək İddiaçı Cavabdeh xeyrinə tutulması və məhkəmənin hazırda icraatında olan işlə bağlı hüquqi yardımın göstərilməsi üçün (konsultasiyaların verilməsi, etirazın və qarşılıqlı iddianın hazırlanması və məhkəmədə hüquqların müdafiəsi üçün ödənilmiş 600 manat məbləğinin və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbinin həcmininin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı istəyinə uyğun olaraq və tələbi ilə evin tikinti-bərpasına sərf edilmiş məbləğ 10353,43 manat İddiaçı Cavabdeh xeyrinə tutulması, məhkəmənin hazırda icraatında olan işlə bağlı hüquqi yardımın göstərilməsi üçün (konsultasiyaların verilməsi, etirazın və qarşılıqlı iddianın hazırlanması və məhkəmədə hüquqların müdafiəsi üçün ödənilmiş 600 manat məbləğinin və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk iddia üzrə cavabdehin qarşılıqlı iddianın dəyişdirilməsi barədə son xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, ilk iddianı müdafiə edərək, ilk iddianın tam təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil 10353,43 manatın İddiaçı Cavabdeh xeyrinə tutulması, hazırki işlə bağlı hüquqi yardımın göstərilməsi üçün (konsultasiyaların verilməsi, etirazın və qarşılıqlı iddianın hazırlanması və məhkəmədə hüquqların müdafiəsi üçün ödənilmiş 600 manat məbləğinin və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1858/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair mülki iş üzrə iddiaçının “evin İddiaçı təhvil verilməsi” tələbinə dair hissəsində icraata xitam verilmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1858/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısı haqqında tərəflər öz aralarında vasitəçinin iştirakı ilə müqavilə imzalayaraq həmin evin 50000 manata alqı-satqısı haqqında razılığa gəlmiş, həmin 50000 manat məbləğinin 1000 manatını evdən qeydiyyatdan çıxana qədər İddiaçı özündə saxlamışdır. - Yanğın haqqında xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi 23 ünvanında yerləşən 1 mərtəbəli monsard tipli evdə yanğın baş vermişdir. - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 10:40-da ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, məhkəmə tikinti ekspertizasının rəyinə görə Cavabdeh məxsus yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli tikinti bərpa işlərinin dəyəri 28886 manat təşkil edir. - Azərbaycan Respublikası Sabunçu Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 72 saylı məktubunun surətindən görünür ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi 23 ünvanındakı ev hazırda İddiaçı adına vergi qeydiyyatındadır. - Azəriqaz İB-nin xx.xx.2023-cü il tarixli, məlumatların təqdim edilməsilə bağlı məktubunun surətindən görünür ki, İddiaçı təbii qaz istehlakçısı kimi İB-nin abonentlərin uçotu bazasında qeydiyyatdadır. Asan Xidmət Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixində qeyd olunan abonent kodu Cavabdeh adından İddiaçı adına dəyişdirilmişdir. - AECS MMC tərəfindən verilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə yanğın nəticəsidə dəymiş maddi ziyanın və yanğından sonra görülmüş təmir işlərinin dəyərinin müəyyən edilməsi haqqında xx.xx.2022-ci il tarixli, DZ 01-009/22 saylı hesabatdan görünür ki, yanğın nəticəsində daşınaz əmlaka dəymiş ziyan 31753,6 manat; yanğın nəticəsində daşınar əmlaka dəymiş ziyan 17020 manat; yanğından sonra görülmüş təmir işlərinin dəyəri 10353,43 manat təşkil edir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh məxsus ev yanaraq yararsız hala düşdüyünə görə, xx.xx.2022-ci il tarixdə "xxxx" MTK tərəfindən ona 4000 manat maliyyə dəstəyi göstərilmişdir. Məkəmə araşdırması zamanı müəyən olunmuşdur ki, işin mübahisəsız halı ondan ibarətdir ki, tərəflər arasında dövlət qeydiyyatından keçməmiş əmlaka, yəni fərdi yaşayış evinə dair alqı- satqı müqaviləsi bağlanıb. Həmin ev iddiaçı tərəfindən təhvil alınanadək evdə yanğın baş vermiş və evə ziyan dəymişdir. Evin açarları məhkəmə iclasında iddiaçıya verilmiş və evin təhvili ilə bağlı da mübahisə qalmamışdır. İşin mübahisəli olan halı evin təmirinə xərclənən pulun məbləği və ümumiyyətlə iddiaçının bağlanmış alqı-satqı müqaviləsinə əsasən hansı tələbetmə hüquqularının olması məsələsidir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyə uyğun olaraq notarial qaydada təsdiq edilmədiyindən müqavilə etibarsızdır və heç bir hüquqi nəticə doğurmur. İlkin iddiaçı isə öz növbəsində sözügedən müqavilənin etibarsızlığı və bunun nəticəsində qanunvericilikdə nəzərdə tutulan qaydada əqd üzrə verdiyi pul məbləğinin hamısını tələb etməmiş, ona dəyən ziyanın ödənilməsini tələb etmişdir. Halbuki, İddiaçı əmlaka mülkiyyət hüququ əldə etməmiş və müvafiq olaraq mülkiyyət hüququndan irəli gələn hüququlara da malik deyil. Belə olan halda iddiaçının mübahisə predmeti olan evin təmiri üçün pul tələb etməyə hüququ yoxdur. Lakin, məhkəmə ilkin iddia üzrə cavabdehin iddia tələbini qismən qəbul edərək, məhkəməm iclasında 10000 manat məbləğində pul ödəməyə razı olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan respublikasının Mülki Prosessessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmçinin iddia tələbinin 1010 manat hüquqi yardım üçün ödənilmiş pulun və dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı hüquqi xidmət göstərilməsi üçün 14 saylı vəkil bürosuna 1010 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 1010 manat pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddianın dövlət rüsumu olaraq ödənilən 250 manatın cavabdehdən tutulmasına dair hissəsi isə qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə ilk iddia üzrə İddiaçı ilk iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, 28,886 manat məbləğində pul tələb etmişdir və həmin məbləğə uyğun olaraq dövlət rüsumu 176,65 manat təşkil edir. İddia isə qismən təmin edildiyindən dövlət rüsumunun yarısının yəni 80 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir. Belə ki, “X2 AR Qanunu"nun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh, hüquqi yardım üçün ödənilmiş 1010 (on min on) manat, dövlət rüsumu olaraq ödənilmiş 80 (səksən) manat olmaqla, cəmi 1090 (min doxsan) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-1858/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1858/2023
19.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver