Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-188/2025 05.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı əmlakın naturada bölünməsi, mümkün olmadığı təqdirdə açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı əmlakın naturada bölünməsi, mümkün olmadığı təqdirdə açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə 1/2 hissədə bərabər pay hüququ olan Bakı şəhəri, Xətai rayonu. Əhmədli qəsəbəsi, Babək prospekti 94 ünvanında inşa edilmiş 14 mərtəbəli 12 saylı yaşayış binasının 11-ci mərtəbəsindəki 39 saylı mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 597T saylı bağ evinin naturada bölgüsünü həyata keçirməklə həmin əmlakların bərabər əsaslarla istifadəsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3977/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə atam X4 arasında Bakı şəhəri Xətai rayonu Qeydiyyat Şöbəsində xx.xx.1995-ci il tarixdə 711 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospekti 94 ünvanında inşa edilmiş 14 mərtəbəli 12 saylı yaşayış binasının 11-ci mərtəbəsindəki 39 saylı mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 597T saylı bağ evi üzərində iddiaçı X2 1/2, Cavabdeh 1/2 hissədə payları müəyyən edilməsi qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı üçün əmlaklar dövlət qeydiyyatına alınmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə edilmişdir. X1 tərəfindən xx.xx.2023-cü il tarixli bağışlama müqavilələrinə əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospekti 94 ünvanında inşa edilmiş 14 mərtəbəli 12 saylı yaşayış binasının 11-ci mərtəbəsindəki 39 saylı mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 597T saylı ümumi sahəsi 87.60 kv/m. olan bağ evinin və həmin bağ evinin 0.12 ha torpaq sahəsinin 1/2 hissəsində olan əmlaka dair mülkiyyət payı ona bağışlanmışdır. Tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hər iki əmlaka dair çıxarış əldə edilmişdir. Hazırda cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospekti 94 ünvanında inşa edilmiş 14 mərtəbəli 12 saylı yaşayış binasının 11 -ci mərtəbəsindəki 39 saylı mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 597T saylı bağ evi öz şəxsi məqsədi üçün istifadə etsə də onun həmin mənzillərdən istifadə hüququ məhdudlaşdırılmışdır. Hesab edir ki, hazırkı mənzilin naturada bölgüsünün mümkünlüyü məhkəmə qaydasında müəyyən edilərsə əmlakıma dair mülkiyyət hüququndan irəlli gələn sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsi tərəfindən mümkün olacaqdır. xx.xx.2024-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək Bakı şəhəri, Xətai rayonu. Əhmədli qəsəbəsi, Babək prospekti 94 ünvanında inşa edilmiş 14 mərtəbəli 12 saylı yaşayış binasının 11-ci mərtəbəsindəki 39 saylı mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 597T saylı bağ evinin naturada bölgüsünün mümkün olmadığı təqdirdə, əmlakların açıq hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizə məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini, məhkəmə qaydasında qaldırılmış olduğu iddia tələbi üzrə artıq barışıq sazişi bağlandığından cavabdehə qarşı qaldırmış olduğu iddia tələbindən imtina etdiyini və barışığ sazişinin təsdiq edilməsini məhkəmədn xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, tərəfindən Cavabdeh qarşı ½ hissədə bərabər pay hüquqları olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospekti 94 ünvanında inşa edilmiş 14 mərtəbəli 12 saylı yaşayış binasının 11-ci mərtəbəsindəki 39 saylı mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 597 T saylı bağ evinin naturada bölgüsünün mümkün olmadığı halda sözügedən əmlakların açıq hərracdan satılmaqla paylara uyğun bölgüsünün həyata keçirilməsi barədə Bakı şəhəri, Sabunçu rayon məhkəməsində iddia qaldırılmışdır. Cavabdehlə hazırkı mübahisənin aralarında barışıq sazişinin bağlanması yolu ilə həll edilməsi razılığına gəlinmişdir. Bu səbəbdən cavabdelə aralarında xx.xx.2025 - ci il tarixli barışıq sazişi imzalanmış və hər iki tərəfin razılığa gəlmiş olduğu şərtlər sazişdə qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X5 tərəflər arasında barışıq sazişi bağlandığını, mülki işə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iş materiallarını və barışıq sazişini araşdırıb, barışıq sazişinin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə tərəfin izahatını dinləyib, barışıq sazişinin şərtlərinə tətbiq edilməli olan hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalı və hazırkı mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 597T saylı bağ evinin (Yeni qaydalarla AZ 1135 , Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X9 küçəsi 65 nömrəli bağ evi) ½ hissə İddiaçı, ½ hissə isə Cavabdeh mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək Prospekti, 94, ev 12, mənzil 39 (Yeni qaydalarla AZ 1135 , Bakı şəhəri, Xətai rayonu, Babək Prospekti 874, M11, m3) ½ hissə İddiaçı, ½ hissə isə Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 34 və 34/1 nömrəli rəydən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 597 T ünvanında yerləşən bağ evinin hazırda likvid (real bazar) dəyərinin 120.000 manat, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babaək prospekti 94 ünvanında 12 saylı evin 39 saylı mənzilinin likvid (rela bazar) dəyəri 140 000 (yüz qırx min) manat təşkil edir. xx.xx.2025-ci il Barışıq Sazişin dən görünür ki, İddiaçı paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospekti 94 ünvanında inşa edilmiş 14 mərtəbəli 12 saylı yaşayış binasının 11-ci mərtəbəsindəki 39 saylı mənzilindəki ½ əmlak payından Cavabdeh xeyrinə imtina edir və sözügedən əmlakda olan payını ona bağışlamağı öhdəsinə götürür. Gələcəkdə bu tələb ilə bağlı cavabdehə qarşı əlavə iddia və tələbinin olmayacağını bildirir. Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 597T saylı bağ evindəki ½ əmlak payından İddiaçı xeyrinə imtina edir və sözügedən əmlakda olan payını ona bağışlamağı öhdəsinə götürür. Gələcəkdə bu tələb ilə bağlı iddiaçıya qarşı əlavə iddia və tələbinin olmayacağını bildirir. Bu saziş imzalandıqdan və məhkəmə qaydasında təsdiq edildikdən 15 (on beş) iş günü müddətində sazişdə razılaşdırılmış əmlak paylarının notariat qaydasında bağışlanması həyata keçiriləcəkdir. İddiaçı Cavabdeh qarşı ½ hissədə bərabər pay hüquqları olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospekti 94 ünvanında inşa edilmiş 14 mərtəbəli 12 saylı yaşayış binasının 11-ci mərtəbəsindəki 39 saylı mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 597T saylı bağ evinin naturada bölgüsünün mümkün olmadığı halda sözügedən əmlakların açıq hərracdan satılmaqla paylara uyğun bölgüsünün həyata keçirilməsi barədə Bakı şəhəri Sabunçu Rayon məhkəməsində qaldırmış olduğu iddiasından imtina edir və bu barədə məhkəməyə ərizə verməyi öhdəsinə götürür. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Tərəflər arasınada bağlanmış barışıq sazişi təsdiq edilməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı qarşı “paylı əmlakın naturada bölünməsi, mümkün olmadığı təqdirdə açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlə təsdiq edilsin.
1. İddiaçı paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospekti 94 ünvanında inşa edilmiş 14 mərtəbəli 12 saylı yaşayış binasının 11-ci mərtəbəsindəki 39 saylı mənzilindəki ½ əmlak payından Cavabdeh xeyrinə imtina edir və sözügedən əmlakda olan payını ona bağışlamağı öhdəsinə götürür.Gələcəkdə bu tələb ilə bağlı cavabdehə qarşı əlavə iddia və tələbinin olmayacağını bildirir.
2. Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 597T saylı bağ evindəki ½ əmlak payından İddiaçı xeyrinə imtina edir və sözügedən əmlakda olan payını ona bağışlamağı öhdəsinə götürür. Gələcəkdə bu tələb ilə bağlı iddiaçıya qarşı əlavə iddia və tələbinin olmayacağını bildirir. Bu saziş imzalandıqdan və məhkəmə qaydasında təsdiq edildikdən 15 (on beş) iş günü müddətində sazişdə razılaşdırılmış əmlak paylarının notariat qaydasında bağışlanması həyata keçiriləcəkdir.Gələcəkdə bu tələb ilə bağlı iddiaçıya qarşı əlavə iddia və tələbinin olmayacağını bildirir.
3. Bu saziş imzalandıqdan və məhkəmə qaydasında təsdiq edildikdən 15 (on beş) iş günü müddətində sazişdə razılaşdırılmış əmlak paylarının notariat qaydasında bağışlanması həyata keçiriləcəkdir.
4. İddiaçı Cavabdeh qarşı ½ hissədə bərabər pay hüquqları olan Bakı şəhəri, Xətai rayonu. Əhmədli qəsəbəsi, Babək prospekti 94 ünvanında inşa edilmiş 14 mərtəbəli 12 saylı yaşayış binasının 11-ci mərtəbəsindəki 39 saylı mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 597T saylı bağ evinin naturada bölgüsünün mümkün olmadığı halda sözügedən əmlakların açıq hərracdan satılmaqla paylara uyğun bölgüsünün həyata keçirilməsi barədə Bakı şəhəri Sabunçu Rayon məhkəməsində qaldırmış olduğu iddiasından imtina edir və bu barədə məhkəməyə ərizə verməyi öhdəsinə götürür. İddiaçı Cavabdeh qarşı “paylı əmlakını naturada bölünməsi” tələbinə dair mülki iş üzrə icraata xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edildiyindən xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Nilufər Cəfərli