Məhkəmə qərarları › İş №e-2(008)-1948/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1948/2024

21.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1948/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona xx.xx.2010-cu il təvəllüdlü Nərmin və xx.xx.2017-ci il təvəllüdlü Yusif adlı uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 1500 kv.m torpaq sahəsində inşa etdirdikləri fərdi yaşayış evindən istifadə etmələri üçün yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu ildə faktiki olaraq el adəti ilə toy edib evlənmişlər. 2010-cu ilin dekabr ayında isə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Nərmin və xx.xx.2017-ci il təvəllüdlü Yusif adlı uşaqları doğulmuşlar. Aralarında olan ailə münasibətləri əvvəldən normal olmamış, mütəmadi olaraq küsüb-barışmışlar. Sonuncu dəfə 2023-cü ilin iyun ayında cavabdeh heç bir əsaslı səbəb olmadan onu azyaşlı uşaqları ilə birlikdə yaşadıqları evdən qovmuşdur. Cavabdehin bu cür hərəkətlərinə tez-tez məruz qalır. Hazırda cavabdehlə aralarında olan nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, cavabdehlə birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2014-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisindən 1500 kv.m torpaq sahəsi almışlar. Həmin torpaq sahəsində özlərinə fərdi yaşayış evi tikdirmişlər. Evin tikintisi başa çatdıqdan sonra 2017-ci ilin oktyabr ayında həmin evə köçərək orada yaşamağa başlamışlar. Ev işıq, su və qaz təchizatı ilə təmin edilmişdir. Torpağa və evə dair əmlak vergilərini cavabdehin adından ödəmişlər. Hazırda da azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşayırlar. Cavabdehin özü də həmin evdə yaşayır. Qeyd edir ki, cavabdeh onların evdə yaşamağına müxtəlif maneələr törədir. Belə ki, o, işdə olarkən, azyaşlı uşağı məktəbə gedərkən və s. bu kimi hallarda evdə olmadıqları müddət ərzində cavabdeh evin qapısını bağlayaraq onları evə buraxmır. Hər dəfə polis əməkdaşlarının köməkliyi ilə çətinlikdə evə daxil olur. Bundan əlavə, cavabdeh kommunal ödəniş kartlarını götürərək vermir. Bununla bağlı da polis bölməsinə müraciət etdikdən sonra ödəniş kartlarını vermişdir. Həmçinin uşaqların dərslərinin hazırlanması üçün onların internetdən istifadə etmələri zəruridir. Cavabdeh buna da maneçilik edir. Belə ki, modem aparatı cavabdehin yaşadığı otaqda yerləşdiyindən, hər dəfə modemin cərəyan təminatını dayandırır, mübahisə etdikdən sonra yenidən bərpa edir. Bundan başqa, paltaryuyan maşından da istifadə etməyə imkan vermir. Ümumiyyətlə, cavabdeh onlara evdən istifadə etməyə bu və ya digər qaydada müxtəlif maneələr törədir. Evə dair mülkiyyət sənədlərinin olmaması onun azyaşlı uşaqları ilə birlikdə həmin evdən istifadə etməsini istista etmir. Hesab edir ki, evin yerləşdiyi torpaq sahəsini və evin özünü birgə nikah dövründə əldə etdiyi üçün onun həmin evdən azyaşlı uşaqları ilə birlikdə manəsiz istifadə etmək hüququ var. Cavabdeh ona azyaşlı uşaqları ilə birlikdə evdən istədiyi kimi istifadə etməyinə maneçilik yaradır. Cavabdeh mobil telefon vasitəsilə onun və övladlarının razılığı və icazəsi olmadan onların videogörüntülərini çəkib sonradan onlara göstərməklə onlarda psixoloji gərginlik yaradırlar. Ondan dəfələrlə qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh, iddianı qəbul etməyərək, izahatında bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 1500 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçı ilə birgə nikah dövründə əldə edilmişdir. Həmin evdə həyat yoldaşı (iddiaçı) və uşaqları ilə birlikdə yaşayır. İddia ərizəsində yazılanlar tamamilə yalandır. Belə ki, o, ailə üzvlərinə həmin evdən istifadə etmələrinə heç bir formada maneçilik törətmir. İddiaçının hazırkı iddianı qaldırmasının səbəbi ona aydın deyil. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddiаçı iddiа tələbinin əsаsı kimi Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsini qеyd еtməkdə hаqlı оlmаmışdır. Çünki mübаhisəli fərdi yаşаyış еvinin iddiаçının və yа onun mülkiyyətində оlmаsı bаrədə iş mаtеriаllаrındа hər hаnsı bir sübut yохdur. Hаzırkı mübаhisəli yаşаyış еvi özbаşınа tikili оlduğundаn və оnа mülкiyyət hüququ qеydiyyаtа аlınmаdığındаn həmin nоrmаnın təsiri аltınа düşmür. Bеlə ki, iddiаçının mübаhisə еtdiyi fərdi yаşаyış еvi özbаşınа tikili оlmаqlа hər hаnsı bir hüquqi qеydiyyаtı yохdur, hаbеlə həmin еvin üzərində inşа еdildiyi tоrpаq sаhəsi kənd təsərrüfаtı təyinаtlı оlmаqlа fərdi yаşаyış еvlərinin tikilməsi üçün nəzərdə tutulmаmışdır. Bu bахımdаn hаzırkı mübаhisəli fərdi yаşаyış еvi özbаşınа tikili kimi qiymətləndirilməlidir. Qаnunvеriciliyin göstərilən mеyаrlаrınа görə hаzırkı mübаhisəli yаşаyış sаhəsi qаnunа uyğun şəkildə tikilib istismаrа təhvil vеrilmədiyi üçün mənzil fоndunа аid hеsаb еdilə bilməz. Bаşqа sözlə, mübаhisəli yаşаyış sаhəsi özbаşınа tikili оlduğu üçün hаzırki iş üzrə iddiаçı həmin sаhəyə dаir hеç hüquq, о cümlədən istifаdə hüququ əldə еtməmişdir. Еyni zаmаndа, оnu dа bildirir ki, iddiаçıyа qаrşı hər hаnsı bir mаnеələrin yаrаdılmаsınа dаir iddiaçı tərəf hеç bir sübut təqdim еtməmiş, mаnеələrin nədən ibаrət оlduğunu bildirməmişdir. Əksinə, onun tərəfindən çəkilmiş, təqdim еdilmiş fоtо və vidео mаtеriаllаrdа iddiаçı tərəfindən mаnеələrin yаrаdılmаsı görünür. Göstərilənlərə əsasən nümayəndə və vəkil iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 582059 nömrəli xx.xx.2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X2 doğulmuşdur. - AZ-İV 279269 nömrəli xx.xx.2019-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X3 doğulmuşdur. - xx.xx.2020-ci il tarixli, 020613 nömrəli tədiyyə bildirişinin surətindən görünür ki, Cavabdeh Sabunçu rayonu, Maştağa qəsəbəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. - “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, müqavilə “Azəriqaz” İstehsalat Birliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarından görünür ki, İddiaçı Cavabdeh qanunsuz hərəkətlərindən polis şöbəsinə şikayətlər etmiş, cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 1500 kv.m torpaq sahəsində inşa edilən fərdi yaşayış evi özbaşına tikili olmaqla, tərəflərin birgə ailə münasibətlərində olduğu dövrdə inşa edilmiş, tərəflər uzun müddət bərabər həmin evdə yaşamışlar. Məhkəmə araşdırması zamanı iddia predmeti olan həmin tikiliyə dair halhazırda da cavabdehin adına heç bir hüquq müəyyənedici sənəd olmadığı, həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Lakin həmin ev daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Beləliklə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 1500 kv.m torpaq sahəsində inşa edilən fərdi yaşayış evinə dair cavabdeh kimi iddiaçının da uşaqları ilə birlikdə eyni əsaslarla yaşayıb istifadə etmək hüququ yaranmışdır. Buna baxmayaraq, cavabdeh sözügedən evdən iddiaçının uşaqları ilə birlikdə istifadə etməsinə maneələr törədir. İddiaçı həmin maneələrin əsasən cavabdehin onlar evdə olmadıqları müddətdə evin qapısını bağlayaraq onları evə buraxmaması, kommunal ödəniş kartlarını götürərək verməməsi, evi internetlə təchiz edən modem aparatının cərəyan təminatını dayandırması halları ilə izah edir. Cavabdehin özünün məhkəməyə təqdim etdiyi videogörüntülərlə də cavabdehin onun ailə üzvlərini onların iradəsinə zidd olaraq görüntülərini çəkməsi aşkardır. İddiaçı bu səbəblərdən dəfələrlə polis bölməsinə şikayətlər etmiş, lakin əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. Evdən istifadəyə maneələr davam etdiyinə görə, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Cavabdehin ev üzərində hüquqlarının mövcudluğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, onun iddiaçını evdən istifadədə imkan verməməsi qanunsuzdur. Evdən çıxarılma o halda qanuni ola bilər ki, bunu tələb edən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsa idi (mənzildə yaşamaq səlahiyyəti versəyidi), bu halda, cavabdehin istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa, fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa çıxarılma qanunsuz hesab edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı istisna olmaqla, cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşama imkanına malik olduğundan, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının və uşaqlarının da həmin şərtlər daxilində həmin evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh tərəfindən İddiaçı, azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 1500 kv.m torpaq sahəsində inşa etdirdikləri fərdi yaşayış evindən istifadə etmələri üçün yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı, azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 1500 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən istifadə etmələri üçün yaradılan maneələr aradan qaldırılsın. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehə aid edilməklə, ondan tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar