Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-198/2025 24.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızınınsədrliyi, Məhkəmə iclas katibi X1katibliyi, İddiaçılar İddiaçı1 və onun və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14000 (on dörd min) manat pul vəsaitinin, 132 manat dövlət rüsumunun, 320 manat vəkil xərcinin, 14000 (on dörd min) manat pul vəsaitini qanunsuz saxladığına görə illik 7% məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh (**********) ilə 2022-ci ildən həyat yoldaşı Ləmanın işlədiyi Salyan rayon, 7 saylı orta məktəbə grand layihələr həyata keçirərkən tanış olmuşdur. Sonradan Cavabdeh həyat yoldaşının illərdi Xətai rayonundan çıxıb dərs demək üçün Salyana getməsinin çətin olduğunu və yoldaşımın MİQ-dən imtahandan keçdiyini bilib onu yaşadığı yerə (Xətai rayonunda yerləşən) məktəbə yerdəyişmə edəcəyinə kömək etməyi ona təklif etdi. Həmin vaxt oiddiaçıya 11 ildi bu işin içində olduğunu bildirərək ondan 20000 manat pul tələb etdi. O, isə həyat yoldaşının 3 ildi ki, yerdəyişməsini təmin edə bilmədiklərindən (2020-ci ildə 60 ballıq göstəricidə 47 bal, 2022-ci ildə 100 ballıq sistemdən 70 bal yığdığı halda yalnız 3 aylıq müqavilə ilə Şüvəlanda yerləşən məktəbə yerdəyişmə olduğundan və əksər müəllimlərin yerdəyişmənin tanışsız və s. mümkün olmadığını bildirdiyindən) təklifini qəbul edərək, iş yerində olduğunu bildirdiyindən Azadlıq metrosunun, Tennis Akademiyasının yaxınlığında yerləşən VİP Academy Azadlıq ofisinin məkanını ataraq orda onlardan 20000 manat məbləğində pul aldı. Bundan sonra Cavabdeh hər gün müxtəlif bəhanələrlə onları süründürməyə başladı. 04 sentyabrda Vəfadan yoldaşı vasitəsi ilə onun işinin nə yerdə qaldığını soruşduqda yoldaşına Təhsil Nazirliyindən zəng ediləcəyini bildirdikdən 2-3 saat sonra ********** nömrəsindən zəng edilərək özünü İbtidai Təhsil və Məktəbəqədər Təhsil Şöbəsinin rəisi Emin müəllimin köməkçisi olduğunu bildirən şəxs zəng vuraraq ona vhatsapp vasitəsi ilə ad, soyad, ata adı və ixtisasını yazmasını xahiş etdikdən sonra 4 sentyabrdan hər gün tələb edilən sənədlərin siyahısını yazsa da 5 oktyabrda yekun qərar deyəcəyini dedikdən sonra həmin şəxs də nömrəsinə nə zəng çatmadı, nə də yazı. Ondan sonra Vəfaya dəfələrlə zəng vurduqda ona əməliyyat olunduğunu və ona zəng vurmamağı, nə sözünüz olsa vəkili Nəcibə Nəcəfova adlı şəxsin (**********) nömrəsinə zəng vurmağı bildirdi. Bundan sonra həmin şəxslə danışdıqda guya Vəfanın prokurorluqda işi olduğunu və onunda orda ərizə yazmalı olduğunu bildirdiyindən ona diqtə etdiyi cümlələrlə ərizə yazdı. Lakin sonradan öyrəndi ki, bu da onun yalanları və öz əməllərini ört-basdır etmək məqsədi ilə Tacəddin adlı şəxsdən etdiyi şikayət üzrə ona şahid kimi ərizə yazdırıbmış. Əvvələr ona 11 ildi işin içində olduğunu, çox adamın işini həll etdiyini, hər nə olur olsun pulu ona verdiyindən istənilən halda pulunu qaytaracağını deyən Vəfa sonradan ona pulu guya Tacəddinə verdiyini və onun da puları mənimsədiyini, bu səbəbdən ondan şikayət etdiyini, ondan aldığı pulun hamısının Tacəddinə vermədiyini 30% özündə saxladığını bildirdiyindən həmin ərəfədə (Oktyabrda) ona 5000 manat, sonra isə (2023-cü ilin dekabrı) 1000 manatını qaytardı. O, isə artıq Vəfadan şübhələndi ki, o həmin nömrədə ki, şəxslə əlbir olaraq onu aldatmış və pulunu mənimsəmişdir. Belə ki, həqiqətən Tacəddin adlı şəxsə pul vermiş olsa və ya pulu mənimsəməsəydi iş alınmayan kimi 6000 manatını qaytarmış olardı. Onu aylarla hissə-hissə qaytarmazdı. Elə o şübhədən sonra o cavabdehin əməllərindən Binəqədi Rayon Polis İdarəsinə şikayət etdi. Lakin onun barəsində işin araşdırılmasının, cəzalandırılmasının uzanacağından və maddi cəhətdən çox pis vəziyyətdə qaldığından barəsində cinayət işi açılmamış məhkəməyə müraciət etdi ki, pulunu alsın. Cəzalandırılsa da cəzalandırılmasına ayrı baxılsın. Həmçinin onu da bildirmişdir ki, cavabdeh ona Tacəddin adlı şəxsdən etdiyi şikayətdə də Sumqayıt Şəhər Prokurorluğunda gedən araşdırmada da ondan pul aldığını və ona verdiyini bildirdiyini demişdir. Bu səbəbdən sorğu verərək həmin araşdırma barədə məlumat istəsək də əldə edə bilmədik. Qeyd etmək istəmişdir ki, o, artıq o qənaətə gəlmişdir ki, cavabdeh 20000 məbləğində pulunu öz kursunun işlərinə xərcləyərək qazanc əldə etmiş, pulunu əsassız saxlaması nəticəsində ona maddi zərər vermişdir. Bununla yanaşı o, həmin pulu banka qoymuş olsa ən azı illik 7% qazancı əldə edərdi. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə yazaraq xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında işlərin sıxlığı ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini, məhkəmə iclasının razılaşdırılmış qayda təxir edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13- 58/2-48309 nömrəli məktubundan görünür ki, Sumqayıt ŞPİ-nin İŞ-nin icraatda olan ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh xx.xx.2024-cü il tarixdə vermiş oduğu ifadəsindən qeyd edilmişdir ki, 2017-ci ildən etibarən «VİP ACDEMY» təhsil mərkəzini yaradıb, rəsmi dövlət qeydiyyatından keçirərək təhsisçi kimi fəaliyyət göstərir. Təhsil mərkəzinin hüququ ünvanı ünvan 1 məşğul oluruq. 2023-cü ildə İddiaçı2 onun istifadən olan ***-***-**-** saylı mobil telefonuna zəng vurub İddiaçı2 olduğunu Salyan rayon, 7 saylı orta məktəbdə müəllimə olduğunu, Bakı şəhərinə Xətai rayonunda yerləşən məktəbə iş yerini dəyişdirmək istədiyini, onun nömrəmi ona tanışının verdiyini bildirdi. O, ona mənim elə bir səlahiyyətir olmadığını deyəndə, Ləman ona tanışı X2 bu işdə ona köməklik edə biləcəyinin, lakin özünün onunla əlaqə saxlaya bilmədi) bildirdi. O, ondan Tacəddini haradan tanıdığını soruşdu, əyər münasibət varsa şəxsən özlərinin müraciət etmələrini bildirdim. Ləman isə ona onun özü Tacəddini şəxsən deyil, hansısa tanışının tanıdığını, onunda Tacəddi münasibətinin daha yaxşı olması səbəbindən onun vasitəsi ilə Tacəddinlə işlər görmək istədiklərini bildirdi. Bundan sonra o, Tacəddinlə əlaqə saxladı Tacəddin ona narahat olma həll edərəm, lakin 14000 manat xərclərinin çıxacağını bildirdi. Bir neçə gündən sonra Ləman və əri Nəsimi ilə birlikdə onun iş yerinə gəldilər. O, bir daha onların yanında Tacədinlə telefon vasitəsi ilə əlaqə saxlamış, Tacəddin onların yanındada telefonda Ləmanın Bakı şəhərinə işini dəyişdirəcəyini və 14000 manat pul lazım olacağını bildirdi. Telefon danışığında sonra elə həmin günü yəni xx.xx.2023-cü ildə Ləman və əri Nəsimi Binəqədi rayonu, Azadlıq metrosunun, Tenis Akademiyasının yaxınlığında yerləş İ.P.Dadaşov 352 saylı ünvanında yerləşən VİP Academy Azadlıq ofisinə gəldilər və orada 14000 manat pulu ona verib çıxıb getdilər. Önlar gedəndən sonra Tacəddin həmin ofisə gəldi və Ləmanın işi üçün ondan olan 14000 manat pulu alıb çıxıb getdi. Pulu Tacəddin alandan sonra onun Ləman və əri Nəsimi ilə əlaqəsi olmadı. Onlar Tacəddinlə bir başa əlaqə saxlamağa başladılar. 2023-cü ilin oktya ayında Ləman və Nəsimi ona zəng vurub Tacəddinin onlara verdiyi sözə ən eləmədiyini, işlərini yoluna qoymadığını bildirdilər. O Tacəddini telefon vasiti ilə dəfələrlə yığdı. Tacəddin ona da bu gün sabah Ləmanın iş yerinin Bakı şəhərinə köçürülməsini həll edəcəyini bildirdi. Həmin ərəfədə ona Sumqayıt şəb prokurorluğundan zəng gəldi. O, həmin çağrışa əsasən Sumqayıt şəhəri prokurorluğuna getmişdir. Orada məlum oldu ki, Tacəddin ondan başqa digər kimlərdənsə qeyd olunan məsələ ilə bağlı pul alıbdır. O, da bu barədə Sumqayıt şəhər prokurorluğuna ərizə yazıb vermişdir. Həmin arada məlum oldu ki, Tacəddin ölkə ərazisini tərk edibdir, barəsində axtarış elan olunubdur. Həmçin İddiaçı2 qeyd olunan məsələ ilə bağlı Sabunçu rayon məhkəməsinə iddia ərizəsi yazıb veribdir. Sumqayıt şəhər prokurorluğunun xx.xx.2023-cü iş tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı tərəfindən təqdim edilən diskdə olan İddiaçı2 ilə Cavabdeh arasında olan danışığdan görünür ki, İddiaçı2 cavabdehə 20000 manat məbləğində pul vermişdir. Cavabdeh İddiaçı2 onun verdiyi 20.000 manat pulun 13.000 manat olan hissəsini Əfrasiyəb adılı adama verdiyini, 7000 manat olan hissəsinin isə onda qaldığını, 7000 manat olan hissəsini geri qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh İddiaçı2 iş yerinin dəyişdirilməsi məqsədi ilə 20000 manat məbləğində pul vəsaitini xx.xx.2023-cü il tarixdə almışdır. Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-58/2-48309 nömrəli məktubuna əlavə edilmiş Cavabdeh şahid kimi vermiş olduğu ifadəsində o İddiaçı2 iş yerini dəyişdirmək məqsəsdi ilə ondan 14000 manat pul götürmüş olduğunu bildirsədə, iddiaçı tərəfdən təqdim edilən səs yazısında qeyd edilən pulun məbləğinin 20.000 manat olduğunu etiraf etmişdir. İddiaçı isə sözügedən pulun 6000 manat olan hissəsinin cavabdeh tərəfindən qaytarılmış olduğunu bildirmişdir. Cavabdeh həm səs yazılarında, həm şahid kimi vermiş olduğu ifadəsində iddiaçıdan almış olduğu pulu 3-cü bir şəxsə vermiş olduğunu bildirsədə bu halı sübut edə bilməmişdir. Belə olan halan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli 14.000 manat məbləğində olan pul vəsaiti cavabdehdən tutularaq geri ödənməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, nə qədərki, cavabdehə pul verilən zaman iddiaçılar olan İddiaçı1 və İddiaçı2 birgə nikahdan olmuşdur, həmin pulun birgə gəlir hesabına əldə edillmiş hesab edildiyindən iddia tələbi üzrə hər iki şəxs iddiaçı kimi çıxış etməsi mümkündür. Bundan sonra məhkəmə iddia tələbinin 14000 (on dörd min) manat pul vəsaitini qanunsuz saxladığına görə illik 7% məbləğində pulun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi hissəsinə münasibət bildirərərk qeyd edir ki, işin hallarından görünür qeyd edlən pul vəsaiti cavabdehə xx.xx.2023-cü il tarixdə verilmişdir, iddiaçlar isə sözügedən pulun qaytarılması üçün məhkəməyə xx.xx.2024cü il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən pul məbləğinin cavabdehdə qanunsuz qaldığından cavabdehin qanunsuz saxladığı müddət üzrə iddiaçılara illik faiz borcu ödəməlidir. İddiaçılar məhkəməyə müraciət edərək illik faiz məbləğinin 7 faiz hesablamasını xahiş etsədə bunu zəruri edən halı sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin tutulmalı olan illik faiz məbləği 5 faiz hesablanmalıdır. Belə ki, Mülki Məcəlləsinin 445.7-ci maddələrinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcələsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinin tələbinə görə Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Bundan sonra məhkəmə iddia tələbinin 132 manat dövlət rüsumunun və 320 manat vəkil xərcinin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissələrdə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14000 (on dört min) manat məbləğində pul vəsaiti və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək olan müddət ərzində 14.000 manat məbləğə illik hesablanmalı olan 5 faiz məblə9 tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. 132 (yüz otuz iki) manat dövlət rüsumu və 320 (üç yüz iyirmi) manat vəkil xərci Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-198/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-198/2025
24.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver