Məhkəmə qərarları › İş №e-2(008)-1998/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1998/2025

16.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1998/2025 16.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Baki Şəhərı̇ 17 saylı Dövlət Notarı̇ at Kontoruna qarşı icra qeydlərinin ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Baki Şəhərı̇ 17 saylı Dövlət Notarı̇ at Kontoruna qarşı icra qeydlərinin ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8i-10201 nömrəli, xx.xx.2024-cü il tarixli və 8i-10028 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydlərinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 noyabr 2024-cü il tarixində Bank "xxxx" tərəfindən İddiaçı direktoru X2 SD-2024/4490 nömrəli bildiriş ünvanlanmışdır. Bildirişdə qeyd edilmişdir: “Bank "xxxx" ASC ilə borcalan İddiaçı arasında bağlanmış “15” fevral 2024-cü il tarixli SMN-00010-16/24A nömrəli Əsas Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “ 15” fevral 2024-cü il tarixli SMN-A0010-16/24A saylı, “Əlavə Razılaşma” üzrə İddiaçınə biznes məqsədi ilə 48 ay müddətinə, illik 23 faiz hesablanmaqla, 500000 AZN kredit verilmişdir. “15” fevral 2024-cü il tarixli SMN-00010-16/24A nömrəli Əsas Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “15” fevral 2024-cü il tarixli SMN-A0010-16/24A saylı “Əlavə Razılaşma” üzrə əsas borc məbləği 466 548.98 AZN, ümumi faiz borcu 36 956.13 AZN, dəbbə borcu 6 818.29 AZN, cəmi borc 510 323.40 AZN təşkil edir...”. Həmçinin 20 noyabr 2024-cü il tarixində Bank "xxxx" tərəfindən İddiaçı direktoru X2 SD- 2024/4489 nömrəli bildiriş ünvanlanmışdır. Bildirişdə qeyd edilmişdir: “Bank "xxxx" ASC ilə borcalan İddiaçı arasında bağlanmış “4” avqust 2024-cü il tarixli DEN-00128-14/23A nömrəli Əsas Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “ 19” dekabr 2024-cü il tarixli DEN-B0128-14/23A saylı “Əlavə Razılaşma” üzrə İddiaçınə Yaşayış təyinatlı əmlakın alınması məqsədilə 48 ay müddətinə, illik 23 faiz hesablanmaqla, 200000 AZN kredit verilmişdir. “4” avqust 2024-cü il tarixli DEN-00128- 14/23A nömrəli Əsas Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “19” dekabr 2024-cü il tarixli DEN-B0128-14/23A saylı “Əlavə Razılaşma” üzrə əsas borc məbləği 180 894.30 AZN AZN, ümumi faiz borcu 13 868.57 AZN, dəbbə borcu 2 562.08 AZN, cəmi borc 197 324.95 AZN təşkil edir...”. Nəzərinizə çatdırmaq istəyirik ki, 6 noyabr 2023-cü il tarixində Bank "xxxx" əməkdaşları tərəfindən Maarif Ələkbərov Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X7 təsdiqi ilə 3 müxtəlif məzmunda ərizə verməyə məcbur edilmişdir. Maarif Ələkbərov ərizə verərkən ərizənin məzmunu ilə tanış olmamış, notarius tərəfindən prosedur qaydalar pozulmuşdur. Həmin vaxt qeyri-yaşayış obyektinin alınması üçün pula ehtiyacı olduğundan, kredit müqaviləsinin də şərtləri ilə də tanış olmamış, Bank "xxxx" əməkdaşları tərəfindən şərtlər ona izah edilmişdir. Belə ki, **********547 nömrəli ərizədə qeyd edilmişdir ki, “...xx.xx.2023-cu il tarixində "”BEYAZ RESİDENCE” MMC ilə iddiaçı arasında olan 61 nömrəli müqaviləsinə əsasən arvadı-X3 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Cənub-Qərb ünvanında inşa olunan 5 mərtəbəli yaşayış binasının İİci blok 5-ci mərtəbə,ümumi sahəsi 79 kv.m olan,3 otaqlı,19 № li izolə olunmuş mənzildən imtina etməsinə etiraz etmir. Yuxarıda qeyd olunan müqavilənin ləğv edilməsinə, eləcə də üzvlükdən çıxarılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı məhkəmədə heç bir tələb və iddiası olamayacaq...”. **********548 saylı ərizədə qeyd edilir: “...xx.xx.2023-cu il tarixində "”BEYAZ RESİDENCE” MMC ilə iddiaçı arasında olan 59 nömrəli müqaviləsinə əsasən arvadı-X3 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Cənub-Qərb ünvanında inşa olunan 5 mərtəbəli yaşayış binasının İİ-ci blok 5-ci mərtəbə,ümumi sahəsi 81.5 kv.m olan,3 otaqlı,18 № li izolə olunmuş mənzildən imtina etməsinə etiraz etmir. Yuxarıda qeyd olunan müqavilənin ləğv edilməsinə, eləcə də üzvülükdən çıxarılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı məhkəmədə heç bir tələb və iddiası olamayacaq...”. **********549 saylı ərizənin məzmunu isə aşağıdakı kimidir: “…xx.xx.2023-cu il tarixində ”BEYAZ RESİDENCE” MMC ilə iddiaçı arasında olan 60 nömrəli müqaviləsinə əsasən arvadı-X3 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Cənub-Qərb ünvanında inşa olunan 5 mərtəbəli yaşayış binasının İİci blok 5-ci mərtəbə,ümumi sahəsi 79 kv.m olan,3 otaqlı,17 № li izolə olunmuş mənzildən imtina etməsinə etiraz etmir. Yuxarıda qeyd olunan müqavilənin ləğv edilməsinə, eləcə də üzvülükdən çıxarılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı məhkəmədə heç bir tələb və iddiası olmayacaq…”. Hər üç ərizədə ”BEYAZ RESİDENCE” MMC ilə bağlanmış müvafiq müqavilələrə əsasən qeyd edilən obyektdən Dinarə Ələkbərova tərəfindən adıçəkilən mənzillərdən imtina edilməsi göstərilmişdir. X9 Maarifin həyat yoldaşıdır. Ancaq hər iki şəxsin, yəni Maarif Ələkbərov və o cümlədən Dinarə Ələkbərovanın ”BEYAZ RESİDENCE” MMC ilə bağlanmış hər hansı müqaviləsi mövcud deyildir. Ümumiyyətlə, adıçəkilən mənzillərlə hər iki şəxsin aiddiyyəti yoxdur. Bununla bağlı ipoteka müqaviləsində göstərilən təminat qismində çıxış edən daşınmaz əmlak da mövcud deyildir. Həmin vaxt pula ehtiyacı olan Maarif Ələkbərov bank və notarius tərəfindən aldadılmış, qeyri-dəqiq məlumatlar verilmiş, dəqiq olmayan məlumatlarla da kredit müqaviləsi bağlanmış və notarial ərizələr imzalatdırılmışdır. xx.xx.2024-cü il tarixli 17 saylı Notariat Kontoru tərəfindən verilən icra qeydinə əsasən ipoteka predmeti olan X5 məxsus olan 0,10125 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 7 ünvanlı əmlak kompleksi kimi müəssisə ( 64 saylı idmanmallar mağazası) ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Həmçinin 17 saylı Notariat Kontorunun 16 dekabr 2024-cü il tarixli icra qeydinə əsaəsn ipoteka predmeti olan İddiaçınə məxsus olan ünvan 3 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Notariusun icra qeydlərini verməsi üçün maliyyə arayışı, hesabdan çıxarış, təqdim olunmalı bildiriş, üçüncü şəxslə bağlanan “Zaminlik” müqaviləsi, üçüncü şəxs, “ipoteka müqaviləsi” təqdim edilməlidir. Bu prosedurların düzgün qaydada həyata keçirilməsi isə iddiaçıda şübhə yaratmışdır. Çünki yuxarıda da qeyd edildiyi kimi "xxxx"-nin də iştirakı ilə Maarif Ələkbərova aid olmayan daşınmaz əmlakla bağlı ərizələr tərtib edilmişdir. Müqavilədən və icraata başlamaq haqqında qərardan da göründüyü kimi tələb olunan məbləğ xeyli yüksəkdir. Notarius isə heç bir əmtəəşünaslıq ekspertizası aparmadan icra qeydi vermiş və icraya yönləndirmişdir. Bundan başqa həmçinin 15 fevral 2024-cü il tarixli “ İpoteka Müqaviləsi” də və“4” avqust 2024-cü il tarixli “İpoteka Müqaviləsi”də tutma yönləndirilməli olan daşınmaz əmlakın ilkin satış qiyməti göstərilməmişdir. Notarius isə qiymətləndirmə ekspertizası həyata keçirmədən əmlaka tutma yönləndirilməsi haqqında icra qeydi vermişdir. Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən ipoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Bundan başqa 17 saylı Notariat kontoru tərəfindən Bankdan məcburi olunan sənədlər tələb edilməmiş və araşdırılmamışdır. Bu baxımdan 8i-10201 nömrəli, xx.xx.2024- cü il tarixli icra qeydinin və xx.xx.2024-cü il tarixli 8i-10028 nömrəli icra qeydinin ləğv edilməsi zərurəti vardır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X15 iddia tələbinə etiraz edərək, icra qeydinin qanunamüvafiq qaydada qəbul edildiyini bildirmiş, bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan SMN-00010-16/24A nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Həzi Aslanov filialı tərəfindən “Naim S” şirkətinin direktoru X4 35% dərəcəsi ilə xx.xx.2034-cü ilədək ******* manat məbləğində kredit verilmişdir. - xx.xx.2024-cü il tarixli Əlavə Razılaşmadan görünür ki, Bank BTB ASC-nin Həzi Aslanov filialı tərəfindən “Naim S” şirkətinin direktoru X4 SMN-00010-16/24A saylı, xx.xx.2024-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində 23% dərəcəsi ilə 48 ay müddətinə 500000 manat kredit verilir. -xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, X8 mülkiyyət hüququ ilə ona məxsus olan 0.10125 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi , 7 ünvanlı əmlak kompleksi kimi müəssisə ( 64 saylı idman mədəni-mallar mağazası) SMN-00010-16/24A saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank BTB ASC-nin xeyrinə ipoteka yüklü edir. -xx.xx.2015-ci il tarixli RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi, 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə (64 saylı idman mədəni-mallar mağazası) X3 tam mülkiyyətindədir. -xx.xx.2024-cü il tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi, 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə (64 saylı idman mədəni-mallar mağazası) Bank BTB ASC-nin xeyrinə ipoteka yüklü edilmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, həmin tarixə İddiaçı Bank VTB ASC-yə əsas borcu 466548,98 manat, faiz borcu 36956,13 manat, dəbbə borcu 6818,29 manat, cəmi 510323,4 manat təşkil edir. -xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, X5 İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında göndərilmiş və Bank VTB ASC qarşısında yaranmış borc məbləğinin ipoteka predmeti hesabına ödənilməsi üçün ipoteka predmeti olan mənzilinə icranın yönəldiləcəyi tələb edilmişdir. -xx.xx.2024-cü il tarixli Bank BTB ASC tərəfindən AR İN ƏMDK DƏDRX-nin Ərazi İdarəsinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli bildirişin rəsmi qeydiyyata alınması xahiş edilmişdir. -1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli müraciət əsasında Bakı şəhəri, Binəqədi rayonu, 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. -xx.xx.2024-cü il tarixli bildirişə etirazdan görünür ki, X1 BTB ASC ilə aralarında mübahisə olduğu üçün işin notariusun icra qeydi ilə deyil, məhkəmə qaydasında həll olunmasını xahiş etmişdir. -xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, X5 məxsus 0.10125 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi, 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinə (64 saylı idman mədəni-mallar mağazası) tutma yönəldilməsi barədə icra qeydi verilmişdir. -xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, “Naim S” şirkətinə məxsus olan ünvan 3 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi barədə icra qeydi verilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Bank "xxxx" ASC ilə borcalan İddiaçı arasında bağlanmış SMN-00010-16/24A nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsi ilə, "xxxx" ASC-nin Həzi Aslanov filialı tərəfindən “Naim S” şirkətinin direktoru X4 35% dərəcəsi ilə xx.xx.2034-cü ilədək ******* manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış “15” fevral 2024-cü il tarixli SMN-00010- 16/24A nömrəli Əsas Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “ 15” fevral 2024-cü il tarixli SMN-A0010-16/24A saylı, “Əlavə Razılaşma” üzrə İddiaçınə biznes məqsədi ilə 48 ay müddətinə, illik 23 faiz hesablanmaqla, 500000 AZN kredit verilmişdir. Bank "xxxx" ASC ilə borcalan İddiaçı arasında bağlanmış “4” avqust 2024-cü il tarixli DEN-00128-14/23A nömrəli Əsas Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “ 19” dekabr 2024-cü il tarixli DEN-B0128-14/23A saylı “Əlavə Razılaşma” üzrə İddiaçınə Yaşayış təyinatlı əmlakın alınması məqsədilə 48 ay müddətinə, illik 23 faiz hesablanmaqla, 200000 AZN kredit verilmişdir. Həmin müqavilələrin təminatı kimi X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi, 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə (64 saylı idman mədəni-mallar mağazası) Bank BTB ASC-nin xeyrinə ipoteka yüklü edilmişdir. Qeyd edilən əmlaka ipoteka hüququnun qeydiyyata alınmasına dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarış verilmişdir. Həmin Kredit və İpoteka müqavilələrdə yaranmış öhdəlik ilə İddiaçı aldığı borc məbləğinin, bir hissəsini ötən müddət ərzində ödəmiş olsa da, əsas götürülmüş pul vəsaitinin qaytarmaq öhdəliyi yaranmış olmasına baxmayaraq, İddiaçı tərəfindən pozularaq icra edilməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli bildiriş göndərilmiş və yaranmış borc məbləğinin ipoteka predmeti hesabına ödənilməsi üçün ipoteka predmeti olan mənzilinə icranın yönəldiləcəyi tələb edilmişdir. Naim-S” şirkətinin rəhbəri X6 icra qeydi ilə razılaşmır, buna dair əsas dəlili isə odur ki, icra qeydinin qanunvericiliyin tələblərinə uyğun olmayan formada verilməsi, icra qeydində əmlakın ilkin satış qiymətinin qeyd edilməməsidir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Həmçinin, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsində göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə; 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci bəndində qeyd edilmişdir ki, icra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılması zamanı hər hansı bir pozuntuya yol verilmədiyindən, icra qeydi qanuni və əsaslı olmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq icra qeydinin verilməsindən öncə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmişdir. Əsas kredit müqaviləsinin bitmə müddəti xx.xx.2034-cü il olduğundan isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddəti də ötürülməmişdir. Odur ki, məhkəmə hesab edir ki, 8İ-10201 nömrəli, xx.xx.2024-cü il tarixli və 8İ-10028 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydləri qanunvercilikdə göstərilən qaydada tərtib edildiyindən onun ləğv edilməsinə əsas yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, icra qeydinin hüquqi statusu "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydi aparmalıdır. Göründüyü kimi icra qeydi qərar və ya ləğv edilməsi mümkün olan hər hansı digər hüquqi kateqoriyaya aid deyil. Digər tərəfdən, "icra qeydinin ləğvi" mümkün olsa belə, icra qeydinin formal və texniki tələblərə uyğun gəlməməsi əsası ilə ola bilər. Məhz bu hallarda icra qeydi mübahisələndirilə bilər. Hazırki halda isə məhkəmə tərəfindən müəyyən olunur ki, icra qeydinin aparılması zamanı hər hansı bir pozuntuya yol verilməmişdir. Həmçinin iddiaçının icra qeydinin ləğvinə əsas kimi göstərdiyi icra qeydində daşınmaz əmlakın ilkin satış qiymətinin göstərilməməsi halı ilə bağlı məhkəmə qeyd edir ki, həmin qiymətin müəyyənləşdirilməsi icra qeydi verildikdən sonra müəyyənləşdirilən haldır. Belə ki, İpoteka haqqında qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Həmin qanunun 38.2-ci maddəsinə əsasən, ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin qiymətləndiricilər (və ya qiymətləndiricilərin fəaliyyət göstərdikləri qiymətləndirici təşkilatlar) qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda qiymətləndirməyə görə xidmət haqqı ipoteka saxlayan tərəfindən ödənilir və bu haqq ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Baki Şəhərı̇ 17 saylı Dövlət Notarı̇ at Kontoruna qarşı 8i-10201 nömrəli, xx.xx.2024-cü il tarixli və 8i-10028 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydlərinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar