Məhkəmə qərarları › İş №e-2(008)-1999/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1999/2025

04.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1999/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 4 saylı notariat ofisinə və "xxxx" ASC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 4 saylı notariat ofisinə qarşı "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8İ-6607 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 noyabr 2024-cü il tarixdə Bank "xxxx" ASC tərəfindən İddiaçı direktoru X2 SD-2024/4490 nömrəli bildiriş ünvanlanmışdır. Bildirişdə qeyd edilmişdir: ““Bank "xxxx" ASC ilə borcalan İddiaçı arasında bağlanmış 15 fevral 2024-cü il tarixli SMN-00010-16/24A nömrəli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 15 fevral 2024-cü il tarixli SMN-A0010-16/24A saylı “Əlavə Razılaşma” üzrə İddiaçınə biznes məqsədi ilə 48 ay müddətinə illik 23 faiz hesablanmaqla, 500.000 AZN kredit verilmişdir. 15 fevral 2024-cü il tarixli SMN-00010-16/24A nömrəli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 15 fevral 2024-cü il tarixli SMN-A0010-16/24A saylı “Əlavə Razılaşma” üzrə əsas borc məbləği 466 548.98 AZN, ümumi faiz borcu 36 956.13 AZN, dəbbə borcu 6 818.29 AZN, cəmi borc 510 323.40 AZN təşkil edir...”. 6 noyabr 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Maarif Ələkbərov Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X6 təsdiqi ilə 3 müxtəlif məzmunda ərizə verməyə məcbur edilmişdir. Maarif Ələkbərov ərizə verərkən ərizənin məzmunu ilə tanış olmamış, notarius tərəfindən prosedur qaydalar pozulmuşdur. Həmin vaxt qeyri-yaşayış obyektinin alınması üçün pula ehtiyacı olduğundan, kredit müqaviləsinin də şərtləri ilə də tanış olmamış, "xxxx" əməkdaşları tərəfindən şərtlər ona izah edilmişdir. Belə ki, **********547 nömrəli ərizədə qeyd edilmişdir ki, “...xx.xx.2023-cü il tarixində "xxxx" ASC ilə mənim aramda olan 61 nömrəli müqaviləyə əsasən arvadım - X12 QİZİnın istifadəsində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Cənub-Qərb ünvanında inşa olunan 5 mərtəbəli yaşayış binasının İİ-ci blok 5-ci mərtəbə, ümumi sahəsi 79 kv.m olan 3 otaqlı,19 №-li izolə olunmuş mənzildən imtina etməsinə etiraz etmirəm. Yuxarıda qeyd olunan müqavilənin ləğv edilməsinə, eləcə də üzvülükdən çıxarılmasına etiraz etmirəm. Gələcəkdə bununla bağlı məhkəmədə Sizə qarşı heç bir tələb və iddiam olamayacaq...”. **********548 saylı ərizədə qeyd edilir: “...xx.xx.2023-cu il tarixində "”BEYAZ RESİDENCE” ASC ilə mənim aramda olan 59 nömrəli müqaviləsinə əsasən arvadım -X12 QİZİnın istifadəsində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Cənub-Qərb ünvanında inşa olunan 5 mərtəbəli yaşayış binasının İİ-ci blok 5-ci mərtəbə, ümumi sahəsi 81.5 kv.m olan 3 otaqlı, 18 №-li izolə olunmuş mənzildən imtina etməsinə etiraz etmirəm. Yuxarıda qeyd olunan müqavilənin ləğv edilməsinə, eləcə də üzvülükdən çıxarılmasına etiraz etmirəm. Gələcəkdə bununla bağlı məhkəmədə Sizə qarşı heç bir tələb və iddiam olamayacaq...”. **********549 saylı ərizənin məzmunu isə aşağıdakı kimidir: “... xx.xx.2023cu il tarixində ”BEYAZ RESİDENCE” ASC ilə mənim aramda olan 60 nömrəli müqaviləsinə əsasən arvadım -X12 QİZİnın istifadəsində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Cənub-Qərb ünvanında inşa olunan 5 mərtəbəli yaşayış binasının İİ-ci blok 5-ci mərtəbə, ümumi sahəsi 79 kv.m olan 3 otaqlı, 17 №-li izolə olunmuş mənzildən imtina etməsinə etiraz etmirəm. Yuxarıda qeyd olunan müqavilənin ləğv edilməsinə, eləcə də üzvülükdən çıxarılmasına etiraz etmirəm. Gələcəkdə bununla bağlı məhkəmədə Sizə qarşı heç bir tələb və iddiam olmayacaq...”. Hər üç ərizədə ”BEYAZ RESİDENCE” ASC ilə bağlanmış müvafiq müqavilələrə əsasən qeyd edilən obyektdən Dinarə Ələkbərova tərəfindən adıçəkilən mənzillərdən imtina edilməsi göstərilmişdir. X8 Maarifin həyat yoldaşıdır. Ancaq hər iki şəxsin, yəni Maarif Ələkbərov və o cümlədən Dinarə Ələkbərovanın ”BEYAZ RESİDENCE” ASC ilə bağlanmış hər hansı müqaviləsi mövcud deyildir. Ümumiyyətlə, adıçəkilən mənzillərlə hər iki şəxsin aidiyyəti yoxdur. Bununla bağlı ipoteka müqaviləsində göstərilən təminat qismində çıxış edən daşınmaz əmlak da mövcud deyildir. Həmin vaxt pula ehtiyacı olan Maarif Ələkbərov bank və notarius tərəfindən aldadılmış, qeyri-dəqiq məlumatlar verilmiş, dəqiq olmayan məlumatlarla da kredit müqaviləsi bağlanmış və notarial ərizələr imzalatdırılmışdır. xx.xx.2024-cü il tarixli 4 saylı notariat ofisi tərəfindən verilən icra qeydinə əsasən ümumlikdə 510 348 manat 40 qəpik məbləğində pulun İddiaçındən tutulması müəyyən edilmişdir. Notariusun icra qeydlərini verməsi üçün maliyyə arayışı, hesabdan çıxarış, təqdim olunmalı bildiriş, üçüncü şəxslə bağlanan “zaminlik” müqaviləsi, üçüncü şəxs, “ipoteka müqaviləsi” təqdim edilməlidir. Bu prosedurların düzgün qaydada həyata keçirilməsi isə iddiaçıda şübhə yaratmışdır. Çünki yuxarıda da qeyd etdiyi kimi "xxxx" ASC-nin də iştirakı ilə Maarif Ələkbərova aid olmayan daşınmaz əmlakla bağlı ərizələr tərtib edilmişdir. Müqavilədən və icraata başlamaq haqqında qərardan da göründüyü kimi tələb olunan məbləğ xeyli yüksəkdir. Notarius isə heç bir əmtəəşünaslıq ekspertizası aparmadan icra qeydi vermiş və icraya yönləndirmişdir. Bundan başqa, 15 fevral 2024-cü il tarixli “ipoteka müqaviləsi”ndə tutma yönləndirilməli olan daşınmaz əmlakın ilkin satış qiyməti göstərilməmişdir. Notarius isə qiymətləndirmə ekspertizası həyata keçirmədən əmlaka tutma yönləndirilməsi haqqında icra qeydi vermişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.5-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin, qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləğin müəyyən etmə qaydası göstərilməlidir. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən ipoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Bundan başqa, 17 saylı notariat ofisi tərəfindən bankdan məcburi olunan sənədlər tələb edilməmiş və araşdırılmamışdır. Bu baxımdan 8İ-6607 nömrəli xx.xx.2024cü il tarixli icra qeydinin ləğv edilməsi zərurəti vardır. O, İddiaçı direktorudur. İcraata başlamaq haqqında qərardan da göründüyü kimi icra qeydi onun barəsində də verilmişdir. İcra qeydi haqqında məlumatı isə məhz “İcraata başlamaq haqqında” qərarın onlara təqdim edilməsi ilə olmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, "xxxx" ASC-nin cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilərək, "xxxx" ASC iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X14 iddianı etiraf etmədi və izahatında bildirdi ki, notariusun icra qeydi alınarkən əmlak qiymətləndirməyə göndərilmir. Çünki ipoteka müqaviləsi bağlanılan zaman qiymətləndimə aparılmışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri 4 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 4 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş və reyestrdə 8İ-6607 nömrə ilə qeyd edilmiş icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə İddiaçındən və X1 SMN-00010-16/24A nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 503.505 manat 11 qəpik tutulmalıdır. Bundan əlavə, İddiaçındən və X1 6818 manat 29 qəpik məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi 510.348 manat 40 qəpik pul tutulmalıdır. Həmin icra qeydi xx.xx.2024-cü il tarixdə aparılmışdır. - ƏMDX DƏDKR PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, X4 məxsus Bakı şəhəri Binəqədi rayonu Xırdalan-Binəqədi şossesi 7 ünvanında yerləşən, sahəsi 0.10125 ha olan torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 286 kv.m olan qeyri-yaşayış sahəsi əmlak kompleksi kimi müəssisə (64 saylı idman mədəni-mallar mağazası) xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. - "xxxx" ASC tərəfindən borcalan-zamin İddiaçınə və ipoteka qoyan X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli SD-2024/4490 saylı bildirişin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli SMN-00010-16/24A nömrəli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli SMN-A0010-16/24A saylı Əlavə Razılaşma üzrə öhdəliklərin 2 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə, kredit müqaviləsinin ləğv olunacağı və ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka (ünvan 3 ünvanlı qeyri-yaşayış binası) yönəldilməsi ilə əlaqədar olaraq ipoteka predmetinə məhkəmə və ya notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə müraciət ediləcəyi bildirilmişdir. - 020802 və 020804 nömrəli qaimələrin surətlərindən görünür ki, Dinarə Ələkbərova xx.xx.2024-cü il tarixli SD-2024/4490 saylı bildirişi xx.xx.2024-cü il tarixdə qaiməni şəxsən imzalamaqla qəbul etmişdir. - "xxxx" ASC tərəfindən ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli SD-2024/4566 nömrəli məktubun surətindən görünür ki, ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. - ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. - ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Xırdalan-Binəqədi şossesi 7 ünvanında yerləşən, sahəsi 0.10125 ha olan torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 286 kv.m olan qeyri-yaşayış sahəsi - əmlak kompleksi kimi müəssisə (64 saylı idman mədənimallar mağazası) xx.xx.2015-ci il tarixdən X3 xüsusi mülkiyyətindədir. - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli SMN-00010- 16/24A nömrəli əsas kredit müqaviləsinin surətindən görünür ki, borcalana verilən kreditin/qarantiyanın maksimal məbləği: ******* (bir milyon manat) AZN; maksimal faiz dərəcəsi: kredit (həmçinin qarantiya ilə bağlı yarana biləcək kredit) üzrə 35%; müqavilənin müddəti (həmçinin, bütün kreditlərin qaytarılması üçün son müddət) xx.xx.2034-cü il tarixədək (120 ay). - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli SMN-00010- 16/24A nömrəli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli SMN-A0010-16/24A nömrəli Əlavə Razılaşmanın surətindən görünür ki, bank, biznes məqsədləri üçün 48 ay müddətinə illik 23 faiz olmaqla 500.000 manat məbləğində pulu borcalan İddiaçınə verməyi, borcalan isə müəyyən edilmiş müddətdə əsas borcu faizilə birgə qaytarmağı öhdəsinə götürmüşdür. - ödəniş cədvəlidən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən 48 ay müddətində hər ay banka 16.025,74 manat (sonuncu ay 16.293,92 manat) ödəməli idi. - Bank BTB” ASC (ipoteka saxlayan), İddiaçı (borcalan) və X7 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli SMNG-00010-16/24A nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, bu Müqaviləyə əsasən ipoteka qoyan müqavilənin 1.2-ci bəndində qeyd olunmuş kredit müqaviləsi və Əlavə müqavilələr üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə xüsusi mülkiyyətində olan 0.10125 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri Binəqədi rayonu Xırdalan-Binəqədi şossesi 7 ünvanlı əmlak kompleksi kimi müəssisəni (64 saylı idman mədəni-mallar mağazası) ipoteka saxlayana ipoteka qoymuşdur. Borcalanla ipoteka saxlayan arasında bağlanmış xx.xx.2024-cü il tarixli SMN-00010-16/24A nömrəli əsas kredit müqaviləsinə əsasən ipoteka saxlayan borcalana Əlavə müqavilələr bağlamaqla maksimal faiz dərəcəsi 35% olmaqla 1.000.000 AZN məbləğinədək xx.xx.2034-cü il tarixinədək kredit verir, borcalan isə Əlavə müqavilələrin şərtlərinə əsasən kreditlərin, onlara hesablanmış faizlərin ödənilməsilə birlikdə ipoteka saxlayana qaytarılmasını öz öhdəsinə götürmüşdür. Borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən kredit gecikmədən çıxanadək əsas borc üzrə qalıq məbləğinin 0.5%-i həcmində gündəlik cərimə hesablanır. Tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC tərəfindən müəyən olunacaq. İpoteka qoyan tərəfindən əsas öhdəliyin və ya onun bir hissəsinin ödənilməsi 90 təqvim günü gecikdirildiyi və/və ya kredit müqaviləsinin şərtəri pozulduğu və/və ya bu Müqavilə ilə müəyyən olunmuş vəzifələr yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə ipoteka predmetinə tutma yönəltmək ipoteka saxlayanın hüququdur. - X5 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli **********245 nömrəli ərizənin surətindən görünür ki, o, birgə nikah dövründə əldə edilmiş, arvadı – X4 məxsus Bakı şəhəri Binəqədi rayonu Xırdalan-Binəqədi şossesi 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin (64 saylı idman mədəni-mallar mağazası) "xxxx" ASCnə ipotekaya qoyulmasına etiraz etmir, eyni zamanda bəyan edir ki, aralarında ipotekaya qoyulan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. - xx.xx.2024-cü il tarixli RİED 2024/4481 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli SMN-A0010-16/24A nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 466.548,98 manat əsas, 36.956,13 manat faiz, 6818.29 manat cərimə olmaqla, "xxxx" ASC-nə cəmi 510.323,4 manat məbləğində borcu vardır. - iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Vüqar Alıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri 4 saylı notariat ofisinin 8İ-6607 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borlu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1. maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 36.1. maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5. maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 36.6. maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. 37.1. maddəsinə əsasən poteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 37.3. maddəsinə əsasən poteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. 38.1. maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. 38.2. maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin qiymətləndiricilər (və ya qiymətləndiricilərin fəaliyyət göstərdikləri qiymətləndirici təşkilatlar) qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda qiymətləndirməyə görə xidmət haqqı ipoteka saxlayan tərəfindən ödənilir və bu haqq ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun:

76. maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

79. maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın:

162. bəndinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. 169-1. bəndinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. İpoteka müqaviləsində ipoteka predmetinin hərracda satılması üsulu müəyyən edildikdə, icra qeydi bu Təlimatın 161-ci hissəsinə (üçüncü abzası istisna olmaqla) uyğun olaraq aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borcverən "xxxx" ASC ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli SMN-00010-16/24A nömrəli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli SMN-A0010-16/24A nömrəli Əlavə Razılaşmaya əsasən bank, biznes məqsədləri üçün 48 ay müddətinə illik 23 faiz olmaqla 500.000 manat məbləğində pulu borcalan İddiaçınə verməyi, borcalan isə müəyyən edilmiş müddətdə əsas borcu faizi ilə birgə qaytarmağı öhdəsinə götürmüşdür, kredit müqaviləsinin təminatı olaraq X3 xüsusi mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Xırdalan-Binəqədi şossesi 7 ünvanında yerləşən, sahəsi 0.10125 ha olan torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 286 kv.m olan qeyri-yaşayış sahəsi - əmlak kompleksi kimi müəssisənin (64 saylı idman mədəni-mallar mağazası) "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli SMNG- 00010-16/24A nömrəli ipoteka müqaviləsi imzalanmışdır. Bakı şəhəri 4 saylı notariat ofisi tərəfindən borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli 8İ-6607 reyestr nömrəli icra qeydi verilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, icra qeydinin ləğv edilməsini xahiş edir İddiaçı tələbini belə əsaslandırmışdır ki, tələb olunan məbləğin xeyli yüksək olmasına baxmayaraq, notarius heç bir əmtəəşünaslıq ekspertizası aparmadan icra qeydi vermişdir. Bundan başqa, ipoteka müqaviləsində tutma yönəldilməli olan daşınmaz əmlakın ilkin satış qiyməti göstərilməmişdir. Notarius isə qiymətləndirmə ekspertizası həyata keçirmədən əmlaka tutma yönləndirilməsi haqqında icra qeydi vermişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Qanunvericiliyin tələbindən göründüyü kimi tələbkarın tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmək öhdəliyi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi "xxxx" ASC tərəfindən bu tələbə əməl edilmiş, borcalan-zamin İddiaçınə və ipotekaqoyan X4 xx.xx.2024-cü il tarixli SD-2024/4490 nömrəli bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli SMN- 00010-16/24A nömrəli əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli SMN-A0010-16/24A saylı Əlavə Razılaşma üzrə öhdəliklər 2 gün ərzində ödənilmədiyi təqdirdə, kredit müqaviləsinin ləğv olunacaqdır və ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi ilə əlaqədar olaraq ipoteka predmetinə məhkəmə və ya notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə müraciət ediləcəkdir. Bildiriş xx.xx.2024-cü il tarixdə “Caspian Express Service” sürətli poçt xidməti vasitəsilə göndərilmiş və xx.xx.2024-cü il tarixdə X7 tərəfindən qaiməyə imza edilməklə qəbul edilmişdir. Bu hal, icraata başlamaq haqqında qərarın təqdim edilməsindən sonra icra qeydi haqqında məlumatlı olması ilə bağlı dəlillərini təkzib edir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsində qeyd edilir ki, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı icra qeydinin aparılacağı barədə bildirişi aldıqdan sonra heç bir etiraz bildirmədiyi, icra qeydinin aparılmasına səbəb olan tələbi mübahisələndirmədiyi halda, xx.xx.2024-cü il tarixdə icra qeydinin ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Notariat haqqında qanunvericiliyə görə tələbkarın üzərinə icra qeydinin aparılacağı barədə bildiriş göndərmək vəzifəsi qoyulmuşdur. İpoteka haqqında qanunvericiliyə görə isə ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Göründüyü kimi, qanunvericilik icra qeydinin aparılacağı barədə bildirişi göndərmək vəzifəsini tələbkarın üzərinə qoymuşdur. Məhkəmə, icra qeydinin verilməsinə qədər qanunvericilikdə göstərilən qaydada icra qeydinin aparılacağı barədə bildirişin göndərilməsi və bildirişin alınmasını yoxlayır. Borclu borcun məbləğini icra qeydinin aparılacağı barədə bildirişi aldıqdan sonra mübahisələndirmək imkanına malik olur. Əgər borclunun icra qeydinin aparılacağı barədə bildirişi alması sübut olunmursa o zaman icra qeydinin ləğvi tələbinə məhkəmədə baxılır. Çünki borclu icra qeydinin aparılacağı barədə bildirişi almadığı halda icra qeydi verilirsə, o zaman borclunun hüquqi müdafiə imkanı tükənmiş olur. Bu halda məhkəmə icra qeydinin ləğvi tələbinə baxır. Hazırkı işdə isə iddiaçıya icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş və iddiaçının bildirişi alması sübut olunur. Bildirişi aldıqdan sonra iddiaçı tələbi mübahisələndirə bilərdi. Lakin iddiaçı bildirişi almış və tələbi mübahisələndirməmişdir. Nəticədə notarius tərəfindən icra qeydi verilmişdir. İcra qeydi verildikdən sonra iddiaçı tələbi mübahisələndirir. Belə olan halda məhkəmə hesab edir ki, icra qeydinin ləğvi əsassızdır. Bundan başqa, ipoteka müqaviləsinin 1.3. bəndində tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin ilkin satış qiymətinin "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC tərəfindən müəyən olunacağı nəzərdə tutulmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38.2. maddəsinin tələbinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin qiymətləndiricilər (və ya qiymətləndiricilərin fəaliyyət göstərdikləri qiymətləndirici təşkilatlar) qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Hazırda iddiaçının ipoteka müqaviləsində tutma yönəldilməli olan daşınmaz əmlakın ilkin satış qiymətinin göstərilməməsi, notariusun isə qiymətləndirmə ekspertizası həyata keçirmədən əmlaka tutma yönəldilməsi haqqında icra qeydi verməsi əsası ilə icra qeydinin ləğv edilməsini tələb etməsi əsassızdır. Belə ki, qanunverici icra qeydinin aparılacağı barədə bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına və ya bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsindən məhkəməyə şikayət verməyə şərait yaradır. Bank tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilərək, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş iddiaçıya göndərilmiş, sonuncu qanunvericilik tərəfindən ona verilmiş imkandan istifadə etməyərək, bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etməmiş, icra qeydi icraya yönəldikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, ipoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməməsinin icra qeydinin verilməsini mümkünsüz edən hal olması, həmçinin, notariusun ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin etmək kimi bir öhdəliyi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunan hallar icra qeydi üzrə verilmiş icra sənədi əsasında icra məmuru tərəfindən həyata keçirilməli olan icra tədbirləridir ki, bu da icra qeydinin ləğv edilməsi üçün əsas sayıla bilməz. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə icra qeydi qanunvericiliyin tələblərinə tam riayət olunmaqla verilmişdir, iddiaçının tələbində göstərdiyi arqumentlər formal xarakter daşımaqla, icra qeydinin ləğv edilməsi üçün əsas olmadığından, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 4 saylı notariat ofisinə və "xxxx" ASC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddiaçı cavabdehlər Bakı şəhəri 4 saylı notariat ofisinə və "xxxx" ASC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar