Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2037/2021 11.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, iddiaçı «xxxx» ASC-nin cavabdehlər Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və Cavabdeh2 oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı «xxxx» ASC cavabdehlər Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və Cavabdeh2 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 565 manat məbləğində sığorta ödənişinin əvəzi, 30,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə idditanının qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəsilə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-4.1 və 284-4.1.4-cü maddələrinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxlıması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Hazırki iddia mübahisəsiz iddialara aid deyil. Belə ki, tərəflər arasında həmin məbləğin ödənilməsinə dair hər hansı bir müqavilə mövcud deyil, cavabdehin həmin məbləği mübahisələndirmək hüququ vardır. Hesab edirəm ki, iddia tələbi MPM-nin 284-4-cü maddəsinin tələblərinə uyğun verilmədiyindən həmin ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-4.1.4-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı «xxxx» ASC -nin tərəfindən verilmiş kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin qəbul edilməsindən imtina olunsun. Şikayət qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-2037/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2037/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver