Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2080/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Əminə Pünhan qızının katibliyi İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 23.000 manat məbləğində pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 2020-ci ilin iyun ayından tanıyır və Cavabdehla onunla Elgün Hacıyev tanış etmişdir. Bundan sonra Cavabdeh Elgün Hacıyev işləyən mağazaya gəlmiş və o, Cavabdehla Elgün Hacıyevin mağazasında Elgün Hacıyevin iştirakı ilə görüşmüşdür. Cavabdeh ona bildirmişdir ki, o həqiqətən də, ona məxsus avtomobili baha qiymətə sata bilər və Cavabdehla razılaşıb özünə məxsus “Chevrolet Trax” markalı avtomobil üçün Cavabdeh etibarnəmə vermişdir ki, Cavabdeh ona məxsus avtomobili satsın. Təxminən 15 gün sonra Cavabdeh ona məxsus “Chevrolet Trax” markalı avtomaşını 16000 manat müqabilində satıb ona Elgün Hacıyevin iştirakı ilə 16000 manat pul vermişdir. Bundan sonra Cavabdeh ona təklif etmişdir ki, o, həmin 16000 manat pulu ona versin və həmin pula uyğun o, müxtəlif marakalı daha ucuz avtomobilləri alaraq həmin avtomobillərin baha qiymətə sataraq əldə olunan qazancı iki hissəyə böləcək. Bundan sonra, o, qazanc əldə etmək məqsədi ilə birlikdə biznes qurmaq üçün Famidlə razılaşmış və xx.xx.2020-ci il tarixdə Famid ilə Q.Qarayev metrostansiyasının yaxınlığında görüşüb Famidə 16.000 manat pulu vermişdir. xx.xx.2020-ci il tarixdə Famid ona bildirmişdir ki, Şirvan şəhərində dəyərindən ucuz qiymətə, yəni 6.800 manata “Opel Astra” markalı avtomaşın var. Bu səbəbdən o, və Famid elə həmin gün taksi ilə Şirvan şəhərinə getmiş və həmin “Opel Astra” markalı avtomaşını 6.800 manat müqabilində alaraq Bakı şəhərinə geri qayıtmışlar. Həmin avtomaşın onun iş yoldaşı X4 adına alınmışdır. Həmin avtomaşın nasaz olduğu üçün onu təmirə vermişlər. xx.xx.2020-ci il tarixdə Famid ona bildirmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində ucuz qiymətə “Chevrolet-Aveo” markalı avtomaşın var. O, həmin vaxt işdə olduğu üçün avtomaşını almağa gedə bilməmiş və bu səbəbdən də Famid özü Mağtağa qəsəbəsinə gedərək “Chevrolet-Aveo” markalı avtomaşını 7.400 manat müqabilində almışdır.Həmin avtomaşına 100 manat xərc qoymuşlar. 2021-ci ilin yanvar ayının əvvəllərində Famid “Chevrolet-Aveo” markalı avtomaşını 8.400 manat müqabilində onun iştirakı ilə satmışdır. “Chevrolet-Aveo” markalı avtomaşının satışından ümumilikdə 900 manat qazanc əldə etmişlər. Bundan sonra, Famid ilə onlar birlikdə 02 ədəd “Opel Astra” markalı avtomaşın almışlar. “Opel Astra” markalı avtomaşının birinin qiyməti 6.600 manat, digərinin qiyməti isə 6.800 manat idi. Həmin avtomaşınlar alınan zaman pulun çatışmayan 2000 manat hissəsini Famid özü vermişdir. Bundan sonra o, və Famid “Opel Astra” markalı avtomaşınların hər birini 7.500 manat müqabilində sataraq ümumilikdə 1600 manat qazanc əldə etmişlər. Həmin avtomaşınların təmirinə ümumilkdə 300 manat xərc qoyulduğundan qazanclkarı 1.300 manat olmuşdur. 2021-ci ilin yanvar ayının sonlarında Famid iki ədəd “Opel Astra” markalı avtomaşın almışdır ki, onlardan birinin qiyməti 6.000 manat, digərinin qiyməti isə 6.400 manat olmuşdur. Famid həmin avtomaşınların birini Şəmkir rayonundan, digərini isə Ucar rayonundan özü gedib almışdır. Onun özü həmin vaxt işdə olduğu üçün Famid ilə birlikdə gedə bilməmiş və Famid həmin avtomaşınları etibarnəmə ilə öz adına almışdır. Bir müddət sonra o, öyrənmişdir ki, Famid “Opel Astra” markalı avtomaşının birini 6400 manat deyil 5.800 manat müqabilində almışdır. Bundan sonra onların aralarında narazıçılıq baş vermiş və o, avtomaşınları geri qaytarmasını Famiddən tələb etdikdə Famid ona bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə avtomaşınları satıb pulu ona qaytaracaq. Bundan sonra xx.xx.2021-ci il tarixdə ona məlum olmuşdur ki, Famid 3 ədəd “Opel Astra” markalı avtomaşını Sumqayıt şəhərində yerləşən “888” adlı avtosalona satmışdır. O, bunu bildikdən dərhal sonra X10 ilə birlikdə 18 saylı notariat ofisinə getmiş və Fərid Məmmədovun adına olan birinci dəfə aldıqları və satılmayan “Opel Astra” markalı avtomaşın üçün Famidin adına verdiyi etibarnaməni 18 saylı notariat ofisində ləğv etdirmişlər. Digər iki avtomaşın isə etibarnamə ilə Famidin öz adına olmuşdur.xx.xx.2020-ci il tarixdə Famid ona bildirmişdir ki, Şirvan şəhərində dəyərindən ucuz qiymətə, yəni 6.800 manata “Opel Astra” markalı avtomaşın var. Bu səbəbdən o, Famid ilə elə həmin gün taksi ilə Şirvan şəhərinə getmiş və həmin “Opel Astra” markalı avtomaşını 6.800 manat müqabilində baş etibarnamə əsasında onun adına alaraq Bakı şəhərinə geri qayıtmışlar. Lakin ona avtomaşını satan şəxs bildirmişdir ki, onun özü də baş etibarnamə əsasında avtomaşının sahibdir, lakin onun baş etibarnaməsinin vaxtı qısa zamanda bitir və bu səbəbdən də, həmin avtomaşını 3-cü şəxsin adına rəsmiləşdirməlidir. O, məcburi qaçqın olduğu üçün avtomaşını öz adına rəsmiləşdirə bilməmiş və bu barədə dostu X3 xahiş etdikdə Fərid onunla razılaşmışvə beləliklə də “Opel Astra” markalı avtomaşını X4 adına rəsmiləşdirmişdir. Sabahı gün Fərid Məmmədov “Opel Astra” markalı avtomaşın üçün Cavabdeh adına baş etibarnamə vermiş və Cavabdeh həmin etibarnamə əsasında “Opel Astra” markalı avtomaşını Sumqayıt şəhərində yerləşən “888” avtosalona satmışdır. Sonradan Famid ilə onunarasında yaranmış narazıçılıq səbəbindən o, X10 ilə birlikdə 18 saylı notariat ofisinə getmiş və Fərid Məmmədovun adına olan “Opel Astra” markalı avtomaşın üçün Famidin adına verdiyi etibarnaməni 18 saylı notariat ofisində ləğv etdirmişlər. Cavabdeh yalan danışır “Opel Astra” markalı avtomaşının X4 adına rəsmiləşdirilməsi üçün nə ona, nə də Fəridə 200 manat pul verməmişdir.Cavabdeh yalan danışır. Belə ki, o, Famidə ümumilikdə 18.000 manat pul vermişdir ki, müxtəlif markalı avtomaşınları alaraq onları daha da baha qiymətə satıb qazanc əldə etsinlər. Əvvəlcə bir neçə dəfə o, Cavabdeh ilə birlikdə müxtəlif markalı avtomaşınları ucuz qiymətə alıb baha qiymətə satıb qazanc əldə etsələr də, sonuncu 3 ədəd avtomaşınları sataraq ona heç bir məbləğdə pul verməyərək onu aldatmışdır. Satışa qoyulan avtomaşınların reklam olunması üçün avtomaşınlara aid fotoşəkillərin və məlumatların müxtəlif internet səhifələrində yerləşdirilməsi üçün o, heç bir məbləğdə Cavabdeh pul almamışdır. Həmin reklamları onun özü havayı etmişdir.Cavabdeh verdiyi pul vəsaiti hesabına ilk dəfə Şirvan şəhərindən X5 “Opel-Astra” markalı **-GU-*** dövlət nömrə nişanlı avtomaşın alınmışdır ki, həmin avtomaşını Cavabdeh onunla birlikdə Şirvan şəhərinə gedərək almışlar, lakin onun pulu Cavabdeh olduğundan avtomaşının pulunu avtomaşını satan şəxsə Cavabdeh özü ödəmişdir. Sonradan həmin avtomaşını X4 adına rəsmiləşdirilən zaman həmin avtomaşının dövlət nömrə nişanı **-OS-*** dövlət nömrə nişanı ilə əvəz edilmişdir. Həmin avtomaşın 6800 manat müqabilində alınmışdır. İkinci avtomaşın “Chevrolet-Aveo” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomaşını “Aydın” adlı şəxsdən Bakı şəhəri, Sabunçu qəsəbəsindən Cavabdeh özü gedib almışdır ki, həmin vaxt o, işlə əlaqədar alqı-satqıda iştirak edə bilməmişdir. Həmin avtomaşın 7400 manat müqabilində alınmış, 8400 manat müqabilində satılmış və 100 manat həmin avtomaşına xərc çəkildiyindən 900 manat qazanc əldə edilmişdir ki, həmin məbləğin 450 manat hissəsi Cavabdeh, 450 manat hissəsi isə onun olmuşdur. “Chevrolet-Aveo” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomaşın satıldıqdan sonra 02 ədəd “Opel-Astra” markalı avtomaşın Cavabdeh adına alınmışdır ki, həmin avtomaşınlar **-CD-*** və **-MZ-*** dövlət nömrə nişanlı avtomaşınlar olmuşdur. “Opel-Astra” markalı **-CD-*** dövlət nömrə nişanlı avtomaşını 6800 manata alaraq 7500 manata, “Opel-Astra” markalı **-MZ-*** dövlət nömrə nişanlı avtomaşını isə 6600 manata alaraq 7500 manata satmışlar. Müəyyən xərclər çıxıldıqdan sonra həmin avtomaşınlardan 1000 manat qazanc əldə etmişlər və həmin gəlirin 500 manat hissəsi Cavabdeh, 500 manat hissəsi isə onun olmuşdur. Bundan sonra **-CD-*** və 90- MZ-970 dövlət nömrə nişanlı 02 ədəd “Opel-Astra” markalı avtomaşını satıb qazanc əldə etdikdən sonra Cavabdeh özü Şəmkir rayonundan X1 “Opel Astra” markalı **-DG-*** dövlət nömrə nişanlı avtomaşını gedib 6000 manat müqabilində almışdır. Bundan sonra Cavabdeh Ucar şəhərinə gedərək “Abuzər” adlı şəxsdən “Opel Astra” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomaşını 5800 manat müqabilində almışdır. Lakin ona sonradan məlum olmuşdur ki, Cavabdeh özü onsuz aldığı avtomaşınları daha ucuz qiymətə aldığına baxmayaraq ona düzgün deməməsi, yəni avtomaşınları baha qiymətə aldığını bildirməsi onların arasında sonradan narazıçılığa səbəb olmuşdur. Bütün satılıb qazanc əldə olunması üçün alınan avtomaşınlar etibarnamə əsasında yalnız Cavabdeh adına alınmışdır. O, 2000 manat pul vəsaitini Rusiya Federasiyasında yaşayan əmim X2 borc olaraq alıb Cavabdeh vermişdir. Həmin pulu əmisi ona Bakı şəhərinə gələrkən vermişdir. O, Nizami RPİ-nin 25-ci PŞ-də təhqiqat araşdırması aparılan zaman izahat verərkən tanış dedikdə əmisi İman Kalbalıyevi nəzərdə tutmuşdur. Onun əmisi hazırda Rusiya Federasiyasında yaşayır və Bakı şəhərinə il ərzində bir dəfə gəlir. Rusiya Federasiyasında yaşayan əmisi X2 borc olaraq aldığı 2000 manat pulu sonradan ona qaytarmaq üçün “Express bank”-dan o, 3200 manat kredit götürərək həmin 3200 manat pulun 2000 manat hissəsini əmisi İman Kalbalıyevə qaytamış, 1200 manat hissəsini isə təhsil aldığı Ukrayna Respublikasında yerləşən “X7”-na olan təhsil haqqı borcunu ödəmişdir. Onun əlavə olaraq dövriyyədə olan əsas pula əlavə etdiyi 2000 manat məbləğdə pul vəsaitindən başqa, Cavabdeh tərəfindən də dövriyyədə olan əsas pula 2000 manat pul əlavə edilmişdir.05 fevral 2021-ci il tarixdə Cavabdeh Sumqayıt şəhərində fəaliyyət göstərən “Avtosalon 888” avtomobil salonuna üç ədəd “Opel Astra” minik markalı avtomaşını satması barədə ona heç bir məlumat verməmiş, o, həmin vaxt sadəcə olaraq qeyd olunan 3 ədəd avtomaşını 7500 manatdan aşağı olmayaraq satacağını ona demişdir. Həmin avtomaşınların satışından onunla Cavabdeh ümumilkdə 1000 manat qazanc qalmalı idi. Cavabdeh tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən “Avtosalon 888” avtomobil salonuna satılmış “Opel Vektra” minik markalı avtomaşın Cavabdeh özünə məxsus idi, buna görə də həmin avtomaşının satışından o, hər hansı bir məbləğdə gəlir əldə etməyəcəkdi. “Opel- Astra” markalı **-OS-*** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh tərəfindən Şirvan şəhərindən aldığı avtomaşın sonradan onun tanışı X4 adına rəsmiləşdirilmiş və 18 saylı notariat kontorunda X4 adından Cavabdeh baş etibarnəmə verilmişdir. “Opel Astra” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh tərəfindən Ucar rayonundan alındığından Cavabdeh elə həmin rayonun notariat kontorundan öz adına baş etibarnamə almışdır. “Opel Astra” markalı **-DG-*** dövlət nömrə nişanlı avtomaşın isə Cavabdeh tərəfindən Şəmkir rayonundan alındığından Cavabdeh elə həmin rayonun notariat kontorundan öz adına baş etibarnamə almışdır. Cavabdeh onu özü ilə aparmadığından və ya o, həmin vaxt işdə olduğundan Cavabdeh satmaq üçün aldığı avtomaşınları etibarnamə əsasında öz adına almışdır. Bu səbəbdən satmaq üçün aldıqları avtomaşınları öz adına rəsmiləşdirməmişdir. X4 “Opel Astra” minik markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh etibarnamə verməsi onun istəyi və xahişi iə olmuşdur. Həmin avtomaşın formal olaraq X4 adına olsa da, həmin avtomaşının faktiki sahibi onun özü olmuşdur. “OpelAstra” minik markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh hər zaman saxladığı dayancaqda olmadığını görüb Cavabdeh zəng etmişm, lakin Cavabdeh həmin vaxt telefona cavab vermədiyindən o, avtomobilin kimlər tərəfindənsə oğrulandığını zənn etmiş və dərhal həmin avtomaşının rəsmi sahibi dostu X8 zəng edərək ondan Azərbaycan Respublikası DİN-nin “102 zəng mərkəzi”-nə zəng edərək “Opel Astra” minik markalı **-OS-*** dövlət nömrə nişanlı avtomaşının qaçırılması barədə məlumat verməsini xahiş etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, “Opel Astra” minik markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil hər hansı bir şəxs tərəfindən oğurlanmamış, həmin avtomaşın Fərid Məmmədov tərəfindən baş etibarnamə əsasında etibar olunmuş Cavabdeh tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən “Avtosalon 888” avtomobil salonuna satılmışdır. İddiaçı cavabdehin hərəkətlərindən Bakı şəhəri, Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri, Nizami rayon Polis İdarəsi İstintaq Şöbəsinin müstəntiqi Səbuhi İsmayılovun 16 iyul 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Bununla da Cavabdeh İddiaçı 23 000 (iyirmi üç min) manat maddi ziyan vurmuşdur. Göstərilənlərə əsasən tələbin təmin olunması xahiş olunmuşdur. İddiaçının nünmayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini, həmçinin iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən məlum olur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 177 və 178-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh çağırıldığı halda, məhkəmə iclasına gəlməsə belə, Bakı şəhəri Nizami Rayon Polis İdarəsində verdiyi izahatında göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 14C qeydiyyatda olsa da hazırda ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu. Şərifzadə küçəsi, ev 162, mənzil 115-də kirayadə yaşayır. O, hazırda avtomaşınların alqı-satqısı ilə məşğul olur. 1994-cü ildən 2019-cu ilə qədər o, Rusiya Federasiyasının Moskva şəhərində yaşamış va həmin dövrdə arabir Azarbaycan Respublikasına gəlib-getmişdir. 2014-cü ildə Rusiya Federasiyasında işlədiyi dövrda ünvan 1 ünvanda yerləşən evi tikmişdir. Lakin 2019-cu ilin sentyabr ayinin sonlannda Moskva şəhərində onun biznes fəaliyyəti çökdüyü üçün borca düşmüş və bu səbəbdən də hamin ünvanda yerləşən evi satmışdır. Evi satıqda alda etdiyi pulla o, Bakı şəhərində avtomaşın alıb-satmağa başlamışdır. İddiaçı Elgün oğlunu o, 2020-ci ilin iyun ayindan tanıyır. Rüfət ona bildirmişdir ki, onun “Chevrolet trax” markalı avtomaşım var və həmin avtomaşını sata bilmədiyi üçün ona həmin avtomaşını satmaqda köməklik etsin. O, da Rüfət adlı şəxslə razılaşmış va Rüfətə bildirmişdir ki, ona məxsus ‘'Chevrolet trax” markalı avtomaşını onun alacaq va sonradan hamin avtomobilin müəyyən hissələrini təmir etdirərək satacaq. Beləliklə o, Rüfətdən ona məxsus “Chevrolet trax" markalı avtomobili 16000 manat müqabilində almağa Rüfətlə razılaşmışdır. Elə həmin o, Elgün adlı tanışlarının mağazasında Elgünün iştirakı ilə 16.000 manat pulu Rüfətə vermiş va bundan sonra Rüfət onun adina baş etibarnamə vermişdir. Bundan sonra onun Rüfət ilə də munasibati yaranmış və o, Elgün işləyən mağazaya gələn zaman Rüfat də həmin mağazada olurmuş və onlar birlikdə söhbət edirmişlər. Ölkada elan olunmuş karantin rejimi dövründə Elgünün mağazası işləməyən vaxt Rüfət bir neçə dəfə ona məxsus olan və satmaq istədiyi avtomaşınların elanlarını 200 manat müqabilində avtomaşın alqı-satqısı internet saytlarında yerləşdirmişdir. O, aldığı avtomobillərin hamısıbı etibarnamə ilə öz adına almış və sonradan satmışdır. Həmin dövrdə o, novbati dafa avtomobil almaq məqsədi ilə Şirvan şəhərinə getmiş va həmin yerdən “Opel Astra” markalı avtomobili baş etibarnamə asasında almışdır. Lakin ona avtomobili satan şəxs bildirmişdir ki, onun özü də baş etibarnamə asasında avtomobilin sahibidir, lakin onun baş etibarnaməsinin vaxtı qısa zamanda bitir və bu səbəbdən də, həmin avtomobili 3-cü şəxsin adına rəsmiləşdirməlidir. Həmin vaxt o, bu barədər Rüfətə müraciə tetmiş və bildirmişdir ki, “Opel Astra” markali avtomobil onun adına rəsmiləşdirilsin və sonra o, ona etibarnamə versin ki, həmin avtomobili sata bilsin. Rüfət ona məcburi köçkün olduğunu üçün öz adına avtomobili rəsmiləşdirə bilməyəcəyini, lakin onun Fərid adlı tanışı olduğunu və Fəriddən bu barədə xahiş edə biləcəyini ona demişdir. Rüfətə bu işin müqabilində həmin şəxsə 200 manat pul verəcəyini bildirdikdə, Rüfət onunla razılaşmış və o, 200 manat pulu Rüfətə vermişdir. Bundan sonra razılaşdıqları kimi Rüfətin dediyi X6 adına “Opel Astra” markali avtomaşın rəsmiləşdirilmişdir. Sabahı gün Fərid Məmmədov “Opel Astra” markali avtomaşın üçün onun adına baş etibarnamə vermişdir. Bundan sonra o, həmin “Opel Astra” markalı avtomobili Sumqayit şəhərində yerləşən “888” avtosalona satmışdır. O, həmin şəxsləri əvvəllər tanımamışdır. Bundan sonra onun ürəyində yaranan xəstəliklə əlaqədar o, bir müddət müalicə almış va buna görə də ğzünə məxsus mobil telefonları söndürmüşdür. Sonradan müalicə aldıqdan sonra ona malum olmuşdur ki, İddiaçı ondan Nizami RPi-nə şikayət etmiş va güya onlar birlikdə avtomaşın alqı-satqısı ilə məşğul olmuş və guya o, Rüfəta 18000 manat dəyərində ziyan vurmuşdur. Sonradan ona məlum olmuşdur ki, X14 oglu Rüfətin tağşırığı ilə 18 saylı notariat ofisində “Opel Astra” markalı avtomobil üçün onun adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Belalikla da Rüfət onu aldatmamışdır. İddiaçı yalan danır, o, nayinki Rüfətlə. Ümumiyyatlə heş bir kəslə birgə iş qurmamış və İddiaçı 18.000 manat dəyərinda ziyan vurmamışdır. İddiaçı ona şər-böhtan atır. X15 oglu Azarbaycan Respublikasi DİN-nin 102 zang mərkəzinə zəng edərək ona məxsus olan “Opel Astra” minik markalı **-OS-*** dovlat qeydiyyat nişanlı avtomobilin ogurlanması barədə yalandan məlumat vermişdir. İddiaçı istintaqa “Whatsapp” proqrami vasitasila icra edilmiş mesaj mətnlərinin məzmununu əks etdirən 12 ədəd vərəqdə göstarilən Famid adlı istifadəçi odur. Həmin yazışmalar onun tərəfindən icra olunmuşdur. Bundan başqa, səs yazıları olan “CD” diskə 15 faylda yerləşdirilmiş səs yazilari da ona aiddir. 0, X11 ogluna miüəyyən məbləğdə zəhmət haqqı qismində pul verərək onu maddi cəhətdən dolandırmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halında məhkəmə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırkı iddia tələbi Cavabdeh münasibətdə 18000 manat pulun tələb edilməsi hissəsində sübuta yetirildiyindən, həmin hissədə əsaslıdır və təmin edilməlidir. Çünki onun tərəfindən göstərilən məbləğdə pul əldə edilməsinin nə müqavilə, nə də qanun üzrə əsası vardır. Tələb iddiaçı tərəfindən cavabdehlərə ümumilikdə 23.000 manat məbləğində pulun verildiyinə dair hissədə əsaslı və mötəbər sübutlarla öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2-ci maddə). Həmin Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, iddiaçının izahatını və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin Cavabdeh İddiaçı xeyrinə 18000 manat məbləğində pul vəsaitinin tutulması hissəsinin təmin olunması qanunamüvafiq və əsaslıdır və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Qalan hissələrdə isə iddia tələbi işin tədqiq olunan hallarına əsasən öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, tələb həmin hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 144 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı dövlət rüsumu ödənilsədə cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmədiyindən, dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsədə, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 18000 (on səkkiz min) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissələrdə rədd edilsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş 144 (bir yüz qırx dörd) manat dövlət rüsumu iddiaçınının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-2080/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2080/2023
22.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver