Məhkəmə qərarları › İş №e-2(008)-2100/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2100/2022

18.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2100/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkilin Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinə qarşı iddia tələbi barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi olmaqla “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin bərpası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinə qarşı iddia tələbi barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi olmaqla “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixində vəfat etmiş X3 miras qalmış əmlakın- Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış binalarının 1 E korpusundakı, 43 nömrəli bir otaqlı mənzilin qəbul edilməsinin müddətinin uzadılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuşdur Azərbaycan Respublikasının vətəndaşıdır, hal hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Yoldaşı X10 xx.xx.2021-ci il tarixində törədicis müəyyən olunmamış digər pnevmaniya (Covid 19) səbəbindən vəfat etmişdir. X10 ilə “X15” MMC arasında xx.xx.2015-ci il tarixdə mənzil müqaviləsi bağlanılmış, onun tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış binalarının 1 E korpusundakı, 43 nömrəli bir otaqlı mənzil alınmış, xx.xx.2015-ci il tarixdə də MMC tərəfindən mənzili haqqının tam ödənilməsi barədə arayış verilmişdir. Həmin vaxt MMC-nin tikdiyi binalara sənəd verilmədiyindən, sonradan isə yoldaşın vəfat etdiyindən həmin əmlaka çıxarış alaraq vərəsəliyi qəbul edə bilmir. Mirasın qəbulu üçün 4 saylı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat Kontoruna müraciət etmiş olsa da, xx.xx.2022-ci il tarixdə mirasın qəbulu müddəti ötürüldüyündən mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Belə ki, yoldaşı covid infeksiyasından dünyasını dəyişmiş, üç azyaşlı övladı və o, yaşadığı stressdən özünə gələ bilmədiyindən mirasın qəbulu üçün notariusa vaxtında müraciət edə bilməmişdir. Belə ki, o, eyni zamanda 3 azyaşlı övladı analarının itkisindən sonra özlərinə gələ bilməyiblər, bir ata kimi onun üzərimə düşən yük daha ağır olduğundan, bir tərəfdən gündəlik problemlər, digər tərəfdən övladlarını toparlamağa başı qarışmış, buna görə də qanunla nəzərdə tutulan müddəti ötürmüşdür. Yəqin ki, heç kim inkar edə bilməz ki, bir yoldaş kimi qeyd edilən hal həm ona çox pis təsir etmiş, eyni zamanda analarını itirmiş 3 azyaşlı uşağın psixologiyasına təsirini nəzərə alsaq sənədləşmə işlərini həll edə bilməməmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkilin Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh 4 saylı Bakı Cavabdehndə Notariat Ofisi və müstəqil tələb irəli sürməyən Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” X2 AZ-İİ 148167 seriyalı, 18 yanvar 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə törədicisi müəyyən olunmamış digər pnevmaniya səbəbindən ölmüşdür. -İş materiallarında olan AZ-İ seriyalı 581124 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2005-ci il tarixdə anadan olmuş, atası İddiaçı və anası X10 qeyd edilmişdir. -İş materiallarında olan AZ-İİ seriyalı 708869 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə anadan olmuş, atası İddiaçı və anası X10 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 709869 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə anadan olmuş, atası İddiaçı və anası X10 qeyd edilmişdir. -İş materiallarında olan AZ-İİİ seriyalı 606117 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə anadan olmuş, atası İddiaçı və anası X10 qeyd edilmişdir. - İş materiallarında olan AZ-İ seriyalı 070676 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə İddiaçı Saddədin oğlu arasındakı nikah 03 oktyabr 2011-ci il tarixdə 2343 nömrəli nikah aktla nikah bağlamışlar. - İş materiallarında olan "X15" MMC-nin 125 saylı xx.xx.2015-ci il tarixli arayışından görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış binalarının 1E korpusundakı 43 saylı 1 otaqlı mənzilin haqqı X10 tərəfindən tam ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Cavabdeh Notariat Ofisinin İddiaçı Saddədin oğluna ünvanıanmış 13 yanvar 2022-ci il tarixli, 63 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 adına V-15/2021 saylı vərəsəlik işi açılmışdır. Mirasın açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi bildirilmiş, məhkəmə gecikdirmənin səbəbini üzrlü sayarsa həmin müddəti uzada biləcəklərini və bununla bağlı məhkəməyə müraciət edilməsi barədə məlumat verilmişdir. "X15" MMC ilə X10 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış binalarının 1E korpusundakı 43 saylı 1 otaqlı mənzilin dəyəri tam ödənildikdən sonra satıcı "X15" MMC alıcı X6 mənzili təhvil verəcəkdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, miras əmlak olan Abşeron rayonu, Masazır qəsəbəsində "X15" MMC tərəfindən inşa edilən yaşayış binalarının 1E korpusundakı 43 saylı 1 otaqlı mənzilinin sahibi X5muşdur. Vətəndaşların vəziyyəti aktları qeydiyyatı şöbəsinin AZ-İ seriyalı 070676 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı X4 əri o cümlədən vərəsəsi olmuşdur. X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı isə X3 miras qalmış əmlakın qəbul üçün notarius ofisinə müraciət etmiş, lakin qanuna nəzərdə tutulmuş müddətin buraxdığı üçün natarius imtina cavabı vermişdir. Hazırdı iddiaçı qeyd edilən mddəti üzürlü səbəbdən buraxdığını məhkəmədnin diqqətinə çatdıraraq, buraxılmış müddətin üzürlü hesab edilməsini məhkəmədən xahiş edərək, himayəsində 3 azyaşlı övladının olmasını, gənc yaşında həyat yoldaşını itirməsini məhkəmənin diqqətinə çatdırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1.-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək belə, nəticəyə gəlir ki, İddiaçı X1 üzrə vərəsəsidir. İddiaçı mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, X4 vərəsəliyinin qəbul etməsi üçün İddiaçı tərəfindən buraxılmış mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət bərpa edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Abşeron rayonu Masazır qəsəbəsi 1E korpusundakı 43 saylı mənzilin dair vərəsəliyin qəbul etməsi üçün buraxılmış müddət bərpa edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar