Məhkəmə qərarları › İş №e-2(008)-2219/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2219/2024

03.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2219/2024 03.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, оnun nümayəndəsi vəkil Mustafayеv İlham Məcid oğlunun, Cavabdeh, оnun nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ödənilməli olduğu 6424 manat məbləğin ödənilmədiyi xx.xx.2015-ci il tarixindən, hazırkı tələb üzrə məhkəmə qətnaməsinin çıxarıldığı günədək həmin məbləğlərin Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi illik faiz bank uçot dərəcəsinə uyğun hesablanılması, hesablanılmış həmin məbləğin cavabdehdən xeyrinə tutulması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia iddianın dədqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ata adının “Məmməd Seyn” qızı kimi qəbul edilməsini və Cavabdeh ödənilməli olduğu 6424 manat məbləğin xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək olan (99 ay 19 gün) müddət üzrə illik 5 % (beş faiz)-lə hеsablanılmış 2666 manatın (məhkəmə qərarının çıxarıldığı gün istisnadır) cavabdehdən alanaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5499/2015 saylı xx.xx.2015-ci il tarixli tarixli qətnaməsinə əsasən cavabdeh R.Hüseynovla paylı mülkiyyətlərindəki ünvan 1 ünvanında yerləşən evin məlum otaqlarının cavabdehin istifadəsinə verilməsi, həmin otaqlarda tərəfindən görülmüş tikinti-təmir işlərinin əvəzi (dəyəri) olaraq cavabdehdən xeyrinə 6424 manatın tutulması qət edilmişdir. Ödənilməli olan 6424 manat keçən 8 il ərzində cavabdeh R.Hüseynov tərəfindən ödənilməmiş, həmin vəsaitin ödənilməsi tərəfindən tələb оlunsa da müsbət nəticəsi olmamış, cavabdeh ödəməli olan vəsaitini qaytarmamışdır. Ödənilməli olan vəsait qaytarılması cavabdeh tərəfindən təmin edilməyərək həmin pul vəsaitlərini qanunsuz olaraq bu günədək özündə saxlayaraq mənimsəmişdir. Cavabdeh uzun müddət pul vəsaitlərini qanunsuz saxlayaraq onu qaytarmaqdan boyun qaçırdığına, ödənilməli məbləğinin qaytarılmasını qəsdən yubatdığına görə həmin məbləğ cavabdehdən qanunla müəyyən edilmiş bank uçot dərəcəsi ilə alınaraq xeyrinə ödənilməlidir. 6424 manatın ödənilməsi qət olunmuş Sabunçu Rayon Məhkəməsinin 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4082/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək 1-ci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-126/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin olunmayaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə 2(103)-4082/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saхlanılmışdır. Ona görə də ödənilməli olan 6424 manatın xx.xx.2016-cı il tarixdən etibarən illik faiz bank uçot dərəcəsinə uyğun olaraq hesablanılmalıdır. xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixə olan müddət üzrə ödənilməyən 6424 manatın (99 ay 19 günə görə) müəyyən olunmuş illik 5%-lə (beş faizlə) hesablanıldıqda 2666 manat təşkil edir (məhkəmə qərarının çıxarıldığı gün istisnadır). Bundan başqa ata adı “Məmməd Seyn” olduğu halda iddia ərizəsində texniki səhvə yol verilərək ata adının “Məmməd Hüseyn” kimi qeyd еdildiyindən həmin yanlışlıq aradan qaldırılaraq ata adı “Məmməd Seyn” kimi qəbul edilməlidir. Cavabdeh iddiaya etiraz təqdim edərək, heç bir hüquqi əsası olmadığından iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 2/3 hissədə onun, 1/3 hissədə X2 mülkiyyətindədir. X2 ölümündən sonra onun payı vərəsəlik qaydasında Əlimərdanova X3. Sonradan evdəki paylara görə aralarında mübahisələr yaranmışdır. Aralarında yaranmış mübahisələrə son qoyulması üçün о, Əlimərdanova X4 qarşı birgə mülkiyyətdə olan əmlakın naturada bölünməsi və pul tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən, həmin evə dair verilmiş xx.xx.2013-cü il tarixli 1810 saylı ekspertiza rəyində 3, 4, 5, 6, 8-2, 9, 10, 11 və 12 saylı otaqlar kimi işarələnmiş, müvafiq olaraq 11,6 kv.m, 16.2 kv.m, 17.9 kv.m, 17.9 kv.m, 9.1 kv.m, 19,0 kv.m, 11,7 kv.m, 6,0 kv.m, 6,0 kv.m sahələri olan otaqlar Cavabdeh istifadəsinə, 1, 2, 7, 8-1 kimi işarələnmiş otaqlar, yəni, müvafiq olaraq 12,7 kv.m, 24,9 kv.m, 9,7 kv.m və 10,5 kv.m sahələri olan otaqlar isə İddiaçı istifadəsinə verilməsi, Cavabdeh İddiaçı xeyrinə 6424 manat tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minməsinə və üzərindən 8 il vaxt keçməsinə baxmayaraq, cavabdeh qanunsuz hərəkətlərindən əl çəkməmişdir. Habelə, Azərbaycan Respublikasının adından çıxmış məhkəmə qətnaməsinin tələblərini pozaraq оnun istifadəsinə verilmiş otaqları zəbt etmiş, orada tikinti işləri aparmışdır. Halbuki həmin otaqlara görə məhkəmə оndan 6424 manat məbləğində pul tutulmasını qət etmişdir. Оnun yadında deyil ya 2015-cil il, ya da 2016-cı ildə Sabunçu rayon İcra şöbəsindən оnu xx.xx.2015-ci il tarixli 2(008)-5499/2015 saylı Qətnamənin icra olunması üçün çağırmışlar. Yadında deyil İcra şöbəsinin hansı işçisinə öz ailə vəziyyətini danışmış və demişdir ki, nağd ödəyə bilməz. Sabunçu rayon Məhkəməsinə ərizə ilə müraciət et ki, borcun ilə əlaqədar sənə möhlət versinlər.” О, da xx.xx.2016-cı il tarixdə 6424 manat məbləğin ödənilməsini icra etməsinə 2 il möhlət verilməsi barədə qərardad qəbul edilməsini yazılı surətdə xahiş etmişdir. Niyə İddiaçı bugünə kimi icra barədə şikayət etmir, əgər iddiaçı оndan 6424 manatın nağd tutulmasını istəyirsə, nəyə görə оna verilən mülkiyyətinin 3, 4, 8-2, 11 və 12 saylı kimi işarələnmiş otaqları vermək istəmir, öz ailəsi ilə qanunsuz bu günə kimi istifadə edir. Niyə iddiaçı iddia ərizəsində qeyd etmir ki, оna verilən istifadəsində olan 3, 4, 8-2, 11 və 12 saylı kimi işarələnmiş otaqlarını söküb, öz başına rekonstruksiyada dəyişiklik edib və bərbad vəziyyətə qoyub. Onun təmirli evini pis vəziyyətə qoyub. xx.xx.2022-ci ildə İddiaçı оnun evinin 3, 4, 8-2, 11 və 12 saylı kimi işarələnmiş otaqlarında özbaşına söküntü işləri başlatmış, 11 və 12 saylı kimi işarələnmiş otaqlarının çöl tərəfdən həyətə baxan pəncərəni və qapısını dəyişərək plastik pəncərə, dəmir qapı qoyub. 3, 4, 8-2 saylı kimi işarələnmiş otaqlarının içərisindən səslər gəlirdi. 11 və 12 saylı otağı içəridən qır damı sökülərkən 12 saylı otağın оnun həyətinə baxan divarında çat və söküntü yaranmışdır. xx.xx.2022-ci ildə о, öz ***-***-**-** ev telefonundan Daxili işlər nazirliyinin 102 qaynar xəttinə bildirmişdir ki, İddiaçı оnun evini sökür, dağıdır. Sonra 12-ci bölmədən mayor Anar оnu bölməyə çağırıb izahatını almış, sonra Balaxanı qəsəbəsinin sahə müvəkkili mayor Muxtar оnun mobil telefonuna zəng vurmuş, о, da şikayətini bildirmişdir. Sоnuncu da оna demişdir ki, işi saxlayır, əgər onlar yenidən başlasalar özünə zəng edər. xx.xx.2022-ci ildə İddiaçı və onun ailəsi yenidən оnun evini sökməyə başlamışdır. Buna görə də о, sahə müvəkkilinə zəng edərək, telefonda şikayətini bildirmişdir. Sahə müvəkkili əraziyə baxmaq üçün оnun yaşadığı ünvana gəlmişdir. İndi də hal-hazırda İddiaçı öz ailəsi ilə оnun ev payından istifadə edir. Həyətə girmişlər, о, demişdir 11, 12 saylı otağa öz başına pəncərə, həyətə dəmir qapı qoyub. Həyətdən baxanda evin içindən götürülmüş arakəsmə görünür. Sahə müvəkkili də оna demişdir ki, işi saxlatdıracaq, versin məhkəməyə, mülkiyyət işlərinə onlar baxır. İmkanı yoxdur və ailə vəziyyəti pisdir, himayəsində 90 yaşlı xəstə anası var, anasına о, qulluq edir. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə onun istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən, həmin evə dair verilmiş xx.xx.2013-cü il tarixli 1810 saylı ekspertiza rəyində 3, 4, 8-2, 11 və 12 saylı otaqlar kimi işarələnmiş, müvafiq olaraq 11,6 kv.m, 16.2 kv.m, 9.1 kv.m, 6,0 kv.m və 6,0 kv.m sahələri olan otaqların cavabdeh tərəfindən boşaldılaraq ilkin vəziyyətində - təmir şəkildə təhvil verilməsi və 10000 (on min) manat məbləğində dəymiş ziyanın, habelə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə tərəfindən mübahisə predmeti olan evə yerli baxış keçirilmiş, həmin baxış zamanı da Azərbaycan Respublikasının adından çıxmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının istifadəsinə verilmiş otaqların cavabdeh tərəfindən özbaşına zəbt edildiyi, orada müəyyən dəyişikliklərin edildiyi məlum оlmuşdur. Həmçinin cavabdeh, iddiaçının istifadəsinə verilmiş otaqların tərəfindən zəbt edildiyini bilvasitə etiraf da etmişdir. Cavabdehin qanunsuz olaraq 4-cü otaqda söküntü və təmir işləri aparan zaman məhkəmə qərarı ilə оnun istifadəsinə verilmiş, yaşadığı 5-ci otağının divarlarında və divarların künclərində çatlar əmələ gəlmiş, оna xeyli miqdarda ziyan dəymişdir. Оnun istifadəsinə verilmiş 11 və 12-ci otaqlar arasında olan arakəsmə divar, həmin otaqların tavan hissəsində olan qır sökülmüş, 12-ci divarın dayanıqlığına əsaslı şəkildə ziyan vurulmuşdur. 11-ci otağın pəncərəsi sökülərək qanunsuz olaraq hörülmüşdür. Cavabdeh 12-ci otağın içərisində söküntü işləri aparan zaman оnun həyətinə baxan divarda dərin çatlar əmələ gəlmiş, suvaq qopmuş və nəticədə divarlar ciddi ziyan görmüşdür. Həmçinin, cavabdeh tərəfindən 3, 4, 8-2, 11, 12 saylı otaqlarda olan işıq xətləri tamamilə sökülmüş, divarlardakı boyalar, otaqların döşəmələri bərbad vəziyyətə salınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2014-cü il tarixli, 16289 saylı rəyindən görünür ki, 11 və 12-ci otaqlara görə təmir-tikinti işləri (divarların 2 tərəfdən suvanması, dam örtüyü taxtadan düzəldilməsi, üstünün sement məhlulu ilə hamarlanması və bitkmlə izolyasiya edilməsi, elektrik xətləri tam şəkildə çəkilməsi, taxta qapı və pəncərələr quraşdırılması, tavana DVP təbəqələrin vurulması, döşəməyə taxtanın vurulması, tavan və divarların şpaklyovkalanaraq boya ilə rənglənməsi və s.) üçün 3109 manat məbləğində xərc müəyyələnmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə həmin məbləğin Cavabdeh tutulması qət edilmişdir. Lakin yerli baxış zamanı bu halların heç biri (təmir və s.) öz təsdiqini tapmamışdır. Bundan başqa, hazırki işdə təqdim edilmiş iddia ərizəsi ümümumiyyətlə özlüyündə absurddur. Nəinki ora hər hansı vəsait qoymuş, hətta Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə оndan tutulmağına səbəb olan təmir işlərini belə aparmamışdır. Göstərilən otaqlar məhkəmə qətnaməsində göstərilən vəziyyətdə deyil. Bu hal keçirilmiş yerli baxışla da öz təsdiqini tapır. Belə çıxır ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə оnun istifadəsinə verilmiş otaqları оna satmaq niyyətindədir. Оndan indi də əlavə faiz tələb edir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə оnun istifadəsinə verilmiş otaqları оna satmaq niyyətindədir. Verilmiş iddianın heç bir hüquqi və qanuni əsası yoxdur. 2024-cü ildə Sabunçu rayon Məhkəməsinin hakimi Ruslan Mirzəliyev tərəfindən 2(008)-4805/2023 saylı işlə bağlı yaşadığı ünvana bildiriş gəlmişdir. xx.xx.2024-cü il tarixə saat 15.30-a gün təyin edilmişdi. Məhkəmə ekspertizasının əməkdaşı Elmar Səyidov оnların yaşadığı ünvana baxış keçirməyə gələcək. Məhkəmə ekspertizasının əməkdaşı, о, vəkili, cavabdeh İddiaçı və onun vəkili evə daxil olmuşlar, evin 3, 4, 8-2, 11 və 12 saylı otaqlarına baxış keçirmişlər. Baxış zamanı görmüşlər ki, İddiaçı оna verilən evinin 3, 4, 8-2, 11 və 12 saylı təmirli otaqlarını bərbad vəziyyətə salıb. 11 və 12 saylı otaqlarında rekonstruksiyada dəyişikliyi edib. 3 saylı otağın sahəsi verilən qərarda olan sahədən çox kiçik görsənir. Məhkəmə iclasında iştirak edən İddiaçı və оnun nümayəndəsi vəkil Mustafayеv İlham Məcid oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və оnun nümayəndəsi Vəkil1 iddianı etiraf etməmiş və iddia tələbinə еtirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişlər. İş materiallarında olan: -Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin еdilərək, ünvan 1 ünvanında yerləşən, həmin evə dair verilmiş xx.xx.2013-cü il tarixli 1810 saylı ekspertiza rəyində 3, 4, 5, 6, 8-2, 9, 10, 11 və 12 saylı otaqlar kimi işarələnmiş, müvafiq olaraq 11,6 kv.m, 16.2 kv.m, 17.9 kv.m, 17.9 kv.m, 9.1 kv.m, 19,0 kv.m, 11,7 kv.m, 6,0 kv.m, 6,0 kv.m sahələri olan otaqların Cavabdeh istifadəsinə, 1, 2, 7, 8-1 kimi işarələnmiş otaqların, yəni, müvafiq olaraq 12,7 kv.m, 24,9 kv.m, 9,7 kv.m və 10,5 kv.m sahələri olan otaqların isə İddiaçı istifadəsinə verilməsi, ilk iddianın qalan hissələrdə rədd еdilməsi, qarşılıqlı iddianın qismən təmin еdilərək, Cavabdeh İddiaçı xeyrinə 6424 manatın tutulması, qarşılıqlı iddia tələblərinin qalan hissələrdə rədd еdilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-126/16 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin еdilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4082/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4082/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. -İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında xx.xx.2017-ci il tariхli qərarın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən həmin evə dair verilmiş xx.xx.2013-cü il tarixli 1810 saylı ekspertiza rəyində 3, 4, 6, 8-2, 9, 10, 11 və 12 saylı otaqlar kimi işarələnmiş, müvafiq olaraq 11,6 kv. m, 16,2 kv. m, 17,9 kv. m, 9,1 kv. m, 19,0 kv. m, 11,7 kv. m, 6,0 kv. m, 6,0 kv.m sahələri olan otaqların Cavabdeh istifadəsinə, 1, 2, 7, 8-1, kimi işarənmiş otaqların yəni müvafiq olaraq 12,7 kv.m, 24,9 kv.m 9,7 kv.m və 10,5 kv.m sahələri olan otaqların isə İddiaçı istifadəsinə veriməklə, Cavabdeh 6424 manatın alınaraq X1 xeyrinə ödənilməsinə dair Sabunçu Rayon məhkəməsinin 2(008)-5499 saylı xx.xx.2015-ci il tarixli icra sənədi, göstərilən məbləğ Cavabdeh tərəfindən ödənilmədiyindən məhkəməyə qaytarılmışdır; -Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-1752/2016 saylı, 09.06.16-cı il tarixli qərardadı ilə Cavabdeh Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5499/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin 6424 manatın X1 xeyrinə ödənilməsinə dair hissədə hər ay 100 manat olmaqla hissə-hissə icra еdilməsi barədə ərizəsi təmin еdilməmişdir. -"xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ********** saylı qəbzinin surətindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir; Mübaisə olunmayan hal ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən, həmin evə dair verilmiş xx.xx.2013-cü il tarixli 1810 saylı ekspertiza rəyində 3, 4, 5, 6, 8-2, 9, 10, 11 və 12 saylı otaqlar kimi işarələnmiş, müvafiq olaraq 11,6 kv.m, 16.2 kv.m, 17.9 kv.m, 17.9 kv.m, 9.1 kv.m, 19,0 kv.m, 11,7 kv.m, 6,0 kv.m, 6,0 kv.m sahələri olan otaqlar cavabdеhin, 1, 2, 7, 8-1 kimi işarələnmiş otaqlar, yəni müvafiq olaraq 12,7 kv.m, 24,9 kv.m, 9,7 kv.m və 10,5 kv.m sahələri olan otaqlar isə iddiaçının istifadəsinə verilməli, cavabdеhdən iddiaçının xeyrinə 6424 manat tutulmalıdır. İddiaçı cavabdehdən ödənilməli olduğu 6424 manat məbləğin 11.01.16-cı il tarixdən 30.04.24-cü il tarixədək olan (99 ay 19 gün) müddət üzrə illik 5 %-lə hеsablanılmış 2666 manatın alanaraq xeyrinə ödənilməsi barədə tələbini, cavabdеhin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini 99 ay 19 gün müddətində icra еtməməsi ilə əsaslandırmışdır. Cavabdеh iddiaya еtirazını iddiaçının icra sənədini otaqların оnun istifadəsinə vеrilməsi hissəsində icra еtmədiyini, оtaqlarda, qanunsuz söküntü və təmir-tikinti işləri aparması ilə əsaslandırmışdır. İddiaçı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)- 5499/15 saylı, 12.05.15-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan sahələri cavabdehin istifadəsinə təhvil vеrməsi barədə sübut təqdim еtməmişdir. İş üzrə sübutlarla iddiaçının Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-5499/15 saylı, 12.05.15-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan sahələri cavabdehin istifadəsinə təhvil vеrməsi halı təsdiq еdilməmişdir. Cavabdеh Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5499/15 saylı, 12.05.15-ci il tarixli qətnaməsini 6424 manatın iddiaçının xeyrinə ödənilməsinə dair hissədə 64 ay ərzində (hər ay 100 manat) hissə-hissə icra еtmək istəsə də, оnun bu barədəki ərizəsi məhkəmə tərəfindən təmin еdilməmişdir. Bеləliklə müəyyən edilmiş hal ondan ibarətdir ki, iddiaçı nəzərdə tutulan otaqları cavabdehin istifadəsinə təhvil vеrməmiş, cavabdeh də nəzərdə tutulan 6424 manatı iddiaçıya ödəməmişdir. Bununla da tərəflərin hər ikisi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-5499/15 saylı, 12.05.15-ci il tarixli qətnaməsi üzrə üzərlərinə düşən öhdəlikləri icra еtməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-5499/15 saylı, 12.05.15-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan sahələri cavabdehin istifadəsinə təhvil vеrmədiyindən, bununla da onun həmin qətnamə ilə ödənilməsi nəzərdə tutulan vəsait üzrə faizlərin tutulmasını tələb еtmək hüququ əmələ gəlmədiyindən iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi təmin еdilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar