Məhkəmə qərarları › İş №e-2(008)-2228/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2228/2024

31.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2228/2024 31.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Ağayeva Səmayə Əbdurəhim qızının katibliyi ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3490/2022-016 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X3 təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə borclu X2 Azərbaycan Respublikasından digər ölkəyə getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3490/2022-016 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu X1 47347 manat pul məbləği tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədi üzrə tələbin məcburiliyi borcluya bildirilmişdir. Lakin hazırkı vaxtadək tələb təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilmələrinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3490/2022-016 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu X1 47347 manat pul məbləği tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, borcluya xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış icra sənədi üzrə tələbin könüllü icrasına dair bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3490/2022-016 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən, təqdimat təmin edilərək, xx.xx.1983-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş, borclu X2 ölkədən getmək hüququna müvəqqəti məhdudiyyət qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 266 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3490/2022-016 saylı, xx.xx.2022ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu – xx.xx.1983-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodu ünvanında qeydiyyatda olan X2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar