Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2235/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh MMC na qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə clasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq, cavabdehdən vurulmuş zərərə görə 5730 manat, ödənilmiş 81 manat dövlət rüsumu və 300 manat vəkillə bağlanan müqavilə haqqının tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə təxminən 13:40 radələrində Nərimanov rayonu, Heydər Əliyev prospektində hərəkətdə olan zaman Cavabdeh MMC-nin işçisi olan X2 etibarnamə əsasında idarə etdiyi Mitsubishi markalı **- PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus avtomobillə toqquşması zamanı maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomaşınına ciddi ziyan dəymişdir. Belə ki, X5 tərəfindən verilmiş qüsur aktına əsasən hadisə nəticəsində idarə etdiyi KİA markalı **-GG-*** qeydiyyat nişanlı avtomobilinə vurulmuş ziyanın ümumi miqdarı 10111 manat təşkil edir. Bank sənədlərindən də göründüyü kimi həmin zərərin yalnız 4381 manat pul vəsaiti ona ödənilmişdir. Lakin hadisədən xeyli müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən qalıq pul ödənilməmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehə xx.xx.2023-cü il tarixdə tərəfindən pretenziya məktubu göndərilmişdir. Həmin məktub bugünki günə qədər cavabsız qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onarın iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Qeyd olunanlara əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. «KİA Sportage minik» markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı sahibliyindədir (BB343680 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi). «Mitsubishi L200 minik» markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-nin sahibliyindədir (AD № 359270 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi). Cavabdeh MMC xx.xx.2016-cı il tarixdə ********** №-li VÖEN-lə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh MMC həmin avtomobili idarə etmək üçün əməkdaşı X3 xx.xx.2023-cü il tarixdə bir il müddətinə etibarnamə vermişdir. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, X4 Cavabdeh MMC-də mütəxəssis vəzifəsində işləyir və 670 manat məbləğində əmək haqqı alır. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən Nərimanov rayonu, Heydər Əliyev prospektində hərəkətdə olan zaman Cavabdeh MMC-nin işçisi olan X2 etibarnamə əsasında idarə etdiyi Mitsubishi markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi avtoqəza nəticəsində bir neçə avtomobilə, həmçinin iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. Bakı şəhəri DYPİ-nin polis kapitanı tərəfindən qəbul edilmiş TP ******* №-li inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarla X4 həmin avtoqəzada AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 40 manat məbləğində cərimə alınmışdır. Kia Motors tərəfindən tərtib edilmiş qüsur aktına əsasən «KİA Sportage minik» markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 10111 manat məbləğində müəyyən edilmişdir. İddiaçıya sığorta şirkəti tərəfindən 4381 manat məbləğində sığorta ödənişi edilmişdir (ödəniş kartı üzrə çıxarış). Hazırda iddiaçı qalan 5730 manat məbləğin Cavabdeh MMC-dən tutulmasını istəyir. Cavabdeh iddia ərizəsinə etirza verməmiş, məhkəmədə iştiirak etməmiş, məbləği mübahisələndirməmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, cavabdeh tərəfindən törədilmiş delikt inzibati tənbeh vermə qərarı ilə təsdiq edilmiş, müəyyən edilmiş zərərin bir qisminə sığorta şirkəti ödəmişdir. Hazırda iddiaçı qalan məbləğin avtomobilə mülkiyyət hüququ ilə sahiblik edən Cavabdeh MMC-dən istəyir. Cavabdehin elktron kabineti olmasına baxmayara o, heç bir məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddia ərizəsinə etiraz verməmiş, zərərin məbləğini mübahisələndirməmiş və bu susması ilə faktiki olaraq iddianı qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 5730 manat məblə (10111 – 4381) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı eyni zamanda 81 manat dövlət rüsumun və 300 manat vəkil xərcinin tutulmasını istəyir. Məhkəmə hesab edir ki, 81 manat rüsum tutulmalı, lakin 300 manat vəkil xərcinin tutulması barədə iddiaçının xahişi təmin edilməməlidir (ödənişi təsdiq edən qəbz əlavə edilmədiyindən). Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC ndan vurulmuş zərərə görə 5730 manat, ödənilmiş 81 manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilsin. 300 manat vəkil xərcinin tutulması barədə iddiaçının xahişi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-2235/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2235/2024
28.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver