Məhkəmə qərarları › İş №e-2(008)-2268/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2268/2025

27.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2268/2025 27.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 Seyfəddin oğlunun sədrliyi X6 qızının katibliyi İddiaçı Cavabdeh1 iştirakları ilə, İddiaçı Məmmədov Nı̇ zami Cəfər oğlunun cavabdeh Kazimov Elçı̇ n Ramı̇ z oğluna, Kazimova Zenfı̇ ra Məhərrəm qızına, Kazimova Lətı̇ fə Əlı̇ bala qızına, Kazimova Kəmalə Ramı̇ z qızına qarşı torpağın və tikilinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Məmmədov Nı̇ zami Cəfər oğlu cavabdeh Kazimov Elçı̇ n Ramı̇ z oğluna, Kazimova Zenfı̇ ra Məhərrəm qızına, Kazimova Lətı̇ fə Əlı̇ bala qızına, Kazimova Kəmalə Ramı̇ z qızına qarşı torpağın və tikilinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinin boşaldılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Ramız qızı, Cavabdeh3 və azyaşlı övladı ilə birlikdə həmin evdən və torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsi və evin İddiaçı istifadəsinə və sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı AR ƏMX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** nömrəli xx.xx.2021 tarixli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə tam mülkiyyət hüququ tanınmışdır. Qeyd edilən ünvanda yerləşən torpaq sahəsində Nizami tərəfindən digər fərdi yaşayış evi inşa edilmişdir. 2024-cü ilin əvvəllərində digər tikilən fərdi yaşayış evini satmaq qərarına gəlmiş və Cavabdeh1 ilə 70.000 manata razılaşmışdır. Elçin 50.000 manatı ödəmiş, geri qalan 20.000 manatı isə bir neçə ay ərzində verməyi öhdəsinə götürmüşdür. Əvəzində İddiaçı Cavabdeh1 və bütün ailə üzvlərini öz evinə qeydiyyata salmış və həyətdə insa etdiyi çıxarışı olmayan evin açarlarını Elçinə təhvil vermişdir. Üzərindən 1 ilə yaxın vaxt keçməsinə baxmayarq bu günə qədər Elçin tərəfinən 1 manat belə ödəniş olunmamışdır. Elçin evin çıxarışının olmamasını bəhanə gətirərək pulu ödəməkdən imtina etmişdir. İddiaçı bundan sonra Elçin və ailə üzvlərinin ona məxsus torpaq və evi boşaltmağını tələb etsə də buna məhəl qoyan olmamışdır. Buna görə də iddiaçı məhkəmə vasitəsilə cavabdehlərin ona məxsus torpaq və fərdi yaşayış evindən çıxarılmasını və hüquqlarının təmin edilməsi niyyətindədir. Odur ki, barədə qətnamə qəbul olunması zərurəti yaranmışdır. İddia tələbinin dəqiqləşdirilməsi: İddiaçı Məmmədov Nı̇ zami Cəfər oğlu iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinin boşaldılması, cavabdehlər Cavabdeh1 və ailə üzvlərinə həmin evdən və torpaq sahəsindən mənzildən istifadə hüququna xitam verməklə çıxarılmaları və həmin ev üçün beh kimi alınmış 50 min manatın Cavabdeh1 qaytarılması, torpaq sahəsi və evin reyestr **********40-10301 nömrəsi ilə tanınan İddiaçı istifadəsində, yəni köhnə sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək cavabdehin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, tərəflər arasında razılıq əldə edilmişdir və razılığa əsasən ev üçün beh kimi verilmiş 50 min manat pulu iddiaçı ona qaytaracaq, o isə mübahisəli mənzili tərk edəcək. Hal-hazırda o və ailəsi mübahisəli mənzili tərk etmişlər. Mülki işin materialları İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, mübahisəli daşınmaz (torpaq) əmlak dövlət mülkiyyətində olmaqla, İddiaçı istifadəsindədir. -Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarında hazırkı iş üzrə Cavabdeh1 izahatından görünür ki, o, əsgərlik yoldaşı olan X2 mənzil almaq üçün 50 min manatı nağd şəkildə, 20 min manat isə sənədləşmə işləri aparıldıqdan sonra verilmək şərti ilə daşınmaz əmlakın şifahi alqı-satqısı etmişlər. Daha sonra 3-4 ay ərzində o, evə 20 min manatdan artıq pul xərcləyərək, təmir işləri görmüşdür. Bundan sonra, iddiaçı ondan yerdə qalan 20 min manatı verməsini tələb etsə də, cavabdeh sənədləşmə işləri aparılmadığından pulu verməkdən imtina etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən, müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.4. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, məhkəmə qeyd edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti realizə edilməklə, tərəflərin təşəbbüsü əsasında barəsində mübahisə edilən hüquq münasibətləri üzrə ədalət mühakiməsi həyata keçirilir. Mülki mühakimə icraatı üzrə ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri qismində çıxış edən dispozitivlik prinsipi mülki işin qaldırılmasının, ona baxılmasının və həll edilməsi ilə bağlı prosessual hərəkətlər və qərarların məhkəmənin deyil, tərəflərin iradə ifadəsi və sərbəst mülahizəsi əsasında həyata keçilməsini nəzərdə tutur. Hazırkı iş üzrə tərəflər arasında razılıq əldə edilmiş və həmin razılığa əsasən iddiaçı mübahisəli daşınmaz əmlak üçün ödənilmiş 50 min manat məbləğində pul vəsaitini cavabdehə qaytarmağı, cavabdeh isə mübahisəli daşınmaz əmlakdan çıxmağı və mənzili iddiaçının sahibliyinə verməyi qəbul etmişlər və razılaşmaya müvafiq olaraq cavabdehlər artıq həmin mənzili tərk etmişlər ki, bu fakt iddiaçı tərəfindən də təsdiq edilmişdir. Odur ki, məhkəmə mülki mühakimə icraatının əsas prinsiplərindən biri kimi çıxış edən dispozitivlik prinsipini rəhbər tutmaqla hesab edir ki, tərəflər arasında əldə edilmiş razılaşmaya uyğun olaraq, cavabdeh tərəfindən mübahisəli mənzil üçün ödənilmiş 50 min manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq, cavabdehə ödənilməli, mübahisəli mənzil isə iddiaçının sahibliyinə qaytarılmalıdır. Məhkəmə həmçinin bu qənaətə gəlir ki, iddia cavabdehlərin evdən çıxarılmaları tələbi üzrə əsassız olduğundan həmin hissə də təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı məhkəməyə hasil olmuşdur ki, cavabdehlər artıq mübahisə mənzil tərk etmişlər və mənzil onların istifadəsində deyildir ki, həmin bu xüsusatları iddiaçı da təsdiq etmişdir. Odur ki, məhkəmə hesab edir ki, mənzil faktiki olaraq cavabdehlərin sahibliyində olmadığından qətnamənin həmin hissə də təmin olması məhkəmə qətnamənin qanuni qüvvəsinə adekvat olmamaqla, məhkəmə qərarının icrasını xəyali etməklə, onun əsassızlığına dəlalət edəcəkdir. Yekun olaraq, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qismən edilməli və cavabdeh tərəfindən mübahisəli mənzil üçün ödənilmiş 50 min manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq, cavabdehə ödənilməli, mübahisəli mənzil isə iddiaçının sahibliyinə qaytarılmalıdır. Nəticə hissəsi: Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ

İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 tərəfindən ödənilmiş 50 min manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh1 ödənilsin. ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evi İddiaçı sahibliyinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir.

X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar