Məhkəmə qərarları › İş №e-2(008)-230/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-230/2025

28.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-230/2025 28.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X1rşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X1rşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “MASERATİ GHİBLİ MİNİK” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə görə xərclənmiş 30525 (otuz min beş yüz iyirmi beş) manat və həmin avtomobil görə ödədiyi 18000 (on səkkiz min) ABŞ dolları məbləğində pulun, eyni zamanda 302 (274+28) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2022-ci ilin mart ayında X5 ilə aralarında olan razılaşmaya əsasən onun qəza törətdiyi üçün tamamilə yararsız vəziyyətdə olan “MASERATİ GHİBLİ MİNİK” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili tərəfindən təmir ediləcək və sonuncuya əlavə olaraq 23000 ABŞ dollar məbləğində pul ödəniləcəkdi. Buna görə də avtomobilin rəsmi şəkildə sahibi olan Cavabdeh nəqliyyat vasitəsini idarə edə bilmək üçün ona xx.xx.2022-ci il tarixdə Bakı şəhən 6 saylı notariat ofisində etibarnamə vermişdir. Tərəfindən avtombil yenidən təmir etdirilmiş, razılaşmaya uyğun olaraq cavabdehlərin rəfiqəsi X4 18000 ABŞ dolları pul ödənilmişdir. Mübahisəli avtomobilin ona məxsus olduğuna tam inandığı üçün onu təmir etdirmişdir. Avtomobilin təmirinə görə tərəfindən 30525 manat məbləğində pul xərclənmişdir. O, tamamilə təmir prosesini başa çatdırdıqdan sonra Cavabdeh ilə aralarında bağlanılacaq alqı-satqı müqaviləsi əsasında avtomobil mənim mülkiyyətimə keçəcəkdi. Lakin təmir prosesini başa çatdırdıqdan sonra öyrənmişdir ki, bir neçə gün öncə Cavabdeh ona verdiyi etibarnaməni heç bir məlumat vermədən ləğv etdirmişdir. Onlar təmir etdiyi avtomobili geri istəmiş, çəkilmiş xərci və ödənilmiş məbləği qaytamayacaqlarını bildirmişlər. Yəni onlar onu aldadaraq avtomobili təmir etdirib külli miqdarda pulunu ələ keçirmişdirlər. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəfindən avtomobilə görə onlara xx.xx.2022-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 2000 ABŞ dolları, ayrı- ayrı vaxtlarda isə 1000 ABŞ dolları, ümumilikdə 18000 ABŞ dolları məbləğində pul ödənilmişdir. Bunu təsdiqləyən ödəniş qəbzləri və qeyd dəftəri iddia ərizəsinə əlavə edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək MASERATİ GHİBLİ MİNİK” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə görə xərclənmiş 30525 (otuz min beş yüz iyirmi beş) manat və həmin avtomobil görə ödədiyi 18000 (on səkkiz min) ABŞ dolları məbləğində pulun, eyni zamanda 302 (274+28) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və X2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, həmçinin iddia tələbini sübut edən mütəxəssis rəylərinin iş materiallrına əlavə edildiyini, avtomobilin qəzadan sonra iddiaçı tərəfindən tam olaraq təmir olunduğunu bildirmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. AD N 972211 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Maserati Ghibli” minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdır. İddiaçı ilə Marina İskaliyeva arasında imzalanmış əlyazmadan məlum olur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Marina İskaliyevaya 10000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 2000 ABŞ dolları olmaqla, cəmi 17000 ABŞ dolları vermişdir. Nəqliyyat vasitəsinin idarə etmək hüququnun verilməsi ilə bağlı xitam edilmiş xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə 3 il 11 ay 7 gün müddətinə nəqliyyat vasitəsinin idarə etmək hüququ vermişdir, xx.xx.2026-cı il tarixədək etibarlı olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünrü ki,xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif məbləğlərdə pul vəsaiti bir kartdan başqa bir karta göndərilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 200 manat məbləğində pul vəsaiti İrina İskaliyevaya məxsus kart hesabına göndərilmişdir.. MF Avto Servis MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, Maserati Ghibli S Q 4 markalı, ** MM *** nömrəli avtomobildə görülmüş təmir xərcləri 7940 manat təşkil edir. Azərbaycan Respublikası “X8”nin xx.xx.2024-cü il tarixli, 187 nömrəli mütəxəssis rəyindən görünür ki, tədqiqat tədqim edilmiş kitabçada (bloknotda) xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərinə aid qeydlər olan vərəqlərdə “İskaliyeva Marina” sözlərinin altındakı imzalar X6 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası “X8”nin xx.xx.2024-cü il tarixli, 165 nömrəli mütəxəssis rəyinə əsasən 2015-ci il buraxılışlı, “Maseratti Ghibli” minik markalı, sedan tipli **-MM-*** dövlət qeydiyyat nişanlı mühərrikin həcmi 2979 sm3, rəngi albalı metalik olan avtomobilin qəzdana sonra yenidən əvvəlki vəziyyətinə gətirilməsi üçün çəkilən xərcin-30525 manat olduğu müəyyən edilir. O cümlədən dəyişilmiş ehtiyat hissələrinin dəyəri-22585 manat, usta işi 7940 manat müəyyən edilmişdir. Rəyin son hissəindəki qeyddə müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olmasının istisna edilməməsi qeyd edilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 274 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin Cavabdeh yönəlmiş hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdev Cavabdeh mülkiyyətində olan avtomobilin onun tərəfindən alınması üçün Cavabdeh 18.000 ABŞ dolları və avtomobilə dəymiş ziyanının aradan qaldırılması üçün çəkilmiş 30525 manat xərcin geri qaytarılmasını xahiş etsədə, iddiaçı ilə Cavabdeh arasında avtomobilin alqı-satqısına dair müqavilə olduğunu və ya buna dair şifahi razılaşma olduğunu təsdiq edə hər hansı bir sənəd mülki iş matriallarında mövcud deyildir. Yeganə sübut kimi Cavabdeh mülkiyyətinə olan avtmobili iddiaçı tərəfindən idarə edilməsinə icazə verər etibarnamə əlavə edilsədə, sözügedən etibarnəmə iddiaçı ilə cavabdeh arasında hər hansı bir razılmaşmanın olmasını təsdiq edə bilməz. Beləliklə məhkəmə hesab edir iddia tələbinin avtomobilin dəyərinə dair 18000 ABŞ dollarının Cavabdeh tutulması hisəsində təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin maşına dəymiş zərərin məbləği olan 30525 manat Cavabdeh tutularaq ona qaytarılması hissəsini münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən maşına dəymiş zərərin aradan qaldırılması üçün zəruri olan vəsaitin məbləğinin dəyərinin 30525 manat olmasını təsdiq edən müstəqil ekspertin rəyinin mövcud olsada, həmin zərərin aradan qaldırıldığını və avtomobiliə dəymiş zərərin aradan qaldırılmasına dair zəruri vəsatin məhz iddiaçı tərəfindən ödənilməsini təsdiq edən sənəd olmadığından iddia tələbi həmin hssədə də Cavabdeh münasibətdə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin cavabdeh X4 yönəlməsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən cavabdev Cavabdeh mülkiyyətində olan avtomilin onun tərəfindən alınması habelə avtomobilə dəymiş ziyana görə 30525 manat pulun cavabdeh X2 tutulması hissəsinə münasibət bildirərək bir daha qeyd edir ki, mülki işə əlavə edilmiş sənədlərdən sözügedən avtomobilin cavabdeh X3 deyildə digər cavabdehin mülkiyyətin olması müəyyən edildiyindən həmin avtomobilin dəyərini və ona dəymiş ziyanın iddiaçının hansı səbədən X4 ödəmiş olduğu mülki işdən müəyyən edilə bilməmişdir. Lakin iddaçı tərəfindən təqdim edilən qəbzlərdən iddiaçının X4 17000 ABŞ dolları məbləğində pul verdiyi və həmin pulun alınmasına dair imzanın X4 aid olmasını təsdiq edən rəy möcud olduğundan iddia tələbi yalnız iddiaçının cavabdehə vermiş olduğu 17.000 ABŞ dollarının geri qaytarılması hissəsində təmin ediləməlidir. İddiaçı X4 18000 ABŞ dolları vermiş olduğunu bildirsədə mülki iş matriallarından iddiaçının cavabdeh X4 17.000 ABŞ dolları vermiş olduğu sübut edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 302 manat məbləğində dövlət rüsumunun, 181.88 manat olan hissəsi cavabdeh X2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İskaliyeva İrina Vitaleynadan 17000 (on yeddi min) ABŞ dollar (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 181.88 (yüz səksən bir manat, səksən səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar