Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2321/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızınınsədrliyi, Məhkəmə iclas katibi X1katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17.000 (on yeddi min) manat məbləğində borc pul vəsaitinin, 300 (üç yüz) manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının və ödənilmiş 141 (bir yüz qırx bir) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında dostluq münasibətləri olmuşdur. Həmin münasibətlər Cavabdeh xx.xx.2024-cü il tarixində İddiaçı qısa müddət ərzində qaytarmaq şərti ilə 17.000 (on yeddimin) manat məbləğində pul vəsaitini borc almışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləği qaytarılmamışdır. Sonra tərəflər arasında mövcud borcla bağlı razılaşma protokolu imzalanmış, Cavabdeh tərəfindən mövcud borcun etirafı və qısa müddətə qaytarılması ilə bağlıəlyazma yazılmışdır. Buna baxmayaraq hazırki vaxtadək borc məbləği qaytarılmamışdır. Hazırda Cavabdeh İddiaçı 17.000 (on yeddi min) manat məbləğində borcu qalmışdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Razılaşma Protokolu”ndan görünür ki: Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı 17.000 (on yeddimin) manat məbləğində borc aldığını etiraf edir. Hər iki tərəf təsdiq edir ki, hazırki vaxtadək, yəni xx.xx.2024-cü il tarixədək borc məbləğindən ödəniş edilməmişdir. Cavabdeh etiraf edir ki, hazırda İddiaçı 17.000 (on yeddimin) manat məbləğində borcu qalmışdır. Cavabdeh İddiaçı olan 17.000 (on yeddimin) manat məbləğində borcunu 1 ay müddətində, yəni xx.xx.2024-cü il tarixədək tam şəkildə qaytarmağı öhdəsinə götürür. Cavabdeh borc məbləğini göstərilən tarixdə qaytarmayacağı halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağına hazır olduğunu bəyan edir. Tərəflər razılaşır ki, göstərilən borc məbləği (17.000(on yeddimin) manat) tam şəkildə ödənildikdən sonra razılaşma protokolu ləğv ediləcəkdir. Razılaşma pozulduğu, tam şəkildə icra edilmədiyi halda İddiaçı razılaşmanın məcburi yerinə yetirilməsi, borc məbləğinin tələb edilməsi haqqında məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Qeyd olunan “Razılaşma Protokolu” İddiaçı və Cavabdeh imzaları ilə təsdiq edilmişdir. Bundan başqa, Cavabdeh tərəfindən şəxsən öz əlyazması ilə “Mövcud borc barədə” yazılı etiraf yazılmışdır. Həmin yazılı etirafdan görünür ki, Cavabdeh İddiaçı 17.000 (on yeddi min) manat məbləğində borc aldığını, İddiaçı borc məbləğini xx.xx.2024-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Borc məbləğini göstərilən tarixdə qaytarmadığı halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa hazır olduğunu bəyan etmişdir. Borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq hazırki vaxtadək borc məbləği ödənilməmişdir. Bu hal isə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini kobud şəkildə pozulması deməkdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Razılaşma protokolundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı 17.000 (on yeddimin) manat məbləğində borc aldığını etiraf edir. Hər iki tərəf təsdiq edir ki, hazırki vaxtadək, yəni xx.xx.2024-cü il tarixədək borc məbləğindən ödəniş edilməmişdir. Cavabdeh etiraf edir ki, hazırda İddiaçı 17.000 (on yeddimin) manat məbləğində borcu qalmışdır. Cavabdeh İddiaçı olan 17.000 (on yeddimin) manat məbləğində borcunu 1 ay müddətində, yəni xx.xx.2024-cü il tarixədək tam şəkildə qaytarmağı öhdəsinə götürür. Cavabdeh borc məbləğini göstərilən tarixdə qaytarmayacağı halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağına hazır olduğunu bəyan edir. Tərəflər razılaşır ki, göstərilən borc məbləği (17.000(on yeddimin) manat) tam şəkildə ödənildikdən sonra razılaşma protokolu ləğv ediləcəkdir. Razılaşma pozulduğu, tam şəkildə icra edilmədiyi halda İddiaçı razılaşmanın məcburi yerinə yetirilməsi, borc məbləğinin tələb edilməsi haqqında məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. xx.xx.2024-cü il tarixli Cavabdeh tərəfindən yazılmış mövcud borc barədə yazılı etirafdan görünür ki, Cavabdeh etiraf etmişdir ki, xx.xx.2024-cü ildə İddiaçı 17000 manat borc pul almış, hal-hazıradək aldığı borcdan heç bir ödəniş etməmişdir. Borcunu xx.xx.2024-cü ildə qaytarmağı öhdəsinə götürmüşdir. **********59 nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 141 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə ilk öncə onu qeyd etməyi zərurui hesab edir ki, iddiaçı tərəfindəın məhkəməyə təqdim edilən Razılaçma Protokolundan və mövcud borca dair yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçıdan 17000 manat məbləğində pul vəsitini xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixədək qaytmaraq şərti almışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən borc pulun geri qaytaraılmadığını bildirmişdir, cavabdeh isə məhkəmə iclasına çağırılmasını baxmayaraq məhkəməyə gəlməmiş və ya qeyd ediən borcdan hər hansı bir ödəniş etməsinə dair əsasslı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 17000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, 141 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, 300 manat məbləğində vəkil xidmət haqqı cavabdehdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 17000 (on yeddi min) manat məbləğində pul vəsaiti, 141 (bir yüz qırx bir) manat ödənilmiş dövlət rüsumu və 300 (üç yüz) manat vəkil xidmət haqqı tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-2321/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2321/2025
16.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver