Məhkəmə qərarları › İş №e-2(008)-2327/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2327/2025

11.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2327/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “payın naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2i qaydalarla: ünvan 1 ünvanında yerləşən 480.20 kv metr fərdi yaşayış evi və 0.1174 ha torpaq sahəsinə dair ona aid ½ hissədə payın naturada bölünməklə adına ayrıca dövlət reyestrindən çıxarışın verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2i qaydalarla: AZ1092, ünvan 1 ünvanının ½ hissəsinə dair adına dövlət reyestrindən çıxarış verilmişdir. Sözügedən ünvanda 0.1174 ha torpaq sahəsi üzərində 480.2 kv metr olan fərdi yaşayış evi vardır. Evin və torpağın ½ hissədə digər mülkiyyətçisi Cavabdehdur. Ev bir dam altında olmasına baxmayaraq 2 hissədən ibarətdir. O, özünə aid hissədə, Cavabdeh da özünə aid hissədə yaşayırlar. Hər birinin torpaq sahələri, hasarı, evinə giriş-çıxıs yolu hər biri ayrı-ayrılıqdadır. Onun nə Cavabdeh evində, nə də ki, ona aid hissəsində heç bir gözü yoxdur. Özünə aid olan hissəni istəyir. Payları da çox asanlıqla müəyyən edilib ayrılan paydır. Sözügedən ünvandan fərdi yaşayış evinə dair və evin yerləşdiyi torpaq sahəsinin naturada bölünməsi ilə bağlı Cavabdehla razılaşma əldə etməyə çalışsa da, buna nail ola bilməmişdir. Cavabdehla payının naturada bölünməsi barədə bölgü sxeminin tərtibi ilə bağlı müvafiq olaraq notariat orqanına müraciət etmir. Bu da onun qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır ki, o, sərbəst olaraq öz əmlakı barədə müəyyən hüquqları, xüsusən də sərəncam hüquqlarını həyata keçirə bilmir. Ona görə də, hesab edir ki, onun mülkiyyətində olan pay naturada ayrılmalıdır və bununla bağlı ona reyestrdən ayrıca çıxarış verilməlidir. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 2i qaydalarla: ünvan 1 ünvanında yerləşən 480.20 kv.metr fərdi yaşayış evi və 0.1174 ha torpaq sahəsinə dair ona aid olan ½ hissədə payın naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki iş üzrə nümayəndəsi və vəkili olan Vəkil1 vəfat etdiyini və bu səbəbdən də vəkilin məhkəmə iclasında iştirak etməsinin mümkün olmayacağını bildirmiş, şəxsi işi ilə əlaqədar məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyindən işə iştirakı olmadan baxmaqla iddianın tam təmin olunması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, cavabdeh iddianı qəbul edir, iddianın ekspertiza rəyinə əsasən təmin olunması barədə qətnamə qəbul edilməsinə etirazları yoxdur. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsi ev 4 (Yeni qaydalarla: AZ1092, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 480.20 kv.metr olan fərdi yaşayış evi və ölçüsü 0.1174 ha olan torpaq sahəsinin ½ hissəsi xx.xx.2017-ci il tarixdə Cavabdeh, ½ hissəsi xx.xx.2024-cü il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli daşınmaz əmlakların (fərdi yaşayış evinin və torpaq sahəsinin) ½ hissəsi iddiaçıya məxsusdur. Lakin iddiaçı payının naturada ayrılması barədə cavabdehlə razılıq əldə edə bilməmişdir. Bu səbəbdən iddiaçı ümumi birgə mülkiyyətdə olan əmlaklardan öz payına düşən hissəyə (1/2) dair mülkiyyət hüququnu təsdiq edən ayrıca sənəd (çıxarış) ala bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/3370 saylı rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsi ev 4 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən 480.2 kv.metr fərdi yaşyayış evi və 0.1174 ha torpaq sahəsinin faktiki vəziyyətdə təcrid şəklində iki hissəyə bölünməsini, bölgü zamanı fərdi yaşayış evində ½ hissə paya uyğun şəkildə yaşayış və yardımçı sahələrin qalmasını, torpaq sahəsinin bölgüdən sonra ½ hissəyə uyğun olmasını və ayrıca girişçıxışların təmin olunmasını nəzərə alaraq, AzDTN 2.7-2 “Yaşayış Binaları, Layihələndirmə Normaları”-nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8 bəndlərində tələblərinə və Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə əsasən qeyd olunan 480.2 kv.metr fərdi yaşayış evi və 0.1174 ha torpaq sahəsinin İddiaçı və Cavabdeh arasında hər birinə ½ hissə olmaqla paylarına uyğun şəkildə naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə, ekspert rəyini nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq, məhkəmə, ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirmiş və mövcd qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsi ev 4 (Yeni qaydalarla: AZ1092, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 480.20 kv.metr olan fərdi yaşayış evi və ölçüsü 0.1174 ha olan torpaq sahəsinin İddiaçı payına düşən 1/2 hissəsi naturada ayrılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməli, həmçinin, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada, yəni hər birindən 50 manat olmaqla tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsi ev 4 (yeni qaydalarla: AZ1092, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 480.20 kv.metr olan fərdi yaşayış evi və ölçüsü 0.1174 ha olan torpaq sahəsinin İddiaçı payına düşən ½ hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/3370 saylı ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq ekspert rəyində qeyd edildiyi qaydada Cavabdeh payına düşən ½ hissəsindən naturada ayrılsın. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada, yəni hər birindən 50 manat olmaqla tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar