Məhkəmə qərarları › İş №e-2(008)-233/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-233/2025

27.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-233/2025 27.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi X5katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Mövlüd oğlunun iştirakı ilə ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı "əmlak" tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı İddiaçı qarşı "pul" tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "əmlak" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən verilmiş çəkisi 20.2 qram, 585 əyarlı qızıl dəstinin (briliant qaşlı qızıl üzük, briliant qaşlı qızıl bilərzik, briliant qaşlı qızıl boyunbağı, briliant qaşlı qızıl sırğa), çəkisi 2.4 qram, 585 əyarlı qızıl üzüyün, çəkisi 4.1 qram, 585 əyarlı qızıl üzüyün, çəkisi 3.1 qram, 585 əyarlı qızıl üzüyün, çəkisi 3.1 qram, 585 əyarlı qızıl üzüyün və çəkisi 3.3 qram, 585 əyarlı qızıl boyun bağının, 585 əyarlı qızıl dəstinin (qızıl sırğa və qızıl üzük), sandığın, güzgünün və şamdanın, hamam xalatının, qızıl qabının, daraq dəstinin, üzük xonçasının, nişan qəndinin, kosmetika dəstinin, kəlağayının, paltonun, idman ayaqqabısının, gəlinlik ayaqqabısının, uzunboğaz çəkmənin (bot), 3 cüt çəkələyin, yun dəstinin, yaşıl rəngli donun, qırmızı rəngli donun, köynəyin, 2 ədəd çantanın, iki dəst idman geyiminin, iç geyim dəstinin, şalvarın, pijama dəstinin, nişan donunun, şərfin və ya onların ümumilikdə 8430 manat dəyərinin, həmçinin nişan mərasimi günü gözəllik salonunda bəzənmə, foto-video çəkiliş və şirniyyat üçün çəkmiş olduğu ümumilikdə 1670 manat xərcin, ödənilmiş 120 manat dövlət rüsumunu cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı tələbin dəqiqləşdirilməsi haqqında ərizə ilə müraciət edərək, çəkisi 20.2 qram, 585 əyarlı qızıl dəstinin (briliant qaşlı qızıl üzük, briliant qaşlı qızıl bilərzik, briliant qaşlı qızıl boyunbağı, briliant qaşlı qızıl sırğa), çəkisi 2.4 qram, 585 əyarlı qızıl üzüyün, çəkisi 4.1 qram, 585 əyarlı qızıl üzüyün, çəkisi 3.1 qram, 585 əyarlı qızıl üzüyün, çəkisi 3.1 qram, 585 əyarlı qızıl üzüyün və çəkisi 3.3 qram, 585 əyarlı qızıl boyun bağının, 585 əyarlı qızıl dəstinin (qızıl sırğa və qızıl üzük), sandığın, güzgünün və şamdanın, hamam xalatının, qızıl qabının, daraq dəstinin, üzük xonçasının, nişan qəndinin, kosmetika dəstinin, kəlağayının, paltonun, idman ayaqqabısının, gəlinlik ayaqqabısının, uzunboğaz çəkmənin (bot), 3 cüt çəkələyin, yun dəstinin, yaşıl rəngli donun, qırmızı rəngli donun, köynəyin, 2 ədəd çantanın, iki dəst idman geyiminin, iç geyim dəstinin, şalvarın, pijama dəstinin, nişan donunun, şərfin və ya onların ümumilikdə 7820 manat dəyərinin, həmçinin nişan mərasimi günü gözəllik salonunda bəzənmə, foto-video çəkiliş və şirniyyat üçün çəkmiş olduğu ümumilikdə 1670 manat xərcin, ödənilmiş 120 manat dövlət rüsumunu və "xxxx" MMC-yə mütəxəssis rəyi üçün ödənilmiş 200 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2022-ci ildə nişanlanmışlar. Nişan mərasimi Bakı şəhərində yerləşən “Təbrik” restoranında baş tutmuşdur. Nişan mərasimindən bir müddət sonra cavabdeh ona qarşı yetərincə diqqət və qayğı göstərmədiyini bəhanə gətirməklə onunla soyuq rəftar etməyə başlamışdır. O isə öz növbəsində cavabdehin hərəkətlərini normal nişanlı cütlüklər arasında baş verə biləcək inciklik kimi qəbul edib hər şeyin normal olduğunu zənn edərək onunla faktiki nişan münasibətlərini davam etdirmişdir. Belə ki, cavabdehlə toylarının olacağını düşündüyü üçün toy hazırlıqlarına başlamışdır və bu barədə yaxın qohumlarına və tanışlarına məlumat vermişdir. Yalnız xx.xx.2024-cü ildə mobil telefon vasitəsi ilə “Whatsapp” sosial şəbəkə tətbiqindən paylaşdığı foto şəkillərdən sonra cavabdehin başqa bir şəxslə nişanlandığı ona məlum olmuşdur. Həmin hadisə qohum və tanışları arasında ləyaqətinin sarsılmasına və mənəvi iztirab keçirməyinə yol açmışdır. Beləliklə də, cavabdeh öz hərəkətləri ilə ona maddi və mənəvi zərər vurmuşdur. Nişan mərasimi günü (xx.xx.2022-ci il tarixdə) cavabdehlə aralarında gələcəkdə nikah bağlanacağı ümidi ilə ona çəkisi 20.2 qram, dəyəri 4000 manat olan 585 əyarlı qızıl dəstini (briliant qaşlı qızıl üzük, briliant qaşlı qızıl bilərzik, briliant qaşlı qızıl boyunbağı, briliant qaşlı qızıl sırğa), çəkisi 2.4 qram, dəyəri 350 manat olan 585 əyarlı qızıl üzüyü, çəkisi 4.1 qram, dəyəri 380 manat olan 585 əyarlı qızıl üzüyü, çəkisi 3.1 qram, dəyəri 400 manat olan 585 əyarlı qızıl üzüyü, çəkisi 3.1 qram, dəyəri 450 manat olan 585 əyarlı qızıl üzüyü və çəkisi 3.3 qram, dəyəri 700 manat olan 585 əyarlı qızıl boyun bağını, dəyəri 600 manat olan 585 əyarlı qızıl dəstini, dəyəri 60 manat olan sandığı, dəyəri 120 manat olan güzgü və şamdanı, dəyəri 65 manat olan hamam xalatını, dəyəri 65 manat olan qızıl qabını, dəyəri 25 manat olan daraq dəstini, dəyəri 25 manat olan üzük xonçasını, dəyəri 25 manat olan nişan qəndini, dəyəri 160 manat olan kosmetika dəstini, dəyəri 20 manat olan kəlağayını, dəyəri 120 manat olan paltonu, dəyəri 40 manat olan idman ayaqqabısını, dəyəri 45 manat olan gəlinlik ayaqqabısını, dəyəri 50 manat olan uzunboğaz çəkməni (bot), dəyəri 30 manat olan 3 cüt çəkələyi, dəyəri 45 manat olan yun dəstini, dəyəri 70 manat olan yaşıl rəngli donu, dəyəri 60 manat olan qırmızı rəngli donu, dəyəri 35 manat olan köynəyi, dəyəri 80 manat olan 2 ədəd çantanı, dəyəri 60 manat olan iki dəst idman geyimini, dəyəri 100 manat olan iç geyim dəstini, dəyəri 45 manat olan şalvarı, dəyəri 85 manat olan pijama dəstini, dəyəri 100 manat olan nişan donunu, dəyəri 20 manat olan şərfi vermişdir. Lakin nişan mərasiminin baş tutmayacağı konkretləşdiyi üçün cavabdehin həmin əmlaklara sahib olma əsası aradan qalxmışdır. Nişan mərasimi günü cavabdehin tələbi əsasında gözəllik salonunda bəzənmə, foto-video çəkiliş və şirniyyat üçün ümumilikdə 1670 manat pul xərcləmişdir. Qeyd olunanlar iddia ərizəsinə əlavə edilən foto şəkillər, qızıl-zinət əşyalarının alınmasına dair arayış və X1, X3 və X2 şahidlikləri ilə öz təsdiqini tapır. Adları qeyd olunmuş əşyaları və ya onların dəyərini, eləcə də tərəfindən ödənilmiş nişan xərclərini rəsmi bildirişlə cavabdehdən geri qaytarmasını tələb etməyinə baxmayaraq, o öz hərəkətsizliyi ilə bundan imtina etmişdir. Nəticədə cavabdeh həmin əmlakları özündə qanunsuz saxlamaqla onların dəyəri hesabına əsassız olaraq varlanmışdır. Cavabdeh də xx.xx.2024-cü ildə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci ildə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Təbrik” Şadlıq Sarayında İddiaçı ilə aralarında baş tutmuş nişan mərasiminin keçirilməsinə xərclədiyi:

1. şadlıq srayının menyusunun qiyməti 27 manat olmaqla, 85 yerlik nişan mərasimi üçün “Təbrik” Şadlıq Sarayına ödədiyi 2295 manatın, el adəti üzrə nişan mərasimində boynuna şərf atan, İddiaçı qardaşı arvadına verdiyi 50 manatın, nişan mərasimində İddiaçı güzgü tutan qardaşı oğluna verdiyi 50 manatın, nişan mərasimində boynuna boyunbağı salan, İddiaçı qardaşı arvadına verdiyi 50 manat, nişan mərasimində foto-video çəkiliş üçün ödədiyi 125 manatın, nişan mərasimdə İddiaçı tərəfindən gələnlərə paylanılan şirniyyatlar üçün xərclədiyi 350 manatın-cəmi olaraq 2920 manatın;

2. nişan mərasimində İddiaçı hədiyyə etdiyi 585 əyarlı qızıl üzük üçün verdiyi 530 manatın, xx.xx.2022-də Babayev Royalın ad günü hədiyyəsi kimi Akademik H.Əliyev küçəsində yerləşən “İcon Karaoke” restoranına ödədiyi 350 manatın, İddiaçı hədiyyə etdiyi, 1 ədəd “Defacto” firmasının qış köynəyi üçün ödədiyi 38 manatın, hədiyyə etdiyi 1 ədəd “Defacto” firmasının dəri kəməri üçün ödədiyim 25 manatın, “Rodrigo” mağazasından alman 1 ədəd qış köynəyi üçün ödədiyi 35 manatın, cəmi olaraq 978 manatın, ümumilikdə isə 3898 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, hesab edir ki, İddiaçı ona qarşı iddia ərizəsində qeyd edilən əşyaların sayı və dəyəri şişirdilməklə həqiqəti əks etdirmədiyindən rədd edilməli, qarşılıqlı iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Ailəvi olaraq (atası, anası və bacısı ilə) onlarla Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşadıqlarından və ailələrinin maddi durumunun da qeyri-qənaətbəxş olduğundan o, nişan mərasiminin elə yaşadığı evdə keçirmək istəyirdi. Lakin uzaq qohumu olan, İddiaçı özünün Astara rayonundan çoxlu sayda dost-tanışının, yaxın qohum-əqrabasının da nişan mərasiminə gələcəyini, həmin səbəbdən də mərasimi mütləq halda dəbdəbəli və Şadlıq Sarayında keçirməyi təkidlə istədiyindən, qonşuluqda yaşayan Mehdi Sultanov adlı şəxsdən borca aldığı 5000 manat məbləğində pul vəsaiti hesabına 24 dekabr 2022-ci tarixdə, Bakı şəhəri, Xətai rayonunda yerləşən “Təbrik” X11 Babayevlə nişan mərasimi keçirilmişdir. Belə ki, bu zaman menyusunun qiyməti 27 manat olmaqla, 85 yerlik nişan mərasimi üçün tərəfindən “Təbrik” Şadlıq Sarayına 2295 manat ödənilməklə, həmçinin, el adəti üzrə nişan mərasimində boynuna şərf atan İddiaçı qardaşı arvadına 50 manat, güzgü tutan qardaşı oğluna 50 manat, boynuna boyunbağı salan qardaşı arvadına 50 manat, nişan mərasimində fotovideo çəkiliş üçün 125 manat, mərasimdə İddiaçı (oğlan evindən) tərəfindən gələnlərə paylanılan şirniyyatlar üçün 350 manat, İddiaçı hədiyyə etdiyi 585 əyarlı qızıl üzük üçün 530 manat, xx.xx.2022-də Babayev Royalın ad günü hədiyyəsi kimi Akademik H.Əliyev küçəsində yerləşən “İcon Karaoke” restoranına 350 manat, İddiaçı hədiyyə etdiyi 1 ədəd “Defacto” firmasının qış köynəyi üçün 38 manat, 1 ədəd “Defacto” firmasının dəri kəməri üçün 25 manat, “Rodrigo” mağazasından alman 1 ədəd qış köynəyi üçün 35 manat, ümumilikdə 3898 manat məbləğində pul vəsaiti xərclənmişdir. İddiaçı tərəfindən verilən hədiyyələrin qaytarılması və yaxud həmin hədiyyələrin qiyməti olaraq 448 manatın, həmçinin nişan mərasiminə xərclədikləri 3450 manat məbləğində pul vəsaitinin, ümumilikdə 3898 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində qeyd edilən əşyaların sayının və dəyərinin hədsiz şişirdilməklə, qəti olaraq həqiqəti əks etdirmədiyindən rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı iddia ərizəsində qeyd edilən əşyalara (qiymətinə çəkisinə, əyarına və sayına) münasibətdə məhkəmənin nəzərinə çatdırır ki, guya İddiaçı nişan mərasimi günü, 24.12. 2022-ci il tarixdə ona çəkisi 20.2 qram, dəyəri 4000 manat olan, 585 əyarlı qızıl dəstini briliant dəstini (briliant qaşlı qızıl üzük, briliant qaşlı qızıl bilərzik, briliant qaşlı boyunbağı, briliant qaşlı sırqa) hədiyyə etmişdir. Halbuki, həmin dəstin ümumilikdə çəkisi 13.2 qram, 585 əyarlı olmaqla nişan mərasimində İddiaçı özü tərəfindən deyil, anası Zabitə Babayeva və atası Əliəkrəm Babayev tərəfindən ona hədiyyə edilmişdir. Çəkisi 3.1 qram, dəyəri 400 manat olan 585 əyarlı kimi qeyd edilən qızıl üzük üzərində 1 zirkon qaşı, nazik olmaqla İddiaçı tərəfindən nişan üzüyü kimi ona hədiyyə edilmişdir ki, həmin üzüyün çəkisi 2.5 qram, qiyməti 265 manat, 585 əyarlı olmuşdur. Çəkisi 3.3 qram, dəyəri 700 manat, 585 əyarlı qızıl boyunbağı kimi qeyd edilən həmin boyunbağı üzərində “R” hərfi olmaqla İddiaçı tərəfindən ona hədiyyə edilmişdir ki, həmin boyunbağının çəkisi 2.2 qram, dəyəri 185 manat, əyarı isə 585 olmuşdur. Çəkisi 4.1 qram, dəyəri 380 manat, 585 əyarlı kimi qeyd edilən qızıl üzük çoxlu sayda zirkon qaşlı, çəkisi 2.28 qram, qiyməti 300 manat, 585 əyarlı olmaqla, həmin üzüyü mənə İddiaçı deyil, qardaşı Tural Babayev tərəfindən hədiyyə edilmişdir. Çəkisi yazılmamış, dəyəri 600 manat, əyarı 585 kimi qeyd edilən qızıl dəsti (qızıl sırğa və qızıl üzük) dəst olmamaqla yalnız 1 ədəd çəkisi 2.1 qram, 1 zirkon qaşlı, 585 əyyarlı qızıl üzük olmaqla İddiaçı qardaşı İlkin Babayev tərəfindən hədiyyə edilmişdir. Dəyəri 60 manat kimi qeyd edilmiş ağ rəngli sandıq, dəyəri 120 manat kimi qeyd edilmiş güzgü və şamdanı, dəyəri 65 manat kimi qeyd edilmiş hamam xalatı (upakovkada olmaqla), dəyəri 65 manat kimi qeyd edilmiş qızıl qabı, dəyəri 25 manat kimi qeyd edilmiş üzük xonça qabı (çəhrayı rəngdə), dəyəri 20 manat kimi qeyd edilmiş kəlağayı (qırmızı rəngli upokovkada), dəyəri 120 manat kimi qeyd edilmiş palto (geyinilməyib), dəyəri 20 manat kimi qeyd edilmiş yun şərf, dəyəri 40 manat kimi qeyd edilmiş idman ayaqqabısı, dəyəri 45 manat kimi qeyd edilmiş gəlinlik ayaqqabısı, dəyəri 45 manat kimi qeyd edilmiş yun dəsti (geyinilməyib), dəyəri 70 manat kimi qeyd edilmiş yaşıl rəngli don (geyinilməyib), dəyəri 60 manat kimi qeyd edilmiş qırmızı rəngli don (geyinilməyib), dəyəri 12 manat olan 1 ədəd çanta və dəyəri 60 manat kimi qeyd edilmiş 2 dəst idman geyimi (alınmasında özü iştirak etmişdir, 1 dəst alınmış 32 manata) evində qalmaqdadır ki, həmin əşyaların da aparması ilə bağlı dəfələrlə həm İddiaçı özünə, ata-anasına və gəlinlərinə və xalasına xəbər göndərsə də, hal-hazıra qədər həmin əşyaları aparmamışlar. Dəyəri 25 manat kimi qeyd edilən nişan qəndini özləri aparmaqla, dəyəri 25 manat kimi qeyd edilən daraq dəsti, dəyəri 160 manat kimi qeyd edilən kosmetika dəsti, dəyəri 50 manat kimi qeyd edilən uzunboğaz qış çəkməsi, dəyəri 30 manat kimi qeyd edilən 3 cüt çəkələk , dəyəri 35 manat kimi qeyd edilən köynək, dəyəri 100 manat kimi qeyd edilmiş iç geyim dəsti (alınmasında özü iştirak etmişdir, 35 manata alınmışdır), istifadəsindədir, dəyəri 45 manat kimi qeyd edilən şalvar, dəyəri 85 manat kimi qeyd edilən pijama dəsti ümumiyyətlə ona hədiyyə edilməmişdir. İddiaçı öz iddia ərizəsində nişan mərasimi üçün dona görə guya 100 manat ödədiyini qeyd etsə də, həmin don 45 manat ödənilməklə cəmi bir günlük olaraq kirayəyə götürülmüşdür. Həmçinin, İddiaçı iddia ərizəsində qeyd edilən gözəllik salonunda bəzənmə, foto-video çəkiliş və şirniyyat xərcləri kimi ümumilikdə 1670 manatın ondan tutulmasına münasibətdə bildirir ki, gözəllik salonunda bəzənmə üçün İddiaçı tərəfindən cəmi 80 manat, foto-video çəkiliş üçün cəmi 125 manat (ümumi xərc 250 manat olmaqla, 125 manatı tərəfindən ödənilmiş) məbləğində pul vəsaiti ödənilmişdir. Nişan mərasimində İddiaçı anası Zabitə Babayeva və atası Əliəkrəm Babayev tərəfindən ona hədiyyə edilmiş çəkisi 13.2 qram, 585 əyarlı qızıl dəsti cəmi 1300 manata, nişan üzüyü kimi İddiaçı tərəfindən ona hədiyyə edilmiş, çəkisi 2.5 qram, 585 əyarlı, üzərində 1 ədəd zirkon qaşı qızıl üzük 170 manata, İddiaçı tərəfindən ona hədiyyə edilmiş, çəkisi 2.2 qram, əyarı 585, üzərində “R” hərfi olan qızıl boyunbağı 120 manata, İddiaçı qardaşı Tural Babayev tərəfindən hədiyyə edilmiş çoxlu sayda zirkon qaşları olan, çəkisi 2.28 qram, 585 əyarlı qızıl üzük 180 manata, İddiaçı qardaşı İlkin Babayev tərəfindən hədiyyə edilmiş qramı göstərilməmiş, dəyəri 600 manat, əyarı 585, qızıl dəsti kimi qeyd edilən və yalnız çəkisi 2.1 qram, 1 zirkon qaşlı, 585 əyarlı qızıl üzük 120 manata tərəfindən satılmaqla nişan mərasimi üçün qonşuluqlarında yaşayan Mehdi Sultanov adlı şəxsdən borca aldığı pul vəsaitindən ona qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, rəylə razıdır, qarşılıqlı iddia ərizəsi əsassızdır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdehin nümayəndəsi Vəkil2 Mövlüd oğlu qarşılıqlı iddia ərizəsini müdafiə edərək, qarşı tərəfin əlində qızıllar ilə bağlı heç bir sübut yoxdur. Qızılların əyarı və çəkisi barədə məlumat olmadan rəy verilib, rəy ilə razı deyil. Qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən və xx.xx.2024-cü il tarixli sonuncu bildirişdən görünür ki, iddiaçı cavabdehə çəkisi 20.2 qram, 585 əyarlı qızıl dəstinin (briliant qaşlı qızıl üzük, briliant qaşlı qızıl bilərzik, briliant qaşlı qızıl boyunbağı, briliant qaşlı qızıl sırğa), çəkisi 2.4 qram, 585 əyarlı qızıl üzüyün, çəkisi 4.1 qram, 585 əyarlı qızıl üzüyün, çəkisi 3.1 qram, 585 əyarlı qızıl üzüyün, çəkisi 3.1 qram, 585 əyarlı qızıl üzüyün və çəkisi 3.3 qram, 585 əyarlı qızıl boyun bağının, 585 əyarlı qızıl dəstinin (qızıl sırğa və qızıl üzük), sandığın, güzgünün və şamdanın, hamam xalatının, qızıl qabının, daraq dəstinin, üzük xonçasının, nişan qəndinin, kosmetika dəstinin, kəlağayının, paltonun, idman ayaqqabısının, gəlinlik ayaqqabısının, uzunboğaz çəkmənin (bot), 3 cüt çəkələyin, yun dəstinin, yaşıl rəngli donun, qırmızı rəngli donun, köynəyin, 2 ədəd çantanın, iki dəst idman geyiminin, iç geyim dəstinin, şalvarın, pijama dəstinin, nişan donunun, şərfin və ya onların ümumilikdə 8430 manat dəyərinin, həmçinin nişan mərasimi günü gözəllik salonunda bəzənmə, foto-video çəkiliş və şirniyyat üçün çəkmiş olduğu ümumilikdə 1670 manat pulu 10 gün müddətində geri qaytarılmasını xahiş etmiş, qaytarmayacağı təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 02-107/24 nömrəli mütəxəssis rəyindən görünür ki, qızıl-zinət əşyaların dəyəri aşağıdakı kimi müəyyən edilmişdir:

1. çəkisi 20.2 qram, 585 əyarlı qızıl dəstinin (briliant qaşlı qızıl üzük, briliant qaşlı qızıl bilərzik, briliant qaşlı qızıl boyunbağı, briliant qaşlı qızıl sırğa) – 3800 manat;

2. çəkisi 2.40 qram, 585 əyarlı qızıl üzük – 290 manat;

3. çəkisi 4.10 qram, 585 əyarlı qızıl üzük – 490 manat;

4. çəkisi 3.10 qram, 585 əyarlı qızıl üzük – 370 manat;

5. çəkisi 3.10 qram, 585 əyarlı qızıl üzük – 370 manat;

6. çəkisi 3.30 qram, 585 əyarlı qızıl üzük – 400 manat;

7. çəkisi 4.60 qram, 585 əyarlı qızıl üzük – 550 manat, cəmi 6270 manat. xx.xx.2024-cü il tarixli İddiaçı, Vəkil1, X4, Vəkil2 tərəfindən tərtib edilmiş və imzalanmış aktdan görünür ki, İddiaçı Cavabdeh cənət qızından tələb etdiyi, aşağıda qeyd edilən əşyalar həqiqətən İddiaçı təhvil verdiyi:

1. dəyəri 60 manat kimi qeyd edilmiş ağ rəngli sandıq;

2. dəyəri 120 manat kimi qeyd edilmiş güzgü və şamdanı;

3. dəyəri 65 manat kimi qeyd edilmiş hamam xalatı;

4. dəyəri 65 manat kimi qeyd edilmiş qızıl qabı;

5. dəyəri 25 manat kimi qeyd edilmiş üzük xonça qabı (çəhrayı rəngdə);

6. dəyəri 20 manat kimi qeyd edilmiş kəlağayı (qırmızı rəngli upokovkada);

7. dəyəri 120 manat kimi qeyd edilmiş palto;

8. dəyəri 20 manat kimi qeyd edilmiş yun şərf;

9. dəyəri 40 manat kimi qeyd edilmiş idman ayaqqabısı;

10. dəyəri 45 manat kimi qeyd edilmiş gəlinlik ayaqqabısı;

11. dəyəri 45 manat kimi qeyd edilmiş yun dəsti;

12. dəyəri 70 manat kimi qeyd edilmiş yaşıl rəngli don;

13. dəyəri 60 manat kimi qeyd edilmiş qırmızı rəngli don,

14. dəyəri 12 manat olan 1 ədəd çanta;

15. dəyəri 60 manat kimi qeyd edilmiş 1 dəst idman geyimi;

16. dəyəri 35 manat olan qəhvəyi rəngli paltar;

17. dəyəri 12 manat olan 1 ədəd çəhrayı rəngli gecə paltarı;

18. dəyəri 20 manat olan 1 cüt ağ rəngli ayaqqabı;

19. dəyəri 16 manat olan 1 ədəd üzərik;

20. dəyəri 20 manat olan 1 ədad çəhrayı rəngli hamam dəsmalı, cəmi 930 manat dəyərində. Bundan başqa akta edilən qeydə görə, nişan üzüyü İddiaçı cavabdeh tərəfindən qəbul edilmişdir. - "xxxx" MMC-nin müşayiət məktubundan görünür ki, 1 dəst briliant qaşlı qızıl (briliant qaşlı qızıl üzük, briliant qaşlı qızıl bilərzik, briliant qaşlı qızıl boyunbağı, briliant qaşlı qızıl sırğa), 1 ədəd qızıl üzük, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı, 1 dəst qızıl sırğa üzük xx.xx.2024-cü il vəziyyətinə bazar dəyəri 6170 manat məbləğində müəyyən olunmuşdur. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər xx.xx.2022-ci ildə nişanlanmışlar. Nişan mərasimi Bakı şəhərində yerləşən “Təbrik” adlı restoranda baş tutmuşdur. Lakin sonra tərəflər arasında nişan münasibətlərinə xitam verilmişdir. Halhazırda iddiaçı nişan mərasimi ilə əlaqədar verilən əşyaların, o cümlədən qızıl-ziynət əşyaların dəyərin ödənilməsini tələb edir. Məhkəmə araşdırması zamanı İddiaçı tələb etdiyi bütün hədiyyə olunan əşyalar (qızıllardan başqa) ona geri qaytarılmışdır. Baxşıyeva Elvira tərəfindən adı çəkilən qızılların satıldığı da işin mübahisələndirilməyən halıdır. Bundan başqa iddia tələbində qeyd olunduğu kimi nişan mərasimi günü gözəllik salonunda bəzənmə, foto-video çəkiliş və şirniyyat üçün İddiaçı tərəfindən çəkilmiş 1670 manat xərc tələb olunsa da, Baxşıyeva Elvira həmin xərcin 250 manat təşkil etdiyini bildirir. Cavabdeh onlara verilən qızılların əyarlarını da mübahisələndirir. Eyni zamanda cavabdeh də iddiaçıya qarşı qarşılıqlı iddiasında nişan mərasimi ilə əlaqədar çəkdiyi xərclərin ödənilməsini tələb edir və İddiaçı hədiyyə etdiyi əşyaları da geri tələb edir. İddiaçı hədiyyə etdiyi nişan üzüyü də məhkəmə gedişatında ona geri qaytarıldığına görə həmin hissə artıq mübahisələndirilmir. Lakin, İddiaçı ona heç bir hədiyyə olunnmadığını qeyd edir və bu da işin mübahisəli halıdır. Məhkəmə öncə ilk iddiaya münasibət bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə görə, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Hazırki işdən müəyyən olunur ki, tərəflər nişanlandığı zaman iddiaçı tərəfindən cavabdehə müəyyən əşyalar hədiyyələr edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid təcrübə formalaşdıran qərarları əsasında formalaşmış mövqeyə görə, nişan mərasimində nişanlanan oğlan və ya onun valideynləri tərəfindən nişanlanan qıza verilən hədiyyələr, o cümlədən qızıl-zinət əşyaları gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir. Gələcəkdə rəsmi nikah baş tutmazsa, əldə etmə sonradan aradan qalxmış əsasa söykənmiş olur. Hazırki iş üzrə iddia tələbi rəsmi nikah baş tutmaması, yəni nişanlanmanın rəsmi nikahın bağlanması ilə nəticələnməməsi ilə əlaqədar nişanlanma mərasimində verilmiş qızıl-zinət əşyalarının və hədiyyələrin tələbi ilə əlaqədardır. Həmin əşyalar cavabdehə toy hədiyyəsi kimi bağışlansa da, toy baş tutmamışdır. Ona görə məhkəmə hesab edir ki, iddianın hüquqi əsası kimi qızıl-zinət əşyaları və digər hədiyyələri əldə etmə ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa söykənir. Bu səbəbdən həmin əşyaların dəyəri ödənilməlidir. Keçirilmiş mütəxəssis rəyindən görünür ki, qızılziynət əşyaların 6170 manat məbləğində qiymətləndirilmişdir. Həmin qızıl zinət əşyalarının qiyməti, əyarı, çəkisi cavabdeh tərəfindən mübahisələndirilsə də, onun tərəfindən bunun əksini sübut edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, nişanda ona hədiyyə edilən qızılları nişan pozulduqda geri qaytarmaq əvəzinə satan cavabdeh bu qızılların əyarları və çəkisi barədə sübutları özündə saxlaya bilərdi. Buna görə də, məhkəmə hesab edir ki, adətən adət ənənəyə görə gəlinə hədiyyə edilən qizılların qaşı brilyant olduğuna görə məhkəmə ekspert rəyi ilə razılaşır və həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməli olması qənaətinə gəlir. Dəyərinin ödənilməsi tələb edilən əşyalarla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan akta əsasən aşağıdakı əşyalar qaytarılmışdır:

1. dəyəri 60 manat kimi qeyd edilmiş ağ rəngli sandıq;

2. dəyəri 120 manat kimi qeyd edilmiş güzgü və şamdanı;

3. dəyəri 65 manat kimi qeyd edilmiş hamam xalatı;

4. dəyəri 65 manat kimi qeyd edilmiş qızıl qabı;

5. dəyəri 25 manat kimi qeyd edilmiş üzük xonça qabı (çəhrayı rəngdə);

6. dəyəri 20 manat kimi qeyd edilmiş kəlağayı (qırmızı rəngli upokovkada);

7. dəyəri 120 manat kimi qeyd edilmiş palto;

8. dəyəri 20 manat kimi qeyd edilmiş yun şərf;

9. dəyəri 40 manat kimi qeyd edilmiş idman ayaqqabısı;

10. dəyəri 45 manat kimi qeyd edilmiş gəlinlik ayaqqabısı;

11. dəyəri 45 manat kimi qeyd edilmiş yun dəsti;

12. dəyəri 70 manat kimi qeyd edilmiş yaşıl rəngli don;

13. dəyəri 60 manat kimi qeyd edilmiş qırmızı rəngli don,

14. dəyəri 12 manat olan 1 ədəd çanta;

15. dəyəri 60 manat kimi qeyd edilmiş 1 dəst idman geyiminin;

16. dəyəri 35 manat olan qəhvəyi rəngli paltar;

17. dəyəri 12 manat olan 1 ədəd çəhrayı rəngli gecə paltarı;

18. dəyəri 20 manat olan 1 cüt ağ rengli ayaqqabı;

19. dəyəri 16 manat olan 1 ədəd üzərik;

20. dəyəri 20 manat olan 1 ədad çəhrayı rəngli hamam dəsmalı, cəmi 930 manat dəyərində. Tələb olunan sandıq, güzgü, şamdan, hamam xalatı, qızıl qabı, daraq dəsti, üzük xonçası, nişan qəndi, kosmetika dəsti, kəlağayı, palto, idman ayaqqabısı, gəlinlik ayaqqabısı, uzunboğaz çəkmə (bot), 3 cüt çəkələk, yun dəsti, yaşıl rəngli don, qırmızı rəngli don, köynək, 2 ədəd çanta, iki dəst idman geyimi, iç geyim dəsti, şalvar, pijama dəsti, nişan donu, şərf adlı əşyalardan sandıq, güzgü, şamdanı, hamam xalatı, qızıl qabı, üzük xonça qabı, kəlağayı, palto, yun şərf, idman ayaqqabısı, gəlinlik ayaqqabısı, yaşıl rəngli don, qırmızı rəngli don, yun dəsti, 1 ədəd çanta, 1 ədəd idman geyiminin, qəhvəyi rəngli paltar, hamam dəsmalı, ağ rengli ayaqqabı, üzərik, çəhrayı rəngli gecə paltarı adlı əşyalar qaytarılmışdır. Qalan daraq dəsti, nişan qəndi, kosmetika dəsti, uzunboğaz çəkmə (bot), 3 cüt çəkələk, köynək, 1 ədəd çanta, 1 dəst, idman geyimi, iç geyim dəsti, şalvar, pijama dəsti, nişan donu adlı əşyalar iddiaçı tərəfindən tələb olunsa da, həmin əşyaların cavabdehdə olmasını və onların qaytarılmamasını sübut etməmişdir. Ona görə iddia bu hissədə də təmin edilməməlidir. Bundan başqa, Baxşıyeva Elvira nişan mərasimi üçün onun bəzənilməsinə və foto video çəkiliş üçün çəkilən xərcin 250 manat təşkil etdiyini və Röyal tərəfindən ödənildiyini öz ərizəsində etiraf edib və bu hissədə də ilk iddia təmin olunmalı, həmin pul məbləği iddiaçı verilməlidir. Çünki, bu tədbirlər də nişanla bağlı həyata keçirilib. Qarşılıqlı iddia üzrə tələb olunan nişan mərasimində İddiaçı hədiyyə olunan üzük iş üzrə təqdim edilmiş akta əsasən cavabdehə qaytarılmışdır. Ona görə bu hissədə təmin edilməməlidir. Qarşılıqlı iddianın digər tələbləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə hədiyyələr alınması ilə bağlı onun tərəfindən heç bir sübut təqdim edilməmişdir. Buna görə də bu hissədə iddia təmin olunmur. Tələb olunan nişan pulunun ödənilməsinə dair hissəyə isə məhkəmə belə münasibət bildirir ki, nişan, hədiyyə, üzük və sair kimi simvolik tədbir və hədiyyələrin verilməsi el adətlərinə əsaslanır və onların hansı qaydada tənzimlənməsi qayda olaraq heç bir qanunda yazılmasa da, hamının bildiyi və qəbul etdiyi formada həyata keçirilir. Həmin adətlərə uyğun olaraq da nişana gələn qonaqlar adətən nişanı təşkil edənə pul şəklində hədiyyə verirlər. Bu səbəbdən nişan xərcləri qarşılıqlı iddia üzrə cavabdehdən tutula biməz. İddianın İddiaçı qardaşı arvadına verdiyi 50 manatın, nişan mərasimində İddiaçı güzgü tutan qardaşı oğluna verdiyi 50 manatın, nişan mərasimində boynuna boyunbağı salan, İddiaçı qardaşı arvadına verdiyi 50 manat pulun tələb edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, ilk öncə həmin pulların verilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə bildirir ki, həmin pullar göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdehə deyil, onun qohumlarına hədiyyə olaraq verilmiş və onların Cavabdeh tərəfindən İddiaçı tələbi əsassızdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı həmin şəxsləri cavabdeh kimi ərizəsində qeyd etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı 120 manat dövlət rüsumu ödəmişdir. Cəmi 7820 manat iddianın 6420 manat hissəsi 82,09% təmin edildiyindən, dövlət rüsumunun 82,09% hissəsi, yəni 82,09 manat ilk iddia üzrə cavabdehdən alınaraq, ilk iddia üzrə iddiaçıya ödənilməli, qalan 37,91 manat hissəsi ilk iddia üzrə iddiaçıya aid edilməlidir. Bundan başqa işdən görünür ki, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirməyə görə iddiaçı tərəfindən 400 manat məbləğində ekspertiza xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ ilk iddia üzrə cavabdehdən alınaraq ilk iddia üzrə iddiaçıya ödənilməlidir. İddiaçı ödənilmiş 200 manat məbləğində ekspertiza xərcinin tutulmasını tələb etsə də, məhkəmə qeyd edir ki, məhkəmə iddiaçının təqdim etdiyi ekspertiza nəticələrini deyil, öz təşəbbüsü ilə keçirdiyi məhkəmə ekspertiza nəticələrini nəzərə aldığından tələb olunan 200 manat məbləğində ekspertiza xərcinin cavabdehdən tutulması əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İlk iddia tələbi qismən təmin edilsin. Cavabdeh çəkisi 20.2 qram, 585 əyarlı qızıl dəstinin (briliant qaşlı qızıl üzük, briliant qaşlı qızıl bilərzik, briliant qaşlı qızıl boyunbağı, briliant qaşlı qızıl sırğa), çəkisi 2.4 qram, 585 əyarlı qızıl üzüyün, çəkisi 4.1 qram, 585 əyarlı qızıl üzüyün, çəkisi 3.1 qram, 585 əyarlı qızıl üzüyün, çəkisi 3.1 qram, 585 əyarlı qızıl üzüyün və çəkisi 3.3 qram, 585 əyarlı qızıl boyun bağının, 585 əyarlı qızıl dəstinin (qızıl sırğa və qızıl üzük) 6170 manat məbləğində dəyəri alınaraq İddiaçı ödənilsin. Nişan mərasimi günü gözəllik salonunda bəzənmə, foto-video çəkiliş və şirniyyat üçün çəkilmiş 250 (iki yüz əlli) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Ödənilmiş dövlət rüsumunun 82,09 manat hissəsi və 400 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 37,91 manat hissəsi İddiaçı aid edilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar