Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2351/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5 iştirakı ilə İddiaçı ASC-nın Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 1003,45 ABŞ dolları, 860,30 EUR və 1416 manat, xarici valyuta ilə ödənilməli olan məbləğin ödənildiyi günə olan məzənnəsi ilə hesablanaraq ödənilməsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66,86 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus 3 ədəd plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kartlar (Manat, EUR, USD kartları) cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesablarından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh bir kart hesabından (borcluya məxsus kart hesabının N2 ********************) 26.10 - xx.xx.2020-ci il tarixləri aralığında müxtəlif “onlayn” əməliyyatlar aparmış, digər kart hesablarından isə (borcluya məxsus kart hesabının JVs ********************, ******************** ) xx.xx.2020 -ci il tarixində “onlayn” ödəniş əməliyyat aparmışdır. Nəticədə cavabdeh banka 1.003,45 ABŞ dolları, 860,30 EUR və 1.416 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmişdir. Bundan başqa cavabdehlə telefon əlaqəsi yaradılmışdır. Cavabdeh borcunu etiraf etmiş, lakin həmin məbləği bir dəfəyə ödəməyə imkanının olmadığını, hissəhissə ödəməyə söz vermişdir. Buna baxmayaraq cavabdeh tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bankdan istifadə etdiyi, bu günə kimi qaytarmadığı pullara görə cavabdeh həmin vəsait məbləğindən faizləri də iddiaçıya ödəməlidir. İddiaçı ASC elektron ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli «Ödəniş kartının verilməsi və istifadə edilməsinə dair Müqavilə» bağlanılmışdır. Həmin müqavilə İddiaçı ASC tərəfindən cavabdeh X4 VİSA TRİO GOLD tipli ödəniş kartlarının 3 il müddətinə verilməsi və istifadəsinə dair olmuşdur. Müqavilənin 3.3.6-cı bəndində cavabdeh kart hesabına artıq və ya səhvən gəlmiş məbləğlərdən istifadə etməmək, istifadə etdiyi təqdirdə Bank tərəfindən tələb irəli sürülən kimi, bu məbləğləri geri qaytannaq və ya Bank tərəfindən hesabdan silinməsinə etiraz etməmək, həmçinin, səhvən hesaba mədaxil edilmiş məbləğ aşkar etdikdə dərhal Bankı bu barədə məlumatlandırmaq öhdəliyi götürmüşdür. Lakin, cavabdeh bir kart hesabından (borcluya məxsus kart hesabının N2 ********************) 26.10 - xx.xx.2020-ci il tarixləri aralığında müxtəlif “onlayn” əməliyyatlar aparmış, digər kart hesablarından isə (borcluya məxsus kart hesabının JVs ********************, ******************** ) xx.xx.2020 -ci il tarixində “onlayn” ödəniş əməliyyat aparmış, nəticədə cavabdeh banka 1003,45 ABŞ dolları, 860,30 EUR və 1416 manat ziyan vurmuşdur (ödəniş kartları üzrə çıxarışlar). Bank tərəfindən cavabdehə hər kart üzrə borcunun olması ilə bağlı üç bildiriş göndərilmişdir. Hazırda iddiaçı cavabdehdən 1003,45 ABŞ dolları, 860,30 EUR və 1416 manat, xarici valyuta ilə ödənilməli olan məbləğin ödənildiyi günə olan məzənnəsi ilə hesablanaraq ödənilməsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66,86 manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 İddiaçı ASC-nin hesabına 1003,45 ABŞ dolları, 860,30 EUR (ödənilməli olan məbləğin ödənildiyi günə olan məzənnəsi ilə hesablanaraq) və 1416 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66,86 manat məbləğində pul vəsaiti tutulub ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin hesabına 1003,45 ABŞ dolları, 860,30 EUR (ödənilməli olan məbləğin ödənildiyi günə olan məzənnəsi ilə hesablanaraq) və 1416 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66,86 manat məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-2351/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2351/2023
18.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver