Məhkəmə qərarları › İş №e-2(008)-2367/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2367/2024

22.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2367/2024 22.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Sabunçu Tibb X2rşı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs kimi göstərilməklə pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sabunçu Tibb X2rşı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs kimi göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həkim səhlənkarlığı səbəbindən iddiaçıya fiziki və mənəvi iztirablar nəticəsində vurulmuş zərər qismində 20000 AZN və 9 ay ərzində Polşa Respublikasında işləyərək qazana biləcəyi 13860 AZN əldən çıxmış faydanın, ödənilmiş 192 AZN dövlət rüsumunun, ümumilikdə isə 34052 AZN cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2002-ci il tarixdə doğulmuş İddiaçı SHXÇDX-nin Bakı şəhəri Binəqədi rayon çağırış komissiyası tərəfindən yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2023 il tarixdə hərbi hissəyə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə 952 №-li h/h komissiyası 365 №-li əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və SHXÇDX-nın Bakı şəhəri Binəqədi rayon idarəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinikası HHK tərəfindən xəstəliklər cədvəlinin İİ qrafasının 80b maddəsinə əsasən (AR NK 29 fevral 2008 il tarixli 59 N° qərarı) dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilib. İddiaçı xx.xx.2018-ci il tarixdə ilkin hərbi qeydiyyata alınıb. Hərbi həkim müayinəsi zamanı çağırış komissiyasının qərarına əsasən, iddiaçı, hərbi-həkim ekspertizası haqqında əsasnamənin 66 maddənin İ qrafası üzrə həkim-cərrahın qərarına əsasən hərbi xidmətə yararsız bilinmişdi. xx.xx.2018-ci il tarixli 3 saylı şəhər kliniki xəstəxanası tərəfindən tərtib edilmiş akta əsasən, iddiaçıya İİ dərəcəli skolioz və İİ dərəcəli kifoz diaqnozu təyin edilir. xx.xx.2020 tarixdə təkrar müayinə zamanı həkim ekspertizası diaqnozu təsdiq edir və İddiaçını hərbi-həkim ekspertizası haqqında əsasnamənin 66 maddənin İ qrafası üzrə hərbi xidmətə yararsız bilmişdi. Növbəti tibbi yoxlama zamanı, xx.xx.2023-cü il tarixli aktda X14 X17 tərəfindən tərtib edilmiş aktda aşağıdakılar qeyd edilir: “Onurğanın sağ tərəfli yuxarı döş tipli birinci dərəcəli skoliozu və döş tipli ikinci dərəcəli kifozu, funksiyaların pozulması qeyd olunmur”. Nəticə etibarı ilə həkim mütəxəssisin rəyi “Xəstəliklər cədvəlinin” 66 maddəsinin Ç qrafası və ƏTC-nə əsasən hərbi xidmətə yararlı bilinmişdi. xx.xx.2023-cü il tarixli 12896 saylı MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilən xəstəlik haqqında şəhadətnaməyə əsasən qeyd edilir ki, İddiaçının xəstəliyi ümumi xəstəlikdir və xəstəliklər cədvəlinin 80b maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilib. Hərbi xidmət zamanı iddiaçı, anadangəlmə xəstəliyə görə, bel ağrılarından əziyyət çəkib. Aydındır ki, hərbi xidmət zamanı qulluqçular fiziki hazırlıq keçir. Bakı Bərpa Mərkəzinin saytında verilən məlumata əsasən, kifoz xəstəliyi insanın onurğasında baş verən qeyri-normal əyriliklərdən biri - onurğanın döş nahiyəsindən önə doğru əyilməsidir. Kifozun əlamətləri: donqar durmaq, yüngül kürək ağrılar, onurğada tutulmalar və ya ağrı, yorğunluq. Həmin Mərkəzin saytında verilən məlumata əsasən, skolioz - onurğa əyriliyi günümüzdə tez tez rastlaşdığımız dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Uşaqlarda, gənclərdə daha çox görülməsinə baxmayaraq yaşlı insanlarda da osteoporoz və degenerasiya səbəbi ilə skolioz müşahidə edilir. Skoliozun əlamətlərinə bel və kürəkdə ağrı, ayaqlarda ağrı, uyuşma və zəiflik, nəfəs almada çətinlik, halsızlıq və tez yorulma göstərilir. Burdan bəlli olur ki, hərbi xidmət zamanı İddiaçı ağrılardan əziyyət çəkib. İddiaçı, Azərbaycan Respublikasının hüdudlarından kənarda, Polşa Respublikasının Lodz Voyevodalığında iş tapmışdı. Bununla bağlı, o, 03 fevral 2023 tarixdə Polşa Respublikası ərazisində əcnəbi üçün anbarla bağlı iş, aylıq əmək haqqı 3648 PLN (1540 AZN), A tipli 3438/2023 saylı iş icazəsi verilmişdi. İddiaçı, hərbi həkim yoxlamasına və daha sonra hərbi xidmətə çağırıldığından, həmin imkandan istifadə edə bilməmişdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmirdi. Məhkəmə hazırki mübahisənin inzibati məhkəməyə aid olub-olmadığı məsələsini tərəflərin müzakirəsinə çıxardır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil mübahisənin mülki xarakterli olduğunu bildirdi və mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, hazırki mübahisə inzibati məhkəmənin aidiyyətinə aid olduğundan iş üzrə icraat xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1, 2.2.7-cü maddələrini mənasına görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati İcraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddləsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. «Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur, 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Hazırki iddia ərizəsindən görünür ki, mübahisə mülki xarakterli deyil, X17n publik hüquqa söykənən münasibətindən yaranmış mübahisədir. Odur ki, hazırki mübahisəyə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə məhkəmədə və ya mülki icrat qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraat xitam verir. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 192 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və ödənilmiş 192 manat məbləğində dövlət rusumu büdcədən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Sabunçu Tibb X2rşı iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. xx.xx.2024-ci il tarixli ********** nömrəli qəbzə əsasən ödənilmiş 192 manat məbləğində dövlət rüsumu büdcədən İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova ; Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. İş materiallarından müəyyən olunur ki, cavabdeh X3 xx.xx.2021-ci il tarixdə ölmüş, iddia ərizsi isə xx.xx.2021-ci il tarixdə verilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddia ərizəsi verilənədək öldüyündən, mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar