Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2465/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ M ən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi olmaqla "xxxx" MMC-yə məxsus möhür, madditexniki vasitələr, maliyyə, mühasibatlıq və digər hüquqi sənədlər "xxxx" MMC-nin sabiq İdarə Heyətinin sədri Cavabdeh alınaraq MMC-nin ali orqanı ola Ümumi Yığıncağın xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş İdarə Heyətinin sədrinə verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi olmaqla "xxxx" MMC-yə məxsus möhür, maddi-texniki vasitələr, maliyyə, mühasibatlıq və digər hüquqi sənədlər "xxxx" MMC-nin sabiq İdarə Heyətinin sədri Cavabdeh alınaraq MMC-nin ali orqanı ola Ümumi Yığıncağın xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş İdarə Heyətinin sədrinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İş materiallarından məlum olur ki, hazırki mübahisə hüquqi şəxsin fəaliyyəti ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə nəticə etibarilə şəxslərin subyektiv tərkibini və mübahisənin xarakterini nəzərə alınmaqla kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, yaranmış mübahisə hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar olduğundan iddia tələbinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxıla bilməz. Hazırki iddia tələbinə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi olmaqla “Nəsimi-45» MMC-yə məxsus möhür, maddi-texniki vasitələr, maliyyə, mühasibatlıq və digər hüquqi sənədlər "xxxx" MMC-nin sabiq İdarə Heyətinin sədri Cavabdeh alınaraq MMC-nin ali orqanı ola Ümumi Yığıncağın xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş İdarə Heyətinin sədrinə verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-2465/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2465/2024
14.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver