Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2509/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-yə vurduğu 22457 manat ziyanın alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC-nin satdığı, onun vasitəsilə alıcılara qayimələr əsasında təhvil verdiyi dam örtüklərinin, onların aksesuarlarının və şurupların 22 457 manat məbləğində pulunu ələ keçirərək mənimsəyib. Dəfələrlə müraciət olunsa da Cavabdeh ələ keçirib mənimsədiyi 22 457 manat məbləğində pulu geri qaytarmayıb, müraciətləri cavabsız qoyub, gah telefon zənglərinə cavab verməyib, gah da telefon aparatını bağlayıb, gizlənir. Sonuncu dəfə 14 Sentyabr 2023-cü ildə Cavabdeh ərizə yazıb mənimsədiyi 22 457 manatı 30 dekabr 2023-cü il tarixədək geri qaytaracağını vəd etsə də, ziyanı ödəməyib və gizlənib. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 o, iddiaçının işçisi olmuşdur, yəni iddiaçıya məxsus malları iddiaçın müştərilərinə paylamışdır. Onun ilə iddiaçı arasında əmək müqaviləsi mövcud olmamışdır. O iddiaçının ona vermiş olduğu malları müştəriyə paylamış, lakin müştəri pulu qaytarmadığı üçün borc onun boynunda qalmışdır. İddiaçı onu tutulmağ ilə hədələdiyindən o iddiaçıya ərizə yazaraq pulu qaytarcağını bildirmişdir. Polis orqanında vermiş olduğu izahatını isə işi araşdıran polisin iddiaçının qohumu olduğunu, bu səbəbdən onu sıxışdıraraq polis orqanında etirafedici izahatını almışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasını onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan 22457 manat borcunu xx.xx.2023-cü ilə kimi örəyəcəyini öhdəsinə götürmüşdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarında Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı MMC-nin təsisçisi və investoru X4 barəsində yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. 2022-ci ilin iyun ayından 2023-cü ilin avqust ayına kimi olan müddət ərzində dəfələrcə "Roofs” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, ərazisində yerləşən “Dəməgül Bazarı” adlanan ərazidə fəaliyyət göstərən sexlərinə nisyə qaydada dam örtükləri, aksesuarları və şuruplarını sifariş verib alaraq satıb bir qisminin pulunu ödəmiş, lakin aldığı materiallardan 22.457 ( iyirmi iki min dörd yüz əlli yeddi) manat borcu yaranmışdır. Borcunu vaxtında ödəyə bilmədiyi üçün 2023-cü ilin sentyabr ayından MMC-yə ona nisyə şəkildə dam örtükləri və aksesuarları satmamışdır. 2023-cü ilin sentyabr ayından hazırkı vaxta kimi İddiaçı MMC-yə 22.457 (iyirmi iki min dörd yüz əlli yeddi) manat puldan hər hansı bir məbləğ pul ödəyə bilməmişdir. İddiaçı MMC-yə materiallardan 22.457 ( iyirmi iki min dörd yüz əlli yeddi) manat borcunun yaranmasına səbəb 22.457 manat puldan təxminən 2500-3000 manatını öz ehtiyaclarına, yerdə qalan 19.457 (on doqquz min dörd yüz əlli yeddi) manatını isə anket məlumatları yadında qalmayan müxtəlif müştərilə satması və həmin müştərilərdən pulu ala bilməməsi olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsində göstərilir ki, Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə mülki iş matriallarına əlavə edilmiş cavabdeh tərəfindən yazılmış ərizədən, həmçinin cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarda cavabdehin vermiş olduğu izahatından görünür ki, cavabdeh tikinti matriallarının satışı ilə məşğul ola iddiaçıdan 22457 manatlıq mall almış, lakin həmin malların dəyərini iddiaçıya ödəməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçıya məxsus şirkətdə sürücü işlədiyini, həmin malların dəyəri məhz onun tərəfindən deyildə iddiaçının göstərişi ilə malların paylanmış olduğu müştərilər tərəfindən qaytarılmadığını, sözügedən ərizəni və izahatı onu qorxuzulduğu üçün yazmış olduğunu bildirsə də, bu halarıı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 22457 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, 157.37 (bir yüz əlli yeddi manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun X1 alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X1 22457 (iyirmi iki min dörd yüz əllu yeddi) manat pul və 157.37 (bir yüz əlli yeddi manat otuz yeddi qəpik) manatdövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-2509/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2509/2025
10.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver