Məhkəmə qərarları › İş №e-2(008)-251/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-251/2024

08.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-251/2024 08.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, eləcə də onun nümayəndəsi və vəkili X12 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və mənzilə köçürülmə” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 86,64 kv.metr təşkil edən 217 saylı mənzilin (yeni qaydalarla: ünvan 2 ünvanındakı 2 saylı mənzilin) orta bazar dəyəri olan 130.000 manat olan əmlakın 1/2 hissəsinə payın müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, 2011-ci il buraxılışlı, 99LP863 dövlət qeydiyyat nişanlı “MİTSUBİSHİ GALANT” markalı, orta bazar dəyəri olan 17500 manat olan avtomobilə 2/1 hissəsinə payının müəyyən edilməsi, birgə nikah dövründə qazandıqları ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 86,64 kv.metr təşkil edən 217 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mixail Həmidov küçəs, 4, M15 ünvanındakı 2 saylı mənzil) mənzilə köçürülməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 86,64 kv.metr təşkil edən 217 saylı mənzildə yerləşən, ümumi dəyəri olan 7455 manat olan, mətbəx mebeli - (4,0x0,70) - 1000 manat, televizor (Samsung markalı 54 dioqanal ölçülü) 1 ədəd - 200 manat, televizor (Samsung markalı 102 dioqanal ölçülü) 1 ədəd - 350 manat, soyuducu (Samsung markalı) 1 ədəd - 300 manat, soyuducu (İndezit markalı) 1 ədəd - 300 manat, stol-stul dəst (mətbəx mebelinin, 1 stol 4 stul) - 1 ədəd - 250 manat, çilçıraq (Türkiyə istehsalı) - 4 ədəd - 480 manat, xalça (3x2, 2x1.5, 4x3, 5 ədəd 1,2x1,0 ölçülü) 27 kv.m - 675 manat, uşaq üçün yataq mebeli (güzgülü termo) 1 ədəd - 150 manat, uşaq üçün yataq mebeli (şifoner) 1 ədəd - 200 manat, uşaq üçün yataq mebeli (pufik) 1 ədəd - 30 manat, uşaq üçün yataq mebeli (yazı stolu) 1 ədəd - 100 manat, uşaq üçün yataq mebeli (çarpayı) 2 ədəd - 240 manat , dolab (4x3 ölçüdə güzgülü) 1 ədəd - 200 manat, yataq otağı mebeli (taxt çarpayı) 1 ədəd - 250 manat, yataq otağı mebeli (güzgülü termo) 1 ədəd - 100 manat, yataq otağı mebeli (şifoner) 1 ədəd - 170 manat, yataq otağı mebeli (pufik) 1 ədəd - 30 manat, yataq otağı mebeli (pərdə) 1 ədəd - 150 manat, qonaq otağı mebel dəsti (divan) 1 ədəd - 250 manat, qonaq otağı mebel dəsti (kreslo) 3 ədəd - 210 manat, qonaq otağı mebel dəsti (jurnal stolu) 1 ədəd - 50 manat, qonaq otağı mebel dəsti (termo) 1 ədəd - 100 manat, qonaq otağı mebel dəsti (stol 6 ədəd stulla birlikdə) 1 ədəd - 400 manat, qonaq otağı mebel dəsti (televizor üçün divar rəfi) 1 ədəd -90 manat, qonaq otağı mebel dəsti (servant) 1 ədəd - 180 manat, kondisioner (Samsung) 1 ədəd - 350 manat, qonaq otağı mebel dəsti (açılıb-yığılan divan) 1 ədəd - 250 manat, televizor (1997-ci il istehsalı) 1 ədəd - 50 manat, yemək dəsti (qab-qacaqlar) - 400 manat, ümumi dəyəri cəmi 7455 (yeddi min dörd yüz əlli beş) manat olan əmlakların (mebellər, məişət avadanlıqları və əşyalar) bölünməsi, mediasiya üçün ödənilmiş 50 manat, müvəqqəti təminat tədbiri üçün ödənilmiş cəmi 10 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun, cəmi ümumilikdə 110 manat pulun Cavabdeh alınaraq, ona ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.1996-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan xx.xx.2000-ci ildə bir qızımız X6 anadan olmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra uzun illər birgə yaşayıb, birgə təsərrüfat aparıblar. Cavabdeh son vaxtlar evdə səbəbsiz mübahisələr yaradaraq ailə həyatını gərgin vəziyyətə salmış, qısa müddətdən sonra, yəni 2022-ci ilin sonlarında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində aralarındakı nikahın pozulmasına dair iddia irəli sürmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-729/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarındakı nikah pozulmudur. Birgə nikah dövründə Cavabdeh adına aldığımız ünvan 4, mənzil 217-ni, yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mixail Həmidov küçəsi, 4, M15 ünvamndakı 2 saylı mənzil cavabdeh tərəfindən özəlləşdirilmiş və bu barədə xx.xx.2023-cü il tarixli, **********05-05301-093179 saylı reyestrdə ********** nömrə ilə qeydiyyata alınaraq, Cavabdeh adına çıxarış verilmişdir. Cavabdehlə birgə nikah dövründə yeni tikilidə, ünvan 4 ünvandakı 217 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mixail Həmidov küçəsi, 4, M15 ünvamndakı 2 saylı mənzili) və 2011-ci il buraxılışlı, ** LP *** dövlət qeydiyyat nişanlı “MİTSUBİSHİ GALANT' markalı avtomobil almışlar. Hazırda cavabdehlə birgə nikah dövründə əldə edilən daşınar və daşınmaz əmlakların, məişət avadanlıqların aralarında 1/2 hissədə paylara bölünməsi barədə iddia tələbi irəli sürmək qərarına gəlmişdir. İddia ərizəsi irəli sürmək üçün qanunda nəzərdə tutulmuş Bakı şəhəri 18 saylı Mediasıya təşkilatına rəsmi müraciət etmişdir. Bundan başqa, qeyd edilən əmlakları, məişət avadanlıqlarını qiymətləndirmək üçün "X19 və Ekspertiza Mərkəzi” MMC-yə rəsmi olaraq ərizə ilə müraciət etmişdir. Eyni zamanda, avtomobilin Cavabdeh xüsusi mülkiyyətində olub-olmaması barədə vəkil sorğusu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X25 İdarəsinə müraciət edilmiş, həmin sorğu 04 may 2023-cü il tarixdə idarə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası DİN Baş X25 İdarəsinin xx.xx.2023-cü il tarixli, № 3-13- 16/257147/2023 nömrəli arayışından görünür ki, DİN Baş Dövlət Yol İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, ünvan 5 ünvanında qeydiyyatda olan xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh adında xx.xx.2017-ci il tarixdən “MİTSUBİSHİ GALANT” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi, ev 5 “D”-də yerləşən, ümumi sahəsi 86,64 kv.metr təşkil edən və orta bazar dəyəri təqribən 130000 olan 217 saylı mənzilə ½ hissədə pay müəyyən edilməli və iddiaçının mülkiyyət hüququ tanınmalıdır. ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 86,64 kv.metr təşkil edən 217 saylı mənzildə yerləşən, ümumi dəyəri olan ümumi dəyəri olan 7455 manat olan, mətbəx mebeli - (4,0x0,70) - 1000 manat, televizor (Samsung markalı 54 dioqanal ölçülü) 1 ədəd - 200 manat, televizor (Samsung markalı 102 dioqanal ölçülü) 1 ədəd - 350 manat, soyuducu (Samsung markalı) 1 ədəd - 300 manat, soyuducu (İndezit markalı) 1 ədəd - 300 manat, stol-stul dəst (mətbəx mebelinin, 1 stol 4 stul) - 1 ədəd - 250 manat, çilçıraq (Türkiyə istehsalı) - 4 ədəd - 480 manat, xalça (3x2, 2x1.5, 4x3, 5 ədəd 1,2x1,0 ölçülü) 27 kv.m - 675 manat, uşaq üçün yataq mebeli (güzgülü termo) 1 ədəd - 150 manat, uşaq üçün yataq mebeli (şifoner) 1 ədəd - 200 manat, uşaq üçün yataq mebeli (pufik) 1 ədəd - 30 manat, uşaq üçün yataq mebeli (yazı stolu) 1 ədəd - 100 manat, uşaq üçün yataq mebeli (çarpayı) 2 ədəd - 240 manat , dolab (4x3 ölçüdə güzgülü) 1 ədəd - 200 manat, yataq otağı mebeli (taxt çarpayı) 1 ədəd - 250 manat, yataq otağı mebeli (güzgülü termo) 1 ədəd - 100 manat, yataq otağı mebeli (şifoner) 1 ədəd - 170 manat, yataq otağı mebeli (pufik) 1 ədəd - 30 manat, yataq otağı mebeli (pərdə) 1 ədəd - 150 manat, qonaq otağı mebel dəsti (divan) 1 ədəd - 250 manat, qonaq otağı mebel dəsti (kreslo) 3 ədəd - 210 manat, qonaq otağı mebel dəsti (jurnal stolu) 1 ədəd - 50 manat, qonaq otağı mebel dəsti (termo) 1 ədəd - 100 manat, qonaq otağı mebel dəsti (stol 6 ədəd stulla birlikdə) 1 ədəd - 400 manat, qonaq otağı mebel dəsti (televizor üçün divar rəfi) 1 ədəd -90 manat, qonaq otağı mebel dəsti (servant) 1 ədəd - 180 manat, kondisioner (Samsung) 1 ədəd - 350 manat, qonaq otağı mebel dəsti (açılıb-yığılan divan) 1 ədəd - 250 manat, televizor (1997-ci il istehsalı) 1 ədəd - 50 manat, yemək dəsti (qab-qacaqlar) - 400 manat, ümumi dəyəri cəmi 7455 (yeddi min dörd yüz əlli beş) manat olan əmlakların (mebellər, məişət avadanlıqları və əşyalar) bölünməsi, orta bazar dəyəri - 17500,0 (on yeddi min beş yüz) manat olan, 2011-ci il buraxılışlı, ** LP *** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ GALANT” markalı avtomobilə ½ hissədə pay müəyyən edilməlidir. Cavabdeh hal-hazırda birgə nikah dövründə əldə etdikləri mənzilin qapısının qıfılını dəyişərək, ona həmin mənzilə gəlib yaşamağa maneələr törədir. Ona məxsus bütün geyimlər, əşyalar və əmlaklar həmin mənzildədir. Keçmiş həyat yoldaşı-Cavabdeh tanışlarına bildirmişdir ki, onu evə buraxmayacaq. Qeyd edir ki, ağır ürək xəstəsidir, hazırda açıq ürək əməliyyatı keçirmişdir və qalmağa başqa yaşayış yeri də yoxdur. Eyni zamanda məhkəmədən, birgə nikah dövründə qazandıqları və yaşadıqları ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 86,64 kv.metr təşkil edən 217 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mixail Həmidov küçəs, 4, M15 ünvanındakı 2 saylı mənzil) mənzilə köçürülməyini də xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə yazılı etiraz təqdim etmiş, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.1996-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdular. Onların həmin nikahdan xx.xx.2020-ci ildə X9 adlı övladları dünyaya gəlmişdir. İddiaçı ilə cavabdehin nikahına məhkəmə qaydasında xitam verilmişdir. Hazırda onların birgə nikahdan olan övladları cavabdehin yanındadır. Cavabdeh iddiaçı ilə ailə həyatı qurduqdan sonra iddiaçının digər ailə üzvülərinin də yaşadığı mənzilə gəlin köçmüşdür. Bir müddət iddiaçının ailə üzvüləri ilə birgə yaşasalar da, sonradan ailə daxili məsələlərlə əlaqədar cavabdeh həmin mənzildən çıxmışdır. Həmin ərəfədə cavabdeh iddiaçı ilə nikah münasibətlərinə son qoymaq istəsə də, ailəsinin təkidi ilə fikrindən yayınmışdır. Bu səbəbdən də 2006-cı ildə hazırkı iş üzrə cavabdehə anası X2 maddi yardım göstərməklə ev almaq üçün pul vermişdir. Həmin pul ilə də cavabdeh hazırda mübahisələndirilən evi almışdır. Hətta cavabdeh həmin pulu anasından qəbul etməyini təsdiq edən tərəflər arasında yazılı əqd də mövcuddur. İddia ərizəsində mübahisələndirilən evin alınmasında, təmir işlərində, həmçinin mübahisələndirilən 2011-ci il buraxılışlı, ** LP *** dövlət qeydiyyat nişanlı "Mitsubishi Galant" markalı avtomobilin alınması üçün vəsaiti hazırki iş üzrə cavabdehə qardaşı X5 hədiyyə şəklində vermişdir. İddia ərizəsində mübahisələndirilən mənzilin təmir xərclərinin də birgə vəsait hesabına olunması ilə bağlıdır. Qeyd edir ki, mübahisələndirilən mənzilin təmirini cavabdehin əvvələr çalışdığı Fövqəlada Hallar Nazirlyinin tikinti briqadası iştirak etmişdir. Həmin birqadaya X7 rəhbərlik etmişdir. X1 rəhbərlik etdiyi briqada mübahisələndirilən mənzilin təmiri üçün heç bir vəsait almamışdır. Mübahisələndirilən mənzilin təmir xərclərini cavabdeh şəxsin əvvəllər çalışdığı Fövqəlda Hallar Nazirliyinin rəhbəri tərəfindən maddi yardım kimi təqdim edilməsi ilə bağlı haldır. Qeyd olunan fakt həmin qurumda çalışmış Muradov Mübarizin iştirakı ilə baş vermişdir. İddiaçı tərəfindən iddia ərizəsində mübahisələndirilən digər bir hal evdə olan mebel əşyalar ilə bağlıdır. Qeyd edir ki, evdə olan mebel əşyaları nümayəndəsi və vəkili olduğu şəxsin işlə bağlı tanıdığı X18 tərəfindən təmənnasız olaraq hazırlanıb hədiyyə şəkilində ona vermişdir. İddiaçı mübahisələndirilən əmlakların birgə vəsait hesabına alınmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyin tələbinə görə irəli sürülmüş iddianı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı qeyd olunan faktları təsdiqləyəcək heç bir sübut təqdim etməməsi irəli sürülümüş iddia tələbinin absurd və əsassız olduğunu təsdiq edən haldır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh nümayəndəsi və vəkili X21 yazılı etiraz ərizəsinə uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək nümayəndəsinin verdiyi izahata uyğun məzmunda izhat vermiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, cavabdehin evinin mebellərini yığıb, özü ustadır. 2015-ci ilin yay aylarında müdiriyyət tərəfindən cavabdehin evinə mebel yığmaq üçün göndərilib. Müdriyyət ona tapşırıq vermişdi ki, orada işləsin. Müdirin adı Salmandır, o dedi ki, mebel yığmaq lazımdır. O, mebel pulu almamış, maaşa işləyir. Dəhlizr, mətbəx, yataq, tv stend və termo qonaq otağı üçün mebel yığıb. Yataq otağında taxt, termo və şkaf yığıb. Fövqəladə hallar nazirliyində Şəlalənin işlədiyini bilməyib. Zauru mebel təhvil verilən zaman görmüş, o onlara pul verməyib, müdir Zauru tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o cavabdehin iş yoldaşıdır. Cavabdeh onun FHN-də iş yoldaşı olub. Cavabdeh audit vəzəfində işləyirdi, bir otaqda işləyiblər. Rəhbərlik tərəfindən 2015-ci ildə 15000 manat maddi yardım göstərilib. Cavabdehə ona görə pul verilib ki, təmir xərclərini qarşılasın. Onun maaşı 800 manat idi. Maddi yardıma ehtiyacı olanlar rəhbərliyə müraciət edir və onlara imkan daxilində kömək edirlər. Cavabdeh o vaxt kirayədə yaşayırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, FHN-də tikinti şöbəsində çalışırdı, cavabdeh “Azərtrans” şirkətində onları auditi olub. 2013-cü ildən tanıyır. Şəlalə xanımın Yeni Günəşlidəki evində təmir işləri ilə məşğul olub. O, evdə elektrik və saxtexnik işləri görüb. İdarənin müdiri Anar müəllim onu evə göndərib, 2015-ci il tarixdə pulsuz işləyib. Təmirdə, Bəxtiyar və köhnə sürücü iştirak edib. Ev yaşayışa yararsız idi, yəni təmirə ehtiyacı var idi. Nə Şəlalə, nə də Zaur tərəfindən ona pul verilməyib. Maaş alırdı, təmirə görə pul almayıb. O şirkətdə qrup rəhbəri idi.Malları Şəlalə və qardaşı ilə birlikdə alıb. Cavabdehin evində işləməyi onun vəzifələrinə zidd deyildir. Mebelləri Nəbi düzəldirdi, Bəxtiyar orada malyar işliyirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, cavabdehin anasıdır. 1996-cı il tarixdə ailə qurub, gəlin kimi qaynatanın evinə köçüb. Qızına iddiaçı dəfələrlə işgəncələr verib. O, ev alınması üçün 35000 dollar pul verib qızına. Əri 2004-cü il tarixdə dünyasını dəyişib. İki oğlu var idi, onlar arasında mübahisə olmasın deyə pulu yazılı verib. 2006-cı ildə evi alıblar və təmir işlərini Şəlalənin iş yoldaşları edib. 35000 dolları hissə-hissə yığıb, qızına verib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, cavabdehin qardaşıdır. Bacısı 1996-cı ildə nikaha daxil olub,o isə həmin illərdə hərbi xidmətdə olmuşdur. 2005-ci il tarixdə bügunə kimi zavodda çalışır. Maşını o almış və 2800-3000 manat xərc çəkmişdir. Adına şəhərdə 2 ev var, heç vaxt dayancaqda işləməmişdir. Anasının vəsaiti hesabına 2006-cı il tarixdə ev alınıb. Bacısı boşanma ərəfəsində idi, ona görə ev aldı ki, çöldə qalmasın. Həmin ərəfədə övladları dünyaya gəlib və Zaurun ev alınmasında iştirakı olmayıb. Ev 30000-35000 dollar civarında alınıb. Təmirə 2015-ci il tarixdə başlanılıb, Ağahüseyn orada usta kimi çalışıb. Mebellər usta Nəbi tərəfindən quraşdırılıb. 2015-ci il tarixdə Şəlalə audit vəzifəsində çalışıb. Bacısı rayonlara ezam gedirdi, ona görə avtomobili ona alıb. İş materiallarında olan Sabunçu Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 040778 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 arasında xx.xx.1996-ci il tarixdə rəsmi nikah bağlanmış, nikahın bağlanması nikah akt qeydində 638 nömrəsi ilə qeyd olunmuşdur, nikah bağlandıqdan sonra ərə Məhərrəmov, arvada Məhərrəmova soyadı verilmişdir. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-729/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.1996-ci il tarixdə bağlanmış, 638 nömrə ilə qeyd olunmuş nikahın pozulması qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli, 3xx-xx/257147/2023 saylı AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, “Mitsubishi Galant” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh adına qeydiyyatdadır. -xx.xx.2023-cü il tarixli, 62 nömrəli “X19 və Ekspertiza Mərkəzi” MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi ev 5D-də yerləşən ümumi sahəsi 86,64 kv.metr təşkil edən mənzil 217 saylı mənzilin təmirinə çəkilmiş vəsait təqribən 31349,0 (otuz bir min üç yüz qırx doqquz) manat təşkil edir. -Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi ev 5Ddə yerləşən ümumi sahəsi 86,64 kv.metr təşkil edən mənzil 217 saylı mənzilin orta bazar dəyəri təqribən 130000,0 (bir yüz otuz min)manat təşkil edir; -Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi ev 5Ddə yerləşən ümumi sahəsi 86,64 kv.metr təşkil edən mənzil 217 saylı mənzildə yerləşən və fotoşəkillərdə əks olunmuş mebellərin, məişət avadanlıqlarının və əşyalarının ümumi dəyəri təqribən 7455 (yeddi min dörd yüz əlli beş) manat təşkil edir; -2011-ci il buraxılışılı 99LP863 dövlət nömrə nişanlı, (Mühərrik 2.4 L/160 a.g./Benzin) “MİTSUBİSHİ GALANT” markalı avtomobilin orta bazar dəyəri təqribən 17500,0 (on yeddi min beş yüz) manat təşkil edir; -xx.xx.2006-cı il tarixli Kooperativ Binada Mənzil Tikintisi Haqqında 115 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi ev 5D-ə dair "xxxx" MTK ilə Cavabdeh arasında müqavilə bağlanmış, ümumi sahəsi 86,64 kv.m. olan mənzilinin qiyməti kv.metrinin dəyəri 400 abş dollar həcmində qiymətləndirilməklə, 34656 abş dolları təşkil edir; -xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/8345/2023 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş rəydən görünür ki, 2011-ci il buraxılışlı, gümüşü metalik rəngli, dəri oturacaqlı, 191825 km/ yürüşlü, mühərrik tutumu 2400 kub/sm, "Mitsubishi Galant" markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə qiyməti təxminən 17000 manat müəyyən olunur. Aparılmış ekspertiza xərcinin dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahda olduqları dövrdə ünvan 7 ünvanında yerləşən mənzil və "Mitsubishi Galant" markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına alınmışdır. Bu işin mübahisələndirilməyən halıdır. İşin mübahisəli halı qeyd olunan əmlakların tərəflərin birgə vəsait hesabına alınması və iddia ərizəsində göstərilən ev əşyalarının da birgə nikah dövründə, həmçinin birgə vəsait hesabına alınması məsələsidir. Cavabdeh mübahisə obyekti olan mənzil və avtomobilin onun şəxsi, yəni ailəsi tərəfindən verilən vəsait hesabına alındığını bildirir və buna görə də sübutetmə yükü onun üzərinə düşür. Həmçinin yuxarıda adıçəkilən ev əşyalarının da birgə nikah dövründə və birgə vəsait hesabına alınmasına dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir: «Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ərarvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə mübahisə obyekti olan mənzil və avtomobilinin tərəflərin birgə vəsaiti hesabına alınmaması halına dair sübutetmə yükünün cavabdehin üzərinə düşdüyünü nəzərə alaraq onun istinad etdiyi hallara dair məhkəməyə təqdim etdiyi yeganə sübutun şahid ifadəsi olduğuna görə həmin sübuta qiymət verir. Bununla bağlı məhkəmə hesab edir ki, ifadə verən şahidlərin cavabdehin özünün yaxın qohumları olması və onun tərəfindən yanaşı heç bir sübutun məhkəməyə təqdim olunmaması, yalnız iki şahidin ifadəsi ilə kifayətlənərək məhkəmə sənədləri ilə birgə nikah dövründə alınması təsdiq olunan əmlakı birgə ümumi əmlak hesab etməməyə əsas ola bilməz. Yəni, başqa sözlə desək, cavabdehin məhkəmədə ifadə verən qohumları mübahisəli nəqliyyat vasitəsi və mənzilin onlar tərəfindən Ş.Məhərəmovaya alınaraq bağışlandığını bildirirlərsə, o zaman onların həmin əmlakları Mülki Məcəllədə nəzərdə tuutlan qaydada bağışlama müqaviləsi əsasında vermə imkanlarının olduğunu da nəzərə almalı idilər. Vaxtilə həmin imkandan istifadə etməmələri bu gün həmin əmlakı Cavabdeh nikah dövründə hədiyyə şəklində verilən əmlak kimi qəbul etməyimizə imkan vermir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər birgə nikahda olduqları müddət ərzində birgə vəsait hesabına alınan ünvan 7 ünvanında yerləşən mənzil və "Mitsubishi Galant" markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə mülkiyyəti hesab olunmaqla, payları bərabər müəyyən olunmalıdır. Həmçinin iddiaçının da qeyd olunan mənzilə bərabər payda mülkiyyət hüququ olduğuna görə həmin evə köçürülməlidir. Bundan başqa, iddiaçı tərəfindən ümumi dəyərinin 7455 manat olduğuna iddia olunan ev əşyalarının həqiqətən də tərəflərin nikah dövründə və kim tərəfindən alındığına dair məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçı isə bu halı mübahisələndirmiş və əksini şahid ifadələrin ilə də sübut etməyə çalışmışdır. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, həmin hissədə iddia tələbi təmin olunmamalıdır. Bundan başqa, məhkəmə iddianın dövlət rüsumunun tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan, təmin edilməlidir. Yəni, iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı. Qalanı iddiaçının özünə aid edilməlidir. Həmçinin keçirilmiş ekspertiza xərci də iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən 217 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mixail Həmidov küçəsi, 4, M15, 2 saylı mənzil) İddiaçı payı ½ olmaqla, Cavabdeh payı ½ olmaqla mülkiyyət hüququ tanınsın; 2011-ci il buraxılışlı, "Mitsubishi Galant" markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı payı ½ olmaqla, Cavabdeh payı ½ olmaqla mülkiyyət hüququ tanınsın. İddiaçı mübahisəli ünvan 4 ünvanında yerləşən 217 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mixail Həmidov küçəsi, 4, M15, 2 saylı mənzil) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı 50 manat ekspertİza xərci tutularaq, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SWİFT Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar